Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Azərbaycanla Gürcüstan arasında təxribatlara cəhd edənlər qalib olmayacaq" - Politoloq

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə yazır...

Son günlər Gürcüstanda azərbaycanlılara qarşı müyyən təxribatlar həyata keçirilir. Azərbaycanlıların yaşadığı Kvemo-Kartili regionunda etnik və dini müstəvidə gürcü ruhanilərinin qızışdırıcı bəyanatlarına rast gəlirik. Bundan əlavə, "Keçikdağ" məbəd kompleksində gürcü tərəfdən yeni provakasiyaların olacağı vurğulanır.

Gürcüstanda baş verən bu proseslərdə müəyyən qüvvələr var ki, onlar iki ölkə arasında əlaqələrə zərbə vurmağa çalışır. Burada Gürcüstan hakimiyyətində təmsil olunalarında müəyyən rolu var. Bidzina İvanaşvilinin kölgəsində olan hakimiyyət Azərbaycanla əlaqələrdə yeni problemlər axtarır. Bu gün Azərbaycan və Gürcüstan enerji və nəqliyyat layihələri reallaşdırıb. Qərbin regionda əsas partnyorlarıdı və birgə iş sahəsində regionda yeni bir mərhələ formalaşdırıblar. Belə olan xüsusda, bu kimi təxribatların baş verməsi regionda siyasi təşəbbüslərə zərbə vurmaqdır.

Bu ölkədə azərbaycanlılara qarşı təxribatların arxasında Gürcüstan prezidenti S. Zuarabaşvili və B. İvanaşvilinin komandası durur. Həmçinin Moskva tərəfindən idarə olunan bəzi azərbaycanlılarında rolu burada istisna deyil.
Azərbaycanlıların kompakt yaşadığı ərazilərdə bəzi gürcü ruhanilərinin və rəsmilərinin təxribatları Gürcüstanda daxili vəziyyəti mürəkkəbləşdirəcək. Gürcüstan hakimiyyətinin apardığı siyasət ölkədə dini və etnik zəmində problemlərə yol açır. Və bu da regionda Rusiyanın maraqlarının təmin olunmasına gətirir. Rəsmi Tiflisin Azərbaycanla problemlər axtarması, özü üçün ciddi problemlərin başlanmasına gətirə bilər. Azərbaycan daima dost və qonşu strateji tərəfdaş Gürcüstana daima dəstək olub. Amma Gürcüstan hakimiyyətinin son illərdə dost olmayan siyasətinin şahidi oluruq. Bu siyasət iki xalq arasında probelmlər səviyyəsinə qaldırmasında rəsmi Tiflis məsuliyyət daşıyır.

Azərbaycan hakimiyyəti, xüsusi ilə prezident İlham Əliyev daima Gürcüstana dəstək verib. Məhz bu gündə bütün parametrlərlə siyasi-iqtisadi dəstək davam edir. 2008-ci il Avqust müharibəsində Rusiyanın təzyiqlərinə rəğmən Azərbaycan Gürcüstana maliyyə və hərtərəfli yardım etdi.

Yaxşı olardı ki, rəsmi Tiflis özü tərəfindən idarə etdiyi , müəyyən qüvvələrin maraqlarına uyğun olan bu siyasətə son versin.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ən çox oxunanalar