Şənbə, 25 Yanvar 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

"Azərbaycandakı könüllülərin enerjisini görməkdən çox məmnunam”

"Azərbaycandakı könüllülərin enerjisini görməkdən çox məmnunam. Bu ölkənin minlərlə gənci müxtəlif sahələrdə həvəslə çalışırlar"...

Bunu Azərbaycan Könüllülərinin 2-ci Həmrəylik Forumunda çıxış edən BMT-nin Azərbaycan üzrə rezident əlaqələndiricisi Qulam İsakzai bildirib. O bildirib ki, könüllü olmaq hər hansı formal işi aparmaq demək deyil: "Dünyada minlərlə könüllü adam var ki, onların gördüyü iş, apardığı fəaliyyət göz önündə deyil. Biz hamımız ətrafımızdakı insanlara, yaxınlarımıza yardım etməklə könüllülük etmiş oluruq. Uzun illər BMT-nin könüllülər proqramı üçün çalışmışam. Bu müddət ərzində şahidi oldum ki, bütün dünyada könüllülər bir çox müxtəlif işlərə və sahələrə necə bağlılıqla, öhdəliklə çalışırlar. Könüllülər dünyanın ən müxtəlif yerlərində, ən ağır nöqtələrdə öz yardımlarını əsirgəməyib. Əlilliyi olan uşaqların köməyinə çatıblar, müxtəlif vacib idman yarışlarında iştirak edərək insanlara kömək ediblər. Onlar həm Dayanıqlı İnkişaf Məqsədləri, həm humanitar məsələlər, həm də digər sahələrdə müxtəlif amallara xidmət ediblər". Q. İsakzai qeyd edib ki, bütün dünyada könüllülər qlobal siyasi gündəliyin formalaşmasına təsir edirlər: "Həm ətraf mühit, həm silahsızlaşdırma, həm minalardan təmizləmə, həm yaşıllaşdırma üçün minlərlə könüllü inanılmaz köməklik edib. Tarix boyu təcrübə göstərdi ki, könüllülük həm insanların həyatında, həm karyerasında çox faydalıdır. Mən kimisə işə qəbul edəndə ona ilk sualım bu olur ki, bizim işlərimizdə könüllü olmusunuzmu?”.

Qulam İsakzai BMT-nin Baş katibinin Beynəlxalq Könüllülər Günü ilə bağlı müraciətini də oxuyub. Müraciətdə qeyd edilib ki, könüllü olmaq digərləri ilə əlaqə qurmaq, məqsədəuyğunluğu möhkəmləndirmək deməkdir. Bu il Beynəlxalq Könüllülər Gününün mövzusu "Könüllü inklüziv gələcək naminə"dir.

Məktubda daha sonra bildirilib ki, könüllülərin sayını artırmaqla yanaşı, dünya səviyyəsində könüllülər hərəkatını təşviq etmək lazımdır: "Könüllü olmaq qlobal səviyyədə dayanıqlı inkişaf səylərinin bütün insanlar tərəfindən göstərilməsini və hamının mənafeyi naminə onların icrasını təmin etmək üçün çox əhəmiyyətlidir”.

pia.az

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627



loading...

Ən çox oxunanalar