Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Azərbaycan ordusu Rusiya təsirindən qurtarıb NATO sisteminə keçəcək" - Politoloq

"Azərbaycan diplomatik müstəvidə də hərbidəki kimi savaşmağa hazırdır"

İlham Əliyevin Müdafiə Nazirliyinin Komanda mərkəzində çıxışından bir sıra nəticələrə gəlmək olar. Artıq Minsk qrupu ifşa olunub və etimadı tamamilə itirib. Azərbaycan bu problemi əsgərlərinin qanı bahasına həll edirsə, milyonlarla dollara başa gələn savaş aparırsa, deməli, Minsk qrupu bundan sonra Azərbaycana hər hansı fikir bildirmək haqqını itirib.

ABŞ, Rusiya, Fransa üçlüyü arasında birlik pozulub. Rusiya tərəfləri Moskvaya, ABŞ Vaşınqtona ayrılıqda dəvət etdisə, həmrəylik yoxdur. Azərbaycan XİN başçısının Vaşinqton səfərindən sonra Prezidentin qətiyyətli duruşu davam etdirməsi, çıxışında məhz Rusiya silah növlərinin adını çəkməsi və onların Ermənistana havayı verilməsini qeyd etməsi, arsenalımızdakı bəzi silahların məqsədəuyğun olmadığını vurğulaması Rusiyaya yönəlik diplomatik demarş nüansları idi. İranın sərhədimizə ağır zirehli texnika cəmləşdirməsi də Vaşinqtondakı mümkün razılaşmadan doğan narahatlıq və bölgədə söz sahiblərindən biri olma nümayişinin təzahürü idi.

BMT-də səsverməyə qarşı Qoşulmayanlar hərəkatının sırasında tərəfdarlarımızın səfərbər olunaraq müqavimət göstərməsi onu deməyə əsas verir ki, Azərbaycan diplomatik müstəvidə də hərbidəki kimi savaşmağa hazırdır. Azərbaycan kəşfiyyat orqanlarının o imkanlarının olmadığını nəzərə alaraq İlham Əliyevin Türkiyə, İsrail, ABŞ və ola bilsin ki, İngiltərə kəşfiyyatları vasitəsilə Rusiyadan Ermənistana uçan təyyarələrin yükünün əslində nədən ibarət olması barədə məlumat əldə etdiyini güman etmək olar.

ABŞ neytral yanaşdığından Minsk üçlüyü artıq xor kapellası qurub triada şəklində yox, solo şəklində köhnə mahnıları oxusalar da, Azərbaycan onları dinləməyəcək. Bu üçlükdə Vaşinqtonun səssizliyi və aktiv neytrallığı Rusiya və Fransanın hay-küyündən daha aydın eşidilir. ABŞ-da noyabrın 3-də seçkilərdir, Prezident Kaloforniyadakı onsuz da ümumi seçki nəticələri üçün əhəmiyyət kəsb etməyən erməni seçicilərin səsləri naminə vaxt itirib qalmaqala qoşulmaq, imicini korlamaq istəmir. ABŞ özü güclüdür, gücün əhəmiyyətini anlayır və qəbul edir. Azərbaycanın Vaşinqtonla bundan sonra, yəni Qarabağı alandan sonra əlaqələri yaxınlaşa bilər. İlham Əliyev ölkədəki xarici təsirləri azaldır və bu, ABŞ-ı məmnun edir. ABŞ onunla işləməkdə maraqlıdır. Rusiyanın təsir vasitələrindən olan Azərbaycan ordusu modernləşəcək, Rusiya təsirindən qurtarıb NATO sisteminə keçəcək.

Ordudakı bəzi qüvvələr indiyədək bürokratik aparatdakı qüvvələrlə birlikdə damokl qılıncı kimi islahatların qarşısında dayanmışdı, bundan sonra onların təmizlənməsi sürətlənəcək. Rusiya Ermənistanı dəstəkləməklə Azərbaycana kart blanş verdi. Ordunun qərbləşməsi Azərbaycanı Qərbə doğru inteqrasiyaya aparacaq. Bizim demokratikləşmə, liberallaşma iqtisadiyyatda monopoliyanın aradan qaldırımasından yox, seçkilərdə şəffaflıqdan yox, ordunun modernləşməsindən başladı. Qalib ordu cəmiyyətə öz təsirini göstərəcək. Xalq ordu ilə nəfəs alır, ordunun uğurları cəmiyyəti arxasınca aparır. Ordumuz gələcəyimizin güzgüsüdür. Qərbə doğru yönəlmə, ən azından Türkiyə sistemli demokratik açılım gözləniləndir. Yeniçərilərdən başlanan və NATO-nun ikinci ordusunadək keçilən, dövlətçilikdkə ənənəvi rol oynayan türk ordu sistemi Azərbaycana da sirayət edəcək. Qarabağın azadlığından başlanan yol bizi həm də vətəndaş azadlıqlarına, inkişafa aparıb-çıxaracaq.

Nəzakət Məmmədova - Politoloq

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar