Cümə, 22 Mart 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

“Ürəyim qan ağlasa da, oxumalıyam” - Nazənin

ARB Ulduz-un “Şou Məkan” verilişinin qonağı müğənni Nazənin olub


Axşam.az-ın məlumatına görə, qardaşını itirən sənətçi təəssüratlarını bölüşüb:

“Sonbeşik qardaşımıydı, cavan idi. Mənim yanımda böyümüşdü. Onu çox istəyirdim. Sadəcə oxuyuram. Sizə elə gəlir ki, Nazənin şadlanır, gülür, oxuyur... Heç kim mənim qədər o acını çəkə bilməz.
Elə şeylər var ki, mən onu açıqlasam, qan düşər. Həmin həqiqətləri mən desəm, insanlar şoka düşər ki, Nazənin nə üçün susur, bəs niyə danışmır? İnsan abrını gözlədikcə, bəzi yiyəsizlər ki var, onlar elə bilirlər düzdürlər. Səhər yenə pillə-pillə qalxırlar.

İnsan üzr istəməyi bacarmalıdır. Ancaq haqsız yerə böhtanlar atasan, özün o çirkabların içində ola-ola başqalarına sataşasan, bu düzgün deyil. Belə hərəkətlərə bir dözərəm, iki dözərəm, ancaq sonuna çıxaram”.

Nazənin sosial şəbəkədə ona tənqid yazanlara da cavab verib:

“Bir də görürsüz ki, biri mənim İnstaqram səhifəmə yazıb, bunun qardaşı ölməyib bəs, niyə oxuyur? Guya ki, mənim qardaşımı məndən çox istəyir də, məndən çox canı yanır. Elə deyil. Bu, mənim sənətimdir. Ürəyim qan ağlasa da, oxumalıyam.

Hər şey yaxşıdır. Həmişə çalışmışam ki, gördüyünüz kimi qalım. Dəyişə bilmirəm. Elə şeylər var ki, ürəyim partlayır, deyə bilmirəm. Desəm, mən də bir neçə nəfərin tayı olacam. Düz həmişə əyrini kəsir”.

pia.az
Etiket:
loading...