Çərşənbə axşamı, 01 Dekabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

"Arktika potensial münaqişə zonasına çevrilir" – Şoyqu xəbərdarlıq edir

Arktika müasir dünyada ərazi, resurs və hərbi-strateji maraqlar baxımından bir sıra ölkələrin diqqət mərkəzinə gəlib ki, bu da həmin bölgənin münaqişə potensialının artmasına gətirib çıxara bilər

Bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin (RF MN) kollegiyasında nazir Sergey Şoyqu bəyan edib.
MN mətbuat xidmətinin xəbər verdiyi kimi, hal-hazırda şimal dairələrində nəinki Rusiyanın, həm də Amerika Birləşmiş Ştatlarının (ABŞ), İsveçin, Almaniyanın, Çinin və Cənubi Koreyanın buzqıranları üzür.

Şoyqu qeyd edib ki, Arktikada Rusiyanın milli maraqlarının müdafiəsi silahlı qüvvələrin prioritetlərindən biridir. İkinci tapşırıq – bu bölgədə potensialın artırılmasından ibarətdir.

Nazirin sözlərinə görə, mövcud və proqnozlaşdırılan təhdidlərə adekvat reaksiya verilməsi üçün Şimal donanması nazirliyin kompleks planının reallaşdırılmasını davam etdirir. Bu plan 2020-ci ilə qədərki dövrü əhatə edir.

Bu baharda Şimal donanmasının tərkibinə «İlya Muromets» buzqıranı və «Elbrus» arxa-təminat gəmisi, yayda isə «Admiral Qorşkov» freqatı və «İvan Qren» desant gəmisi verilib. Üstəlik də «Akademik Paşin» tankeri dövlət sınağından keçirilir.

Donanmanın silahlanması ilin axırına qədər davam edəcək.

Bu yay Pentaqonda bəyan ediblər ki, ABŞ Arktikada «oyunu davam etdirməlidir», çünki planetin bu hissəsi getdikcə daha çox əhəmiyyət kəsb edir.

pia.az


Etiket: Şoyqu Arktika

Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Laçında 200 erməni saxlanılıb - Rus sülhməramlılarına "xidmət" etmək üçün

“Moskva ona sadiq qalan Bakıya xəyanət etdi” - Şevçenko

Ruslardan həyəcan təbili: ”Ermənilər tezliklə muxtariyyət istəyəcək...” - Video

Laçın sabah boşaldılmalıdır, amma... – Dəhlizi kim və necə müəyyənləşdirəcək?..

Mühasirəyə düşmə videosu yayılan hərbçi Şuşa istiqamətində şəhid olub - Video

Üç tələbəsinin öldüyü qəzanın anbaan görüntüləri - Video

Azərbaycan Ordusunun bölmələri Laçın rayonuna daxil oldu - Müdafiə Nazirliyi

Şuşadakı hərbçimizdən Zülfiyyə Xanbabayevaya hədiyyə - Video

Azərbaycanda Qələbə paradı keçiriləcək - Vaxtı açıqlandı

Türkiyə və Rusiya Qarabağla bağlı anlaşdı - Türklər gəlir...

loading...

Ən çox oxunanalar