Cümə, 22 Fevral 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

“TANAP Türkiyə və Azərbaycanın birgə təşəbbüsünün nəticəsidir”


Bunu Türkiyənin enerji naziri Berat Albayrak Əskişəhərdə TANAP layihəsinin açılış mərasimində deyib


B. Albayrak bildirib ki, bu gün əsrin ən böyük layihələrindən birinin açılışıdır: “Bu, həm də iki ölkənin qardaşlıq layihəsidir. Enerjinin İpək Yolu bir çox ölkələrin enerji təhlükəsizliyinə böyük töhfə verəcək, Türkiyənin enerji təhlükəsizliyində rolunu artıracaq. Bu, Türkiyənin Avropanın enerji təhlükəsizliyində rolunu artıracaq, tədarükçü ölkə kimi Azərbaycanın rolunu artıracaq. Bu, dünyada sabitliyə və inkişafa xidmət edən nadir layihələrdən biridir”.
  
Türkiyənin enerji naziri qeyd edib ki, Türkiyə bölgədəki münaqişələrin həllini tapması üçün səy göstərir: “Türkiyə hər zaman etibarlı tərəfdaş olub. Bu layihədə böyük rolu olan Azərbaycanın sabiq enerji naziri Natiq Əliyevi də yad edirik. Türkiyə və Azərbaycan prezidenti başda olmaqla, layihədə rolu olan hər kəsə təşəkkür edirəm”. (apa)

pia.az
Etiket:
loading...