Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qapanma olarsa, vaksin olunanlara güzəşt iddiaları.. - Bu vaksinasiyaya məcburi addım deyilmi?

Vaksinləşmə prosesinin hər iki mərhələsini həyata keçirənlərə məhdudiyyət tətbiq olunmaması müzakirə edilir...

Sosioloq: “Dünyada minlərlə peyvənd olunan yenidən yoluxduğu halda, nəyə əsaslanıb vaksin vurulan şəxslərə xüsusi hüquqlar tətbiq oluna bilər?”.

“Dövlət bahalı vaksinləri pulsuz vurmaqdansa, qəpik-quruşa başa gələn qorunma vasitələri ilə insanları təmin etsə, daha faydalı olardı”.

Bu sözləri sosioloq Elçin Bayramlı ölkədə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunarsa, vaksinləşmə prosesinin hər iki mərhələsini başa çatdırmış şəxslərə güzəştlər tətbiq olunacağı xəbərini PİA.az-a şərh edərkən qeyd edib.

Məlumata görə, koronavirusa yoluxma sayındakı kəskin artımlar yenidən karantin rejiminin sərtləşdirilməsini aktuallaşdırır. Belə vəziyyətdə isə vaksinləşmə prosesinin hər iki mərhələsini həyata keçirənlərə məhdudiyyət tətbiq olunmaması müzakirə edilir. Belə ki, vaksinləşmə prosesinin hər iki mərhələsini yekunlaşdıranlara “SMS icazə” və digər hərəkət məhdudiyyətləri tətbiq olunmaya bilər.

Qeyd edək ki, Prezidentin köməkçisi Şahmar Mövsümov bir müddət əvvəl vaksinləşmə prosesini tam keçmiş vətəndaşlara güzəştlərin tətbiq edilməsinin müzakirə olunduğunu qeyd etmişdi.

Bəs bu ədalətli mövqe olacaq və bu addım əhalinin vaksin vurdurmasına məcbur edilməsi deyil?

Mövzunu PİA.az-ın əməkdaşı “Altay” Araşdırmalar Mərkəzinin rəhbəri, sosioloq Elçin Bayramlı ilə müzakirə edib.

Elçin Bayramlı: “Tam sağlam, yoluxmamış adamlara niyə məhdudiyyət qoyulmalıdır? Normal məntiqə əsasən, yalnız qorunma vasitələri olmadan ictimai yerlərdə hərəkətə məhdudiyyət qoyula bilər”.

Dünyada heç bir vaksinin yenidən yoluxmamağa təminat vermədiyini bildirən sosioloq PİA.az-a açıqlamasında qeyd edib ki, üstəlik bu vaksinlər şübhəlidir və vaksinləşmə birbaşa kütlə üzərində eksperiment kimi həyata keçirilir. Halbuki elmi tələblərə görə ən azı 3 il sınaq və təcrübələrdən sonra vaksinin kütləvi vurulmasına icazə verilə bilərdi:

“Xeyr! Bu ədalətli yanaşma deyil, insan hüquqlarına, ölkə qanunverciliyinə və beynəlxalq konvensiyalara tam ziddir. Xüsusən də, vaksinlərin faydasız olduğu və vurulduqdan sonra yoluxma hallarının olduğu məlum olandan sonra bu ədalətli yanaşma deyil. Tam sağlam, yoluxmamış adamlara niyə məhdudiyyət qoyulmalıdır? Normal məntiqə əsasən, yalnız qorunma vasitələri olmadan ictimai yerlərdə hərəkətə məhdudiyyət qoyula bilər.

Dünyada heç bir vaksin yenidən yoluxmamağa təminat vermir. Üstəlik bu vaksinlər şübhəlidir və vaksinləşmə birbaşa kütlə üzərində eksperimentl kimi həyata keçirilir. Halbuki elmi tələblərə görə ən azı 3 il sınaq və təcrübələrdən sonra vaksinin kütləvi vurulmasına icazə verilə bilər. Dünyada minlərlə peyvənd olunan yenidən yoluxduğu halda, hansı məntiqə və qanuna əsaslanıb vaksin vurulan şəxslərə xüsusi hüquqlar tətbiq oluna bilər? Hələ nəzərə alsaq ki, xeyli insanlar var ki, onlara xəstəlikləri ucbatından və digər məcburi səbəblərdən vaksin vurula bilməz.

Elçin Bayramlı: “Vaksin vurulması məcburi ola bilməz, bu nəzəri cəhətdən də mümkün deyil. İnsan orqanizmi üzərində qərar verilməsi hüququ yalnız insanın özünə məxsusdur”.

“SMS icazə” tətbiq olunsa belə, həyati əhəmiyyətli müəssisələrdə və strateji təyinatlı dövlət orqanlarında işləyənlərin hərəkətinə peyvənd olub-olmamasından asılı olmayaraq qadağa qoyula bilməz. Dövlət bahalı vaksinləri pulsuz vurmaqdansa, qəpik-quruşa başa gələn qorunma vasitələri ilə insanları təmin etsə, daha faydalı olardı.

Vaksin vurulması məcburi ola bilməz, bu nəzəri cəhətdən də mümkün deyil. İnsan orqanizmi üzərində qərar verilməsi hüququ yalnız insanın özünə məxsusdur. Hesab edirəm ki, bu kimi məlumatlar dezinformasiyadır və dövlət belə bir addım ata bilməz”.

Nərminə UMUDLU
pia.az


Etiket: Koronavirus


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Ən çox oxunanalar