Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Aşura günü" ilə bağlı qanvermə aksiyasında 2430.5 litr qan tədarük olunub

Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə "Aşura günü" könüllü qanvermə aksiyaları davam edir

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, saat 15:00-a olan məlumata əsasən 5401 nəfər könüllü olaraq qan verib. Bu şəxslərdən 2430.5 litr qan tədarük olunub.

saat 12:14

Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə "Aşura günü" könüllü qanvermə aksiyaları davam edir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, saat 12:00-a olan məlumata əsasən 3 510 nəfər könüllü olaraq qan verib. Bu şəxslərdən 1579.5 litr qan tədarük olunub.

saat 09:27

Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə "Aşura günü" qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanvermə aksiyaları keçirilir.

Səhiyyə Nazirliyindən verilən xəbərə görə, aksiyalar Bakı şəhəri üzrə Binəqədi rayonu “İmam Əli məscidi”, Xəzər rayonu 14 saylı Birləşmiş Şəhər xəstəxanası və “Mir Mövsüm ağa Ziyarətgahı”, Nəsimi rayonu “Əjdər bəy” məscidi (mərasim zalı) və 20 saylı şəhər poliklinikası, Nizami rayonu “Şah Abbas” məscidi, “Sahibəzzaman” məscidi , Sabunçu rayonu “Rəhimə xanım ziyarətgahı” məscidi, “İmam Rza” məscidi, Səbail rayonu “Bibiheybət” məscid ziyarətgahı və İçəri şəhər “Cümə məscidi”, Suraxanı rayonu “Qaracuxur” məscidi, Yasamal rayonu “Təzə pir” məscidi, “Hacı Soltanəli” və Hacı Cavad” məscidində keçirilir.

Bölgələrdə könüllü qan vermək istəyənlər isə Gəncə şəhəri “İmamzadə” kompleksi , Lənkəran şəhər Böyük bazar “Cümə” məscidi, Mingəçevir şəhəri “Heydər” məscidi, Sumqayıt şəhər “Cümə” məscidi, Şəki şəhəri “İmam Əli” məscidi, Mərkəzi Qan bankının Şirvan bölməsi və Şirvan şəhər məscidi, Ağcabədi Mərkəzi rayon xəstəxanası, Beyləqan Mərkəzi rayon xəstəxanası, Bərdə rayonu “Bərdə İmamzadəsi”, Biləsuvar rayonu “Cümə” məscidi (mərasim zalı), Cəlilabad Mərkəzi rayon Xəstəxanası, Göyçay şəhəri “Əbülfəzlil Abbas” məscidi, Xaçmaz şəhər Məscidi, Qan bankının Quba bölgəsi, Masallı şəhər Cümə məscidi, Salyan şəhəri Hacı Tağı məscidinə gedə bilərlər.

Aksiyalar səhər 9:00-dan başlanıb.

Saat 09:00-a olan məlumata əsasən, Bakı şəhəri üzrə 518 nəfər könüllü olaraq qan verib. Bu şəxslərdən 233 litr qan tədarük olunub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ən çox oxunanalar