Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Azərbaycana daha çox turistin cəlb olunması üçün Çin tərəfi ilə fəal iş aparılır"

Azərbaycana daha çox turistin cəlb olunması üçün Çinin müvafiq dövlət qurumları və şirkətlər ilə fəal iş aparılır

PİA.az xəbər verir ki, bu barədə Şanxayda keçirilmiş 2-ci Çin Beynəlxalq İdxal Sərgisi çərçivəsində Azərbaycanın turizm potensialının təqdimatı zamanı bildirilib.

Sərginin paralel forumlarından olan 2-ci Çin sərgi sənayesi ticarəti beynəlxalq forumunda çıxış edən Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib ki, son illər ölkəmizdə turizm sənayesində böyük inkişaf müşahidə olunur. Hökumətin bu sahənin inkişafı ilə bağlı strateji planına uyğun olaraq görülmüş işlər nəticəsində Azərbaycanda turizmin müxtəlif növləri üzrə ən müasir standartlara uyğun infrastruktur yaradılır. Gözəl təbiəti, rəngarəng iqlimi, tarixi və müasir memarlıq nümunələri, təbii müalicəvi yerləri, zəngin və dadlı mətbəxi ilə Azərbaycan turizm sektoru sürətlə böyüyən ölkəyə çevrilir. Bundan başqa, Azərbaycan, xüsusən də paytaxt Bakı beynəlxalq tədbirlərin, nüfuzlu idman yarışlarının keçirildiyi məkana çevrilib. Ötən bir neçə ildə Bakıda beynəlxalq səviyyəli 50 tədbir keçirilib. Bir neçə gün əvvəl isə paytaxtımız 2022-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanıb. Bütün bu amillər əcnəbi turistlərin marağına səbəb olur.

F.Nağıyev qeyd edib ki, Azərbaycan Çin ilə digər sahələrdə olduğu kimi turizm üzrə də əməkdaşlığın inkişafına böyük önəm verir. Ölkəmizə daha çox Çin turistlərinin cəlb olunması məqsədilə ötən ilin dekabrından etibarən Çində Azərbaycan Turizm Bürosunun rəsmi nümayəndəliyi fəaliyyətə başlayıb. Cari ilin martında isə Çinin Mədəniyyət və Turizm NazirliyiAzərbaycan Dövlət Turizm Agentliyi arasında çinli turistlərin Azərbaycana qrup səfərlərinin sadələşdirilməsi haqqında Anlaşma Memorandumu imzalanıb. Hazırda Bakı ilə Çinin Pekin və Urumçi şəhərləri arasında birbaşa hava əlaqəsinin mövcudluğu, Çin vətəndaşları üçün 2016-cı ilin fevralından etibarən sadələşdirilmiş viza rejiminin tətbiqi, habelə “ASAN Viza" sisteminin fəaliyyəti çinli turistlərin Azərbaycana səfər imkanlarını genişləndirib. Bundan başqa, Çinin müxtəlif şəhərlərində Azərbaycanın turizm imkanlarının təqdimatları keçirilib, ölkənin tanınmış onlayn səyahət platformaları - 300 milyondan çox istifadəçiyə xidmət göstərən “Trip.com” və 100 milyondan çox istifadəçisi olan “Qyer.com” ilə əməkdaşlıq aparılır. Bunların nəticəsidir ki, ölkəmizə səfər edən çinlilərin sayında ciddi artım müşahidə olunur. Cari ilin 10 ayı ərzində Azərbaycan səfər edən çinli turistlərin sayında 64 faiz artım müşahidə olunub.

Forumda Azərbaycanın turizm brendi “Azerbaijan: Take Another Look” (“Azərbaycan: Bir daha bax”) filmi nümayiş olunub.

Qeyd edək ki, 2-ci Çin Beynəlxalq İdxal Sərgisi çərçivəsində Azərbaycanın ölkə pavilyonunda respublikamızın turizm potensialına dair videoçarxlar, nəşrlər, elektron materiallar nümayiş olunub. (Azərtac)

pia.az


Etiket: Çin turizm

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar