Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Avropa ölkəsinin bombardman edilməsinin səbəbi..."

NATO təyyarələrinin Avropanı bombalaması beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır

PİA.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Sputnik-ə açıqlamasında Rusiyanın Avropa Birliyindəki daimi nümayəndəsi Vladimir Çijov deyib. O bildirib ki, bu hadisənin 20-ci ildönümü beynəlxalq hüququn kobud şəkildə pozulduğunu xatırlatmaq üçün yaxşı səbəbdir:

"Bu səbəbdən həmin hadisəni xatırlamaq istəmirlər. Ancaq onu xatırlamaq üçün bir çox səbəb var, 20-ci ildönüm də bunlardan biridir”.

Yuqoslaviyanın 1998-2000-ci illərdə xarici işlər naziri vəzifəsində çalışan Zivadin Yovanoviç də bombardmanın əsas səbəbinin Rusiya sərhədlərinə yaxınlaşmaq olduğunu bildirib:

“O zaman NATO-nun təcavüzünün qarşısını almaq üçün heç bir yol yox idi. Onlar beynəlxalq hüquqa və BMT-yə qarşı güclərini göstərmək və cənub-şərqdə möhkəmlənmək istəyirdilər. Məqsədləri də Balkanlarda hərbi baza qurmaq və Rusiya sərhədlərinə yaxınlaşmaq idi”.

Qeyd edək ki, NATO Serbiyanı 1999-cu ilin 24 martından 10 iyununa qədər bombardman edib. Rəsmi Belqradın hesablamalarına əsasən, bu bombardmanlar zamanı 2500 nəfər həlak olub, 12,5 min nəfər yaralanıb. Ölkəyə ümumilikdə 100 milyard dollara yaxın zərər dəyib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Ən çox oxunanalar