Xəbər xətti

23 AVQUST

21:22 Çində dağıdıcı qasırğa

21:16 Azərbaycanda bir gündə 101 cinayət törədilib

21:10 Tanınmış meyxanaçı həbsdən çıxdı

21:04 Ərdoğan Mattislə görüşdə etiraz etdi

20:58 Xaçmazda 54 yaşlı kişini tok vurub öldürdü

20:53 İran və Səudiyyə Ərəbistanı əlaqələri yenidən bərpa etmək niyyətindədir

20:49 İraqda 5,6 bal gücündə zəlzələ olub

20:43 Özünü yaşadığı evdə asdı

20:37 Yəmən paytaxtına endirilmiş aviazərbə nəticəsində 35 nəfər ölüb

20:31 Bu il 0-100 bal arası nəticə göstərənlərin sayı artıb

20:25 Millimizin heyəti açıqlandı

20:19 Tillerson: “Rusiya terrorçulara silah verir”

20:13 Ueyn Runi İngiltərə milli komandasında karyerasını başa vurub

20:07 Soçidə Putinlə Sarkisyan görüş keçirir

20:00 Macarıstanın Azərbaycandakı səfirliyi viza verilməsini dayandırdı

19:55 Müəllimlərin dərs yükü və əməkhaqqı ilə bağlı prezidentdən sərəncam

19:49 Nazir: “İran OPEC qarşısında öhdəliyinə əməl edir”

19:42 Dənizdə batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas edilib

19:36 Nyu-Yorkdakı Qarabağ döyüşü

19:29 Şəki sakini naməlum şəxs tərəfindən güllələnib - Video

19:23 Sergey Şoyqu: Suriyada vətəndaş müharibəsi bitdi

19:17 Almaniyada avtobus qəzası: 40 yaralı

19:11 Mərkəzi Bankda hərrac

19:05 Bakıda 4 nəfərlik soyğunçu dəstə tutuldu

18:59 FHN Gürcüstanda yanğınla bağlı düşərgə yaratdı

18:54 “Bakıda tozun miqdarı 52 faizə çatdı” - Əhalinin diqqətinə!

18:48 Nazirlər Kabinetində sahibsiz itlərlə bağlı Müşavirə

18:42 28 rayonun içməli su təminatı yaxşılaşdırılacaq - Sərəncam

18:36 Avrozona iqtisadiyyatında inkişafın dayanması siqnalları gəlir

18:30 Ramil Quliyev qələbəsini 15 yaşlı şəhidə həsr etdi

18:24 Şirvan Əbilov “Tərəqqi” medalı ilə təltif olundu

18:18 Azərbaycanda ali məktəbə qəbulda test imtahanı ləğv edilir - DİM sədri

18:12 Qadın güləşçilərimiz məğlub oldu

18:06 İlham Əliyev Nazirlər Kabineti Aparatının strukturunu təsdiqlədi

18:00 Bakı və Abşeronda tozun miqdarı bir az da artıb

17:57 Dünyada ən böyük məlumat mərkəzi tikiləcək

17:52 Jirinovski: “Bunların başı xarab olub”

17:48 Prezidentdən ukraynalı həmkarına təbrik məktubu

17:43 Paytaxtda kollec qarət olunub

17:39 Runi İngiltərə yığmasında karyerasını bitirdi

17:35 Avropa ənənəvi enerji növlərindən imtina edir

17:30 Sabahın məzənnəsi

17:26 Türkmənistan prezidenti Ermənistana gedir

17:22 Dənizdə boğulan 2 nəfər xilas edildi

17:18 Merkel: “ABŞ Şimali Koreya ilə müharibəyə başlayarsa...”

17:13 Ukrayna Rusiyanı tələyə salan yem olacaqmı?

17:08 Ermənistanda 100 min kəndli hara yoxa çıxıb...

17:05 Bayram Səfərov: ““Qarabağ” necə olur olsun qalib gəlməlidir”

17:01 UNİCEF-dən 2 yaşlı Zəhranın ermənilər tərəfindən öldürülməsinə münasibət

16:56 Taekvandoçumuz qızıl medal qazanıb

16:52 Nazirlik operativ iş rejiminə keçdi

16:49 Fransada hərbi patrula hücum edilib

16:44 Xaçmazda 29 yaşlı qadın bıçaqlanıb

16:38 DİN-dən Lerikdəki dəhşətli qətllə bağlı açıqlama

16:34 ABŞ kəşfiyyatının rusiyalıların internet trafikinə çıxışı var

16:28 Dolu Ağaoğlunun milyonluq maşınlarını dağıtdı

16:25 Səudiyyədən Qətərə Həcc ziyarəti qadağası

16:21 Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulu başa çatıb

16:16 Xızıda yol çəkilişi zamanı məzarlıq aşkarlandı

16:12 ““Satılır” qadağası ilə bağlı açıqlamanı mən yaymamışam”

16:09 Cavid Cabbaroğlu Elçibəydən yazdı

16:04 MTN generallarının məhkəməsi qapalı davam etdiriləcək

16:01 “Üçüncü günün adamı” filminin beynəlxalq təqdimatı olacaq

15:56 Yəməni bombaladılar: 30 ölü

15:52 Nazim: “Əməliyyatlara 62 min dollar xərcləmişəm”

15:46 Bulvarda naməlum qadın meyiti tapılıb

15:42 Ermənistan ordusunun iki zabiti ağır yaralanıb

15:37 Ronaldu: “Həmişə olduğu kimi, daha güclü qayıdacam”

15:33 Avtomobil qəzasında ölən azərbaycanlı məşhurlar

15:28 “Azərişıq”ın maşınını yandıran saxlanıldı

15:25 Azərbaycanda ilk dəfə çarpaz əməliyyat icra olunub

15:23 Bukmekerlər: “Qarabağ” bu mərhələni keçəcək

15:18 Rusiya varlıları offşorda 1 trilyon dollar saxlayır

15:15 Bayram Kürdəxanılı dəfn olundu

15:10 “Barselona” “Liverpul”a dördüncü dəfə təklif göndərəcək

15:06 Pentaqon şefini Ankaraya gətirən səbəblər – Şərh

15:01 Jurnalistin başı-ayağı kəsilmiş cəsədi tapıldı

14:57 Azərbaycan daha çox pomidor və qızıl ixrac edir

14:53 Trampın Əfqanıstan planı...

14:49 320-dək aviareys təxirə salındı

14:46 Borca görə atasını öldürdü, anasını yaraladı

14:41 Azərbaycan Ukraynadan mal ətinin idxalını artırıb

14:37 Vaxtı keçmiş məhsullar aşkarlandı

14:34 Gəncədə maşınla vurulan piyada ölüb

14:30 Tramp: “Kim Çen İn bizə hörmət edir”

14:27 Zamanında imperiya qurmuş uyğurların azadlıq mücadiləsi

14:22 “Ərdoğan Bakı səfərində İrəvanın sevincinə nöqtə qoyacaq”

14:18 Sumqayıtda qəbirstanlıq yanır

14:14 Ağamirzə Bayramı öldürən qohumundan danışdı

14:11 Zahid Oruc:“Türkiyə Ermənistanla sərhədlərini açmayacaq”

14:08 İraq ezidiləri: “Biz artıq Bərzaniyə etibar etmirik”

14:05 Şoyqu: “Suriyada vətəndaş müharibəsi bitdi”

14:01 Mehriban xanım Heydər Əliyev amallarını yaşadır, təbliğ edir

13:57 Marqvelaşvili: “Azərbaycanlılar əsl dostlarımız olduqlarını göstərdilər”

13:52 Azərbaycanda 11 mindən çox yeni iş yeri açılacaq

13:49 “Neft Daşları”nda yeni quyu istismara verilib

13:46 Bakıda kirayə mənzillər iki dəfə bahalaşdı

13:42 BMT-dən İsrailə Qüds barədə xəbərdarlıq

13:38 Rusiyanın Azərbaycandakı səfirindən Vilyam Hacıyevə təbrik

13:34 Sabahın hava proqnozu

13:30 Çavuşoğlu İraqa kürdlərlə danışığa getdi

13:26 General mini yubkalı qız şəkli göstərdi

13:01 “Onun heç vaxt şəxsi maşını olmayıb”

12:56 Ərdoğanın ilk rəqibi məlum oldu

12:52 Gecə yemək yeyənlərə xəbərdarlıq

12:48 Daha bir xarici şirkət Azərbaycan bazarını tərk edir

12:44 Rusiya DİN azərbaycanlı idmançının “başına pul qoydu”

12:40 Sabah 360 zəvvar Məkkəyə gedəcək

12:36 Çempionlar Liqasında səbətlər müəyyənləşdi

12:33 Alimlər Antarktidada buz altında 91 vulkan tapdılar

12:29 Bakıda qadın yanğın nəticəsində ölüb

12:26 Nazirin qardaşı oğlu məhkəmədə dindirildi

12:24 Vurma cədvəlini bilməyən direktor və... Nazirin 248 saylı məktəbdə baş verənlərdən xəbəri varmı?

12:23 4 arvadlı o amerikalı Azərbaycanda niyə yaşaya bilməzdi?

12:20 Ramil Səfərov: “İşğaldan sonrakı prosesə diqqət etməliyik”

12:17 Şimali Koreya raketlərin sayını artırır

12:12 Evli kommunistə vurulmaq günahdımı?

12:07 “Stimul Hospital”dan “Qarabağ”a dəstək

12:04 Mikroavtobusun salonunda 14 min siqaret aşkarlandı

11:59 Yay tətilindən altı məqam


ƏDƏBİYYAT

...

“Vəzifə”

Tarix 19.06.17, 18:10

Font ölçüsü : - / +
bitmap-img6


Kəramət Böyükçölün “Vəzifə” adlı yeni hekayəsini təqdim edirik

 
Eşidəndə ona ciddi vəzifə veriblər, Nazim müəllim ən birinci katibə haqqında düşündü. Xəbər mətbuata da sızmışdı, ancaq işinin nə olduğu hələ bilinmirdi. Ürəyi partlayırdı. Yan-yörəsində çoxlu adamlar vardı. Bilmədi özünü necə ələ alsın, durduğu yerdə əlini tanımadığı bir adamın çiyninə qoyub dedi:
 
“Nə olur-olsun, əsas vəzifədi, elə deyilmi?”.
 
Tanımadığı adam diksindi:
 
“Nə?”.
 
Nazim müəllim üzr istəyib bir az kənara çəkildi.
 
Düzü, onu irəli çəkilmə söhbəti çoxdan vardı. Bu barədə əvvəlcədən lazımlı adamlarla görüşüb danışmışdı, boynuna nə düşürdüsə, hamısını eləmişdi, oturub evdə xəbər gözləyirdi. Xəbəri eşidəndə isə özü Bakıda deyildi, Kürdəmir rayonunda yaxın bir qohumu rəhmətə getmişdi, onun hüzründə çörək yeyirdi. Nazim müəllim əslində, yasa gəlməyə də bilərdi, ancaq çox darıxırdı, başını qatmaq istəyirdi. Yas yerində sevinmək yaxşı çıxmır, buna görə özünü güclə saxlayırdı, ancaq axıra kimi bacarmadı. Gizlin bir yerə çəkilib sevindiyindən ağacın yarpağından öpdü. Əlində-ovcunda olanı satıb bu işə vermişdi, gecə-gündüz fikirdən yata bilmirdi. Gördü heç kəs baxmır, xəlvətcə yas çadırının arxasında qol açıb oynadı. Sevinc hissini, həyəcanı az da olsa canından çıxardı ki, Bakıya sağ-salamat gedib çıxa bilsin, yolda ürəyi partlamasın.
 
Dost-tanışları, yaxınları zəng eləyib yeni işinə görə Nazim müəllimi təbrik eləyirdi. Heç dostlarının bu qədər çox olduğunu bilmirdi. Hiss edirdi ki, telefonda onunla danışan adamların hamısının səsi dəyişib, intonasiyalarında özünə qarşı sonsuz hörmət və sayğı duyurdu.
 
Jurnalistlərin ardı-arası kəsilməyən telefon zənglərində əsas sual ondan ibarət idi:
 
“Vəzifəyə gedəcəyindən əvvəlcə xəbəriniz vardımı?”
 
Nazim müəllim:
 
“Elə şey olar? Əlbəttə, xəbərim yox idi. Hər şeyi dostlarımın zəngindən sonra bildim. Etimad göstərənlər sağ olsunlar. Bütün ömrüm boyu çalışacağam ki, göstərilən diqqətə layiq olum”.
 
Rayona yas yerinə gedəndə Nazim müəllimin cibində pul çox az idi. Əyni-başı da nimdaş görünürdü. Buna görə utanırdı. Boy-buxun, saç-baş hamısı yerində idi, qurbanolduğum onu elə bil vəzifə üçün yaratmışdı, amma gəl ki, iki il bundan qabaq aldığı şalvar-köynək hələ də canından azad olmamışdı. Bəs Bakıya belə necə qayıtsın? Ayıb deyilmi o boyda vəzifənin sahibi bu viddə adam içinə çıxsın? Xeyli düşünüb-daşınandan sonra ilk ağlına gələn o oldu ki, təcili borc pul tapıb geyim-kecimini düzəlsin, özünün olmasa da, qohum-əqrəbadan kimdə normal bir maşın varsa minib gəlsin şəhərə, işə başlayan kimi qalan şeyləri həll eləyər.
 
Vəzifə elə şeydir ki, insan olduğunu nə qədər bildirməsən, o qədər yaxşıdı. Sərt olmaq lazımdı! Yeri gəldi-gəlmədi səmimiyyət, mehribanlıq işləmir. İnsanların gözünə nə qədər az görünsən, o qədər hörmətli olarsan. Adamlar ki, səni görəndə bir addım kənara qoyub, pencəklərinin orta düymələrini bağlayıb əllərini yanına salmadı, daha o nə vəzifə oldu?
 
Düzdür, vəzifə əbədi deyil, amma müvəqqəti olan bir şeydən sən gələcəyin üçün istifadə eləyə bilmirsənsə deməli, balaların sənin ağzına-üzünə söyəcək. Xərc çəkib bu boyda işə gəlmisən, nə olar sənin də dörd-beş yerdə yüngülvarı dükanın olsa? Nə olar şəhərin mərkəzi yerlərində dörd-beş balaca restoranın olsa? Nə olar şəhərin üç-dörd yerində evin olsa? Nə olar iki-üç maşının olsa? Adam nə qədər eyni arvadla yaşayar, nə olar kənarda bir saxladığın olsa? Çox şey nəyə lazımdır? Hərəsindən iki-üçü oldu, bəsdir. Onsuz da dünya fanidir, hamı beş arşın ağ aparacaq.
 
Nazim müəllim üçün, əlbəttə, ən vacib məsələlərdən biri də katibədir. Xalqa xidmətə katibədən başlayanda vəzifə uğurlu, xeyir-bərəkətli olur. Vəzifəni vəzifə eləyən katibədir! Katibən olmadısa o vəzifəni apar tulla. Katibə iş yerinin yaraşığıdır. Qapını açanda üzünə ay parçası kimi yupyumru bir qadın gülümsəmədisə, deməli, həmin gün işə gəlməmisən.
 
Nazim müəllim fikirləşdi ki, iş otağının arxasında bir yataq otağı da olmalıdır. Ora yüngülvarı divan-kreslo qoyursan, balaca bir sauna düzəldirsən, qurtardı getdi. Adam ciddi işləyəndə çox yorulur, tez-tez əsəbiləşirsən, beyin dözmür. Arada dincəlmək lazımdır. Keçirsən arxa otağa, yüngülcə uzanırsan, canını dincə qoyursan, yuyunursan, tərləyirsən, boynunu, kürəyini masaj elətdirirsən, olursan qoz kimi. Yaxşı pürrəngi çaydan sonra yenidən xalqa xidmət kimi məsuliyyəti bir işin başına keçirsən.
 
Nazim müəllim adamları addım səslərindən tanıyırdı, amma düşündü ki, otağının qabağında xüsusi kameranın olması vacibdir. Lazımsız adamlar çox gəlib-gedir. Elələri olur, girib otağında uzun-uzadı qəzəl oxuyur. Bir də görürsən kimsə gəlib deyir, ərim müharibədə ölüb. Neyləyim? Ərini mən öldürmüşəm? Biri gəlir ki, oğlum itkin düşüb? Neyləyim? Oğlun cibimdədi? Oğlunu mənim otağımda niyə axtarırsan? Əl çəkmirlər, dil qəfəsə qoymurlar. Birdəfəlik başa düşmürlər ki, vəzifə sahibi bank üstündə oturmayıb.
 
Kameranı belə adamlar üçün istəyirdi. Bəri başdan qabaqlayıcı tədbir görürsən ki, hansısa yersiz-yurdsuz, yetim-yesir burnunun ağzının içinə kimi gəlib çıxmasın. Bizim Qarabağ kimi böyük dərdimiz var, mən burda Ağdamın, Laçının, Kəlbəcərin dərdini çəkirəm, bu da gəlib deyir, işləmirəm, dolana bilmirəm, mənə iş ver. Utanmasa deyər, bacı-qardaşını çıxar, oğlunu-qızını çıxar, məni qoy onun yerinə. Bu adamlarda abır-həya qalmayıb. Mən bütün günü otağımda doğma dədə-baba yurdumu düşünməsəm, ağlayıb-sızlamasam, onda el-obanın dərdini kim çəkəcək?
 
Nazim müəllim bir də başını qaldırıb gördü ki, şər qarışıb, ölünün mağarın başında asılan şəklindən başqa yas yerində heç kim qalmayıb. (kulis,)
 
pia.az









Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


ƏDƏBİYYAT

design-img

Vernisaj

Prezidentdən ukraynalı həmkarına təbrik məktubu

bitmap-img3

Rakurs

Vurma cədvəlini bilməyən direktor və... Nazirin 248 saylı məktəbdə baş verənlərdən xəbəri varmı?

bitmap-img3

Seçmələr

“Azərbaycanda “5-ci kolon” mövcuddur” - Tofiq Zülfüqarov

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru