Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Arada deyirəm ki, bəlkə Həcc ziyarətinə gedim və həci xanım olum" - Röya

Xalq artisti Röya Ayxan MTV Azərbaycan kanalında qonaq olub.

PİA.az xəbər verir ki, Röya Ayxan Zəfər tariximizdəb danışıb: "2020-ci il həyatıma Zəfər ili kimi yazıldı. Dostlarıma da dedim ki, hamilə olsaydım və oğlum olsaydı, adını Zəfər qoyardım.

2020-ci il yaddaşıma millətimin böyüklüyü ilə köçdü. Bir ana kimi artıq mənim oğluma problem qalmadı. Mən fikirləşirdim ki, evin bir uşağıdır. Mən iki qardaşımı Bakıda əsgərliyə göndərdim ki, onların anlayışı olsun. O torpaqlar bizimdir.

Necə 2020-ci zəfər ili kimi yadda qaldı, 2021-ci ildən də yaxşı hadisələr gözləyirəm. Yanvarın 1-də başladım dəli-dəli fırlanmağa. Allaha dua etdim ki, ilimiz yaxşı gəlsin. İtirdiklərimiz də oldu. Mən ulduz olmaq üçün nələri itirməmişəm ki... O qədər qurbanlar verdim. Arada deyirəm ki, bəlkə Həcc ziyarətinə gedim və həci xanım olum. Allaha qurban olum".

Xalq artisti pandemiyanı necə keçirməsindən də danışıb: "Mən evi, qohumlarımı tanıdım. Başa düşdüm ki, ən gözəl yemək bişirən mənim köməkçim imiş. Bu günə qədər evimdə qonaq otağında süfrə açılmamışdı. Ümumiyyətlə, qonaq otağına keçmirdim. İndi divanda oturanda deyirəm ki, nə rahat divanımız varmış".

Röya Ayxan oğlu Hüseyndən də söz açıb: "Hüseyn böyüdükcə deyirəm ki, kaş qız dünyaya gətirərdim... İndi 13 yaşı olur. Öpmək, qucaqlamaq istəyirəm, icazə vermir. Kişi olub mənim üçün..."

Müğənni sənətindən bəhs edərkən deyib ki, elə bir sevginin əhatəsindəyəm, düşməyə haqqım yoxdur: "Bu qədər əziyyəti itirə bilmərəm. Arada düşünürdüm ki, yaşlı olandan sonra oxumaram. Amma indi deyirəm, 70 yaşımda çimərlik geyimində klip çəkdirib, səhnəyə çıxacam. Çünki düşünürəm ki, o qədər əziyyəti itirməyim.

Bu sənət xainliyi sevmir. Dürüst olmaq və təşəkkür etmək lazımdır. Balaca bir şeyə görə də çox sağ ol deməlisən. Sənətdə nə qədər insanlar var, bilirik ki, paxıldırlar. Amma bunu onların üzünə vurmuram. Onu da qucaqlayıb öpürəm. Hazırda dürüstlüklə həyasızlığı səhv salırlar. Mən 2020-ci ildə İnstaqram səhifəmi sildim. İyrəndim... Qarşıma o qədər videolar çıxırdı ki, hamı ağıllı-ağıllı danışır. Dedim ki, bu şeyləri görməyim. Mənim auramı pozur.

Üzüyümdən Aygün Kazımovada da var. Bunu taxmayım? Niyə taxmıram? Ona görə də o qədər ucuz sözlər danışırlar ki. Sən bəstəkarsan və hamı sənin mahnını oxuya bilər... İstəyirəm ki gələn nəsil daha ağıllı olsunlar".

Röya Ayxan özünü belə xarakterizə edib: "Küsdümsə bir daha o adama qayıtmıram. Tez öyrəşirəm və tez də unuduram. Sonra elə bilirəm ki, həmin insan həyatımda heç olmayıb.

Ona görə dünyanın ən xoşbəxt qadınıyam, kiminləsə küssəm də paxıl adamları bağışlayıram. Heç vaxt dedi-qodu etmərəm. Sadəcə həmin adamları həyatımdan silirəm".

İfaçı aparıcının "Dostluğuna düşmək üçün kim olmalısan?" sualına belə cavab verib: "Uğurlu adam olmalısan... Mənim dostlarımın içində uğursuz adamlar ola bilməz. İncəsənət dostlarım arasında elələri də var... Ona görə də onlarla ayda bir dəfə görüşürəm, amma bir yerdə oturmuram.

Dostluğumda pozitiv insanlar olmalıdır. Mən İnstaqram səhifəmi sıfırladım. Hərdən sevgilimlə dava edəndə də onu edirəm. Niyə belə edirəm, bilmirəm..."(Pravda.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar