Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Arzun gözündə qalacaq, Əli Həsənov"

Sabiq deputat sükutu belə pozdu...

Tanınmış jurnalist, sabiq deputat Etibar Hüseynov Prezidentin keçmiş köməkçisi Əli Həsənovu sərt tənqid edib.

E.Hüseynov özünün "facebook" səhifəsində keçmiş ideoloqun ölkədəki proseslərdən müəmmalı şəkildə kənarda qalmasına münasibət bildirib:

"Saytlar Koronavirusla Mübarizəyə Dəstək Fonduna yardım etmiş tanınmışların siyahısını dərc edir. Siyahıda cəmiyyətin demək olar ki, bütün spektri əhatə olunub. Burada yüksək vəzifəli şəxslərindən tutmuş, sabiq nazir və deputatlara, biznesmenlərdən tutmuş, jurnalist, idmançı, şou-biznes nümayəndələrinə kimi hamı var; tək Əli Həsənovdan başqa. O Əli Həsənov ki, yazdığı (o cümlədən də trollarına yazdırdığı) palaz-palaz məqalələrdə az qala iki cümlədən bir özünü İlham Əliyevin ən sədaqətli silahdaşı, onun əsgəri adlandırırdı.

Bəs indi hardasan, Əli Həsənov? Oğlun, xanımın haradadır? Bu ölkədə daha nələr baş verməlidir ki, sən də Prezidentin çağırışına qoşulasan? Bilirəm və adım qədər əminəm ki, bu gün vəziyyətin daha da ağırlaşmasında, kontroldan çıxmasında maraqlı olanlardan biri (bəlkə də birincisi) də sənsən. Amma bu arzun gözündə qalacaq, Əli Həsənov! İnşallah, bu virusa da qalib gəlib, ondan qurtulacağıq, hər halda səndən güclü və təhlükəli deyil ki?".(demokrat.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi açıldı - Yenilənib

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar