Xəbər xətti

19 APREL

21:20 Almaniya Prezidenti Azərbaycan Prezidentini təbrik edib

21:14 NASA “planet ovçusu“ peykini yola saldı

21:08 Armen Sarkisyan aksiya iştirakçılarını dialoqa çağırıb

21:02 Avropa Parlamenti Mark Sukerberqi dinləmək istəyir

20:57 “Barselona”nın Umtiti planı - 250 milyon avro

20:51 Çində böyük kriptovalyuta dələduzluğunun üstü açılıb

20:45 Tovuzda 2-ci qrup əlil özünü asdı

20:39 “Səfərə getməyə razılıq verdik” - Qurban Qurbanov

20:33 Avropa Komissiyasının prezidenti İlham Əliyevi təbrik edib

20:27 “Ərim deyirdi ki, hicab bağla, mən də ayrıldım” - Leyla

20:21 Ermənistanda həbs edilən müxalifətçilərin sayı 100-ə çatıb - Canlı

20:15 Əkrəm Həsənov: “Problemli kreditlər BOKT-larda da var”

20:09 “Ali Baş Komandan əmr verəcəyi halda…” - Şair Ramaldanov

20:03 Ermənistanda nümayişçilərlə polislər arasında toqquşma - Saxlanılanlar var

19:58 Samir Şərifov “Expo 2025”in ev sahibliyinin xərci barədə

19:54 “Müstəntiq mənə pul, ev təklif edir…” - “Alışanov işi”ndə ilginc bəyanat

19:52 Koreya lideri Əliyevi təbrik etdi

19:46 Kubokun finalına cəzalı duruma düşənlər

19:40 Bakıda tozun miqdarı 26 faizə düşüb

19:34 Derbidə bomba partladı

19:28 Kubanın yeni rəhbərinin adı məlum oldu

19:22 Cəlilabadda 16 yaşlı məktəbli qız intihar edib

19:16 XİN: Rusiya və Azərbaycanı strateji tərəfdaşlıq münasibətləri bağlayır

19:10 Stepan Danielyan: “Məmurlar da Sərkisyana inamını itirib”

19:04 Raket və artilleriya bölmələrinin taktiki təlimləri keçirilib - Video

18:59 Hakim generalla polkovnikə güzəşt etmədi

18:57 “Media Klub” yaradılıb

18:53 Üç əsrin insanı öldü: heç bir qohumu həyatda deyil

18:47 Prezident İlham Əliyev ilk rəsmi səfərini Türkiyəyə edəcək

18:41 Ermənistanda polis xalq tərəfə keçir

18:35 400 minlik toy edən lift müdirinin qızı məhkəmədə dindiriləcək

18:29 NATO generalların Bakı görüşü barədə məlumat yayıb

18:23 Qonşusunun evini talayan şəxs tutuldu

18:17 Prezident Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinə sədr təyin edib

18:11 “Prezidentin fərmanı 8800 ailəyə şamil ediləcək” - Nazir

18:05 General oğlunun məhkəməsində şahid 200 manat cərimələnib

18:00 AZAL Səudiyyə və Monteneqro istiqamətində yeni reyslər açır

17:55 Daha 18 qanun dəyişəcək – Siyahı

17:49 Bakı və Abşeronda tozun miqdarı nisbətən aşağı düşüb

17:44 Nazim məhkəmənin qərarına etiraz etdi

17:38 Leyla Əliyevanın kitabı Tehranda nəşr olunub

17:33 Günəş sistemindən kənar planetlərin axtarışı üçün fəzaya teleskop göndərildi

17:29 “Həbsim qurama idi…” – Gülər Əhmədova keçmişin sirrini açır

17:24 Dollar sabah neçəyə olacaq?

17:20 Polşa prezidenti İlham Əliyevə təbrik məktubu göndərib

17:15 Azərbaycanın AÇG və Şahdəniz üzrə gəlirləri açıqlanıb

17:10 “İndi də məmurların “saxladıqları” qadınlar özbaşınalıq edir” - Deputat

17:05 İsrail səfirliyində Eynulla Fətullayevlə təhlükəsizlik əməkdaşları arasında qarşıdurma

17:00 “Mənzil bazarındakı qiymətlər aztəminatlı ailələrin imkanlarına uyğun deyil”

16:55 “Əsgərə məktub” layihəsi Tərtərdə

16:50 Gerasimovla Skaparotti Bakıda görüşdü

16:43 Yunanıstan və Türkiyə müharibəyə doğru gedir

16:35 Şamaxı rayonunda hesabat yığıncağı keçirilib

16:30 “Çelsi”nin futbolçusuna sərt cəza

16:25 Türkiyədə sorğu keçirilib: Ərdoğan 55.6 faizlə liderdir… – AKP açıqladı

16:20 “Aliment fondunun yaradılması qaçılmaz zərurətdir”

16:15 Respublika Narkoloji Mərkəzin direktoru vəzifəsindən azad edildi

16:10 Bakıda 3 azyaşlı yanğından xilas edildi - Yenilənib

16:05 Tovuz sakini özünü asıb

16:00 “Sosial şəbəkələrdən istifadənin hüquqi tənzimlənməsinə ehtiyac var”

15:56 Gülüstan Əliyeva əsəbiləşdi

15:52 İsrail ABŞ-ın Suriyada müharibəyə cəlb olunmasında niyə maraqlıdır?

15:47 Rusiya ABŞ-a qarşı hərəkətə keçdi – Kompensasiya tələbi qaldırıldı

15:44 “Apple” iki SİM-kartlı “iPhone” buraxacaq

15:41 Ermənistanda kütləvi həbslər davam edir – Daha 100 nəfər saxlanıldı

15:30 Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu vətənə qayıdıb

15:25 “Koroğlu” stansiyasının giriş-çıxışlarından biri müvəqqəti bağlanacaq

15:20 DİM Azərbaycan dili fənnindən test imtahanı keçirəcək

15:07 Hollivud ulduzu İlham Əliyevi təbrik etdi

15:03 Prezident İlham Əliyev Corc Buşa başsağlığı verib

14:57 Ağ evdə müzakirə: Suriyadan çəkilməli, yoxsa qalmalı?

14:53 “İqtidar komandasında yeniliklər olacaq” – Deputat

14:46 “Suriyada 1 ay öncə ruslarla çox amansız döyüşümüz oldu” – Tramp

14:40 Salyanda 5 kiloqram narkotiklə tutulan narkobaron necə azad olunub?

14:35 Ötən il Azərbaycanda 37 618 abort icra edilib

14:30 Bakıda yaşayış binası yanır

14:25 Yerevanda etirazçılar ABŞ səfirliyinə doğru hərəkət edir

14:20 Azərbaycan” Nəşriyyatı “Azərsu” ASC-ni məhkəməyə verdi

14:18 Səhiyyə Nazirliyi bu il baş vermiş ana ölümlərinin sayını açıqlayıb

14:13 “Prezidentin milli birlik mesajı bütün xalqları birləşdirir” - Niyaz Niftiyev

14:08 “Hüquq müdafiəçisi üç polis əməkdaşına xəsarət yetirib” - DİN

14:04 Prezident NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı ilə görüşüb

13:32 “Faytonçu Nazim” məhkəməni uduzdu

13:27 Şəmkir-Gədəbəy yolunda ağır qəza: Yaralılar var

13:25 “Erkən nikah milli ailə dəyərlərimizə ziddir!”

13:23 Bu gün və sabah Bakının əsas yollarında hərəkət məhdudlaşdırılacaq

13:19 Duyğularını təmizlə...

13:15 Bakıda oğurluqla məşğul olanlar tutuldu

13:11 Kəmaləddin Heydərov Atom Enerjisi Agentliyinin rəhbəri ilə görüşüb

13:07 Rusiya və ABŞ generalları yenidən Bakıdadır

13:03 Ermənistanda aksiya zamanı jurnalist döyüldü

12:58 “Aygün Kazımovaya oxşamaq istəmişik” - Pişik Günel

12:54 Qurban Qurbanov: “Futbol həmişə sürprizlərlə doludur”

12:49 Qırğızıstan hökuməti istefaya göndərildi

12:45 “Rahat” marketlər şəbəkəsi: “Yazılanlar doğru deyil”

12:41 Sərkisyan İrəvana xüsusi dəstə yeritdi – Video

12:37 Yağış yağacaq, temperatur 4-8 dərəcə enəcək - Xəbərdarlıq

12:33 ETSN: Bakı və Abşeron yarımadasında tozun miqdarı normadan 37 faiz yuxarıdır

12:28 Rusiyalı hərbi ekspertdən müharibə anonsu

12:24 DİM: Ali məktəblərə qəbulla bağlı hazırlıq kursları təşkil etmirik

12:19 Elçin Şıxlı: “Arada bir neçə nəfərin başı gedəcək”

12:15 “İran Suriyadan çıxmasa, onunla müharibə qaçılmaz olacaq” – İsrailli general

12:11 Azərbaycanda dələduzluq edən şəxs İnterpol xətti ilə axtarılır

12:07 Azərbaycanda din xadimlərinə maddi dəstək veriləcək

12:03 “Forbes”: Vahid Ələkbərov 16,4 mlrd. dollarlıq sərvətlə Rusiyanın 4-cü ən varlı iş adamıdır

11:59 Bakı sakinindən 5 kq narkotik götürülüb

11:55 Amaliya Pənahovanın yeni görünüşü təəccübləndirdi – Foto

11:51 Ombudsmanın hesabatı aprelin 24-də Milli Məclisdə müzakirəyə çıxarılacaq

11:47 Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız

11:43 Hacıqabulda yük maşını aşdı, 30 ton sement yola dağıldı

11:39 Təhlükəli selfi: Məktəblini cərəyan vurdu

11:35 Yerevanda onlarla müxalifətçi saxlanıldı

11:31 Azərbaycan Gürcüstandan avtomobil idxalını 6 dəfəyə yaxın artırıb

11:27 Məmur olmaq istəyən yaşlı namizədlərin heç biri imtahanda uğur qazana bilməyib

11:23 İranda güclü zəlzələ oldu – 5,9 bal gücündə

11:17 Toy edənlərə xəbərdarlıq

11:13 Merkel Trampa: “Rusiyaya sanksiya dayansın”

11:08 Türk-İran yaxınlaşmasına ərəb baxışı

11:04 Bu gün Şəmkirdə Şəhriyar Məmmədyarov dünya çempionu ilə qarşılaşacaq

11:00 Hindistanda fırtına 18 nəfərin ölümünə səbəb olub



MÜSAHİBƏ

...

“TANAP-ın reallaşdırılmasının müəllifi prezident İlham Əliyevdir” - Video

Tarix 22.12.17, 14:10

Font ölçüsü : - / +
bitmap-img6

Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin müsahibəsini təqdim edirik


- Xoşbəxt müəllim, dekabrın 24-də Azərbaycan prezidenti İlham Əliyevin 56 yaşı tamam olur. İlham Əliyevi uzun illərdir tanıyan, onunla birlikdə çalışan qocaman neftçi kimi prezident haqqında fikirlərinizi bilmək maraqlı olardı...

- Bu gün biz onunla fəxr edirik. Fəxr edirik ki, çox az bir müddətdə Azərbaycan bu qədər gözəlləşib, çiçəklənən dövlətə çevrilib. Hara baxırsan, göz oxşayır. Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Bizim bütün şəhərlərimiz abadlaşır. Bakıya və bölgələrə gələn hər bir qonaq öz təəssüratlarını bölüşəndə sevincdən gözlərimdən yaş gəlir. Əgər ölkəmizə gələn insanın 10-15 il sonra yenidən Bakıya yolu düşürsə, onun hisslərini görüb dinləyəndə adam heyran olur. Bütün bu nailiyyətlərin arxasında İlham Əliyev durur. Biz də fəxr edirik ki, İlham Əliyev ilk işinə bizimlə başlayıb.

- İlham Əliyevlə ARDNŞ-da uzun illər bir yerdə çalışmısınız. Azərbaycanın neft-qaz sektorunun inkişafında onun xidmətlərini necə dəyərləndirirsiniz?

- Mən İlham Əliyev cənablarını 1994-cü ildən tanıyıram. Bilirsiniz ki, İlham Əliyev Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib. ARDNŞ-a ilk gəlişi də birbaşa ixtisası ilə bağlı oldu, şirkətin xarici işlər üzrə vitse-prezidenti təyin olundu. Çox az müddətdən sonra İlham Əliyev neftçilərə alışdı, neft-qaz sahəsi üzrə aparılan danışıqlara qatıldı.

İlham Əliyevin ilk uğurlu işi Amerikanın Hyuston şəhərində "Əsrin müqaviləsi" ilə bağlı  danışıqların aparılmasında iştirakı oldu. Azərbaycan ikinci dəfə müstəqilliyini əldə etdikdən, Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkənin sosial durumu çox ağır idi. Bunun öhdəsindən gəlmək üçün Azərbaycanın neft-qaz sahəsinin inkişafına diqqət yetirmək lazım idi. Baxmayaraq ki, "Azəri-Çıraq-Günəşli" yatağı hələ sovet imperiyası dövründə kəşf olunmuşdu, bu sahədə iş getmirdi. Beləliklə, belə qərara gəlindi ki, xarici şirkətlərlə əlaqələrin qurulmasına başlanılsın. "Azəri-Çıraq-Günəşli" yatağının yenidən işlənilməsi ilə bağlı danışıqlara başlandı, ilk səfərimiz İstanbula oldu. Sonra Bakıya qayıdıb, danışıqları davam etdirmək üçün burdan Hyustona yollandıq. O, vaxtlar bizim neft sahəsinin inkişafı üçün danışıqlar aparmaq təcrübəmiz az idi, çünki yeni müstəqilliyini qazanmışdı Azərbaycan.

İlham Əliyev beynəlxalq əlaqələr üzrə mütəxəssis kimi yetişdiyindən, ingilis dilini yaxşı bildiyi üçün bizə yetərincə kömək etdi. Bütün mürəkkəb məsələlərdə, danışıqlarda iştirak edirdi. Hətta yadımdadır ki, elə çətin danışıqlar alınırdı, məhz onun müdaxiləsindən sonra söhbətimizi uğurla başa çatdırırdıq. Heç təsadüfi deyil ki, bu danışıqların sonu 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi"nin bağlanması ilə başa çatdı.

1994-cü ildə "Əsrin müqaviləsi" imzalanandan sonra Azərbaycana baxış dəyişdi. Azərbaycana müstəqil ölkə kimi inam yarandı, ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsinə güclü təkan verildi. İkinci məsələ isə neft hasilatının həcminin dəyişməsi ilə başladı. 1997-ci ildə hasilat 9 milyon tona çıxmışdı ki, bu da Azərbaycanda ən aşağı səviyyə kimi dəyərləndirildi. 2010-cu ildə hasilat 51 milyon tona kimi artdı. Bu, hasilatın birdən-birə 5-6 dəfə artması demək idi. Bütün bu proseslər İlham Əliyev cənablarının iştirakı ilə baş tutdu. Bundan sonra daha 34 müqaviləyə imza atıldı. Bu müqavilələrin sayı İlham Əliyev bizimlə işləyəndə və prezident seçildikdən sonra durmadan artdı.

Ümummilli lider Heydər Əliyev bu məsələdə qətiyyət nümayiş etdirərək, Azərbaycan neftini Aralıq dənizi vasitəsilə dünya bazarlarına çıxaracaq Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri ideyasını irəli sürdü. İlham Əliyevin ikinci ən uğurlu işi eyni zamanda dövlət başçısı kimi fəaliyyətə başladığı ilk günlərdən etibarən layihənin gedişi ilə şəxsən maraqlanması oldu. Prezident vaxtaşırı olaraq tikinti işləri ilə tanış olurdu və nəhayət, 2005-ci ilin aprelində tikinti işləri yekunlaşdırıldı. Baxmayaraq ki, neft boru kəmərinin çəkili vaxtında kifayət qədər əleyhdarları var idi. Bütün bunlara baxmayaraq, Heydər Əliyevə olan inam və etibar imkan verdi ki, bu kəmər uğurla çəkilsin. Bakı-Tbilisi-Ceyhan layihəsinin reallığı İlham Əliyevin prezidentliyi dövründə uğurla başa çatdırıldı. Əgər o dövrə qədər Azərbaycanı yüz dövlət tanıyırdısa, bundan sonra bu dövlətlərin sayı artmağa başladı.

2006-cı il mayın 28-də Azərbaycan nefti Ceyhan limanına çatdı. İyulun 4-də isə neftlə yüklənmiş ilk tanker oradan yola salındı. 2006-cı il iyulun 13-də Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi keçirildi.

Beləliklə, neft strategiyasının uğurla həyata keçirilməsi yeni şirkətlərin Azərbaycana cəlb olunması istiqamətində başlanmış işlərin davamı oldu. Bundan sonra Azərbaycanın Avropaya qaz ixracını həyata keçirəcək marşrut kimi TAP layihəsinin seçilməsi ilə bağlı qərar qəbul edildi. Bu qərar Azərbaycanın regiondakı rolunu daha gücləndirməklə yanaşı, ölkəmizin Avropanın enerji təhlükəsizliyinə töhfəsini daha da artırmış oldu.

Eyni zamanda Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsinin reallaşdırılmasının da müəllifi prezident İlham Əliyev oldu. Bu layihənin gerçəkləşməsinin 45-45 milyard dollar xərci var. Bu günə kimi 25 milyard xərc çəkilib. 2018-ci ildə TANAP, 2019-cu ildə TAP işə düşəcək.

"Əsrin müqaviləsi" bizə çox şey verdi. Müqavilənin imzalanmasının əhəmiyyəti ondan ibarət oldu ki, əgər "Azəri-Çıraq-Günəşli" yatağından 450 milyon ton neft hasil edilmişdisə, bunun 250 milyon tonu bizim mənfəət neftimizdir. Bu da 56 faizdən çox edir. Mənfəət neftindən gələn gəlirlə Azərbaycanda görülən işlər də göz qarşısındadır. Paytaxtda və bölgələrdə müasir obyektlər tikilir, idman, səhiyyə sahəsi inkişaf edir, eyni zamanda müxtəlif sosial obyektlər istifadəyə verilir.

Bu gün dünya bazarlarına 460 milyon ton neft çıxarılıbsa, onun 350 milyonu Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri vasitəsilə çıxarılıb. Əgər bu olmasa, görün necə olacaqdı?

Bu il “Əsrin kontraktı”nın uzadılması ilə bağlı yeni saziş imzalandı. Bu da tarixi hadisədir. 2050-ci ilə qədər daha yaxşı şərtlərlə kontrakt imzalanıb. Bu kontraktın icrası nəticəsində Azərbaycana 3,6 milyard dollar, sadəcə, bonus şəklində veriləcək. Bu, bir daha onu göstərir ki, bizim çox böyük və zəngin təbii resurslarımız var.

Bu il Azərbaycanda 2 milyardıncı ton neftin hasil edilməsi də tarixi hadisədir. 1971-ci ildə bir milyardıncı ton neftin hasil edilməsi Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövrünə təsadüf etmişdi. Bunu o dövrdə Heydər Əliyev Moskvada elan etmişdi. Bu münasibətlə çox əhəmiyyətli tədbir keçirildi, neftçilərə mükafatlar təqdim olundu. 2 milyardıncı ton neft hasil edilməsi isə prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi vaxtda baş verdi. İki milyardıncı ton neftin hasilatı daha çox bizim müstəqillik dövrümüzü əhatə etdi. Bu da çox təntənəli formada qeyd olundu.

- İlham Əliyev ARDNŞ-da vitse-prezident olarkən həm də prezident oğlu idi. Heydər Əliyev kimi tarixi şəxsiyyətin ailəsində böyümüşdü. İş yoldaşı kimi şəxsi münasibətlərdə necə idi?

- Bilirsiniz, İlham Əliyev ilk olaraq neftçilərlə işə başladı, prezident seçildikdən sonra da bizimlə ölkə rəhbəri kimi davranmadı, iş yoldaşı və həmkar kimi münasibət qurdu. Elə indi də elə bil bizim bir işçimiz, bir nümayəndəmizdir.

Mən bütün neftçilər adından cənab prezidentin növbəti doğum gününü təbrik edirəm, ona cansağlığı diləyirəm. Onunla Azərbaycanın daha da yaxşı olacağına inanıram. Onu da bilirəm ki, növbəti prezident seçkilərində də bütün neftçilər İlham Əliyevcənablarına səs verəcəklər.

Biz onunla iş yoldaşı olmuşuq. O, özünü o qədər sadə aparıb həmişə. İlham Əliyev böyüklə böyük, kiçiklə kiçik kimi davranıb həmişə. Mənə həmişə böyük kimi hörmətlə yanaşıb. Hərdən olurdu ki, birlikdə uzun-uzadı söhbətlər edirdik. Heç vaxt prezident oğlu olduğunu hiss etmədik. O, insanları hiss etməyi bacarandır, yaxşılıq etməyi sevəndir. O,  qədər sadədir, işlədiyi müddətdə mənimlə otaq qonşu idi. Təsəvvür edin, ikimizin bir qəbul otağımız, bir katibəmiz olub. Bir dəfə də buna narazılıq etmədi. Yeri gəlmişkən, deyim ki, insan kimi çox zarafatcıl və mehribandır.(APA TV)



pia.az










Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


MÜSAHİBƏ

design-img

Vernisaj

“Media Klub” yaradılıb

bitmap-img3

Rakurs

“Lider” şirkətindən mal əti salosu fırıldağı - Foto

bitmap-img3

Seçmələr

Ramiz Mehdiyev kadr siyasətindən yazdı

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru