Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərzaq bazarında müşahidə olunan qiymət artımı... - Bahalaşmaya səbəb nədir?

Uzun illərdir müşahidə olununan budur ki, dünyada hansısa malın qiyməti aşağı düşəndə Azərbaycan bazarı buna reaksiya vermir. Amma qiymət qalxanda hər kəs qiymət qaldırır...

Sosioloq: “Bir çox hallarda bahalaşmanı hökumət özü təşkil edir- məsələn aksiz vergiləri kəskin artırılır, gömrük rüsumları artırılır, kommunal xidmətlər bahalaşır, yanacağın qiyməti qaldırır ki, bu da mal və xidmətlərin bahalaşmasını şərtləndirir”.

“Kəndlilər, kiçik təsərrüfatı olanlar Bakıdakı bazarlara buraxılmır. Alverçilər və dəllallar tərəfindən məshul onlardan ucuz qiymətə alınır, 3 qat baha qiymətə istehlakçılara satılır”.

Bu sözləri sosioloq Elçin Bayramlı ərzaq bazarında müşahidə olunan qiymət artımların səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Son günlər ərzaq bazarında qiymət artımı müşahidə olunur. Hazırda topdansatış bazarında kəllə qəndin kiloqramı 20 qəpik, şəkər 10 qəpik, makaron 20 qəpik, qarabaşaq 10 qəpik, duz 5 qəpik, qablaşdırılmış istiot və digər ədviyyatlar 10 qəpik bahalaşıb. 50 kq unun qiyməti 27 manatdan 33 manatadək, 10 kq un 5.50 manatdan 6.10 manatadək artıb. Xırdalan pivələri 11 qəpik bahalaşıb. Gündəlik tələbat mallarından paltar və qab yuyucuların qiymətində 20-50 qəpiyədək artım var. Bundan əlavə, diş məcunları və şampunların qiymətində 15-25 qəpik artım müşahidə edilir. Həmçinin tumlar 10 qəpik bahalaşıb.

Ərzaq mallarının bahalaşması hansı amillərə görə baş verir? Həmçinin uzun illərdir müşahidə olununan budur ki, dünyada hansısa malın qiyməti aşağı düşəndə Azərbaycan bazarı buna reaksiya vermir. Amma qiymət qalxanda hər kəs qiymət qaldırır. Bu o deməkdirmi ki, yerli bazarda qiymətlər bir qrup adamın razılığı ilə müəyyən olunur. Bəs bu vəziyyətin qarşısı alınacaqmı?

Mövzunu PİA.az-ın əməkdaşı ASAM rəhbəri, sosioloq Elçin Bayramlı ilə müzakirə edib.

Elçin Bayramlı: “Azərbaycanda bəzi sahələr monopoliyadadır və qiymətləri də istədikləri kimi təyin edirlər”.

Qida sənayesində bir neçə monopoliyanın olduğuna diqqət çəkən sosioloq PİA.az-a açıqlamasında əlavə edib ki, bazarın əhəmiyyətli hissəsinə Azərsun nəzarət edir və bu monopolist şirkət istəyəndə qiyməti qaldırır, keyfiyyəti aşağı salır. Heç kim də bununla bağlı heç nə deyə bilmir:

“Bizdə qiymət tənzimləmə sistemi yoxdur. Həm də kapitalizm sistemində dövlət qiyməti tənzimləmək alətlərinə demək olar ki, malik deyil. Xüsusən də, enerji daşçıyıcılarının, suyun, xammalın qiyməti artırsa istehsalçını qiyməti bahalaşdırmamağa məcbur etmək heç nəzəri cəhətdən də mümkün deyil. Bir çox hallarda bahalaşmanı hökumət özü təşkil edir- məsələn aksiz vergiləri kəskin artırılır, gömrük rüsumları artırılır, kommunal xidmətlər bahalaşır bu da mal və xidmətlərin bahalaşmasını şərtləndirir.

Lakin əsassız bahalaşma tendensiyaları da çox olur. Bizdə bəzi sahələr monopoliyadadır və qiymətləri də istədikləri kimi təyin edirlər. Heç bir əsas olmadan da istədikləri vaxt qiyməti bahalaşdıra bilirlər. Məsələn siqareti götürək, hər bir neçə aydan bir siqaretlərin qiyməti bahalaşır, amma bunun üçün heç bir əsas yoxdur, nə tütünün qiyməti bahalaşıb, nə də başqa bir şey. Bu sahəyə kim məsuldur bilinmir, jurnalistlər heç kimi tapa bilmirlər ki soruşsunlar. Xüsusən də, yerli tütün fabrikləri çoxaldıqca qiymət bahalaşması absurddur. Eyni məhsullar xaricdən idxal ediləndə daha ucuz olurdu.

Ət bazarında da belədir. Təsəvvür edir hər yerdə ətin qiyməti eynidir. Bu neçə ola bilər? Kimsə qoyulmuş vahid qiymətdən 2 manat ucuz sata bilməz, hansısa qüvvə bunun qarşısını dərhal alır. Bu necə ola bilər? Tutaq ki, bir qəssab hansısa kəndən heyvanı ucuz ala bilər və gətirib 2 manat aşağı qiymətə satmaq istəyər, lakin buna imkan verməzlər.

Elçin Bayramlı: “Siqareti götürək, hər bir neçə aydan bir siqaretlərin qiyməti bahalaşır, amma bunun üçün heç bir əsas yoxdur, nə tütünün qiyməti bahalaşıb, nə də başqa bir şey”.

Eləcə də, kəndlilər, kiçik təsərrüfatı olanlar Bakıdakı bazarlara buraxılmır. Alverçilər və dəllallar tərəfindən məshul onlardan ucuz qiymətə alınır, 3 qat qiymətə istehlakçılara satılır. Nəticədə həmin məhsulu əziyyətlə əkib-becərən kəndli uduzur, şəhərdəki alıcı uduzur, yalnız dəllal udur. Bu dəllal mafiyası yığışdırılmasa, bu sahədə də vəziyyət düzəlməyəcək.

Qida sənayesində də bir neçə monopolist mövcuddur. Bazarın əhəmiyyətli hissəsinə Azərsun şirkəti nəzarət edir. Bu şirkət ürəyi istəyi vaxt qiyməti qaldırır, keyfiyyəti aşağı salır. Heç kim də heç nə deyə bilmir. Bu sahədə rəqabət zəifdir deyə, bunun qarşısını almaq olmur.

Məncə bahalaşmanın qarşısını almaq mümkün olmayacaq, çünki hər şey bir-biri ilə əlaqəlidir. İstehsalın maya dəyəri artıbsa, təbii olaraq məhsulun qiyməti də artacaq. Gömrükdəki astrononik rüsumlar və süni maneələr aradan qaldırılmasa, xaricdən 1 manata alınan məhsul burda 5 manata satılacaq.

Elçin Bayramlı: “Hazırda bizdə qiymətlər Avropa səviyyəsindədir, maaşlar isə buna adekvat deyil. Avropadakı orta maaşdan azı 10 dəfə aşağıdır”.

Ölkə daxilində monopoliyanın qarşısı tam alınmasa, yerli kiçik istehsalçılara maneələr aradan qaldırılmasa qiymətlər baha olacaq.

Hazırda bizdə qiymətlər Avropa səviyyəsindədir, maaşlar isə buna adekvat deyil. Avropadakı orta maaşdan azı 10 dəfə aşağıdır. Faktiki olaraq manat dəyərini itirir, inflyasiya rəsmi göstəricidən dəfələrlıə yüksək həddədir.

Hökumət maaş və pensiya siyasətini də buna uyğun aparmalıdır. Əgər qiymətlər Avropa səviyyəsindədirsə, maaşlar da o səviyyədə olmalıdır. Yox əgər maaşlar 5-10 dəfə aşağıdırsa, onda məhsul və xidmətlərin də qiyməti onlardakından 5-10 dəfə aşağı olmalıdır”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Prezident İlham Əliyev Putinlə təkbətək görüşüb - Yenilənib

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

  • Gündəm
  • Aktual
  • Gerçəklər

Ən çox oxunanalar