Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"18 yaşlı uşaqları göndəririk hərbiyə, gedib kor güllənin qurbanı olur" - Təklif

"Gənclərin hərbi xidmətə çağırış yaşı 18 yox, 23 yaşından 35 yaşına qədər müəyyən edilməlidir”.

Bu təkliflə Ümid Partiyasının sədri İqbal Ağazadə çıxış edib. O hesab edir ki, 18 yaşlı gənclərə müstəqil həyata alışmağa imkan verilməlidir: “18 yaşlı uşaqlarımızın gecələr üstünü örtməkdən tutmuş qarşısına yemək qoymağa qədər biz valideynlər edirik. Aman verməliyik ki, onlar müstəqil həyata atılsın, öz ayaqları üzərində dayansınlar, müəyyən qədər həyat təcrübəsi toplasınlar, sonra gedib xidmət etsinlər. 18 yaşlı uşaqları göndəririk hərbiyə, gedib kor güllənin qurbanı olur".

Məsələyə münasibət bildirən parlamentin İnsan Hüquqları Komitəsinin üzvü Fazil Mustafa Cebhe.info-ya açıqlamasında qeyd olunan təklifin məntiqi izahının olmadığını əsas gətirib:

“Bu məsələdə əsaslı məntiq görmürəm. Elə edək ki, analar oğullarının üstünü örtməsin, özləri örtsün. Buna görə yaşı dəyişmək olmaz. O zaman ölkənin bütün sistemini və Konstitusiyada dəyişiklik etmək lazım olacaq. 18 yaş normaldır. Adətən 20 yaşda olan gənc psixoloji cəhətdən özünü rahat hiss etmədiyindən, xidmət edə bilmir. Gənc yaşında daha çox şeylər götürə bilir. Yaxşı olar ki, Azərbaycanda peşəkar ordu istiqamətində ciddi addımlar atılsın. Məsələn, Qarabağda əməliyyat keçirmək üçün 20 minlik peşəkar ordu yaratmalıyıq. Onda müəyyən etmək olar ki, 23-30 yaş arası gənclər peşəkar orduya cəlb olunsun. Bu, daha yaxşı olardı. 18 yaşda olan şəxs əgər deputat seçilə və nikaha girə bilirsə, demək ki, yetkinlik yaşına çatıb. Təsəvvür edin ki, 23 yaşında adam əsgərliyə gedir, 25 yaşda hərbi xidməti bitirir. Əsgərlikdən sonra gizir rütbəsi almaq istəyən şəxs bu rütbəni 25 yaşda alacaq? Yaxud orduda müddətdən artıq hərbi xidmət keçmək istəyənin aqibəti necə olacaq? Məncə, İqbal bəy bu məsələni daha mükəmməl əsaslandırsaydı, yaxşı olardı. Mən hərbi xidmət yaşının 18 qalmasının tərəfdarıyam. Çünki Azərbaycanda yetkinlik yaşı 18-dən hesablanır”.

Millət vəkili əlavə edib ki, hərbi xidmət yaşı 23 olsa, o zaman gənclərimiz 18 yaşda evlənəcək: “Tutaq ki, ali məktəbə qəbul ola bilməyən gənc nə etməlidir? 23 yaşına qədər gözləməli, evlənməli, sonra iki övladı olandan sonra hərbi xidmətə getməlidir? Kim gedər? 3 uşağı olanı necə əsgərliyə aparmaq olar? O, hərbi xidmət keçəcək? Onun fikri ailəsinin və uşaqlarının yanında qalacaq. Bəs sosial təminatını kim və necə həyata keçirəcək? Bu, həm də problemlər və böyük mübahisələr doğuracaq məsələdir”.

pia.az


Etiket: hərbi xidmət


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar