Bazar ertəsi, 30 Mart 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

"Bakcell" beynəlxalq konfransın keçirilməsinə dəstək göstərdi

"Bakcell" şirkətinin sponsorluğu ilə Bakıda “Rəqəmsal iqtisadiyyat: müasir çağırışlar və real imkanlar" mövzusunda beynəlxalq konfrans keçirilib...

PİA.az "Bakcell"ə istinadən xəbər verir ki, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), İqtisadiyyat Nazirliyinin, Rabitə, Yüksək Texnologiyalar və Nəqliyyat Nazirliyinin, Təhsil Nazirliyinin və "Bir Yol, Bir Kəmər" Elm və Texnologiya alyansının təşkilatçılığı ilə təşkil olunan tədbirdə müxtəlif dövlət qurumlarının, nazirliklərin, dünyanın 30-dan artıq ölkəsindən olan universitet və elmi mərkəzlərini təmsil edən yüzdən çox tanınmış alim, nüfuzlu universitetlərin rektorları, rəqəmsal iqtisadiyyat sahəsində məşhur alimlər, qeyri-hökumət təşkilatlarının rəhbərləri, iqtisadçı ekspertlər və KİV nümayəndələri iştirak edib.

Konfransda rəqəmsal iqtisadiyyat, rəqəmsal valyutalar, elektron ticarət, rəqəmsal transformasiya, ağıllı şəhər və digər əlaqəli mövzular üzrə maraqlı çıxışlar, plenar məruzələr və panel müzakirələri yer alıb.

Azərbaycanın ilk mobil operatoru "Bakcell" şirkəti müasir mobil telekommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl mobil internet xidməti göstərir.

8 000-dən artıq baza stansiyası vasitəsilə "Bakcell" şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir.

Bu gün "Bakcell" şirkəti ölkədə ən böyük və sürətli 4G mobil şəbəkəsinə malikdir və Azərbaycanın bütün regionlarının mərkəz hissələrini (Naxçıvan Muxtar Respublikası və işğal olunmuş ərazilər istisna olmaqla) və ölkə əhalisinin 93%-ni əhatə edir.

"Bakcell" və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-"Bakcell" abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə “Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Bakcell

Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Deputat İngiltərədə 3.3 milyon dollarlıq 4 ev aldı

ARB-nin aparıcısında koronavirus aşkarlandı - Hamıdan halallıq istədi

Krediti olanlara 3 ay möhlət verildi - Milli Məclis

İcra başçısı küçələrə çıxdı təbliğat apardı - Foto

Vətəndaşlardan evdən çıxmamaq tələb olunur - Rəsmi qadağa

Fövqəladə vəziyyət elan olunsa, tətbiq ediləcək qadağalar...

“Fövqəladə vəziyyət haqqında” qanunun icrası ilə bağlı fərmana dəyişiklik edildi

Azərbaycan hərbçisi faciəvi şəkildə öldü - Foto

loading...

Ən çox oxunanalar