Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda içməli su problemi yarana bilərmi? - Təhlükəli məqam

Ölkədə işməli su resurslarının vəziyyəti nə yerdədir və su qıtlığının kritik həddə çatması nələrə səbəb ola bilər?..

Vahid Məhərrəmli: “Ölkənin eko sistemini məhv ediblər. Bunlar bir ildə, ya da bir neçə ildə baş verməyib. Uzun illər davam edən bir prossein qurbanına çevrilməkdəiyik”.

Elçin Bayramlı: “Həqiqətən də, vəziyyət ciddidir. Son illərdə kiçik çayların quruması və su ehtiyatlarının azalması müşahidə edilir. Kür boyda çay demək olar ki yoxa çıxıb”.

Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev ötən həftə deyib ki, qlobal istiləşmə hazırda bütün dünyada çox böyük narahatlığa səbəb olur və təbiətdə mövcud olan suyun miqdarına da təsir göstərir. Ölkəmizdə isə su ehtiyatlarının vəziyyəti kritik deyil, lakin havaların isti keçməsi vəziyyəti kritik həddə yaxınlaşdıra bilər.

Nazir müavini su ehtiyatlarının azalması barədə fikirlərini bölüşərək bildirib ki, Azərbaycan dünyanın bir hissəsi olduğuna görə, qlobal problemlərin aktuallığı ölkəmizdə də özünü göstərir. Son on ilin proqnozlarına əsasən, ölkəmizə düşən yağışların miqdarı 8,7 faiz azalıb və qarşıdakı on ildə isə yağıntıların 8 faiz azalacağı ehtimal edilir. Bu il yerli mütəxəssislərin apardığı qarölçmə işlərinin nəticəsi göstərir ki, əvvəlki illərlə müqayisədə qarın səviyyəsi 17 faiz aşağı düşüb. Əlbəttə, bunlar məsələnin həddindən artıq aktuallığını bir daha ortaya qoyur və planetdə gedən qlobal istiləşmə su ehtiyatlarına da öz təsirini göstərmiş olur.

Qeyd edək ki, Kür çayının səviyyəsinin aşağı düşməsi ilə əlaqədar olaraq Xəzər dənizinin duzlu suyu çayın mənsəbinə daxil olub və hazırda Neftçala rayonunda içməli su ilə bağlı kritik vəziyyət yaranıb. Rayonun şəhər və qəsəbələrində içməli su çatışmadığı kimi, əkin sahələrinin suvarılmasında da ciddi problemlər ortaya çıxır. Həmçinin rayonun heyvandarlıq sahəsi də sudan ciddi şəkildə qıtlıq çəkməkdədir.

Ölkədə işməli su resurslarının vəziyyəti nə yerdədir və su qıtlığının kritik həddə çatması nələrə səbəb ola bilər? Həmçinin böhran yaranarsa, vəziyyətin qarşısı hansı yollarla alına bilər?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmliyə və sosioloq Elçin Bayramlıya müraciət edib.

Vahid Məhərrəmli: “Bütün dağətəyi rayonlarda, dağlıq ərazilərdə ot örtüklərini, kolluqları məhv ediblər. Orada olan ağacları məhv ediblər. Bu da su mənbələrinin məhv edilməsi deməkdir”.

Dağətəyi rayonlarda, dağlıq ərazilərdə ot örtüklərinin, kolluqları, ağacların məhv eilməsinə diqqət çəkən mütəxəssis PİA..az-a açıqlamasında əlavə edib ki, əslində bu da su mənbələrinin məhv edilməsi deməkdir:

“Əvvəla onu qeyd edim ki, onsuz əvvəllər də Azərbaycanda hava isti keçirdi. İndi isə ümumi dünya üzrə havanın temperaturu bir dərəcə artıb. Azərbaycanda da havanın kəskin dəyişməsi hiss olunur. Amma Azərbaycanda payız, yaz aylarında intensiv yağışlar yağanda, yağış sularını yığmaq lazımdır. Bunun üçün süni göllər formalaşdırılmaq lazımdır bə bu işlərə biz əslində çoxdan başlamalıydıq.

Həmçinin uzun illərdir ki, Azərbaycan ekologiyasına müxtəlif qurumlar və sadə vətəndaşlar tərəfindən ciddi ziyan vurulur. Bütün dağətəyi rayonlarda, dağlıq ərazilərdə ot örtüklərini, kolluqları məhv ediblər. Orada olan ağacları məhv ediblər. Bu da su mənbələrinin məhv edilməsi deməkdir. Çünki yağışlar yağanda bitki örtüyü suyu canına hopdurur. Sonra o su bulaq kimi torpağın altından gedir və başqa yerdən çıxır. Bu da içməli su mənbəyidir.

Hətta çoxlu sayda heyvanları dağ yamacına çıxarmışdılar. Bununla da oranın ot örtüyünü məhv etdilər. İndi də yağış yağan kimi dağ torpaqlarını yuyur çaya aparır. Həm də bulaqların hamısı quruyub. Yəni faktiki olaraq ölkənin eko sistemini məhv ediblər. Bunlar bir ildə, ya da bir neçə ildə baş verməyib. Uzun illər davam edən bir prossein qurbanına çevrilməkdəiyik. İndi isə əsas məsələ məhv edilən ekosistemin təcili bərpa olunmasına çalışmaqdır”.

Elçin Bayramlı: “30 ildən çoxdur ki, dünyanın ekoloq alimləri həyəcan təbili çalırlar ki, tezliklə su böhranı olacaq. Bir çox ölkələr, çox uzağa getməyək, elə yaxın qonşularımız, Rusiya, Türkiyə və İran bu istiqamətdə çox illər qabaqdan başlayaraq lazımi işlərə start veriblər.”.

Artıq bəzi rayonlardan əkinləri suvarmaq üçün suyun olmadığı siqnallarının gəldiyini bildirən sosioloq, olan suyu da rayonun rəhbər şəxsləri öz əkinləri üçün istifadə etdiyini, kəndlilərə vermədiyini vurğulayıb:

“Problemin yaranmasının məsuliyyəti konkret olaraq “Azərsu” ASC-nin, o cümlədənMeliorasiya və Su Təsərrüfatı ASC-nin üzərinə düşür. Bunların uzun illərdir davam edən effektsiz fəaliyyətləri, daha doğrusu fəaliyyətsizlikləri ucbatından bu vəziyyət yaranıb. Özəl müəssisələrə, obyektlərə içməli suyu “levi” verib əhalinin boynuna yazmaqla deyil! Problemin olacağını əvvəlcədən görmək heç də çətin deyildi. Ona görə də prosesi əvvəldən araşdırıb müvafiq tədbirlər görüb qarşısını almaq olardı. Hanı bunların tədqiqat və təhlil mərkəzləri? Niyə yatıb indi ayılıblar? Yaranmış bu vəziyyətə görə məsul şəxslər cavab verməlidirlər.

Bəli, problem qlobaldır. Baş verənlər əsasən antropogen təsirlər nəticəsində təbiətin məhv edilməsi ilə bağlıdır. Lakin əksər ölkələrin müvafiq dövlət orqanları bu problemin qarşısını almaq və vəziyyətdən çıxmaq üçün çox-çox əvvəldən lazimi tədbirlər görməyə başlayıblar. Axı bu yeni söhbət deyil, 30 ildən çoxdur ki, dünyanın ekoloq alimləri həyəcan təbili çalırlar ki, tezliklə su böhranı olacaq. Bir çox ölkələr, çox uzağa getməyək, elə yaxın qonşularımız, Rusiya, Türkiyə və İran bu istiqamətdə çox illər qabaqdan başlayaraq lazımi işlərə start veriblər. Hətta Rusiya yaranacaq vəziyyəti düzgün proqnozlaşdırdığından neçə illər qabaq su qtılığı yaşayan ölkələrə içməli suyun satılmas haqda müqavililələr bağlayıb və dərinlərdə yerləşən su hövzələrinin istismarı üçün işlərə başlayıb.

Bəli, hələ ki, vəziyyət kritik deyil, amma kritikliyə doğru gedir. Bunlar istəyir ki, biz yataq, problem kritik həddə çatandan sonra həyəcan təbili çalaq? Əvvəlcədən tədbirlər görmək olmazmı? Bunlar boş-boş danışmaqdansa zəhmət olmasa gördükləri tədbirləri açıqlasınlar görək neyləyiblər.

Şəxsən mən son 20 ildə bununla bağlı, bəlkə, 100 dəfə həyacan təbili çalmış, onlarla məqalə, süjet hazırlamışam. Bu sahədə araşdırma aparıb yazan başqa həmkarlarım da eləcə. Lakin bunlara reaksiya sıfır səviyyəsində olub. Həqiqətən də, vəziyyət ciddidir. Son illərdə kiçik çayların quruması və su ehtiyatlarının azalması müşahidə edilir. Kür boyda çay demək olar ki yoxa çıxıb, arx səviyyəsinə düşüb. Bununla paralel olaraq yaşıllıq azalır, dağlarda “keçəlləşmə”, meşələrdə seyrəkləşmə gedir. Yağıntılar da azalır. Yeraltı su mənbələri isə sürətlə istismar olunur. Problem təkcə içməli su problemi deyil, həm ərzaq istehsalı ilə bağlı, həm də bütöv ekoloji problemdir.

Elçin Bayramlı: “Məsul şəxslərin açıqlamalarından görünür ki, bunlar təhlükənin səviyyəsini hələ tam başa düşməyiblər”.

Artıq bəzi rayonlardan siqnallar gəlir ki, əkinləri suvarmaq üçün su yoxdur, olan suyu da rayonun rəhbər şəxsləri öz əkinləri üçün istifadə edir, kəndlilərə vermirlər. Məsələn elə dünən Tovuzun kəndlərindən mənə bu barədə məlumat veriblər. Bu o deməkdir ki, problem həll olunmasa, ciddi məhsul qıtlığı yarana bilər.

Azərbaycan içməli su ehtiyatının az olduğu ölkələrdəndir. Bu ehtiyatın da 70 faizdən çoxu ölkədən kənardakı mənbələrdən formalaşır. Bu çox ciddi strateji təhlükədir. Su qıtlığı yarandıqda bizimlə qonşu ölkələr həmin çaylarda su ehtiyatının hamısını özlərinə sərf edəcəklər, bu tərəfə bir qram da su keçməyəcək. Gürcüstan Kürün, Ermənistan Arazın, Rusiya Samurun bütün suyunu özlərinə sərf edəcəklər. Digər kiçik çayların çoxunun da mənbəyi qonşu ölkələrdədir. Bu çox ciddi strateji təhlükədir, lakin məsul şəxslərin açıqlamalarından görünür ki, bunlar təhlükənin səviyyəsini hələ tam başa düşməyiblər.

Bununla bağlı ciddi strateji proqram hazırlanmalı və təcili icrasına başlanmalıdır. Su israfının qarşısı alınmalıdır. Su anbarlarının və artezian qurğularının sayı sürətlə və kəskin artırılmalıdır. Ərzaq sənayesinə aid olmayan sənaye müəssisələrində içməli suyun istifadəsinə son qoyulmalıdır. Yaxşı olardı ki, dəniz kənarında su şirinləşdirici zavodlar tikilsin və dənizdən əldə edilən su bitkilərin suvarılmasında, avtoyuyucu məntəqələrində, sənaye müsəssisələrində, broyler fabriklərində və s. bu kimi yerlərdə istifadə olunsun.

Bakıya verilən təbii içməli su isə yalnız mənzillərə və idarələrə yönəldilməlidir. Bu halda Bakıya gələn su mənbələrində gərginlik azalar, yeraltı su hövzələrinin istismar sürəti və həcmi azalar.

Ümidvaram ki, hökumət bu problemin qarşısını almağın yolunu su pulunu artırmaqda görməyəcək, düzgün tədbirlər həyata keçirəcək. Bununla yanaşı, əhali arasında suyun qənaətli istifadəsi üçün təbliğat aparılmalıdır. İnsanlarımız başa düşməlidir ki, su çox qiymətlidir, onu boş yerə sərf etmək olmaz”.

Nərminə UMUDLU
pia.az


Etiket: içməli su


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar