Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Koronavirusa qarşı məcburi peyvənd nə qədər qanunidir? - Şərh

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hesab etmir ki, koronavirus əleyhinə peyvənd məcburi olmalıdır...

Sosioloq: “Peyvənd məcburi ola bilməz. Xüsusən də hələ elmi nəticələri bilinməyən, uzunmüddətli testlərdə təsdiq olunmayan şübhəli bir peyvənd məcbur ola bilməz”.

“İndi bu virus ona görə aktiv təsirə malikdir ki, bütün dünyada hər 100 nəfərdən 80-nin immuniteti zəifdir. Lakin buna baxmayaraq hər 100 nəfərdən cəmi 1-2 nəfəri ölür. Demək virus immuniteti zəif də yox, sıfır olanları, çoxlu xroniki xəstəlikləri olanları öldürə bilər ki, bunu da hər hansı bir adi virus və ya xəstəlik də edə bilir”.

Bu sözləri sosioloq Elçin Bayramlı koronavirus əlehinə peyvəndin məcburi olub-olmamasını PİA.az-a şərh edərkən qeyd edib.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hesab etmir ki, koronavirus əleyhinə peyvənd məcburi olmalıdır. Bu barədə təşkilatın İmmunitetləşdirmə Departamentinin rəhbəri Keyt O Brayen bildirib.

Bir qədər əvvəl analoji fikirlə Ümumdünya Səhiyyə Təşkilatının Fövqəladə vəziyyətlər üzrə proqram direktoru Maykl Rayan da çıxış edib.

Qeyd edək ki, pandemiyanın əvvəlindən dünyada koronavirusa 67 milyon yoluxma qeydə alınıb, virusa yoluxmuş 46 milyon insan sağalıb, eyni zamanda 1,5 milyondan çox pasiyent təhlükəli infeksiyanın qurbanı olub.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib

Bəs məcburi peyvənd bu bəladan çıxış yolu ola bilər və bu nədər qanunidir?

Mövzunu PİA.az-ın əməkdaşı sosioloq Elçin Bayramlı ilə müzakirə edib.

Elçin Bayramlı: “Normal immuniteti olan insana nəinki bu virus heç bir xəstəlik yaxın gələ bilməz. Lakin insanların çoxu öz həyat tərzləri ilə özlərini tədricən öldürməyə çalışırlar”.

Bəladan çıxış yolunun peyvənd olmadığını düşünən sosioloq PİA.az-a açıqlamasında qeyd edib ki, yüzlərlə xəstəlik var- hərəsinə 1 peyvənd vurulsa, insan orqanizmi ultrakimyəvi anbara dönər:

“Peyvənd məcburi ola bilməz. Xüsusən də hələ elmi nəticələri bilinməyən, uzunmüddətli testlərdə təsdiq olunmayan şübhəli bir peyvənd qətiyyən məcburi ola bilməz. İnsanlara zorla peyvənd vurmaq olmaz. Bu beynəlxalq insan hüquqları konvensiyasına da, Konstitutsiyaya da, bütün qanunlara da zidd bir əməl olardı. Bu, yalnız könüllü ola bilər.

Bəladan çıxış yolu peyvənd deyil. Yüzlərlə xəstəlik var- hərəsinə 1 peyvənd vurulsa, insan orqanizmi ultrakimyəvi anbara dönər. İnsan orqanizminin özündə çox güclü peyvənd var, çox güclü müdafiə sistemi var. Sadəcə, qeyri-təbii həyat tərzi ilə, süni qidalanma ilə, streslə immuniteti sıfıra salmamaq, xroniki xəstəliklər qazanmamaq kifayətdir.

Normal immuniteti olan insana nəinki bu virus heç bir xəstəlik yaxın gələ bilməz. Lakin insanların çoxu öz həyat tərzləri ilə özlərini tədricən öldürməyə çalışırlar. Bunu bir çoxu savadsızlıqdan, bəziləri imkansızlıqdan, bəziləri də bilərəkdən edir. Mənasız hətta effektsiz qorxuducu təbliğata çəkilən xərcləri insanların immunitetinin güclənməsinə, təbii və sağlam həyat tərzinə, iş şəraitinə, idmana sərf etsələr istənilən bəlanın öhdəsindən gəlmək olar.

Elçin Bayramlı: “Müasir insanlar təbiətin bütün qanunlarına tüpürərək yaşayır və həm də sağlam olmaq istəyirlər. Bu, praktiki olaraq mümkün deyil”.

Televiziyalarda insanlara qorxulu əhvalatlar danışıb stress yaratmaq və immun sistemini zəiflətmək əvəzinə, təbii və sadə yollarla immuniteti necə möhkəmləndirməyin qaydaları öyrədilməlidir. Hamı immuniteti gücləndirmək üçün apteklərdə dərman axtarır. İmmuniteti gücləndirən dərmanlar apteklərdə deyil, bazardadır, dükanlardadır. Təbiətin çox güclü dərmanları var sadəcə heç kim istifadə etmir. Edənlər isə sağlam və möhkəm olur heç bir xəstəliyə tutulmurlar.

Hətta, bu virusa yoluxanların 99 faizinin sağalması göstərir ki, bu son dərəcə zəif virusdur. İndi bu virus ona görə aktiv təsirə malikdir ki, bütün dünyada hər 100 nəfərdən 80-nin immuniteti zəifdir. Lakin buna baxmayaraq hər 100 nəfərdən cəmi 1-2 nəfəri ölür, demək virus immuniteti zəif də yox, sıfır olanları, çoxlu xroniki xəstəlikləri olanları öldürə bilər ki, bunu da hər hansı bir adi virus və ya xəstəlik də edə bilir.

İmkan daxilində, gündəlik olaraq az miqdarda da olsa bunlardan istifadə edilməlidir - sirkə, limon, sarımsaq, bal, zəncəfil, xurma, zeytun, qaraçörəkotu, bəhməz, mövsümi meyvələr, ədviyyatlar, çiçək çayları və s. Süni emal qidalarından, fast-foddan, energetik içkilərdən, siqaretdən aralı durmaq, havasız yerdə olmamaq, maska ilə burunu bağlamamaq lazımdır- insan oksigenlə yaşayır, karbonla yox.

Elçin Bayramlı: “Kim orqanizminin bioloji strukturuna uyğun yaşayırsa, təbiətin qanunlarına riayət edirsə, onun üçün heç bir təhlükə yoxdur, ola da bilməz”.

Bundan başqa, fiziki hərəkət, imkan olduqca Günəş şüası qəbul etmək, təmiz hava, normal yuxu rejimi və stresdən kənar olmaq da faydalıdır.

Hər hansı bəladan çıxış yolu var. Sadəcə, müasir insanlar təbiətin bütün qanunlarına tüpürərək yaşayır və həm də sağlam olmaq istəyirlər. Bu, praktiki olaraq mümkün deyil. Kim orqanizminin bioloji strukturuna uyğun yaşayırsa, təbiətin qanunlarına riayət edirsə, onun üçün heç bir təhlükə yoxdur, ola da bilməz”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar