Çərşənbə axşamı, 10 Dekabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

"Ata Abdullayev hökumət adamı deyil ki, onu hərəkətinə görə ittiham edəsən" - Tahir Kərimli

“Bloqer Ata Abdullayevin hərəkətlərində hansısa neqativ hallar müşahidə oluna bilər. Amma onun cəsarəti təqdirəlayiqdir”...

PİA.az xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.

Deputat qeyd edib ki, Ata Abdullayevin hərəkətlərində neqativ hal axtarmaq düzgün deyil: “Ermənistanın Baş Naziri Nikol Paşinyan deyir ki, sən hansı cürətlə bu qədər erməninin olduğu yerə daxil olmusan? Bunu qiymətləndirməmək olmaz. Bu, cəsarət tələb edir. Ermənilərin içərisində bunu etmək asan məsələ deyil. Ata Abdullayev Paşinyana suallar verir, cavab tələb edir, onu xeyli dərəcədə çətinə salır. Paşinyan Ata Abdullayevin Xocalı sıyqırımı ilə bağlı verdiyi suala cavab verə bilmir. Paşinyan məsuliyyəti murdarcasına Azərbaycanın üzərinə atır. Ata Abdullayev hökumət adamı deyil ki, onu hərəkətinə görə ittiham edəsən, sərbəst insandır...Əksinə, Ata Abdullayevin hərəkəti təqdir olunmalıdır. Ermənilər görür ki, Azərbaycanın cəsarətli oğlanları var. Yəni, Ata Abdullayevin hərəkətlərində 10 faiz neqativ hal varsa, 90 faizi müsbətdir”.

Xatırlatma: Özünü bloqer kimi təqdim edən Ata Abdullayev İtaliyanın Milan şəhərində kilsəyə daxil olaraq Ermənistanın baş naziri Nikol Paşinyana suallar verib. A.Abdullayevin bu hərəkəti Azərbaycanın bəzi vətəndaşları tərəfindən normal qarşılanmayıb. (Pravda.az)

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.


loading...

Ən çox oxunanalar