Şənbə, 23 Mart 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

“Vətəndaşı aşağılayanların hədəfində hakimiyyət durur”

Haqsızlığa, zülümə haqq qazandırıb, guya dövləti, dövlətçiliyi müdafiə edənlər ki, var, onlar əslində bir başa ölkədə xaos yaratmağa çalışan qüvvələrdirlər


Bu sözləri son günlər ölkədə cərəyan edən proseslərə münasibət bildirən Azərbaycan Xalq Cəbhəsi partiyasının mətbuat xidmətinin rəhbəri Vüsal Qarayev deyib. 

O bildirib ki,  bu agentlərin hədəflərində hakimiyyət və hakimiyyətin başında olan şəxsdir: 

“Onların məqsədi xalqla hökumət arasında dərin uçurum, nifrət yaratmaqdır. Prezident özü deyir ki, sosial ədalət tam bərqərar olmalıdır və şəffaflıq tam təmin edilməlidir. Prezident özü deyir ki, büdcədən ayrılan pullar təyinatı üzrə xərclənmir. Prezident özü etiraf edir ki, məmurlar xalqı saymırlar, vəzifələrindən istifadə edib qanunsuz əməllərlə məşğuldurlar. Bu "paralel yapının" agentləri isə bütün hallarda xalqı aşağılayaraq, təhqir edərək, zülmkar məmurları müdafiə edərək vətəndaşı hakimiyyətə qarşı qıcıqlandırmaqla, odun üzərinə barıt tökməklə məşğuldurlar”. 

“Kimsə yanış anlamasın, mən bu hakimiyyətin müdafiə etmirəm, mövqeyim də bəllidir” deyən Vüsal Qarayev bildirib ki, özünü hakimiyyətin, dövlətçiliyin müdafiəçisi kimi göstərən şəxslər ki, var, tez-tez vətəndaşları qıcıqlandıracaq fikirlər səsləndirirlər, onların tək hədəfi bu dövləti parçalamaqdır, ölkədə xaos yaratmaqdır: 

“Onların tək məqsədi insanları daha da qəzəbləndirmək, aqressivləşdirməkdir. Çıxış yolu isə, haqqı demək, vətəndaşı müdafiə edib sakitləşdirmək, vəziyyəti bu yerə gətirib çıxaran şəxsləri, harınlamış məmurları cəzalandırmaqdır. Çıxıb demək lazımdır ki, bəli, vətəndaş haqlıdır qəzəblənməkdə, bəli, vətəndaşa haqsızlıq edilir və bunu edənlər cəzalarını alacaqlar. Bu zaman sakitliyə, sabitliyə nail olmaq olar. Yoxsa xalqı aşağıla, məmuru təriflə, ortamı daha da qızışdır. Necə olur, prezident özü məmurları xalqa qarşı ədalətsiz olmaqda qınayır, amma bu agentlər yalnız xalqı ittiham edirlər ? Prezident özü deyir ölkədə 2 gün işıqların olmaması məmur səriştəsizliyidir, xalqa zülmdür, əziyyətdir, buna yol vermək olmaz, bir tv rəhbəri isə deyir ki, xalq dözməlidir. Bu necə olur ? Prezident necə olur ki, bu məsələlərə diqqət etmir? Axı bu bir başa prezidentə qarşı çıxmaqdır” 

Mətbuat katibi vurğulayıb ki, "Paralel yapı"nın oyununu anlamaq üçün o qədər də ağıllı olmağa ehtiyyac yoxdur: 

“Mən əminəm ki, dünənki həbslər də onların oyunudur və bu da xalqı hakimiyyətə qarşı ayaqlandırmağa xidmət edir. Bu həssas məqamda dövləti istər xaricdən, istər daxildən parçalamağa çalışam qüvvələrə qarşı çox diqqətli olmalıyıq.

Əgər ölkənin xaosa sürüklənməyini, vətəndaşla hakimiyyət arasında uçurumun daha da dərinləşməsini, xalqın “paralel yapı” tərəfindən yanlış yönləndirilməsini istəmiriksə, hakimiyyət vəziyyəti bu yerə gətirib çıxaran, vəzifəsindən sui istifadə edərək qanunsuz əməllər törədən, vətəndaşı aşağılayan, xalqa sosial həyatını ağırlaşdıran, korrupsioner məmurları cəzalandırmalıdır, deyən Vüsal Qarayev bildirib ki, hakimiyyət xalqın könlünü almaq, inamını qazanmaq istəyirsə mütləq radikal addımlar atmalı, islahatlara getməlidir: 

“Çıxıb deməlidirlər ki, bəli, xalq qəzəblənməkdə haqlıdır, xalqa qarşı haqsızlıq olub, xalqın sosial güzəranı ağırdır, xalqı aqerssivləşməyə məhz harın, vəzifəsindən sui istifadə edib vətəndaşı təhqir edən məmurlar təhrik edir. Və bunların qarşısının alınması istiqamətində konkret addımlar atılmalıdır. O zaman inanın ki, vətəndaş kiminsə oyununa gəlməz. Xalq nə istəyir ? Haqq, ədalət, normal həyat tərzi, normal dolanışıq. Xalq məmurdan sayqı, dəyər görmək istəyir. Əgər hökumət bunu təmine dərsə, xalq da o hökumətin arxasında duracaq. Azərbaycanın yaxın tarixinə nəzər salmaq kifayətdir, bunu anlamaq üçün”...

pia.az
Etiket:
loading...