Cümə axşamı, 27 Yanvar 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

"Amerikada nə ediriksə, yenə də ermənilər bizə nifrət edirlər" - Aziz Sancar

"Cənab İlham Əliyevlə görüşümüzdə Qarabağ münaqişəsindən, Qərbin, ATƏT-in Minsk qrupunun ikiüzlülüyündən danışdıq".

PİA.az bildirir ki, bu sözləri məşhur alim Aziz Sancar jurnalistlərə açıqlamasında bildirib. O, qeyd edib ki, Minsk qrupu 30 il nəticəsiz işlər görüb: "Onlarən da məqsədi bu idi ki, heç bir iş görqlməsin və Qarabağ Ermənistana qalsın. Əgər addım atmasaydıq, Qarabağ Ermənistanda qalardı. Şükür, bu gün torpaqlar geri qayıdıb. Mən, bir türk millətçisiyəm. Amma əvcəlcə elmdə qüvvətli olmalısan. Əgər elmdə güclü olmasan, mübarizə apara bilməzsən. İlham Əliyev də bunu deyirdi. Mən başqa dövlət başçıları, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla da danışanda demişəm, elmə diqqəti artırmalıyıq. Bizim hazırladığımız pilotsuz uçuş aparatlarının özəyində təməl elm var".

A.Sancar 44 günlük Vətən müharibəsi zamanı Amerikanın Azərbaycana olan mövqeyindən də söz açıb: "44 günlük müharibədə Amerikanın sərt reaksiya göstərəcəyindən qorxurdum. Çünki, orada erməni lobbisi güclüdür və təəssüf ki, onlar biz türklərə nifrət edir. Biz çalışırıq ki, onlara yaxşı münasibət göstərək. Lakin nə ediriksə xeyri yoxdur, onlar yenə də bizə nifrət edir.

Beləliklə, 44 günlük müharibədə Amerika tərəfindən Azərbaycana qarşı sərt reaksiya olmadı. Çünki həmin vaxt Anerikada prezident seçkiləri keçirilirdi. Bildiyiniz kimi həmin ərəfədə seçkilərlə bağlı bir çox problemlər ortaya qarışmışdı. Amerikanın başı özünə qarışmışdı. Bu baxımdan sərt reaksiya görmədik.

Bir də amerikalı, fransız, ingilis nə deyə bilər axı? Azərbaycan haqlı olaraq öz torpaqları uğrunda savaşdı".

Əziz Sancar Amerikada hələ də dini, irqi ayrı-seçkiliyinin davam etdiyini də diqqətə çatdırıb:

"Artıq 200 ildir ki, Amerikada bütün insanlara dini, irqi baxımından eyni hüquq tanınsa da hələ də qara dərililərə qarşı fərqli münasibət var. Qara dərililər demək olar ki, Amerikada alt təbəqə sayılırlar.
Amerikada əhalinin 40 faizi xristiandır. Müsəlmanlar da çoxdur. Amerikalıların bəziləri müsəlmanlara yaxşı münasibət göstərir, bəzilərinin isə münasibəti yaxşı deyil".

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Bakıdakı məşhur restoran icra başçsının həyat yoldaşına məxsus imiş - Foto

Abdin Fərzəliyev kadr dəyişikliyinə hazırlaşır: etibarlı adamını Abşerona aparır

Azərbaycanda tanınmış şəxslərə BMT adından saxta mükafatlar verilir – Foto

Zaur Mikayılov Əhmədzadənin adamları ilə YOLLAŞA bilir… – Əsas odu işin içində pul olsun…

"Dedi hansısa pullu adamı nişan ver, iki saata tutaq, pulunu alaq..." - Mahmudovun bandasının əməllərində yeni faktlar

Vəfat edən şəxsin pensiya kapitalının taleyi parlamentdə müzakirə edilib

Azərbaycanda daha bir general təqaüdə göndərilib

Elmlər Akademiyası başdan ayağa donqliləşib – Bütün rəhbərlik naxçıvanlıdır

Rusiya səfiri Azərbaycanla sərhədin bağlanmasını şərh edib

"Manatın dəyər itirməsi gözləniləndir" - İqtisadçı

Azərbaycanda istirahət məntəqəsində ölü insan dölü aşkarlanıb

Ən çox oxunanalar