Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda Trampın partiyası ilə eyni ittifaqda olan partiya varmış


Elşən Mustafayev: “ABŞ-dan bizim ölkənin daxili problemlərini həll etməyi gözləməməliyik”


Donald Trampın prezident seçilməsi ilə ABŞ-da hakimiyyətə gələn Respublikaçılar Partiyası ilə eyni ittifaqda müttəfiq edən yeganə Azərbaycan partiyası AMİP-dir. Bu barədə “Yeni Müsavat”a açıqlamasında AMİP-in beynəlxalq əlaqələr üzrə katibi, beynəlxalq məsələlər üzrə ekspert Elşən Mustafayev bildirib. O qeyd edib ki, AMİP sağ mərkəz yönlü partiyaları özündə birləşdirən  Beynəlxalq Demokrat İttifaqı (BDİ) çərçivəsində ABŞ-ın Respublikaçılar Partiyası ilə müttəfiqdir. 


Bu ilin iyul ayında AMİP rəhbərliyi  Donald Trampın namizədliyinin təsdiqləndiyi Respublikaçılar Partiyasının qurultayına dəvət alıb. Lakin müəyyən səbəblərdən qurultayın işində iştirak edə bilməyiblər. Bununla belə, qurultaya təbrik məktubu göndərilib. Seçkilərdən sonra da ABŞ Respublikaçılar Partiyasına və Donald Trampa AMİP rəhbərliyi rəsmi təbrik məktubu göndərib.

Bununla belə, ekspert bildirdi ki, nə AMİP, nə digər partiyalar bundan sonra da ABŞ-dan bizim ölkənin daxili problemlərini həll etməyi gözləməməlidirlər: “ABŞ kimi super dövlət də daxil olmaqla, istənilən dövlətin başçısının bizim ölkənin daxili siyasi  problemlərinin həllində yardımçı olacağına ümid bəsləmək yanlış mövqedir. Həqiqətən də ABŞ-dakı seçkilərdən öncə Azərbaycan ictimai-siyasi fəallarının mütləq əksəriyyəti Demokratlar Partiyasının namizədi Hillari Klintonu prezident kimi görmək istəyirdilər. Elə düşünürdülər ki, Klinton prezident seçilsə, bu, Azərbaycanda demokratik proseslərə avtomatik təsir göstərəcək və sair.

Sanki Tramp və  Klinton arasında hər hansı ciddi fərq mövcuddur. Əslində ABŞ-ın xarici siyasəti üçün heç nə dəyişməyib və dəyişməyəcək də. Klintondan nələrisə gözləyənlər Barak Obamanın 8 illik prezidentlik dövrünü xatırlamırdılar sanki. Hansı ki, Obamanın birinci prezidentlik dönəminin dövlət katibi Hillari Klinton idi. Məgər həmin dövrdə ABŞ Azərbaycanda demokratiyaya real dəstək vermişdi? Xeyr. Azərbaycan siyasətçilərinin Trampa olan münasibətlərinin dəyişib dəyişməyəcəyini deyə bilmərəm Amma Tramp dönəmində yeni komandanın Azərbaycana, onun hakimiyyətinə və müxalifətinə münasibəti hər zaman olduğu kimi ABŞ-ın milli maraqlarına uyğun həyata keçiriləcək. Bunu da  normal qəbul eləmək lazımdır. Ona görə də hesab edirəm ki, Azərbaycan müxalifəti kənardan dəstəyə yox, öz gücünə, xalqın dəstəyinə ümid eləməlidir. Bu, daha real nəticələrə gətirib çıxarar”.

E.Mustafayev dedi ki, Trampın demokratiya ilə bağlı necə davranacağından asılı olmayaraq AMİP-lə Respublikaçılar Partiyasının Beynəlxalq Demokrat İttifaqında müttəfiqliyi davam edəcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ötən ay ən çox şikayət olunan bank “Bank of Baku” olub – AMB

Ceyhun Bayramov Özbəkistan Prezidenti ilə görüşüb - Yenilənib

Səfir: "Qırğızıstan Prezidentinin Azərbaycana səfərində 10-dan çox sənədin imzalanması planlaşdırılır"

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

İsrail ordusunun Baş Qərargah rəisi: İranın hücumuna cavab veriləcək

Səudiyyə Ərəbistanının İranın İsrailə hücumlarının qarşısının alınmasında iştirakı təkzib edilib - Yenilənib

Ən çox oxunanalar