Cümə axşamı, 12 Dekabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

"Bakcell" Azərbaycanda ən sürətli mobil interneti təqdim edir

Azərbaycanın ilk mobil rabitə operatoru olan “Bakcell” şirkəti növbəti dəfə internetin sınaq və təhlili sahəsində dünya lideri olan “Ookla” şirkəti tərəfindən “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” kimi tanınıb...

“Bakcell”dən verilən məlumata görə, 2019-cu ilin I və II rübü üzrə “Ən sürətli mobil şəbəkə üzrə “Speedtest” mükafatı”nın qalibi olub. Bu mükafatı qazanmaq üçün “Bakcell” ölkənin mobil rabitə bazarında fəaliyyət göstərən operatorlar arasında ən yüksək ortalama yükləmə sürəti, ən yüksək ortalama məlumat göndərmə sürəti və ən yüksək “Speed Score” (sürət balları) nəticəsini nümayiş etdirib.

“Ookla”nın “Speedtest” platforması vasitəsilə həyata keçirilən 100 minə yaxın test təsdiqləyir ki, “Bakcell” şəbəkəsində orta yükləmə sürəti saniyədə 37,99 Mbit, orta məlumat göndərmə sürəti isə saniyədə 16,79 Mbitə bərabərdir.

““Bakcell” öz abunəçilərinə təqdim etdiyi xidmətlərin keyfiyyətini artırmaq üçün əlindən gələni edir, çünki abunəçilərimiz bizdən mükəmməl əhatə dairəsi və ən yaxşı mobil internet sürəti gözləyir. Mən şadam ki, bu istiqamətdə gördüyümüz işlər növbəti dəfə Ookla tərəfindən yüksək qiymətləndirilib və “Bakcell” şəbəkəsinin Azərbaycanda ən sürətli olması bir daha da təsdiq olunub. “Bakcell” öz abunəçilərini bütün ölkə ərazisində yüksək keyfiyyətli video izləmək və yaxud sosial şəbəkələrdən istifadə etmək kimi müasir mobil telekommunikasiya xidmətləri ilə təmin etməkdən məmnunluq duyur. Mən bu mükafatı Azərbaycanın ən üstün mobil şəbəkəsini abunəçilərimiz üçün daha da yaxşı etmək öhdəliyi kimi qəbul edirəm və söz verirəm ki, bu istiqamətdə daha böyük səylə çalışacağıq”, - deyə “Bakcell”in baş icraçı direktoru Rainer Ratgeber bildirib.

“Bakcell” artıq üçüncü dəfədir ki, Azərbaycanın ən sürətli mobil şəbəkəsi adına layiq görülür.

“Hər gün “Speedtest” üzərindən aparılan milyonlarla sınaq sayəsində “Ookla” bütün dünya üzrə internet nəticələri barədə dəqiq və ətraflı məlumatlara malikdir. Ciddi araşdırma və təhlilimizə əsaslanaraq, biz böyük məmnuniyyətlə təsdiq edirik ki, “Bakcell” Azərbaycanın ən sürətli mobil şəbəkəsidir. Bu mükafat “Bakcell” abunəçilərinin 2019-cu ilin I və II rübü ərzində əldə etdiyi xüsusi xidmət keyfiyyətinin bariz göstəricisidir” deyə, “Ookla”nın icraçı vitse-prezidenti Cemi Stiven bildirib.

“Bakcell” şəbəkəsini və göstərilən xidmətlərin keyfiyyətini daha da təkmilləşdirərək bundan sonra da abunəçilərini yüksək keyfiyyəti istifadəçi təcrübəsi ilə təmin edəcək.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: “Bakcell”


loading...

Ən çox oxunanalar