Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Uzadılması gözlənilən karantin və gəliri olmayan əhali...

Sərt karantin rejiminin daha 2 həftə uzadılması söylənilir. Buna baxmayaraq hökümət işindən olub evdə oturan insanlara demək olar ki, güzəşt etmir...

Sosioloq: “Əgər karantin uzadılacaqsa, vətəndaşlara sosial yardım ödənilməlidir. Ödənilmirsə, karantin tam götürülməlidir”.

“Bizdə həm sosial yardım verilmir, həm də karantin elan edilir. Beləliklə vətəndaşlar çox ağır sosial problemlərlə üzləşirlər”.

Bu sözləri sosioloq Elçin Bayramlı karantin günlərində hökümətin sosial siyasətini PİA.az-a şərh edərkən qeyd edib.

Sərt karantin rejiminin daha 2 həftə uzadılması söylənilir. Buna baxmayaraq hökümət işindən olub evdə oturan insanlara demək olar ki, güzəşt etmir. Misal üçün bütün gəlirlərindən məhrum edilən insanlar kommunal xərcləri, kreditləri, icarə haqqı və digər xərcləri ödəməlidir. Saytımıza müraciət edən çox saylı insanlar isə ehtiyac içində olduqlarını və buna baxmayaraq hökümətdən heç bir yardım ala bilmədiklərini bildirirlər. Bu insanların çoxusu uşaqlarının cəstə olsuqlarını və işləyə bilmədiklərinə görə dərman ala bilmədiklərin qeyd edirlər.

Bəs bu karantin günlərində hökümətin hansı sosial güzəştlərə getməliydi?

Mövzunu PİA.az-ın əməkdaşı sosioloq Elçin Bayramlı ilə müzakirə edib.

Elçin Bayramlı: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əhalinin yoxsul təbəqəsini tam müdafiəsiz qoyaraq, imkanlı təbəqəyə sosial yardım etdi”.

Karantin elan edib SMS-lə icazə verilməsi qaydasının tam mənasız olduğunu vurğulayan sosioloq PİA.az-a açıqlamasında bildirib ki, onsuz da hamı SMS göndərib icazə alır və istədiyi yerə gedir. Şəhərdə sıxlıqdır, metroda və avtobusda da sıxlıqdır, küçələrdə isə tıxacdır. Demək, bu tədbir tam mənasızdır:

“Karantinlə bağlı ölkədə çox ciddi sosial böhran yaranıb. Əhalinin əksər hissəsi işini itirib və ya işinə gedə bilmir. Nəticədə milyonlarla insan bütün gəlirindən məhrum olub və hazırda çətin vəziyyətdədir. Sosial yardımın isə məbləği çox az idi və yanız bir dəfə oldu, o da çox az vətəndaşa ödənildi. İşsizlərin, yoxsulların çoxuna verilmədi. Çünki bizdə işsizlərin böyük hissəsi qeydiyyatda deyil və bu adamlar əsasən müxtəlif yerlərdə günəmuzd çalışırlar.

Məsələn, faktiki işsiz olan, lakin əvvəlki illərdə VÖEN-I açıq olub sonra bağlanmış vətəndaşlara ağlasığmaz bəhanə göstərilərək yardım verilmədi. Yəni, tutaq ki, vətəndaş keçən il bir iş görüb, 500 manat qazanıb, bunun vergisini də ödəyib sonra iş olmadığından VÖEN-I bağlayıb və hazırda da işsizdir. Ona dedilər ki, sənin VÖEN-in bağlıdır və sənə düşmür. Amma VÖEN-ı açıq olan, hər ay çoxlu pul qazanan və uzun aylar gəliri olmasa da, yaşamaq üçün maliyyə ehtiyatı olanlara yardım ödənildi. Qısası belə çıxdı ki, işsizlərə, bir manat belə pulu olmayanlara sosial yardım verilmir, amma işləyənlərə, pulu çox olanlara verilir. Belə absurd qərar dünya tarixində görünməmişdir. Faktiki olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əhalinin yoxsul təbəqəsini tam müdafiəsiz qoyaraq, imkanlı təbəqəyə sosial yardım etdi. Bunu sosial şəbəkələrdə minlərlə vətəndaşın özü yazır.

Operativ qərargah qeyri-effektiv tədbirlərlə, həm ölkə iqtisadiyyatına ciddi zərər vurdu, həm də sosial vəziyyəti dəfələrlə ağırlaşdırdı. Demək olar ki, bu tədbirlər tam əks effekt verdi və yoluxma azalmaq əvəzinə daha da artdı. Artıq gün kimi aydındır ki, bu görülən tədbirlər fayda vermir, fayda vermədiyi kimi, iqtisadiyyata və insanlara zərər verir. Ona börə də sərt karantin rejimi ləğv edilməlidir. Məsələn, 5 milyon insanın toplaşdığı Bakı-Abşeron zonasından çıxışa qadağa qoymaq burada virusun daha çox və sürətlə yayılmasını təmin etdi. Halbuki, insanlar ucqar kəndlərə gedəcəkdi və orada yoluxma şansı Bakıdakından azı 100 dəfə aşağıdır.

Elçin Bayramlı: “Operativ qərargah qeyri-effektiv tədbirlərlə, həm ölkə iqtisadiyyatına ciddi zərər vurdu, həm də sosial vəziyyəti dəfələrlə ağırlaşdırdı”.

Karantin elan edib SMS-lə icazə verilməsi qaydası tam mənasızdır. Çünki onsuz da hamı SMS göndərib icazə alır və istədiyi yerə gedir. Şəhərdə sıxlıqdır, metroda və avtobusda sıxlıqdır, küçələrdə tıxacdır. Demək, bu tədbir tam mənasızdır. Ya tam karantin elan edəcəksən, ya da karantini ləğv edəcəksən.

Dünya ölkələrinin təcrübəsinə baxsaq görərik ki, ölkələr 2 yoldan birini seçir. Ya əhaliyə normal məbləğdə sosial müavinət verir və müəyyən müddətə karantin elan edir, bununla bağlı da heç bir sosial problem yaranmır. Ya da karantin elan etmir, sadəcə qorunma tədbirlərini gücləndirir və insanlar işləri ilə məşğul olur, yenə da sosial problem yaranmır. Bizdə isə həm sosial yardım verilmir, həm də karantin elan edilir. Beləliklə vətəndaşlar çox ağır sosial problemlərlə üzləşirlər.

Konkret, əgər karantin uzadılacaqsa, vətəndaşlara sosial yardım ödənilməlidir. Ödənilmirsə, karantin tam götürülməlidir. Burada başqa variant yoxdur ola da bilməz”.

Nərminə UMUDLU
pia.az


Etiket: Karantin


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

İsrail İrana cavab zərbəsi hazırlayır: Hədəf hara olacaq?

Ən çox oxunanalar