Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Azərbaycanın əhəmiyyəti Avropa üçün artır" - Məhəmməd Əsədullazadə

"Ölkədə siyasi-iqtisadi islahatlar istiqamətində mühüm işlər görülməsi üçün atılan addımlar, ilk növbədə buna əngəl olan səbəbləri aradan qaldırılmasıdır"...

Bu istiqamətdə həyata keçirilən struktur və kadrların dəyişməsi, son vaxtlar həyata keçirilən həbslər mühüm əhəmiyyət kəsb edir. Növbəti mərhələdə iqtisadiyyatın liberallaşdırılması və sosial sahədə vətəndaşların rifahını yüksəltmək üçün proqramların həyata keçirilməsi, siyasi və hüquqi islahatların reallaşarsa Avropa İttifaqı ilə çərçivə sazişinin imzalanması baş tuta bilər.
Brüssellə əlaqələrin sıxlaşmasına görə müəyyən dərəcədə ölkəmizə şimal küləyinin təsirlərini də nəzərə alsaq maksimum manevr siyasəti nəticəsində Avrointeqrasiyanı həyata keçirilməsi mütləqdi. Qeyd edim ki, hazırda qloballaşma və siyasi inteqrasiya mövcud pandemiyaya görə dayanıb. Amma, post-pandemiya yeni siyasi çağırışlarla müşahidə olunacaq. Avropa İttifaqı öz şəklini və siyasətini davam etdirərək daha yeni bir iqtisadi model ortaya qoyacaq. Ona görədə Azərbaycan Qərblə sıx təmaslarını artırmaqla birnöv Ermənistan üzərində üstünlük əldə bilər.

Qeyd edim ki, Avropa İttifaqı Şərq Tərəfdaşlığı çərçivəsində Şərqi Avropa və Cənubi Qafqaz siyasətini davam etdirəcək. Ona görədə Azərbaycan Rusiya ilə qonşuluq əlaqələrini yüksək tutmaqla, Avropa İttifaqı ilə çərçivə sazişini imzalayacaq. Çünki, geosiyasi riskləri önləmək və mövcud durumda işğalçı Ermənistana təzyiqlər etmək üçün Avropa İttifaqı ilə çərçivə sazişi imzalamaq, əlaqələri yüksək səviyyədə təşkil etmək mütləqdi.

Bu ildən başlayaraq Azərbaycan Avropa İttifaqı üçün enerji təhlükəsizliyində mühüm rol oynayacaq. Çünki, Avropaya Rusiyanın "Şimal axını-2" qaz boru kəməri ABŞ sanksiyalarına görə işini dayandırıb. Azərbaycanın əhəmiyyəti Avropa üçün artır. Cənubi Qaz Dəhlizi və onun seqmentləri olan TANAP və TAP artıq Avropa bazarına qaz ixrac edəcək.

Bundan əlavə, Avropa ilə nəqliyyat əlaqələrinin inkişafıda bizim İttifaqla əlaqələrimizi daha da inkişaf etdirə bilər. Məhz ölkə daxilində islahatların aparılması və insanhüquqlarının qorunması üçün məhkəmə sisteminin təkmilləşdirilməsi lazımdır. Yuxarıdan həyata keçirilən bu təmizləmələrin davam etdirilməsi, ölkəmizin post-pandemiya dövründə inkişafına mühüm təkan verəcək.

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Ən çox oxunanalar