Xəbər xətti

26 MAY

0:40 Lənkəranda “Mercedes” aşdı - Sürücü yaralandı

0:16 55 yaşlı kişi quyuya düşdü - Lənkəranda

0:15 Adamı nəğməsindən tanımaq olmur

0:01 Bu gün bürcünüz nələr vəd edir?

25 MAY

23:51 DİM 100-dən çox şagirdin imtahan nəticəsini dəyişdi

23:46 Naxçıvan Dövlət Baytarlıq Xidmətinin rəisi vəzifəsindən azad edildi

23:44 Türkiyə Silahlı Qüvvələri 49 terrorçu zərərsizləşdirib

23:35 Azərbaycan neftinin son qiyməti

23:24 “Azərbaycanda mümkün logistika və infrastruktur imkanlarına baxırıq”

23:11 Ramazanın 10-cu günü – İmsak və iftar vaxtı

22:59 Rüfət Aslanlı əsas səlahiyyətlərindən birini itirdi

22:44 Kəşfiyyatçılarımızın təlimi başa çatdı

22:30 “200 manatlıqlar inflyasiya gözləntilərini artıracaq” – Ekspert rəyləri

22:23 İsraildə fələstinlilərə atəş açmağa icazə verildi

22:10 Putin növbəti prezidentlik müddətinə dair sualı cavablandırıb

22:00 Rustavidə azərbaycanlı tələbənin meyiti tapıldı

21:51 Məhkəmə kosmetoloq Elnarə barədə qərar verdi

21:40 Gülüş stresslə bağlı hormonların səviyyəsini azaldır

21:34 Gədəbəy sakini bıçaqlanıb

21:20 Sürücülük hüquqları dəyişdirilir

21:07 Gədəbəydə avtomobil körpüdən aşıb, xəsarət alan var

20:59 Azərbaycan Ordusunun kəşfiyyat bölüyünün təlimi başa çatıb

20:51 İlqar Məmmədovla bağlı Avropa Məhkəməsinin qərarına nə vaxt baxılacaq?

20:40 Maliyyə Monitorinqi Xidməti yaradıldı – Fərman

20:33 Deputat: “Parlamentin səlahiyyətləri başqalarına verilə bilməz”

20:27 Nazir məşğulluq orqanlarının fəaliyyətini tənqid etdi

20:20 Ronaldo futboldan gedəcəyi vaxtı açıqladı

20:13 İstanbulda xüsusi əməliyyat

20:06 Dünyada 25 milyon insan kölə kimi yaşayır

19:59 ATƏT-in daimi nümayəndələri Cənubi Qafqaza səfər edəcək

19:53 “Bakı Dairəvi-1” yolunda nəqliyyatın hərəkətində dəyişikliklər edilib

19:50 Məşhur aparıcı-aktrisa keçmiş əri ilə tətilə yollanır

19:47 Pakistan Türkiyədən 30 hərbi vertolyot alacaq

19:44 Makron: “ABŞ səfirliyinin Yerusəlimə köçürülməsi düzgün qərar deyildi”

19:40 Çin-ABŞ ticarət savaşı bitdi: Asiya nəhəngi qalib gəldi

19:35 İmişlidə 25 yaşlı oğlan bədbəxt hadisə nəticəsində ölüb

19:30 ABŞ İranın mülki aviaşirkətlərinə sanksiya tətbiq etdi

19:18 Ermənistan prezidenti Gürcüstana getdi

19:05 Bakı çimərliklərində yoxlamalar başladı

19:00 Şamaxıda M.Ə.Sabirə həsr olunmuş bədii qiraət müsabiqəsinə yekun vurulub

18:53 Akif Çovdarov məhkəmədən bəraət istəyib – “MTN işi”

18:45 “Mançester Yunayted” hücumunu gücləndirir

18:33 Prezident İlham Əliyev gürcüstanlı həmkarını təbrik edib

18:26 Deputata “Xalq yazıçısı” adı verilib

18:21 “ASAN xidmət” və “ASAN Kommunal” 1 gün işləməyəcək

18:16 Binəqədidə avtomobil yollunun yenidən qurulmasına 1,9 milyon manat ayrılıb

18:10 “Bəşəriyyət hələ qarşılaşmadığı yeni böhranla üzləşə bilər”

