Xəbər xətti

17 OKTYABR

11:55 Tramp Asiya turnesinə çıxır

11:52 Daha iki Avropa şirkəti “Şahdəniz” qazı alacaq

11:49 Bakıda məktəbdə şagirdlər arasında insident

11:45 6 tələbənin ölümü ilə bağlı kompensasiya ödənilib

11:41 “Ermənistan Azərbaycan Ordusunun hərbi-strateji üstünlüyünü qəbul edə bilmir”

11:37 Amerika seçkilərinə internet-müdaxiləyə Ceyhun Aslanov başçılıq edib

11:32 Qarabağda itkin düşən azərbaycanlıların sayı dəqiqləşdirildi

11:29 Qırğızıstan Astanadan Sərkisyana şikayət etdi

11:25 Azərbaycanlı ifaçı “O səs Türkiyə”də münsifləri kövrəltdi

11:22 Prosineçki: “İş tapmaq asan deyil”

11:17 Yazıçılar Birliyində öldürülən məşhur yazıçı

11:14 Sabah Azərbaycan-Rusiya sərhədində yeni körpünün tikintisi başlayır

11:10 Sahibkarlara qan udduran, rayonu cəhənnəmə çevirən, milyonluq villası olan icra başçısı – Goranboyda nə baş verir?

11:06 5 yaşlı qızını zəhərləyən ana

11:03 İŞİD-dən Kərkükə hücum: 2 kənd işğal olundu

10:58 Məşhur müğənni avtomobil qəzasına düşdü

10:53 Bakıda iki qadın intihar edib

10:49 “Best Model Of Turkey - 2017”nin qalibləri məlum oldu

10:47 Politoloq: “Bərzani siyasi cəhətdən ciddi səhvə yol verdi”

10:46 Şirkət rəhbəri özünü iş yerində öldürdü

10:42 Vasif Talıbov: “Yaradılan şəraitdən səmərəli istifadə olunmur”

10:39 “Hüseyn Abdullayevlə Rəsul Quliyev müxalifətin namizədi ola bilməyəcəklər”

10:35 BMT baş katibi Əliyev-Sarkisyan görüşü haqda

10:31 Yağışlı hava şəraiti bu gün axşamadək davam edəcək

10:27 Manatın məzənnəsi

10:20 Bəzi rayonlara qar yağıb - Faktiki hava

10:16 Bakıda məktəbdə şagirdlər arasında qanlı dava

10:00 Azərbaycan neftinin qiyməti 59 dollara çatdı

9:56 Mourinyo maaşının artırılmasını istəyir

9:52 Bakı-Sumqayıt şosesində qəza baş verib

9:48 Tramp: “ABŞ İraqdakı münaqişədə tərəf tutmayacaq”

9:44 Zakir Həsənov Hulusi Akarla görüşüb

9:40 Nazirlikdən əcaib artım arqumenti: “Əhali çox yeyir...”

9:36 Qızıl 8 dollardan çox ucuzlaşıb

9:32 Tonqa sahillərində 5,6 bal gücündə zəlzələ baş verib

9:28 Həmsədrlərdən Qarabağla bağlı razılaşma xəbəri - Əslində isə...

9:24 Azərbaycan, Gürcüstan və Türkiyə Silahlı Qüvvələri rəhbərlərinin görüşü keçiriləcək

9:20 Atəşkəs rejimi 105 dəfə pozulub

9:16 Tramp Yaponiyaya səfər edəcək

9:12 “Eldar Mahmudovun həbs təhlükəsi hələ də sovuşmayıb, amma...”

9:08 İrəvanın Türkiyə və Azərbaycan xofu, NATO xiffəti - Seçim yaxınlaşır

9:04 BMT baş katibi prezidentlərin danışıqlarını alqışlayıb

9:00 Fikrət Hüseynli həbs olundu, Elşad Abdullayev onu ittiham etdi

0:55 “Ermənistan bizim aldığımız silahların heç 10 faizini də ala bilməz”

0:42 Məşhur kanslerin türk nəvəsinə mirası açıqlandı

0:37 IMF inkişafda olan ölkələrə xəbərdarlıq edib

0:24 “Wi-Fi” şifrləmə protokoluna müdaxilə edilib

0:12 Dubay polisi uçan motosikletdə gəzəcək

0:03 Bu gün bürcünüz nələr vəd edir?

16 OKTYABR

23:57 Bu yolda sürət həddi azaldı

23:41 Brayza: “Bu, Qarabağla bağlı ən müsbət bəyanatdır”

23:38 Suriya ordusu İsrailin hərbi təyyarəsini vurdu

23:26 Salehi: “Peşmərgələr buradan uzaqlaşdırıldı”

23:14 Qırğızıstanda müxalifət etiraz aksiyası keçirir

23:08 İrlandiyada qasırğa nəticəsində 360 min ev işıqsız qaldı

22:51 Əbülfəz Qarayev “Rossiya 24” kanalına müsahibə verib

22:44 ABŞ İraq ordusunun Kərkükə girməsini təsdiqlədi

22:34 “Suriyada antiterror əməliyyatı başa çatmaq üzrədir”

22:26 Premyer Liqa klubu satışa çıxarıldı

22:12 İstanbulda 39 İŞİD üzvü saxlanılıb

22:08 Anadangəlmə qüsurların əsas səbəbi aşkar olunub

21:52 Ötən gün 78 cinayət faktı qeydə alınıb

21:47 SOCAR büdcə ödənişlərini açıqladı

21:35 Bu il 150 minə yaxın daşınmaz əmlaka çıxarış verilib

21:22 Bəhreyn Rusiyadan S-400 alacaq

21:18 Azərbaycandan Gürcüstana pul köçürmələrinin həcmi bəlli oldu

21:06 “Maşın” şoudan MTRŞ-yə cavab

20:53 Şimali Koreya rəsmən danışıqlardan imtina etdi

20:49 Rusiya tezliklə öz kriptovalyutasını buraxacaq

20:38 Aslan İsmayılov Binəqədi Rayon Polis İdarəsində dindirildi

20:26 Xaçmazda “Mercedes” at arabası ilə toqquşdu: 1 ölü

20:12 Kərkük tamamilə rəsmi Bağdadın əlinə keçdi

20:07 İraqın şimalında Türkiyənin 2 hərbçisi şəhid olub

19:59 Direktorun əri məktəb psixoloqunu döydü

19:55 Nazirlikdə yeni şöbə müdiri təyinatı: Novruzov kimdir?

19:50 Bakıda gənc oğlan intihar etdi

19:46 NATO Rusiya sərhədlərində təlimə başladı

19:41 Netanyahu: “Tramp uzaqgörən addım atdı”

19:36 Vüqar Rəhimzadə: “Minsk Qrupu işğalçıya dəstək nümayiş etdirir”

19:31 Müxtəlif rayonlardan olan quldur dəstəsi yaxalandı

19:26 Rusiya Şimali Koreyaya qarşı sanksiyalar tətbiq etdi

19:21 Abbas Faiq Ağayevə söz atdı

19:16 Sarkisyan: “Qarabağ probleminin həlli ilə bağlı konkret razılaşma yoxdur”

19:11 “Android”də yeni təhlükə aşkarlandı

19:06 Türkiyə İraqın şimalına hava məkanını bağlayır

19:02 “Ermənistan beynəlxalq təzyiqlər nəticəsində yenidən danışıqlar masasına qayıtdı”

18:56 “Unibank” və “Dəmirbank” birləşir?

18:52 Metro gücləndirilmiş iş rejiminə keçəcək

18:48 Leyla Əliyeva: “Məqsədimiz ailələrin rifahını yaxşılaşdırmaqdır”

18:44 Həbsdə olan polkovnik: “Pul alan olsaydım, niyə “Hilton”u seçirdim”

18:38 Nazarbayevdən Qırğızıstan Respublikasının yeni seçilən prezidentinə təbrik

18:33 Rəqqasə Oksana: “Kişilər məni depressiyaya salır”

18:28 “Cinsi azlıqlar məsuliyyətdən yaxa qurtarmağa çalışırlar”

18:23 Gənclər və İdman Nazirliyində yeni təyinat

18:19 “Facebook” kəşfiyyatçıları işə götürəcək

18:13 Qırğızıstanda müxalifət etiraz aksiyası keçirir

18:08 ABŞ Ankaraya nümayəndə heyəti göndərdi

18:04 İspaniya hökuməti Kataloniyaya yenidən vaxt verib

18:00 Mütəxəssislər: “iPhone”un cəld işləməsi üçün yaddaş təmizlənməlidir

17:56 “Kərkükdə yeni üsul-idarə qurulması üçün İraq hökluməti ilə danışıqlar aparırıq”

17:51 Metro gücləndirilmiş iş rejiminə keçəcək

17:46 “Bu dünyada sülh və təhlükəsizliyə təhdiddir”

17:41 Dolların sabaha olan məzənnəsi açıqlanıb

17:35 “Atletiko”nun Bakıya gələcək heyəti açıqlandı - Siyahı

17:30 İraq-Kürdüstan qarşıdurması: Kürdlər Kərkükdə şiə məscidini atəşə tutaraq ölüm törədiblər

17:24 Həmsədrlər xarici işlər nazirləri ilə yaxın vaxtlarda görüş keçirəcəklər

17:19 Şəkidə yol polisi əməkdaşları sürücünü döyüb ölümcül hala saldılar

17:13 “Kişilər məni depressiyaya salır” - Oksana

17:06 “Prezidentlər gərginliyi azaltmaq üçün əlavə addımlar atmağa razılaşdılar”

17:01 Azərbaycan prezidentinin İsveçrəyə səfəri başa çatıb

16:56 MTRŞ-dən “Maşın –şou”ya xəbərdarlıq

16:51 “Növbəti Bakı Şopinq Festivalında mütləq iştirak edəcəyəm”

16:45 Gəncədə 49 yaşlı kişi intihar edib

16:40 “Qarabağ”-“Atletiko” oyununun hakimləri Fransadan olacaq

16:13 Azərbaycanda böhtana görə yeni cəza tətbiq ediləcək

16:08 Azercell “Məzun - 2017”-də tələbələrə dəstək oldu

16:03 Nazir: “Yeni peşə mərkəzlərin istifadəyə verilməsi vacibdir”

15:58 Azərbaycan millisi FİFA reytinqində 115-ci pilləyə düşüb

15:53 Lerik və Masallıda yeni sürüşmə sahələri yaranıb

15:49 Azərbaycan və Gürcüstan müdafiə nazirlərinin görüşü keçirilib


MÜSAHİBƏ

...

“Valideynlər qurd diaqnozu qoyan aparatlara inanmasınlar”

Tarix 12.10.17, 15:22

Font ölçüsü : - / +
bitmap-img6

Səhiyyə naziri Oqtay Şirəliyev “Şagirdlər arasında dehelmintizasiya proqramının həyata keçirilməsi barədə” əmr imzalayıb


Sənəd “Azərbaycan Respublikasında 2017-2020-ci llərdə geohelmintozlarla mübarizə və onların profilaktikasına aid Milli Strategiya”ya uyğun olaraq, Ümumdünya SəhiyyəTəşkilatının dəstəyi ilə I-VI sinif şagirdləri arasında helmintozlara qarşı profilaktik tədbirlərin həyata keçirilməsi məqsədi ilə hazırlanıb. Əmrə əsasən, 15 oktyabr-15 noyabr 2017-ci il tarixlərində respublikanın şəhər və rayonlarında I-VI sinif şagirdləri arasında helmintozlara qarşı profilaktik müalicə tədbirləri həyata keçiriləcək.

Modern.az məsələnin aktuallığını nəzərə alaraq qurd xəstəliklərilə bağlı yaranmış suallarla pediatr Vaqif Qarayevə müraciət edib. 

PİA.AZ həmin müsahibəni təqdim edir.
 
- Doktor, valideynin hansı halda övladında qurd olduğuna dair şübhələri əsaslı ola bilər?
 
- Uşaq iştahsızdırsa, yuxusu pisdirsə, narahat yatırsa, qarnında, əsasən də göbəyinin ətrafında vaxtaşırı sancılar olursa, səbəbsiz səpkilər, qaşınmalar yaranıbsa, xüsusilə axşam saatlarında tam sakit vaxtında yanını qaşıyırsa, xüsusilə qız uşaqlarında həddindən çox sidiyə getmələr varsa, qurddan şübhələnmək olar. Qurd olan uşaqların rəngi əsasən solğun olur, el dilində desək, “yediyi canına yatmır”. Eyni zamanda, qurd olan uşaqlar yatarkən ağzından su gəlir, yaxud ağız ətrafında ağ yapışıq olur, dişlərini qıcıyır, dırnaqlarını yeyir, oynaqlarında ağrı yaranır, tez yorulur, məktəb yaşlı uşaqlarda diqqətsizlik müşahidə edilir. Sadaladıqlarım bir neçə qurdun tez-tez rast gəlinən əlamətlərdir və bunu müşahidə edən valideyn mütləq həkimə müraciət etməlidir.
 
- Əminliklə demək olarmı ki, bu əlamətlər olan uşaqlarda mütləq qurd var?
 
- Əlbəttə, yox. Bu istiqamətdəki əlamətləri əsas götürüb mütləq şəkildə qurd var demək düzgün deyil. Məsələn, dişlərin qıcanması təkcə qurd əlaməti deyil, əsəblə bağlı da ola bilər. Yaxud uşağın süd dişlərini tökməsindən sonra çıxan dişlərin əyri olması ilə də bağlı ola bilər. Çünki diş damaqlarda düzgün oturmayanda uşaqda qıcıq yaranır. Ağızdan su gəlirsə də, burda yalnız qurd axtarmaq doğru olmaz. Bəlkə uşağın mədə-bağırsağında müəyyən problem var. Ona görə də diaqnozu yalnız həkim qoya bilər. Kiçik yaşlı və əsəbi uşaqlar dırnaqlarını, barmağını yeyir. Bu zərərli vərdiş də ola bilər.
 
- Həkimlərə müraciət zamanı bir neçə növ müayinə metodları tətbiq edilir: nəcisin analizi, qanın analizi. Bununla yanaşı, bütün növ qurdları təyin etdiyi iddia olunan müasir aparat... Bu metodlardan hansı daha etibarlıdır?
 
- Həkim nəcisdə qurdun yumurtasını axtarır. Mikroskopun altında həmin qurdun hansı növə aid olduğunu təyin edir. Amma qurdun inkişafının etapları var. Əgər valideyn, qurd yumurta qoyan etapda nəcis analizi veribsə, həkim orada heç nə tapa bilməyəcək. Valideynlərin ən çox rast gəlinən şikayəti budur ki, qurdu gözümlə görsəm də, nəcis analizində çıxmayıb. Bir məsələ var ki, gözlə gördüyün şeyi yoxlatmağın mənası yoxdur. Sadəcə valideyn gördüyü qurdun hansı növə aid olduğunu müəyyən edə bilməz, sadəcə təsvir edə bilər. Qan analizi isə qanda antitelləri, yəni qurdun hansı növünün olmasını müəyyən etməyə kömək edir. Bu üsul daha informativdir. Burada prosesin kəskin, yoxsa xroniki olmasını müəyyən edirik. O həkimə imkan verir ki, müalicə üsulunu müəyyən edə bilsin. Doğrudur, heç bir analiz vermədən qurdu müəyyən edən və müalicə üsulunu seçən bir aparat çıxıb. Guya aparat özü diaqnoz qoyur və diaqnoza uyğun da müalicə təyin edir. Mən deyərdim ki, valideynlər bu cür aparatlara inanmasınlar. Az qala hər gün valideynlərdən eşidirəm ki, “aparatda yoxlatdırdım heç nə çıxmadı”, yaxud “çıxdı, müalicə etdirdim, xeyri də olmadı” və s. 
 
- Son vaxtlar uşaqlarda daha çox hansı qurdlara rast gəlinir?
 
- Son vaxtlar lyambliya qurdu həddindən artıq çoxalıb. Əksər analizlərdə çıxır. Bir məsələni diqqətinizə çatdırım ki, qurdun xroniki forması analizdə çıxıb, amma kliniki əlamətləri yoxdursa, analizin cavabına görə müalicə yazmağın mənası yoxdur. Xroniki proses dedikdə, qurdun nə vaxtsa həmin orqanizmdə olduğu anlamına gəlir.
 
- Müalicə tətbiq edildikdən neçə müddət sonra effektiv nəticə əldə oluna bilər? Ümumiyyətlə, müalicə ilə qurdun tamamilə aradan qaldırılması mümkündürmü?
 
- Müalicənin effektivliyinin təxminən 70-80 faizi gigiyenik qaydalara əməl olunmasından asılıdır.
 
- Gigiyenik qaydalar dedikdə konkret nəyi nəzərdə tutursunuz?
 
- Ümumiyyətlə, bütün uşaqlar ayrı-ayrı yatmalıdır. Ailə məsələsidir, anlayıram, bəzi hallarda yer problem olur. Ailənin bir üzvündə qurd aşkarlanıbsa, digər üzvlər də müalicə almalıdır. Bu, çox vacibdir. İkincisi, bir yerdə yatan iki uşağın birində qurd var, digərində yoxdursa, mütləq ikinciyə də yoluxacaq. Bu, yataq, alt paltarından keçə bilər. Ona görə ayrı yatmalıdırlar. Bu, mütləqdir. Qurda görə müalicə alan şəxsin yataq dəsti ən azı iki gündən bir dəyişdirilməlidir. Özü də paltaryuyan maşında yuyulmamalıdır, dədə-baba qaydası ilə vedrədə qaynadılmalıdır. Biz qurdu dərman pereparatları ilə əridirik, boğuruq və s. amma geyimdə, yataqda yumurtaları qalır. Həmin yataqla təmas zamanı uşaq yenidən qurda yoluxur. Alt paltarları mütləq şəkildə qaynadılmalıdır. Xüsusən qız uşaqlarının alt paltarı gündə iki dəfə dəyişdirilməlidir. Alt paltarı yuyulub, qurudulduqdan sonra isti ütü ilə ütülənib geyindirilməlidir. Bu da çox vacibdir. Həmçinin, dırnaqlar kəsilməlidir. Bundan başqa, uşağın torpaqla təması dayandırılmalıdır. Çünki qurd yumurtaları daha çox torpaqda olur. Ev şəraitində olan uşaqlarda sadaladıqlarıma riayət etmək olur. Amma bağçaya, məktəbə gedəndə çətinlik yaranır. Müalicə alan uşaq bağça, məktəbdəki uşaqlarla kontaktda olur və təkrar yoluxma ehtimalı yaranır. Qeyd etdiklərimə hamı riayət edə bilmir deyə, əksərən həkimlərdən narazıdırlar. Deyirlər “bu boyda dava-dərman elədim, xeyri olmadı”. Bir də qidalanma zamanı meyvə-tərəvəz qaynanmış, axar su altında təkrar-təkrar yuyulmalıdır. Çünki qurdun yumurtaları göyərtidə, tərəvəzlərdə də çox olur.
 
- Bəzən valideynlər hətta özləri də həkimlik eşqinə düşür. Mütəxəssisə müraciət etmədən, qohum-qonşunun uşağına yazılan dərman pereparatlarından istifadə edirlər...
 
- Özünümüalicə qəbul olunmazdır. Bu dərmanlar çox güclü təsirə malikdir. Doza həddinin aşılması digər orqanlara, xüsusilə qaraciyərə toksiki təsir göstərə bilər. Yaxud
 hansısa aptekdə məsləhət görülən dərmandan istifadə etmək doğru deyil. Müalicə həkim tərəfindən təyin olunmalıdır. Özü də qurd xəstəliyində bir neçə kurs müalicə mütləqdir. Ona görə də “qonşu onu məsləhət gördü”, “aptekdən bunu verdilər” yanaşması doğru deyil. Bəlkə də qonşu, qohum doğru məsləhət görür, amma məsuliyyət həkimdən keçir. Sabah hansısa neqativ halla qarşılaşanda qonşudan nə isə tələb edə bilmirsən ki, uşağım niyə sağalmır.
 
- Belə bir fikir var ki, əslində bütün insanların orqanizmində qurdlar var. Sadəcə bunun çox və ya az olması, zərərli və ya zərərsiz olması ayırd edilməlidir.
 
- Mən bunu qəbul etmirəm. Parazit başqa bir mikroorqanizmdir. O, insan orqanizmində hansı səbəbdən olmalıdır? Amma başqa məsələdir ki, bizim yaşadığımız mühitdə, torpaqda əmələ gələn məhsullarda qurd yumurtaları həddindən çoxdur. Ona görə belə fikir formalaşıb ki, guya hamıda qurd var. Əgər qurd varsa, niyə analizlərin nəticəsində hamıda qurd çıxmır? Mən həkim olaraq bu iddianı qəbul etmirəm.
 
- Sonda səhiyyə nazirinin dehelmintizasiya proqramının həyata keçirilməsi əmrilə bağlı fikirləriniz maraqlıdır. Əksəriyyət buna qeyri-ciddi yanaşır. Hətta “dərmanlarını sata bilmirlər deyə bu yola əl atırlar” fikirlərini səsləndirənlər də az deyil...
 
- Bəli, sosial şəbəkələrdə bu haqda yazılan status və rəyləri oxuyuram. Özü də bu rəyləri elə ciddi adamlar yazır ki, həkim olduğuma utanıram. Yaxşı bu nazir nə etsin?! Bəlkə nazir gəlib evlərdə sadaladığım gigiyenik məsələlərlə məşğul olmalıdır?! Sovet dövründə də icbari, məcburi müayinə və müalicələr tətbiq edilirdi. Nə deyirlərsə, ona əməl etmək lazımdır. Çünki qurd mərkəzi sinir sistemini zədələmək gücünə qadirdir. Qurd yerləşdiyi yerdə ciddi problemlər yaradır, uşağın əqli və fiziki inkişafına təsir edir. Hər halda nazirliyin bu addımı alqışa layiqdir və valideynlər buna tabe olmalıdır.

pia.az










Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


MÜSAHİBƏ

design-img

Vernisaj

“Eldar Mahmudovun həbs təhlükəsi hələ də sovuşmayıb, amma...”

bitmap-img3

Rakurs

Yusif Yusifov Elmar Vəliyevə qarşı: Gizli savaşın aşkar görüntüləri

bitmap-img3

Seçmələr

Deputat Şəmsəddin Hacıyev həbs oluna bilər

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru