Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Yaxşı idmançı çevrəsinə və millətinə düzgün örnək olan insandır“


Son illər ölkədə idmana göstərilən diqqət və qayğının yüksək olması nəticəsində idman sahəsindəki uğurlarımız artmaqdadır


Bunun nəticəsidir ki, bir çox gənclərimiz tək ölkədaxilində deyil, başqa ölkələrdə də Azərbaycanı layiqincə təmsil edirlər. 

Bu gənclərdən biri də Türkiyədə ölkəmizi layiqincə təmsil edən Kikboksinq üzrə Dünya və Uşu üzrə Avropa çempionu Eldar Əlizadədir. 

İdmançımızın Piasport.az-a verdiyi müsahibəni oxucularımıza təqdim edirik:

- Özünüz haqqında qısa məlumat verərdiniz...

- Mən Eldar Əlizadə Eminağa oğlu 1991-ci il 12 iyunda Bakıda anadan olmuşam. Hazırda Türkiyədə "Kastamonu" universitetində iqtisad bölümündə oxuyuram. Eyni zamanda "Anadolu" universitetində İdman idarəçiliyi bölümündə təhsil alıram. Türkiyədə özəl salonum var və orada məşqçi işləyirəm.

- İdman sahəsini seçməkdə səbəbiniz nədir? 

- Uşaq vaxtı atam Eminağa Əliyev məni idmana yazdırdı. Zaman keçdikcə idman sahəsində peşəkar olmağın və ölkəmizin bayrağını öz ölkəmizlə yanaşı, başqa ölkələrdə də dalğalandırmalı olduğumu psixoloji cəhətdən mənə aşıladı. Nəticədə bu sahəyə meylim yarandı və həyatımı idman sahəsinə yönləndirdim. İdmanda əsas məqsədim ölkəmizi böyük yarışlarda layiqincə təmsil etmək və Azərbaycanı tanıtmaqdır.

 -İdman dərəcələriniz barədə nə deyə bilərsiniz?

- Kikboksinq üzrə dünya çempoionu olmuşam. Bununla yanaşı, Uşu üzrə Avropa çempionuyam. Eyni zamanda bir çox beynəlxalq turnirlərin qalibiyəm. Professional döyüşlərdə də dəfələrcə çempionluğum olub.

- Məşğul olduğunuz döyüş idmanının asan və çətin tərəfləri nələrdir?

- Bir insan idmanla məşğul olmaq istəyirsə, hər çətinliyi gözə almalıdır. Hər çətinliyə dözməlidir. Heç bir işdə çətinlik çəkilmədən uğur əldə edilməz. Çətinliklərə dözərək istədiyin yerlərdə olmaq üçün dözümlə yanaşı, böyük əmək və səbir olmalıdır.

- Döyüşlərdə qazandığınız naliyyətlər sizi maddi və mənəvi baxımdan razı salırmı?

- Ümumi baxımdan idmançılara dəstək verilsə, güclü idmançıların çox olması mümkündür. Mənəvi baxımdan onu deyə bilərəm ki, qazandığımız uğurlara görə çevrəmizin qürur duyması, fəxr etməsi idmançıları idmana daha möhkəm bağlayan səbəblərdən biridir. Maddi baxımdan isə həyatımızı o qədər də dəyişəcək tərəfinin olmadığını düşünürəm.

- Türkiyədə yaşamağınıza tək səbəb təhsilinizdir, yoxsa başqa səbəb də var?

- Türkiyədə "Kastamonu" Dövlət universitetini qazandıqdan sonra bura köçdüm və idman həyatımı burada davam etdirməyə başladım.  

- Görüşləriniz içində sizin üçün ən çətini hansı olub?

- Ümumiyyətlə yarışlarda ən çətin döyüşlər fınal döyüşləri olur. Əsasən hər idmançı qatıldığı yarışda finala çıxmaq, çempion olmaq istəyər. Qatıldığımız yarışlara güclü idmançıların gəlməsi və onları məğlub edərək finala çıxmaq, finalda himnimizi səsləndirə bilmək, bayrağımızın dalğalanması bütün çətinliklərə dəyər. 

“İdmançı sırf gələcəkdə biznes qurmaq üçün bu sahəni seçməməlidir”

- Əsasən qızlar idmançı oğlanlarla dostluğa daha çox meylli olurlar. Bu sizin həyatınızda da özünü göstərir?

 - Doğrudur.  Bəzi qızların dediyinə görə, idmançılar daha çəkici olurlar. Bu baxımdan çox qızın maraq dairəsində olsaq da qızlardan uzaq durmağa çalışırıq. Ən azından subyektiv fikrim və yanaşmamdır. Çünki qızlarla danışmaq, onlarla çox vaxt keçirmək bizim üçün zaman itkisidir. Ki bu da uğurlarımıza çatmaq da bir əngəl ola bilir. 

- İdmançılarımızda nəyi bəyənmirsiz?

 - Əksər idmançılarımızda bəyənmədiyim cəhət uğur əldə etdikdən sonra idmandan soyuyurlar və bizneslə məşğul olmağa meylli olurlar. Düşünürəm ki, idmançı sırf gələcəkdə biznes qurmaq üçün bu sahəni seçməməlidir. 

“Bəzi idmançılarımız özbaşınalıq etməklə, özlərinin üstünlüyünü göstərmək istəyirlər”

- Günümüzün aktual mövzularından biri bəzi tanınan idmançılarımızın özbaşınalığı ilə bağlıdır. Bunun səbəbi nədir?

- Bu tam kişisəl bir mövzudur. Az-çox tanınan idmançının özünü cəmiyyətdə fərqli göstərmək istəyindən qaynaqlanan haldır. Bəzi idmançılarımız özbaşınalıq etməklə, özlərinin üstünlüyünü göstərmək istəyirlər.

- İdmançı olmaq istəyənlərə nə məsləhət verirdiniz?

- Öncəliklə dürüst və mədəni olmağı bacarsınlar. İdmançı insanın davranışları göz önündə olur. Tək qalib olub bayrağımızı dalğalandırmaqla deyil, eyni zamanda insani davranışları ilə də insanlara və millətimizə örnək olmağı bacarmalıdır. 

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar