Şənbə, 19 Yanvar 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

“Türkiyənin Afrindəki əməliyyatı İŞİD-lə mübarizəyə mənfi təsir edib”


Türkiyə ordusunun Suriyanın Afrin bölgəsindəki əməliyyatı ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın İŞİD-lə mübarizəsinin gedişatına mənfi təsir edib


PİA.AZ APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Küveytdə koalisiya ölkələrinin nazirlərinin növbədənkənar görüşündə ABŞ dövlət katibi Reks Tillerson bildirib.   
 
“Afrindəki vəziyyət Suriyanın şərqində İŞİD-lə mübarizəmizin gedişatına mənfi təsir edib. Çünki həmin bölgədəki kürd qüvvələri Afrin bölgəsinə istiqamətlənib. Düşünürəm ki, Türkiyənin hərbi əməliyyatın məqsədlərimizə olan fəsadını dərk etməsi vacibdir. Əsas məqsədimiz isə İŞİD üzərində qələbədir”, - deyə R.Tillerson qeyd edib.  
 
Qeyd edək ki, yanvarın 21-dən Türkiyə Baş Qərargahı Afrin bölgəsində "Zeytun budağı" əməliyyatı başladığını, hərbi əməliyyatda məqsədin bölgənin PKK terror təşkilatının Suriya qolu PYD/YPG, İŞİD və digər terror təşkilatlarından təmizləmək olduğunu bəyan edib. Bir gün sonra isə Türkiyə ordusu Suriyanın Afrin bölgəsində quru əməliyyatına başlayıb.

pia.az
Etiket:
loading...