Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"5G" qurğuları hava ilə enerji dolduracaq

Corciya Texnologiya İnstitutunun mühəndislər qrupu beşinci nəsil mobil rabitə şəbəkəsi ("5G") əsasında simsiz enerjidoldurma texnologiyası yaradıb.

PİA.az AZƏRTAC-a istinadən bildirir ki, söhbət "5G" əhatə dairəsində olan zaman elektromaqnit enerjisini toplayan ilk düzləndirici antenadan gedir. Oyun kartı ölçüsündə olan qurğunu üçölçülü printerdə çap etmək mümkündür, onun generasiya enerjisi isə kiçik "Əşyalar interneti" (IoT) elektron cihazlarının enerji ilə təmin edilməsi üçün kifayət edir.

Hazırda "IoT" qurğularının işinin dəstəklənməsi üçün akkumulyatorlar tələb olunur ki, bu da onların miniatürlüyünü azaldır. Yeni texnologiya əsasən radiolokasiya müşahidə sistemlərində istifadə olunan "Rotman" linzasına əsaslanır. Hazırkı halda qurğu istiqamətdən asılı olmayan elastik enerji toplama sistemi yaratmağa imkan verib. Bununla yanaşı, tədqiqatçılar siqnalın toplanılması zonasına ziyan vurmadan qəbuledicinin çıxış gücünü 21 dəfə artırmağa nail olublar.

Mövcud prototip "5G" mənbəyindən 180 metr məsafədə 6 mikrovatt toplaya bilir. Bu, quraşdırılmış akkumulyatordan tam imtina edərək bir neçə sensorun daim enerji ilə təmin edilməsinin dəstəklənməsi üçün kifayətdir. Bundan başqa, antena əyilmədən sonra da işləmə qabiliyyətini qoruyur ki, bu da ondan daşınan qurğularda istifadə üçün perspektivlər açır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar