Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Bakcell" "e-Tabib" əlavəsinin əsas funksionalını abunəçiləri üçün pulsuz edib ®

Azərbaycanın ilk mobil rabitə operatoru olan “Bakcell” şirkəti COVID-19 ilə mübarizə tədbirləri çərçivəsində ölkədə həyata keçirilən daha bir təşəbbüsə qoşulub...

Şirkətdən verilən məlumata görə, operatorun abunəçiləri “e-Tabib” mobil tətbiqinin əsas funksionallığından pulsuz istifadə edə bilərlər. Bununla yanaşı, applikasiyada qeydiyyatdan keçən abunəçilərə 100 MB həcmində internet trafiki hədiyyə olunur.

“e-Tabib” yoluxmanın qarşısını almağa kömək edir. Belə ki, “bluetooth” funksiyası sayəsində istifadəçi son 14 gün ərzində təmasda olduğu digər proqram istifadəçilərində qeydə alınan yoluxma faktından xəbər tutur və ona COVID-19 testindən keçmək tövsiyə olunur.

Azərbaycanda COVID-19 virusuna yoluxma faktları, müalicə olunmuş və evə buraxılmış şəxslər haqqında statistik məlumatlar, tez-tez verilən suallara cavablar və profilaktik tədbirlər haqqında məlumatlar da bu mobil tətbiqdə öz əksini tapır. Burada eyni zamanda Nazirlər Kabineti yanında Operativ Qərargahın və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin məlumat və xəbərləri, profilaktik tədbirlər və xəstəliyin simptomları haqqında faydalı məlumatlar yerləşdirilib. “e-Tabib”i “Android” və iOS sistemləri ilə çalışan cihazlar üçün “Google Play” və “Appstore” portallarından yükləmək olar.

“Bakcell” bundan sonra da ölkəmizdə COVID-19-a qarşı aparılan mübarizə tədbirlərinə dəstək verməyə davam edəcək.

pia.az


Etiket: “Bakcell”


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar