rezonans

Xəbər xətti

23 İYUN

19:33 Zakir Həsənov Mənzil İstismar İdarəsinin yeni inzibati binasının açılışında iştirak edib

19:27 Sabah Bakıda 34 dərəcə isti olacaq

19:22 DÇ-2018: Belçika Tunisə 5:2 hesabı ilə qalib gəlib

19:17 Müdafiə sənayesi naziri Yavər Camalov vəfat edib

18:58 İran ordusunun generalı Suriyada öldürülüb

18:47 Elçibəy: Zaamanüstü insan

18:40 Putin gələn həftə ABŞ milli təhlükəsizlik müşaviri ilə görüşə bilər

18:20 Rusiyada azarkeşləri daşıyan təyyarədə yanğın – Video

18:09 İlqar Mikayıloğlunun xanımı xəstəxanada

18:05 Bayram tədbirlərində iştirak edəcək Türkiyə təyyarələri Azərbaycana gəlib

17:50 Şakirinin futbol ayaqqabısı siyasi qalmaqal yaradıb

17:25 “Cəbhə xəttindəki əməliyyat şəraiti qoşunlarımızın tam nəzarəti altındadır"

17:13 “Rusiyalılar Putinin xarici avantüralarına görə çox bədəl ödəyəcəklər”

17:09 Yardımlıda 27 yaşlı oğlan baltalanıb

17:05 Sabirabad rayonunda zəhərlənmə hadisəsi baş verməyib - Açıqlama

16:44 Magistraturaya qəbul üçün keçirilmiş müsabiqənin nəticələri elan olunub

16:33 OPEC və qeyri-OPEC ölkələrinin Nazirlər Şurasının növbəti iclasının Bakıda keçirilməsi təklif edilib

16:25 Xızı sakinindən silah-sursat götürülüb

16:09 DİN-in Ali Hərbi Məktəbinin təntənəli açılışı olub

16:05 Dəniz nəqliyyatı işçiləri təltif edilib

15:59 4 yaşlı uşağın üzərinə qaynar su töküldü

15:52 Prezident Sloveniya, Xorvatiya və Mozambik prezidentlərini təbrik edib

15:47 Ermənilər Qarabağda Azərbaycan ordusunun zərbəsini dəf etməyə hazırlaşırlar

15:40 Putin, Maduro, Orteqa, Bəşər Əsəd... separatçı bölgəyə dəvət aldı

15:32 10 nəfər narkoman edam olundu

15:25 DİN 17 tona yaxın narkotik vasitəni məhv etdi

15:13 Tovuzda 33 yaşlı qadın intihara cəhd edib

15:06 Mehdi Hüseynzadənin 100 illiyi keçiriləcək

14:57 Şərqi Avropa əhalisinin sayı kəskin şəkildə azalır

14:51 Azyaşlının xəsarət aldığı uşaq bağçasında iki nəfər işdən çıxarıldı

14:46 Kürdəmirdə maşın aşdı, 3 nəfər xəsarət aldı

14:40 Prezident bir qrup səhiyyə işçisini “Tərəqqi” medalı ilə təltif edib

14:32 Akif Əlizadə AMEA-nın prezidenti vəzifəsinə təsdiq edildi

14:23 Ötən il Azərbaycanda 1000 universitet məzunu diplom ala bilməyib

14:14 Pambıqçıların daha bir kütləvi zəhərlənməsi baş verdi - Sabirabadda

14:06 Qəssab: “Bakıda ətin kilosu 15 manata qalxacaq”

14:00 DİN: “Ötən gün ərzində 103 cinayət faktı qeydə alınıb”

13:52 Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Şanxayda olub

13:40 2 yaşlı körpə üçüncü mərtəbədən yıxıldı

13:32 Bəzi yerlərdə yağış yağacaq, leysan olacaq, dolu düşəcək

13:05 Yeni gömrük-keçid məntəqəsi inşa olunacaq

12:58 Neymar niyə ağladığını açıqladı

12:50 Sabah Türkiyədə prezident və parlament seçkiləridir

12:44 “Greencard” udan azərbaycanlı reper ABŞ-a köçdü

12:37 Paşinyanın müşaviri: “Sarkisyan Qarabağ üzrə danışıqlarda iştirak edəcək”

12:30 Salah Çeçenistanın fəxri vətəndaşı oldu

12:19 Övladlığa uşaq götürən xarici məşhurlar

12:11 Bakıda sakini evində öldürülüb

12:06 Neft bazarında yeni valyuta - Yuan

11:55 Bakıda yaşayış binasında yanğın başlayıb

11:44 Oğuzda zəlzələ olub - 3 bal gücündə

11:35 Şirvanda 22 yaşlı oğlan itkin düşüb

11:27 Elmlər Akademiyası yaxınlığında yeni Azercell Eksklüziv!

11:20 İlham Əliyev Tayeb Louhunu qəbul edib

11:08 Rusiyada təyyarə qəzaya düşüb

11:02 Bu gün Bakının bir hissəsində su olmayacaq

10:53 Çeçen “vorlar” yığışıb belə qərar verdi: “Şeyx Həmzət” heç kimdir

10:47 Londonda güclü yanğın - Foto

10:36 ATƏT-in daimi nümayəndələr qrupu məlumat yayıb

10:30 Türkiyədə zəlzələ olub - 5 bala yaxın

10:23 “Azərbaycan və Əfqanıstan arasında əlaqələr ən yüksək səviyyədədir”

10:15 DÇ-2018: Daha 3 oyuna hakim təyinatları bəlli oldu

10:10 Neft bahalaşıb

10:05 Hüseyn Abdullayevlə Eldar Mahmudovun əlaqələri təsbit olunub - iddia

10:00 Atəşkəs 87 dəfə pozulub

0:59 Əməliyyatla kişi olan Rüzgarın yarıçılpaq fotosu təəccübləndirdi

0:47 Mbappe Fransanın tarixinə düşdü

0:34 Dəhşətli istilər gəlir: minlərlə insan təhlükədə - Alimlərdən xəbərdarlıq

0:21 Bu yoldan istifadə təhlükəlidir - Video

0:13 “Çelsi” müdafiəçini transfer etməyə çalışır

0:02 Bu gün bürcünüz nələr vəd edir?

22 İYUN

23:59 Bəşər Əsəd: “Trampla danışıqlar aparmaq vaxt itkisidir”

23:54 Azərbaycanda daha bir bağçada uşağa qarşı zorakılıq - Fotolar

23:48 Beyləqanda 2 hektar biçilmiş taxıl sahəsi yandı

23:42 BMT Rusiyanı qoşunlarını Dnestryanıdan çıxartmağa çağırıb

23:36 Xəzər necə bölüşdürülür... - Açıqlandı

23:36 ETSN “Azərkosmos”la memorandum imzaladı

23:30 Sumqayıt sakini qapısına gələn “su pulu yığan”ı bıçaqlayıb

23:24 Tatarıstanda yaşayış binasında qaz partlayıb, ölən və xəsarət alanlar var

23:18 Ermənistanın müdafiə naziri Azərbaycanla sərhəddə - Foto

23:12 Bakıda məşhur klinikada inanılmaz hadisə

23:06 Azərbaycanda yenilik: dini kadrları bu institut hazırlayacaq - Foto

23:00 Ukraynada Azərbaycan Ticarət Evi açıldı - Fotolar

22:55 Türkiyəli məşhurların Azərbaycandakı milyonluq biznesləri

22:49 46 yaşlı kişi damdan yıxılaraq ağır xəsarət alıb

22:43 Qüdsi Osmanov haradadır?

22:37 Gün eynəklərindən istifadə edənlərə xəbərdarlıq – Video

22:31 İranda 36 polis əməkdaşının qətlində təqsirləndirilən terrorçu həbs edilib

22:25 Hafiz Hacıyev: “Araşdırsınlar o qız hansı partiyanın üzvüdür....”

22:19 “Proqres” – “Qəbələ” matçının başlama saatı açıqlandı

22:13 Nazir: “Təhsilə qoyulan investisiya ən yaxşı investisiyadır”

22:07 DÇ-2018: Nigeriya millisi islandlara heç bir şans vermədi

22:01 Eldar Baxışın oğlu: “Evimizi satıb, atamın qəbrinin üstünü götürdük”

21:56 “Bu kimi sözləri yalnız İran və Azərbaycan düşmənlərini sevindir” - Səfirlik

21:50 Tramp Avropanı hədələdi

21:44 Maliyyə naziri: “Spirtli içki və tütünə aksizlərin alınması üçün...”

21:38 Məhərrəm İncə prezident seçilsə, onları həbs edəcək

21:32 Argentinalı fanatlar oyun zamanı xorvatiyalı azarkeşi döyüblər - Video

21:26 “Azərbaycanın ölkəyə investisiyaları 20 mlrd. dolları keçəcək”

21:20 Bakıda avtomatika sahəsində beynəlxalq konfrans keçiriləcək

21:14 Mehmet Şimşək: “Türkiyədə fövqəladə vəziyyət ləğv ediləcək”

21:08 AİB İdarə Heyəti Şurasının üzvləri prezidentin qəbulunda - Foto

21:02 MDB-nin ən kasıb ölkələrinin adları açıqlandı

20:57 Sabiq nazirin qohumuna bəraət istənildi

20:51 Tramp Şimali Koreyaya qarşı sanksiyaları daha bir il müddətinə uzadıb

20:45 32 yaşlı Goranboy sakini intihar edib

20:39 Bu il Türkiyəyə nə qədər azərbaycanlı turist gedib?

20:33 Həbsdə olan şəxsə heroin ötürülməsinin qarşısı alınıb

20:27 Səməd Seyidov AŞPA-nın yay sessiyasında iştirak edəcək

20:21 Almanların 40 faizdən çoxu Merkelin kansler postundan getməsini istəyir

20:15 Şirvan sakini qətlə yetirildi

20:09 Əli Həsənov: “Azərbaycanda azad media formalaşıb”

20:03 Çavuşoğlu PKK terrorçularının gizləndiyi yeri açıqladı

19:58 Azərbaycan Premyer Liqasında növbəti mövsümün başlama vaxtı açıqlandı

19:52 Ağdamda kollec direktoru qəzaya düşdü

19:46 Bakıda yol polisləri sürücünü döyüb? - Rəsmi açıqlama+ Video

19:40 Kosta-Rika da mundialla qrupda vidalaşdı

19:34 Xəzəryanı ölkələr sualtı boru kəmərləri çəkə biləcək

19:28 Narkotacirlərin qənimi olan qəhrəman köpəklər... - Kinoloji Mərkəzdən Fotolar

19:22 Azərbaycanda tülküyə işgəncə verən şəxs cərimələndi



MÜSAHİBƏ

...

“Təzə təyin olunmuş nazirlər hələlik ünsiyyətdən qaçırlar”

Tarix 11.06.18, 10:17

Font ölçüsü : - / +
bitmap-img6

Deputat, Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov müsahibə verib


PİA.AZ müsahibəni oxucularına təqdim edir:

– Vahid bəy, sabah açılış mərasimi keçiriləcək TANAP layihəsinin önəmi barədə nə deyə bilərsiniz?

– Bu, Azərbaycan üçün, həmçinin Avropa dövlətləri üçün də çox önəmli layihədir. Ona görə də bu layihəyə diqqət həddən artıq böyükdür. 1994-cü ilin sentyabrında imzalanan əsrin müqaviləsi 20-ci əsrin müqaviləsi olduğu kimi, bu da 21-ci əsrin müqaviləsidir. Bu layihəyə qoyulan sərmayənin ümumi məbləği 40 milyard dollardır. 2020-ci ildə tam istifadəyə veriləndə bu kəmər vasitəsilə 31 milyard kubmetrə yaxın qaz ixrac olunacaq. Bu kəmərə  hətta Türkmənistanın qoşulma ehtimalı var. Bununla bağlı danışıqlar da gedir ki, Xəzər dənizinin dibi vasitəsilə kəmər çəkilsin. Özü də Avropa dövlətləri üçün böyük əhəmiyyət kəsb edən bu layihəni ABŞ dövləti də müdafiə edir. Neft-qaz sərgisinə gələn qonaqlar da bu layihənin əhəmiyyətindən danışdılar. Əvvəllər bəzi dövlətlər, xüsusilə də Rusiya bu layihəni maneə sayırdı. İndi də müəyyən qədər bu mövqelər var. Çünki bu, Avropaya alternativ qaz layihəsi hesab olunmalıdır. Çünki hazırda Avropaya qazı əsasən Rusiya ixrac edir. Onlar istəyirlər ki, biz qazımızı Rusiya vasitəsilə bazara çıxaraq. Amma ölkə başçısı bütün təzyiqlərə, təkidlərə baxmayaraq, Gürcüstan-Türkiyə vasitəsilə Azərbaycan qazının Avropaya çıxarılması ilə bağlı çox ciddi siyasi qərar verdi. Artıq kəmərin müəyyən hissəsi çəkilib, ciddi maliyyə problemləri yoxdur, yardımlar var, layihəni müdafiə edənlər həddən artıq çoxdur.

Bu, həm siyasi, həm iqtisadi cəhətdən Azərbaycan üçün önəmlidir. Birincisi, iqtisadi cəhətdən ölkəmizə əlavə dividentlər gətirəcək, Azərbaycanın iqtisadi mövqeyi daha da möhkəmlənəcək.  İkincisi də iri dövlətlər bu layihənin çəkilməsində maraqlıdır. Belə layihələr stabillik olan ölkələrdə həyata keçirilir. Azərbaycanın müstəqilliyinin qorunub-saxlanması daimi olması üçün belə layihələr böyük əhəmiyyət kəsb edir. “Əsrin müqaviləsi”ndən sonra 30-a yaxın layihələr reallaşıb və bu, davam edəcək. İndi qaz layihəsi, TANAP-TAP layihəsi reallaşdırılır. Sonra ola bilər digər layihələr də reallaşsın. Azərbaycan nəinki bölgə, hətta Avropa üçün nəqliyyat mərkəzinə çevrilir. Burada logistika mərkəzi yaradılır. Çox böyük işlər görülür. Ona görə də qısqanclıq çox böyükdür. Azərbaycanda olan inkişafı bir çox dövlətlərin, bəzi qonşuların gözü götürmür. Həmişə istəyiblər ki, Azərbaycan müstəmləkə şəklində olsun. Amma artıq Azərbaycan müstəqil dövlətdir, kifayət qədər gücü, güclü ordusu var, iqtisadi cəhətdən ciddi problemi yoxdur, 45 milyarda yaxın ehtiyatımız var. Bütün  bunlar Azərbaycanın müstəqilliyi üçün qarant olan amillərdəndir. Gözü götürməyən dövlətlər həmişə olub, indi də var. Necə ki, SSRİ-ni bərpa etməklə bağlı çağırışlar səslənir, addımlar atılır. Açığı, elə bizim ölkəmizdə də son vaxtlar bəzi çıxışlar olur. O çıxışlar mənim heç xoşuma gəlmir. Rusiya böyük dövlətdir, amma biz bu dövlətlə də strateji müttəfiqik. Biz heç vaxt onların maraqlarına toxunan addımlar atmırıq. Amma müstəqil dövlət kimi öz siyasətimiz var. Bu siyasəti də cənab prezident müəyyən edir, aparır. Kiminsə xoşuna gəlməyə bilər, amma çox uğurlu siyasət yürüdülür. Düzdür, son vaxtlar müəyyən təlatümlər yaratmaq istəyirlər. Son vaxtlar İtaliya dövləti bununla əlaqədar müəyyən addımlar atmaq istəyir. Amma məncə, məsələ yoluna qoyulacaq.

– İtaliyadakı etirazlarda “Rusiya izi”nin olması barədə iddialar səslənir.

– Hiss olunur. Çünki İtaliyada hakimiyyətə gələn yeni qüvvələrlə Rusiya hakimiyyəti arasında müəyyən isti münasibətlər var. Amma bu layihə reallaşacaq. “7-lər”in görüşü olub, hansı qərar verildiyindən xəbərim yoxdur. Lakin məsələnin müsbət sonluqla bitəcəyinə əminəm. Vaxtilə Bakı-Qars dəmir yolu çəkiləndə ortaya problemlər çıxmışdı. Bu layihənin həyata keçirilməsini istəmirdilər. Hətta ABŞ-dakı erməni yönümlü konqresmenlər bu layihəyə qarşı məsələ qaldırmışdılar. Amma layihə reallaşdı, hazırda dəmir yolu fəaliyyətdədir.

– Bu da faktdır ki, Azərbaycanın hərbi uğurlarını daha çox gözləyirik. Azərbaycan ordusunun Naxçıvan istiqamətindən Ermənistanın nəzarətində olan ərazilərimizi geri alması xəbərini siz necə qarşıladınız?

– Çox sevindirici xəbər oldu. Bu, təxminən aprel hadisələrindəki qazandığımız uğurlara bənzər tarixi hadisədir. Fakt budur ki, 11 min kv km ərazi nəzarət altına alınıb, 80 faizi də əkin sahələridir və əhali o torpaqlardan istifadə edəcək. Naxçıvan camaatının o ərazini necə sevinclə ziyarət etməsini müşahidə etdik. Yavaş-yavaş məsələlər öz həllini tapacaq. Beynəlxalq aləm də anlayır ki, Ermənistanın işğalına son qoyulmasa, bölgədə vəziyyət hər an gərginləşə bilər. Əgər Ermənistan dövləti mövcudluğunu davam etdirmək istəyirsə, mütləq torpaqları azad edib, Azərbaycan dövləti ilə normal münasibət qurmalıdır.

– Rusiyanın bu hadisələrə soyuqqanlı yanaşması da maraqlıdır…

– Mən belə başa düşürəm ki, artıq Rusiya da bu hadisələrdən bezib. Rusiyanın özünün bu dəqiqə beynəlxalq aləmdə ciddi problemləri var. O, özünə yaxın dövlətlər axtarır, Azərbaycan kimi dövləti əldən buraxmaq da istəmir. Amma bilir ki, Azərbaycanın özünün xarici siyasət kursu var, o istiqamətdə fəaliyyət göstərir. Ona görə də çalışır ki, münasibətlər yaxşı olsun. Ermənistanda nə var? İqtisadiyyatı pis vəziyyətdə. Hakimiyyətə gələn Paşinyan qərbyönümlüləri ətrafına toplayır. Çünki düşünürlər ki, sabah Rusiya bölgədə təklənə bilər. Rusiya da bunların hamısını yaxşı anlayır. Bu ölkə də başa düşür ki, Azərbaycan gec-tez torpaqlarını geri alacaq. Ona görə də belə hadisələr baş verəndə mövqe bildirməyə tələsmirlər. Amma mən belə hesab edirəm ki, artıq Azərbaycan torpaqlarını geri qaytarmağın vaxtı çatıb. Bunun siyasi yolla həllini heç vaxt görməmişəm, indi də görmürəm. Necə ki, Fələstin torpaqlarının azadlığı ilə bağlı gedən mübarizə nəticə vermədi. Amma gec-tez onsuz da proseslər müharibəyə gətirib çıxaracaq, Azərbaycan öz torpaqlarını azad etməlidir. Getdikcə o gün yaxınlaşır. Ona görə də biz hər dəqiqədən səmərəli istifadə edib ordunu gücləndirməliyik ki, sabah problemimiz olmasın.

– Vahid müəllim, yeni nazirlərin təyinatından müəyyən vaxt keçib. Onların fəaliyyəti barədə nə demək olar?

– Ataların məsəli var, “cücəni payızda sayarlar”. Hələ qoy bir illik fəaliyyətləri tamam olsun, ilə yekun vuraq, baxaq, görək göstəricilər hansı səviyyədədir. O zaman demək olar ki, bu insanlar vəzifəyə layiqdirlər, ya yox? Yaxud Azərbaycanın iqtisadi, siyasi inkişafında hansı müsbət rolları var. Məni narahat edən bir məsələ var, nazirlər kadr dəyişikliyinə çox böyük üstünlük verirlər. Başa düşürəm, hər gələn nazir istəyir ki, ətrafında yaxın adamı olsun, sabah ciddi problemlə  üzləşməsin. Allaha şükür ki, bizdə nazir 15-20 il işləyir. Yəni 5 il işləsəydi, əlbəttə, belə hallar baş verməzdi. Amma elə kadrlar var ki, onları qoruyub-saxlamaq lazımdır. Əgər köhnə nazirlərin zamanında səhv edən kadrlar varsa, təbii ki, onları təmizləmək lazımdır. Amma cavan kadrlarla yanaşı, yaşlı kadrların da təcrübəsindən istifadə etmək lazımdır. Çünki onların çox böyük təcrübəsi var. Təyin olunan nazirlərin hamısı ilə mənim münasibətim, əlaqəm var, savadlı kadrlardır. Lakin təcrübə cəhətdən müəyyən qədər problemləri var. Ona görə də təcrübəli kadrlardan istifadə etməlidirlər ki, iqtisadiyyatımızın digər sahələrində ciddi problemlər yaranmasın.

– Baş nazir Novruz Məmmədovla necə, ünsiyyətiniz olub?  

– Bir dəfə. Təyin olunanda təbrik etmişəm, ondan sonra olmayıb. Ümumiyyətlə, hiss edirəm ki, nazirlər özləri hələlik ünsiyyətdən qaçırlar. Çünki ciddi kadr dəyişikliyi ilə məşğuldurlar. Həm də cənab prezident onların qarşısında ciddi məsələlər qoyub. Həm işlərində şəffaflığın təmin olunması, həm iqtisadi inkişafla əlaqədar, həm də 2016-cı ildə qəbul edilmiş Strateji Yol Xəritəsi ilə əlaqədar olaraq. Ümumiyyətlə, qarşıda mühüm vəzifələr var. Bu mənada nazirlərin işləri çoxdur. Ona görə də hələlik onlara imkan vermək lazımdır ki, öz vəzifələrini yerinə yetirib, nazirliklərdəki problemlərin həllinə nail olsunlar.

– Bir sıra icra başçıları vəzifələrindən azad edildi. Bu prosesi necə qiymətləndirirsiniz?

– Bu, gözlənilən idi. Məsələn, Qubanın icra başçısı var idi, işlədiyi dövrdə daşı daş üstə qoymadı. Çox ciddi nöqsanları var idi, mən rəhbərliyə bir neçə dəfə dedim ki, problem yarana bilər. Ona görə də rəhbərlik qərar qəbul etdi. İndi Qubaya təzə icra başçısı gəlib, Ziyəddin Əliyev. Çox böyük işlər görür, perspektiv planları da çox böyükdür. Əhali ilə görüşür, camaat da razılıq edir. Qusarın, Xaçmazın icra  başçıları da əhali ilə təmasda olan şəxslərdir. Yəni icra başçıları böyük rol oynayır. İcra başçıları çalışmalıdırlar ki, rayonda iş yeri açılsın, investisiyalar qoyulsun. Onlar mərkəzi aparatlarla, nazirliklərlə işləməlidirlər.

– Bəs, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyinatın olmaması, sizcə, nə ilə bağlıdır?

– Yəqin, təyin olunacaq. Ola bilər cənab prezidentin özünün fikri var. Mən çox istərdim ki, Bakıda mer seçkisi keçirilsin və Bakı böyük şəhər bələdiyyəsi olsun. Çünki Bakı artıq elə inkişaf mərhələsinə gəlib çatıb ki, buna böyük ehtiyac var. Bundan başqa, merin seçki yolu ilə seçilməsinə getmək olar. Yəqin ki, bu məsələlərə dövlətimiz tərəfindən baxılır. Cənab prezident elə bir şəxsi təyin etmək istəyir ki, Bakının gözəlliyi, inkişafı davamlı olsun.

– Növbədənkənar parlament seçkisinə gedilməsi real görünürmü?

– Vallah, mən onun reallığına inanmıram. Nə əhəmiyyəti var? Parlament normal fəaliyyət göstərir. Düzdür, 6 yer boşalıb. İstəsələr, o yerlərə əlavə seçkilər keçirilə bilər. Amma parlamentdə elə bir ciddi problem yox, ya qarşıdurma yoxdur. Parlament Azərbaycan dövlətinin siyasətini müdafiə edir, iqtisadiyyatımızın inkişafı üçün əlindən gələni edir, bu istiqamətdə bütün qanunları qəbul edir. Növbədənkənar parlament seçkilərinə o vaxt gedirlər ki, hökumətlə, dövlətlə parlament arasında ciddi qarşıdurmalar yaranır, fikirayrılıqları olur. Bu fikirayrılıqları yoxdur. Ona görə də mən növbədənkənar seçkiyə ehtiyac görmürəm.

– Bank kreditləri, ümumiyyətlə, banklardakı vəziyyətlə bağlı təklifləriniz olmuşdu. Bu məsələ ilə bağlı yenilik varmı?

– Məni və Əli Məsimlini narahat edən əsas məsələ bank sistemindəki məsələdir. 2017-ci ildə biz 0,2 faiz ümumi daxili məhsul əldə edə bildik. Amma bank sistemi normal inkişaf etsəydi, Azərbaycan iqtisadiyyatına yüksək səviyyədə investisiya qoya bilsəydik, bu, 2-3 faiz səviyyəsində ola bilərdi. Təsəvvür edin ki, 2017-ci ildə qoyulan investisiya 25 faiz azaldı. Yəni bank sistemi bu gün Azərbaycan iqtisadiyyatı ilə ayaqlaşa bilmir. Yadınıza gəlirsə, 2016-cı ildə, hökumətin iclasında cənab prezident qeyd etdi ki, Azərbaycan iqtisadiyyatına ən çox ziyan vuran bank sistemi olub. Bu, tamamilə belədir. Bu gün də bank sistemində sağlamlaşdırma siyasəti çox zəif gedir. Bu işi qurtarmaq lazımdır. Bank sistemi ilə çox ciddi məşğul olmağa ehtiyac var. İstər Mərkəzi Bank olsun, istər Maliyyə Bazarlarına Nəzarət Palatası, istər digər cavabdeh qurumlar olsun, bank sistemində vəziyyəti düzəltməlidirlər. Azərbaycanda 42 bankdan 30-u qalıb. Bu bankların kapitallaşmasını həll etmək lazımdır. Bunun yolları da var. Bu yolları biz göstərmişik, demişik, xahiş etmişik ki, bu məsələlərə baxsınlar. Dollarla olan kreditlərlə əlaqədar 14 səhifəlik təkliflərimiz oldu. Çox təəssüflər olsun ki, bunlar vaxtlı-vaxtında həll edilmədiyi üçün məsələlər müsbət həllini tapmır. Amma bu bank sistemi normal işləsə, Azərbaycanda insanlara aşağı faizlə kreditlər verilsə, ölkədə iqtisadiyyat daha ciddi şəkildə inkişaf edə bilər. Yəni bu sistemə diqqəti artırmağı Azərbaycan dövlətindən, hökumətindən bir neçə dəfə xahiş etmişəm, bir daha cənab prezidentdən xahiş edirəm.“Yeni Müsavat”

pia.az









Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


MÜSAHİBƏ

design-img

Vernisaj

Ermənilər Qarabağda Azərbaycan ordusunun zərbəsini dəf etməyə hazırlaşırlar

bitmap-img3

Rakurs

Vergilər Nazirliyi Yanında Lokal Gəlirlər Departamentində nə baş verir?

bitmap-img3

Seçmələr

Pambıq tarlalarında insanları zəhərləyən iki inhisarçı

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru