Xəbər xətti

18 YANVAR

0:59 Anası ilə şəklini paylaşdı - sirri ortaya çıxdı

0:47 Bosniyalı yarımmüdafiəçi: “Azərbaycandan əla təklif almışam”

0:34 Bu prqoram “Wi-Fi” bağlantısında problemlər yaradır

0:23 4 əcnəbi məhbus həbsxanadan qaçdı - Döşək üzləri ilə

0:11 Bütün il boyu aktual olan turizm növü

0:02 Bu gün bürcünüz nələr vəd edir?

17 YANVAR

23:59 “Afrində əməliyyat gözlənilmədən olacaq” - Prezidentin köməkçisi

23:54 Leyla Əliyeva Aleksey Beqovun sərgisinin açılışında iştirak edib - Fotolar

23:48 Əfqanıstan sakinləri Trampı “Cəsurluğa görə” medalı ilə təltif ediblər

23:42 Türkiyə sərhədlərində terrorçu ordunun yaradılmasına imkan verməyəcək

23:35 17 yaşlı laureat, imtina edənlər, maraqlı məqamlar - Nobel mükafatı

23:29 Ötən il Azərbaycanda ölənlərin sayı 52 mini keçib

23:23 “Twitter” istifadəçilərin şəxsi ismarıclarını oxuduğunu etiraf edib

23:16 Azərbaycan qazının Gürcüstanda satışı 7 dəfə artıb

23:10 Meksikada 50 maşın toqquşub, 20 nəfər xəsarət alıb

23:04 Şəkidə qadın valideyninin qəbri üstündə özünü asmaq istəyib

22:58 Xaricdəki Azərbaycan alimlərinin sayı dəqiqləşdirilir

22:51 Ermənistan prezidenti necə varis istəyir?

22:44 Türkiyədə fövqəladə vəziyyət rejimi uzadılır

22:37 “Belə sürətli oyun gözləmirdim” - Qurban Qurbanov

22:30 Azərbaycanda üçüncü növbədə oxuyanların sayı açıqlandı

22:24 Sərxoş polis maşını prezident iqamətgahının hasarına çırpdı - Astanada

22:18 Ağdamda “VAZ”la “Qazel” toqquşdu, yaralanan var

22:11 Bolqarıstanın Baş naziri Rusiya ilə münasibətləri tənzimləməyə çağırıb

22:03 Macarıstan prezidenti səfirimizi ordenlə təltif etdi

21:59 Şəmkirdəki silahlı insidentlə bağlı cinayət işi açıldı

21:52 “Qarabağ münaqişəsi regional fəlakətə çevrilə bilər”

21:45 “Qarabağ” Rusiya klubuna qalib gələ bilmədi

21:38 Tramp CNN-in müxbirini mətbuat konfransından qovdu

21:31 Maşın iki piyadanı vurdu - Tovuzda

21:24 Professor: “Vergilər Nazirliyinin adı Vergi Nazirliyi olmalıdır”

21:17 Məşhur yazıçı: “Orxan Pamukun yazmaq qabiliyyəti yoxdur”

21:02 Lavrov və Çavuşoğlu arasında telefon danışığı olub

20:57 Ermənistan prezidentliyinə yeni namizədin adı məlum oldu

20:50 Ramin Quluzadə Xəzəri nəzarətə götürür

20:43 Azərbaycan əhalisinin gəlirləri 49 milyard manatı keçdi

20:36 Peskov: “Putin tam sağlamdır və çoxlarından üstündür”

20:29 Xeber365.com saytı fəaliyyətini dayandırır

20:22 Nostradamusdan proqnozlar: Amerikanın rəhbəri qiyaməti gətirəcək...

20:15 Binəqədinin bitməyən problemləri: Alternativ yol beləmi olur? – Fotolar

20:09 Moldova müxalifəti ölkənin MDB-dən çıxması təşəbbüsü ilə çıxış edib

20:04 Nazirlik itkin düşən alpinistlərin axtarışı ilə bağlı görüntülər yaydı

20:01 “Bitcoin”in dəyəri 10 min dollardan aşağı düşdü

19:55 Nazir Azərbaycanın “Vikinq” dəmir yolu layihəsində iştirakı barədə danışdı

19:49 Çilidə Roma Papasının səfərinə etiraz olaraq 3 kilsə yandırıldı

19:43 Yol polisindən sürücülərə yeni il hədiyyəsi - Bütün qərarsız MMX-lar silindi

19:37 Nazarbayevin Vaşinqton ziyarəti zamanı 7 milyardlıq sövdələşmə əldə olunub

19:30 Köçkün şəhərciklərində fövqəladə vəziyyət: əhali soyuqdan donur

19:24 Şimali və Cənubi Koreya Olimpiadaya eyni bayraqla qatılacaq

19:17 Xalasının ərini iki yumruq zərbəsi ilə öldürdü - Qətlin real görüntüsü

19:15 Administrasiyaya yeni təyin edilən şöbə müdiri kimdir? - Dosye

19:12 “Nə haqla MƏN-im dinimə dil uzadırsan?!” - Vüsal Məmmədov

19:10 Orfoqrafiya lüğətindən çıxarılması təklif edilən bəzi sözlər məlum olub

19:04 Azərbaycanda ötən il 6,4 tona yaxın qızıl hasil olunub

18:59 Fazil Məmmədov şəxsi istifadəsindəki 4 bahalı maşını Vergilər Nazirliyinə qaytardı

18:52 Ötən il Azərbaycanda 57 mindən çox toy olub

18:46 Xalq artisti vəfat etdi

18:39 NATO: “Rusiya ilə Bakı görüşümüz təşkil olunur”

18:32 Sevda qayınanası ilə bağlı xəbərdarlıq etdi: “Məhkəməyə verəcəm”

18:25 Azərbaycan Prezidentinin köməkçisi vəzifələrindən biri ləğv edilib

18:21 Bəzi müəllimlərin maaşı 2 dəfə artırıldı - Sərəncam

18:18 Generalın adam döyən oğlunun cəzası bilindi

18:11 “Xəlil Rza ermənilərə qarğışlar yağdırdı, nəticədə biz Qarabağı itirdik…”

18:05 Prezident Administrasiyasına yeni şöbə müdiri təyin olundu - Sərəncam

18:00 Dəniz Yılmaz Azərbaycan vətəndaşlığından imtina edir?

17:54 Azərbaycan əhalisinin sayı açıqlandı

17:48 Afaq Gəncəli: “Hələ də mənə mesaj yazır...”

17:43 Keçmiş direktor yeni orfoqrafiya qaydalarını sərt tənqid etdi

17:38 BMT: “Yəmən əhalisinin 80 faizinin humanitar yardıma ehtiyacı var”

17:33 Azərbaycanda qəbul və buraxılış imtahanlarının vaxtı açıqlandı

17:28 Mətbuat katibi Putinin səhhəti haqda

17:23 “Barselona” Çin klubu ilə razılığa gəldi

17:16 Ötən il Bakı metrosu ilə daşınan sərnişinlərin sayı 228 milyonu ötüb

17:10 “Yeni orfoqrafiya qaydaları yaratmağa ehtiyac yoxdur” - Hikmət Babaoğlu

17:06 “Bitcoin” gözləntiləri doğrultmur

16:57 Türkiyədə hərbi təyyarə partladı: 3 şəhid

16:51 “WhatsApp”da məlumatları oğurlayan virus tapıldı

16:45 Ötən il Azərbaycanda 57 mindən çox toy olub

16:39 “Fransa hökuməti Qarabağ separatçılarının ölkəyə daxil olmasının qarşısını almalıdır”

16:33 Kral nazirləri saraya yığdı, İlham Əliyevin məktubunun detallarını açıqladı

16:28 Azərbaycanda bu cəza ilk dəfə “Ömür” klinikasında kəsildi

16:23 Doğrudanmı Ermənistan öz “patronu” Rusiyadan da “qismən azad” ölkədir?

16:23 Müşviq “Bu şəhərdə”nin aktyorlarının əməliyyatından danışdı

16:17 Burun əməliyyatına gedənlərə xəbərdarlıq

16:11 Mərkəzi Bank təkzib edir: “Manat üzərində nəzarəti sərtləşdirməmişik”

16:05 DTX,DİN,Baş Prokurorluq və Dövlət Komitəsi arasında dini ekstremizmə qarşı Tədbirlər Planı imzalanıb

16:00 Rusiyada biznesmen və azyaşlı oğlu qətlə yetirilib

15:55 Ötən ilin dekabr ayı üzrə manatın orta məzənnəsi açıqlanıb

15:50 Hyustonda qasırğa səbəbindən ləğv olunan aviareyslərin sayı mini ötüb

15:43 Ötən il Azərbaycanda doğulan körpələrin 53,1 faizi oğlan, 46,9 faizi qızlar olub - Rəsmi

15:36 Ötən il Azərbaycanda əhalinin gəlirləri 8%-dən çox artıb

15:31 2017-ci ilin yekunları müzakirə edilib - Nəsimi rayonunda

15:26 Azərbaycanla Aİ arasında yeni saziş üzrə danışıqlara dair müzakirələr keçiriləcək

15:20 Kəskin respirator virus infeksiyalarına yoluxma - Son durum açıqlandı

15:15 PKK-dan çarəsiz çağırış: Türkiyəni dayandırın!

15:10 AFFA “lipa”yla bağlı qərar verdi

15:05 Aida Qəmbər: “İsa Qəmbər sabah evə buraxılacaq”

14:59 “Ferrero” “Nestle”nin ABŞ-dakı biznesini alır - 2,8 milyard ABŞ dollara

14:55 Rusiyanın Yaxın Şərq siyasəti 2017-ci ildə nə ilə yadda qaldı?

14:50 Şəmkirdə 17 yaşlı qız özünü asıb

14:45 Türkiyədə avtomobillərdə pərdə və plyonkaya qadağanın ləğvi təklif olunur

14:40 “Mançester Yunayted” Mourinyo ilə razılığa gəldi

14:35 Mərkəzi Bank çevik məzənnə rejimindən imtina etməsi ilə bağlı xəbərlərə münasibət bildirib

14:10 Şəmkirdə silahlı insident olub, bir nəfər güllələnib

14:06 Məşhur cütlük “donuz qripi”nə yoluxdu

14:02 Sərnişin təyyarələrində silahlı polis əməkdaşı olacaq - Türkiyədə

13:57 MKİ-nin Çindəki casuslarının ölüm səbəbi bilindi

13:53 Ermənistanda Rusiyaya qarşı yeni üsyan

13:49 Əlahiddə Ümumqoşun Orduda komandirlərin toplantısı keçirilir

13:44 Şamaxı-İsmayıllı yolunda avtomobil aşıb

13:39 Kazuo İşiquronun romanı “Xəzər” jurnalının yeni sayında

13:35 Nazarbayev Ağ Evdə Trampla görüşdü

13:30 Rusiyada internet istifadəçilərinin sayı 87 milyon nəfərə çatdı

13:26 İlham Zəkiyevə yeni vəzifə verildi

13:21 Azərbaycan bu il Cənub Qaz Dəhlizinə 1,3 mlrd. dollar xərcləyəcək

13:17 İsa Qəmbər reanimasiyadan çıxıb, intensiv terapiya şöbəsinə köçürülüb

13:12 Şeyx Muhammed husilərə qarşı bu bədheybəti işə saldı - Video

13:07 DİN-də Daxili Qoşunların əməliyyat müşavirəsi keçirilib

13:03 Donald Tramp: “ABŞ-dakı hər 4 terrorçudan 3-ü xaricdə doğulub”

12:59 Şamaxıda vulkan püskürməsi dayandı



CƏMİYYƏT

...

“Xəstə bizi görən kimi durub qaçdı, dedi dəli anamdır, ona iynə vurun”

Tarix 14.01.18, 11:05

Font ölçüsü : - / +
bitmap-img6


“Qapıdan içəri girən kimi qışqırmağa başladı ki, atamı sağaltmalısan, tez ol iynə vur. Kişi çoxdan keçinmişdi, sadəcə, ailəsi qəbul etmək istəmirdi. Baxdım ki, oğlu əlində stul məndən cavab gözləyir. Ölüm xəbərini verən kimi stulu başıma çırpacaqdı. Məcbur olub xəstəxanaya apardıq, orada həkimə vəziyyəti başa saldım. Xəstəxanada öldüyünü təsdiqlədilər. Yaxınları əvvəlcə təcili yardım maşınının şüşələrini, güzgüsünü, sonra da xəstəxananın pəncərələrini sındırdılar...”


Bunu Suraxanı rayonu 11 saylı təcili yardım stansiyasının həkimi Zülfiyyə Tağızadə deyir. Hadisə təxminən 15 gün əvvəl baş verib. Həkimə hücum edən xəstə yaxınları təcili yardım maşınına ciddi ziyan vurub.

Daha bir hadisə bu ayın əvvəlində Samuxda qeydə alınıb. Avtomobil qəzası baş verib və əraziyə gedən həkimlər yaralıların yaxınları tərəfindən döyülüb. Təcili yardım maşınının şüşəsini sındırılıb, maşını aşırmağa cəhd ediblər.

Müşahidələr göstərir ki, son vaxtlar təcili yardım işçilərinin döyülməsi halları artıb. Xəstə ölümünə görə həkimlər ittiham olunur, çağırış yerinə gec çatanda döyürlər, təhqir edirlər, üstəlik, təcili yardım maşınlarına zərər vururlar.

Bəs həkimlər niyə döyülür? Həkimlərin döyülməsi, təhqir edilməsinin qarşısını necə almaq olar?

Virtualaz.org saytının əməkdaşları Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini İradə Əliyeva və döyülmüş həkimlərlə söhbətləşiblər.

“Gördüm ölüb, qorxudan deyə bilmədim”

Zülfiyyə Tağızadə başına gələnləri danışır: “Suraxanı rayonu, Əmircan qəsəbəsinə çağırışa getdik. Biz çatanda xəstə artıq ölmüşdü. Otaq adamla dolu idi, hamı qışqırırdı. Oğlu dedi ki, bu dəqiqə iynə vur, ayılsın. Soruşuram ki, xəstəliyi nədir, nədən əziyyət çəkirdi? Deyir ki, xəstəliyi nəyinə lazımdır, sən iynə vur. Axı mən xəstəliyi öyrənmədən iynə vura bilmərəm. Stulu götürüb üstümə hücum çəkdi. Gördüm ki, bu vəziyyətdə çıxış yolu yoxdur, xəstəxana və stansiyaya məlumat verdim, xəstəxanaya apardıq”. Xəstəxanada ölüm xəbərini eşidən yaxınları əvvəlcə həkimi söyüb, sonra maşının şüşəsini, güzgüsünü sındırıblar.

“Həkim çağırıblar ki, uşaq ayaqyoluna gedəndə ağlayır”

Həkim deyir ki, əsassız çağırışlarla tez-tez qarşılaşırlar. “Hövsandan çağırış gəlib, ana deyir ki, bayaq uşaq ayaqyoluna gedəndə ağladı. Oturub gözləyin, indi ağlasa, səbəblərini tapın. Bizim çağırışa getməmək və ya kömək etməmək səlahiyyətimiz yoxdur. Anaya başa salıram ki, bu həkimin işi deyil, bizim işimiz xəstələri ağır vəziyyətdən çıxarmaqdır. Bəlkə də o vaxt hansısa ağır xəstə həkim gözləyirmiş”, - Z.Tağızadə söyləyir.

Həkimin sözlərinə görə, maarifləndirmə işi aparılsa da, çoxları təcili yardım həkimlərinin işini bilmir. “Ruhi xəstə üçün çağırışa getmişik, yaxınları deyir ki, neçə saatdır yorğanın altından çıxmır. Xəstə bizi görən kimi durub qaçdı, dedi dəli anamdır, ona iynə vurun. Ana ilə bala bir-birini söyməyə başladı”.

Nə küçə var, nə də qeydiyyat…

Digər həkim isə adının yazılmasını istəmir. Deyir ki, fərqi yoxdur, onsuz da təcili yardım stansiyasında çalışan bütün həkimlərin bir günü bir ilə bərabərdir. Hər 5-6 ailədən birində aqressiv rəftarla üzləşirlər: “Bakıətrafı qəsəbələrdə ünvan yoxdur, çünki əksəriyyəti qeyri-qanuni tikilidir. Baxırsan ki, küçələr bir-birinə bənzəyir. Zəng vuranda deyirlər ki, marketin qarşısına gəlin, baxırıq ki, həmin küçədə təsvir edilən kimi bir neçə market var. Xüsusilə, gecələr çətinlik çəkirik, heç kim olmur ki, soruşa-soruşa gedək”.

Həkim ölüm hadisələri zamanı təhqir edildiklərini söyləyir. “Xəstə ölmüşdü, yaxınları qolumdan tutub başıma vurdular. Ölənin həyat yoldaşı söydü, qarğış etdi”.

Həkim əlavə edir ki, bəzən elə çağırışlar olur ki, bilmirsən güləsən, ya ağlayasan. “Qıcolma çağırışı ilə getmişik, baxdıq ki, yalan deyiblər. Xəstə deyir ki, dabanım qaşınır, yuxuya gedə bilmirəm, iynə vurun rahat yatım”.

“Bəzən qapını bağlayıb həkimləri buraxmırlar”

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini İradə Əliyeva isə söyləyir ki, həkimlərə qarşı aqressiv münasibət daha çox xəstə dünyasını dəyişəndə olur. Yaxınları həkimləri günahlandırırlar, sanki həkim ölü diriltməyə qadirdir. Fərdi yaşayış evlərində çox zaman ünvan olmur, həkim ünvan axtarışında vaxt itirir. Sonra da həkimi ünvana gec getməkdə ittiham edirlər. “Onsuz da, həkim mənzili tapana qədər stres keçirir, evdə də kobud rəftarla qarşılaşır. Bəzən olur ki, hədələyirlər, xəstəyə yaxın getməyə imkan vermirlər”, - İ.Əliyeva deyir.

İradə Əliyevanın sözlərinə görə, çox zaman xəstənin yaxınları həkimə “Əgər ölüb desən, gör sənə nələr edəcəyik” deyib hədələyirlər. Buna görə də, həkimin ölsə belə adamı xəstəxanaya aparmaqdan başqa çarəsi qalmır: “Həkim onsuz da xəstə ölmüş olsa belə, reanimasiya tədbirlərinə başlayır, süni nəfəs verir. Ölüm baş verdikdən sonra həkim təzyiq edəndə ciyərlərdə hava qaldığı üçün xəstə yaxını onun nəfəs aldığını, yaşadığını düşünür. Bəzən həkim xəstənin öldüyünü söyləyəndən sonra yaxınları “dirilt” deyə məcbur edirlər. Əgər ölünü diriltmək belə asan olsaydı, bir iynə ilə hamı sağalardı”.

Həkimi niyə təhqir edirlər?

Baş həkimin müavini söyləyir ki, həkimlərə edilən hücumlarla bağlı polisə, Baş Prokurorluğa müraciətlər edilib. Buna görə də, son vaxtlar döyülmə faktları azalıb. Amma həkimə hücum etməsələr də, təhqiramiz sözlər söyləyirlər, avadanlıqlara zərər vururlar. “Bəzən isə həkim xəstənin otağına girəndə qapını kilidləyib, getməsinə icazə vermirlər. Bu zaman həkim mərkəzi stansiyaya zəng edir, polis çağırırlar. Əgər həmin ünvanda belə hadisə bir neçə dəfə təkrarlanırsa, artıq həkim o ünvana polislə birlikdə gedir”.

İ.Əliyeva deyir ki, həkimlər təhqir olunduqları zaman polisə şikayət etmirlər, çünki xəstə yanınlarını anlayışla qarşılayırlar. Amma bəzən, əksinə, xəstələr həkimlərdən şikayətçi olurlar, yəni haqlıykən haqsız duruma düşürük.

Onu da qeyd edək ki, təcili yardıma işə qəbul edilən həkimlər psixoloji yoxlamadan keçirlər. Stansiyada pxisoloq var, həkimlərə daim xəstələrlə davranış və həkimin düşdüyü vəziyyətdən çıxış yolları ilə bağlı məsləhətlər verilir.

Bomjlar da problem yaradırlar

Bomjlar da təcili yardım həkimlərinə problem yaradırlar. Yaşayış yeri olmayan bu şəxslər üçün ətrafdakılar həkim çağırırlar. Həkimlər söyləyirlər ki, bomjlar kömək etməyə imkan vermirlər, bəzən polisin müdaxiləsi olmadan onlara yaxınlaşa bilmirlər. “Hövsanda yolun kənarında sahibsiz şəxs yaralanmışdı. Düz bir saat yardım göstərməyə imkan vermədi, məcbur olub polis çağırdıq”, - Zülfiyyə Tağızadə deyir.

İradə Əliyeva isə söyləyir ki, gündüz saatlarında bomjlar stansiyada sanitar təmizləmədən keçirilir, paltarları dəyişilir. Hər təcili yardım maşınında təmiz xalat var. Sonra kimsəsiz xəstəni travmatoloq, toksikoloq, cərrah yoxlayır, ağciyərləri müayinə edilir. Xəstəlik, məsələn, vərəm aşkarlanarsa, Ağciyər Xəstəlikləri İnstituna aparırlar. Bundan əlavə, Bakı Səhiyyə İdarəsinin tərtib etdiyi cədvəl var, xəstəxanalar arasında növbə müəyyənləşdirilib. Hər gün bir xəstəxana bomj qəbul edir, müalicəyə başlayırlar. Təcili yardım həkimi bomjun bütün müayinələrində onu tək qoya bilməz.

Səhiyyə Nazirliyindən deyirlər ki, xəstələr kimi həkimlərin də hüquqları var. Buna görə də, hər bir vətəndaş bilməlidir ki, həkimə əl qaldırmaq, təhqir etmək olmaz. Biz xəstə yaxınlarının ağrısını başa düşürük, amma bu, həkimə hücum etmək üçün əsas deyil. Həkimlərə təhqir olunduğu, döyüldüyü üçün hüquq-mühafizə orqanlarına müraciət etmələrini məsləhət görürük. Qeyd edək ki, həkimlərin qorunması ilə bağlı təkliflər də hazırlanıb.

…Qapının arxasında bizi nə gözlədiyini bilmirik. Hər dəfə yola düşəndə tək bir istəyimiz olur, təki salamatlıq olsun”, - həkim çağırışa tələsir…

pia.az











Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


CƏMİYYƏT

design-img

Vernisaj

Nostradamusdan proqnozlar: Amerikanın rəhbəri qiyaməti gətirəcək...

bitmap-img3

Rakurs

Ağciyər İnstitutunda budama əməliyyatında Oqtay Şirəliyev faktoru: Gənc kadrlar niyə hədəfdədir?

bitmap-img3

Seçmələr

Bakıda “PlayStation” adı altında kazino açılıb – Hər kəsin gözü önündə olan qumar evi – Fotolar

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru