Çərşənbə axşamı, 22 Oktyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

"Azercell" ingilis dili kurslarında qalib olan jurnalistləri mükafatlandırdı - Foto

Azərbaycanın aparıcı mobil rabitə operatoru olan “Azercell Telekom” MMC tərəfindən mətbuat nümayəndələri üçün təşkil edilən növbəti ingilis dili kursları başa çatıb...

"Azercell"dən PİA.az-a daxil olan məlumata görə, sentyabr ayının 18-də kursu müvəffəqiyyətlə bitirən jurnalistlərlə görüş keçirilib. Tədbirdə çıxış edən “Azercell Telekom” MMC-nin prezidenti Vahid Mürsəliyev, mətbuat nümayəndələrini cəmiyyətin rəqəmsal savadlılıq səviyyəsinin artırılması istiqamətində şirkətin əsas tərəfdaşı adlandırıb. “İctimai fikrin formalaşmasında, milli və ümumbəşəri dəyərlərin təbliğində töhfəniz böyükdür və danılmazdır” deyə V. Mürsəliyev öz çıxışında bildirib. Tədbirin sonunda iştirakçılar “Azercell” şirkəti tərəfindən sertifikat və müxtəlif dəyərli hədiyyələrlə mükafatlandırılıb.

Qeyd edək ki, 6 ay davam edən kurslar zamanı mətbuat nümayəndələrinə qrammatika, danışıq, dinləmə və yazı qabiliyyəti üzrə ingilis dili biliklərini gücləndirmək imkanı yaradılıb. Məşğələlər “Language Solutions” şirkəti tərəfindən bir neçə səviyyəli proqram üzrə tədris olunub.

Azercell Telekom” MMC qloballaşma dövründə mətbuat nümayəndələrinin daha çox resurslara çıxışını təmin etmək, eləcə də onların beynəlxalq əlaqələr qurmasına və təcrübə mübadiləsindən faydalanmasına şərait yaratmaq üçün müntəzəm şəkildə müxtəlif peşəkar təlimlər və xarici dil kursları keçirir. Şirkət 22 illik fəaliyyəti boyunca ölkədə jurnalistikanın inkişafına dəstək olmaq məqsədilə bir çox layihələri reallaşdırıb. Məlumat üçün bildirək ki, indiyədək 500-ə yaxın jurnalist “Azercell” şirkətinin təşkil etdiyi ingilis dili kurslarının iştirakçısı olub.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


loading...

Ən çox oxunanalar