18:05 “Nar” “Respublika günü” münasibətilə abunəçilərinə internet hədiyyə edir

18:00 Bakı çimərliklərində yoxlamalar başladı

17:56 İstanbulda 51 terrorçu saxlanıldı

17:52 Maşın qaçıran keçmiş məhkum tutulub

17:47 Nazir məşğulluq orqanlarının fəaliyyətini tənqid edib

17:44 Dolların 4 günlük məzənnəsi

17:41 “1000 bərəkət, halal nemət” məhsulları halal deyilmiş

17:35 Azərbaycan Xocalı aeroportunu vura bilərmi?

17:30 Məşhur model intihar etdi

17:26 “Arif Alışanovu öldürmək üçün mənə 600 min manat təklif etdilər”

17:22 Bakı-Sumqayıt yolunda tıxac azalacaq

17:19 “Çoxdandır bu cür təklif gözləyirdim”

17:15 “Vurulmuş təyyarəyə görə Rusiya məsuliyyət daşıyır”

17:11 Fəxrəddin Manafov İbrahimbəyovun ittifaqından getdi

17:03 Vahid Ələkbərov: “Neftin hazırkı bazar dəyəri spekulyativ qiymətdir”

16:58 Polşada qatarlar 250 km/saat sürətlə hərəkət edəcək

16:55 İranlı parlamentar: “Tramp və Pompeo diplomatik qaydaları bilmir”

16:49 107 şagirdin 153 tapşırıq üzrə qiymətində dəyişiklik edilib

16:44 “Tramp-Kim Çen In görüşü ləğv edilməyib, təxirə salınıb”

16:38 Rəqsanə: “O, mənə atalıq etməyib”

16:33 NATO və Avropa Rusiyaya qarşı birləşdi

16:27 Rusiyada alkoqol məhsulları onlayn satılacaq

16:23 Facebook-da yalan məlumatların paylaşılması məsuliyyət yaradırmı?

16:18 Lavrov: “Bunu onların vicdanına buraxıram”

16:12 “Səbail” klubunun yeni baş məşqçisi müəyyənləşib

16:07 “OPEC hasilatın azaldılması siyasətini dəyişdirə bilər”

16:00 İrana görə Avropa ilə üz-üzə gələn ABŞ-ın “sanksiya silahı” öz təsir gücünü itirə bilər? – Müsahibə

15:57 “Azərbaycanla hərbi əməkdaşlığın daha da güclənməsində qərarlıyıq”

15:53 “Məşğulluq sahəsində görülən işlər öz nəticəsini verir”

15:49 “Neqativ hallara qarşı sərt mübarizə fəaliyyətimizin əsasını təşkil edəcək”

15:45 Jurnalist öz evində qətlə yetirildi

15:41 Dünyada 25 milyon insan kölə kimi yaşayır

15:38 “Tezliklə Qüdsdə böyük hadisələr olacaq”

15:32 “Ana-bacı söyüşü işlətdi, mən də ürəyindən vurdum”

15:27 Şoyqunun artan şöhrəti Putini qorxudur

15:23 28 may günü “ASAN xidmət” işləməyəcək

15:18 Vergilər naziri Şamaxıda vətəndaşları qəbul edəcək

15:15 Dünyada yeni ölümcül virus yayıldı

15:11 Kremldən Trampın qərarına reaksiya

15:07 ABŞ Türkmənistan pambığının tədarükünə qadağa qoydu

15:03 Rasim Balayev: “Məni kriminal avtoritet kimi görəcəksiniz”

15:03 “Azərbaycanda energetika sektorunda islahatlar planlaşdırılır”

14:59 Dünya liderlərinin maraqlı idman hobbiləri

14:55 Oqtay Əsədov Gürcüstana gedir

14:51 Tereza Mey: “Rusiyaya qarşı təzyiqi davam etdirəcəyik”

14:47 Bu il 41 nəfər dəm qazından zəhərlənib

14:44 Əfv sərəncamının icrası başa çatıb

14:40 İmperatordan İlham Əliyevə təbrik

14:35 “Kontakt Home” alıcılara bu yolla fırıldaq gəlir

14:30 Türkiyə AXC-nin 100 illiyi şərəfinə pul nişanı hazırladı

14:26 “İdmançılara ayrılan vəsaitlərdə böyük fərqlər olmamalıdır”

14:22 Qarabağ qazisi telekanalları qınadı

14:17 Sabahın hava proqnozu

14:13 Ermənistanın yeni Baş Qərargah rəisi kimdir?

14:10 ABŞ Türkiyəyə F-35 qırıcıları satmayacaq

14:06 Kolumbiya prezidentini seçir

14:02 Əmək haqqına vahid vergi yükü tətbiq ediləcək

13:58 Türkiyənin müdafiə nazirinin müavini Gəncəyə gəlir

13:55 İbrahimbəyova qarşı cəza tədbirləri həyata keçirilməlidir

13:51 ABŞ dövlət katibi: “Tramp İranda rejimi dəyişmək niyyətində deyil”

13:47 Azərbaycanda yeni medal təsis olunur

13:44 Ronaldinyodan 2 qizla evlənəcəyi xəbərlərinə reaksiya

13:40 Dünyanın ən zəif orduları

13:36 İran və beş ölkənin diplomatları Vyanada görüşəcək

13:32 Lars Fon Trier: “Yeni filmlərə baxmıram”

13:27 Keçmiş əri Mənzurəni oğurluqda ittiham edir

13:09 Əsəd Cahangir postinsanı düzgün anlamayıb

13:05 Nərimanovda narkomaniyaya qarşı növbəti təlim keçirilib

12:57 Bahar Muradova: “Heç kimə belə sonluq arzulamazdım”

12:53 Qız üstündə dava salan şair

12:48 Sabiq nazirin VEMTAS “islahatı”: Müslümovun “islahatçı əli” olan Elnur Məcidovun işi araşdırılır

12:48 “Qarabağ” klubunun Çempionlar Liqasına hazırlıq planı müəyyənləşib

12:45 Ağır vəziyyətdə olan məhkumlar da azadlığa çıxır



CƏMİYYƏT

...

“Vor vne zakone” - Quliyə qarşı çıxan Əziz Batukayev kimdir?

Tarix 07.01.18, 14:38

Font ölçüsü : - / +
bitmap-img6


Əzizin Batukayev həbsxanada həm təhlükəsizliyi, həm də əyləncə üçün döyüş itləri saxlayırmış, kolonun mühafizəsinə etibar etməyən Əzizin yanında “Kalaşnikov” avtomatı ilə gəzən mühafizəçilər olub.


Xüsusi xidmət orqanları yeni il ərəfəsində Moskvada azərbaycanlı avtoritet Nadir Səlifov və çeçen avtoritet Əziz Batukayev arasında təsir sahələrinin yenidən bölüşdürülməsinin qarşısını alıblar. Primecrime.ru saytının məlumatına görə, qarşıdurma Moskvanın üç bazarı üstündə yaranıb.

Dekabrın ortalarında Əziz adından hansısa çeçen bu bazarlardan əldə edilən gəliri yönləndirməyə çalışıb.

Onlar bazarlarda Qulinin adamlarının möhkəmləndiyinə məhəl qoymayıblar. Baş verənlər barədə Əzizin izahatını gözləməyən Quli özü ona zəng vurub. Çeçen avtoritet kobud tərzdə obyektlərin ona çatdığını bildirib. Nadir Səlifov cavabında söz verib ki, bunun mütləq qarşılığı olacaq. Sayt yazır ki, tərəflərin danışıq tonuna görə, barışıq real görünmür.

Bəs, Əziz Batukayev kimdir? Musavat.com bu mövzuda əldə etdiyi maraqlı faktları təqdim edir.

Cinayət aləmi hələ 1993-cü ildə Moskvada “qanuni oğru” adı alan Əzizin tacını tanımayıb. İddialar var ki, “samozvanets”i cəzalandırmaq üçün dövrün ən tanınmış kriminal generalları - “Dato Taşkentski” və “Yaponçik” onunla görüşüblər də. Amma fakt faktlığında qalır ki, o, son illərədək Qırğızıstanda yeganə “qanuni oğru” hesab edilib. Əziz başına topladığı adamlara da “qanuni oğru” ideyası ilə yaşamağı deyil, “blatnoy” - “yaxşı oğlan” olmağı tövsiyə edib. Məhz bu səbəbdən onu bəzi hallarda “vor vne zakona” da adlandırırlar. Onun haqqında “Çuy Al Kaponesi”, “Mərkəzi Asiyanın smotryayuşisi” kimi epitetlər də işlənib.

Əziz Batukayev 1966-cı il, aprelin 30-da Qırğızıstanın Tokmak Çuy vilayətində doğulub. 1990-cı ildə rəhbərlik etdiyi klan əsasən narkoticarət, reket və sifarişli qətllər həyata keçirib. Çuy vilayətinin cənubuna tam nəzarət edən Əzizin özünü İssık-Kulun ağası sayan Rıspek Akmatbayevlə konflikti yaranıb və bu, onların ikisinin də taleyini dəyişən qatı düşmənçiliyə çevrilib.

Əzizin böyük qardaşı, klanın əsas üzvlərindən olan Alaudin 2002-ci ildə Tokmak qənd zavodunda güllələnir. Dəfn mərasimində Əzizin özünü də öldürmək istəyirlər, onun “Mercedes”i güllələrdən deşik-deşik olsa da özü salamat qala bilər, amma iki yaxın qohumunu itirir. 2003-cü ilin noyabrında onun yeznəsi Xavadji Zaurbekov da bu amansız düşmənçiliyin qurbanı olur.

Rıspek də bu müharibədə çox yaxın adamlarını itirir. Onun gənc yaxın qohumu gecə barından çıxarkən öldürülür. Sonra onun maşını əvvəl qumbaraatanla atəşə tutulur. O, daha bir sui-qəsddə yaralansa da aradan çıxa bilir. Nəhayət, qana-qan günü də yetişir və bu hadisə bütün kriminal aləmin diqqətini Əzizə yönəldir. Hələ də bir çox sirləri açılmayan həmin hadisənin təfərrüatlarını oxuculara təqdim edirik.

2005-ci il, oktyabr ayının 15-də Qırğızıstanın paytaxtı Bişkekdən 2 kilometr aralıda yerləşən Moldavanovkadakı həbsxanada qiyam baş verir. Dustaqlar həbsxana rəisinin məhbuslarla qəddar davranışına etiraz olaraq bunt edirlər. Bu hadisə ölkədə ciddi rezonans doğurur və bəzi həbsxana rəisləri işdən qovulur. Ölkə parlamentində müdafiə və hüquq-mühafizə orqanları ilə iş üzrə komitəyə rəhbərlik edən deputat Tınıçbek Akmatbayev oktyabrın 19-da qiyamdan sonrakı vəziyyətlə bağlı parlamentdə məruzə etmək üçün şəxsi mühafizəsi, köməkçiləri, prokurorluq əməkdaşı ilə 31 saylı həbsxanaya gedir. Onu Penitensiar Xidmətin rəisi İkmatulla Polatov da müşayiət edir. Həbsxana rəhbərliyi deputatın bu kolona getməməsi üçün müraciət etsə də komitə sədri inad edir. Deputatın nəyə görə 31 saylı həbsxanaya getmək israrı məlum idi. Çünki onun qardaşı Rısbekin qatı düşməni, narkotik alverinə görə tutulan Əziz məhz həmin həbsxanada cəza çəkirdi…

Oktyabrın 19-da səhər deputat və onu müşayiət edən 5 nəfərlə 31 saylı kolona gedirlər. Deputatın yanında olanlar və mühafizəçisi qanunlara zidd olaraq “zon”a silahla girir. Məlumata görə, deputat burada dustaqlarla sərt dildə danışır. Onlar kolonun çıxış qapısına gələrkən dustaqlarla dava düşür. Silahlı qarşıdurmada deputat və onun yanındakılar öldürülür, həbsxana rəisi isə ağır yaralanır.
Həbsxanada yenidən bunt qalxır. Xüsusi təyinatlılar həyəcan siqnalı ilə ayağa qaldırılsa da hücum olmur.

Ölkənin o zamankı baş naziri Feliks Kulov şəxsən həbsxanaya gedir və ölənlərin meyitinin verilməsi üçün 2 saatadək danışıqlar aparır. Nəhayət, 3 nəfərin meyiti və yaralı rəis təhvil verilir. Meyitlərə baxış keçirilərkən onların hamısının güllə yarasından öldüyü məlum olur. Ağır xəsarət alan Penitensiar Xidmətin rəisi də bir neçə gün sonra vəfat edir.
Qırğızıstan prezidentinin göstərişi ilə bu hadisə ilə bağlı araşdırma başlayır. 2006-cı ilin avqustunda Alamund Rayon Məhkəməsində aralarında Əzizin vətəndaş nikahında olan arvadı olmaqla ümumilikdə 38 nəfərin məhkəməsi keçirilir. Rısbek Akmatbayevin ciddi səylərinə baxmayaraq qardaşının qatilinin məhz Əziz olduğunu sübuta yetirmək mümkün olmur. Deputatın ölümünü həmin kolonda cəza çəkən “İyirmilik” ləqəbli çeçen - Rustam Abdulin öz üzərinə götürür.

Məhkəmə baş verənlərdə Əziz Batukayevi günahlandıraraq ona 16 il 8 ay 15 gün həbs cəzası verir. 2006-cı il, mayın 10-da Bişkekdəki məsciddən çıxanda Rısbek Akmatbayev də atəşə tutulur və bu dəfə əcəlin əlindən qurtula bilmir. Məlumatlar var ki, onun öldürülməsi təkcə Əzizin deyil, siyasi hakimiyyətin də marağında olub.

Əzizin həbsxana həyatı barədə də əfsanələr danışılır. Deyilənə görə, həbsxananın iki mərtəbəsində 16 otaqda yerləşən Əziz orada xanımı ilə birgə yaşayıb. Otaqlarda İçkeriyanın bayrağı və Aslan Məshədovla Şamil Basayevin portretləri asılıbmış. Batkuyevin mədəsində yara olduğu üçün həbsxananın həyətində üç inək və 15 keçi saxlayırlarmış ki, onun südü ilə özünü müalicə etsin. O, həbsxanada həm təhlükəsizliyi, həm də əyləncə üçün döyüş itləri saxlayırmış. Koloniyanın mühafizəsinə etibar etməyən Əzizin yanında “Kalaşnikov” avtomatı ilə gəzən mühafizəçilər olub.

Onun azadlığa buraxılması üçün xüsusilə Çeçenistan prezidenti Ramzan Kadırovun ciddi iş gördüyü deyilirdi. Rusdilli Qırğızıstan mətbuatı yazır ki, Əzizin azadlığı üçün o zamankı prezident Bakiyevə hətta rüşvət də təklif edilsə də o, ictimai qınaqdan çəkinərək bu addımı atmayıb. Mətbuat yazırdı ki, hakimiyyətin Əzizi xəstə adı ilə (onun leykoz və serrozdan əziyyət çəkdiyi deyilirdi) buraxılması sadəcə gülməli bəhanədir.

2013-cü ilin martında onu azadlığa buraxanda həkimlərin deyirdi ki, Batukayev sayılı günləri qalıb. O vaxtdan  4 il keçib...

pia.az









Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


CƏMİYYƏT

design-img

Vernisaj

ATƏT-in daimi nümayəndələri Cənubi Qafqaza səfər edəcək

bitmap-img3

Rakurs

“Kontakt Home”da böyük fırıldaq – Oxuyun ki, aldanmayasınız

bitmap-img3

Seçmələr

Prezidentin əfv etdiyi siyasi dustaqlar bunlardır - Adlar

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru