Azərbaycan Prezidenti İlham Əliyev "Facebook" sosial şəbəkəsində 28 May - Respublika Günü münasibətilə paylaşım edib...
PİA.az xəbər verir ki, dövlət başçısının 28 May - Respublika Günü ilə əlaqədar paylaşımında deyilir:
"Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan bugünkü Azərbaycan dövləti xalqımızın müstəqillik arzularını gerçəkləşdirdi. Əminəm ki, bizim müstəqillik inkişafımız davamlı olacaq və Azərbaycanın dövlət müstəqilliyi əbədi yaşayacaq".
pia.az