Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Azərbaycanda KİV haqqında yeni qanun dəyişdirilməlidir" – Dunya Miyatoviç

Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviç Azərbaycan prezidenti İlham Əliyevi bu yaxınlarda qəbul edilmiş KİV haqqında qanunu üzərində işlənməsi üçün parlamentə qaytarmağa çağırıb.

Komissar öz məktubunda KİV haqqında yeni qanunun geniş və məzmunlu məsləhətləşmələr aparılmadan qəbul edilməsi ilə bağlı ciddi narahatlığını dilə gətirir.

Qanun insan hüquqları, ifadə azadlığı və KİV azadlığı sahəsində beynəlxalq standartlara uyğun deyil.

Qanun KİV sahəsini və jurnalist peşəsini həddindən artıq çox tənzimləyir, bu da azad, müstəqil, senzuraya məruz qalmayan KİV və plüralizm prinsiplərinə ziddir.

“Yeni qəbul edilmiş qanun ifadə azadlığı və KİV azadlığı sahəsində vəziyyəti daha da pisləşdirir. Bu qanun hakimiyyət orqanlarına lisenziyalaşdırma yolu ilə jurnalistlərin işini həddindən artıq məhdudlaşdırmaq səlahiyyəti verir. O, həmçinin media şirkətlərinin və təşkilatlarının maliyyə fəaliyyətinə, hüquqi fəaliyyətinə və əməliyyat fəaliyyətinə məhdudiyyətlər tətbiq etmək imkanı verir”, deyə Miyatoviç yazır və qanunvericiliyin söz və KİV azadlığı sahəsində beynəlxalq standartlara və Avropa standartlarına uyğunlaşdırılması zərurətini vurğulayır.(Turan)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar