Xəbər xətti

20 APREL

0:59 “İstanbullu gəlin”də gözlənilməz ayrılıq

0:47 “Milan”ı UEFA-dan cəza gözləyir

0:34 “WhatsApp” qrup idarəçilərinə əlavə səlahiyyət verildi

0:21 PSJ özünə Çindən tərəfdaş tapdı

0:13 “Amazon” şirkəti öz brauzerini təqdim etdi

0:02 Bu gün bürcünüz nələr vəd edir?

19 APREL

23:59 Erməni əsgərləri maykasız və tumansızdır-Paşinyan ordunu ifşa etdi

23:56 Lənkəranda evdə partlayış: ağır yaralı var

23:54 Müxalifətdən erməni prezidentin dialoq təklifinə reaksiya-şərt var

23:48 Cəlilabadda kütləvi dava baş verib

23:42 Bakıda canavar itləri parçaladı - Video

23:36 Quba rayonunda zəlzələ olub

23:30 Ermənistan müxalifəti yenidən Yerevan küçələrini bağlayacaq

23:24 Özü-özünü bıçaqladı

23:18 Türkiyə parlamenti erkən seçkilərin keçirilməsi haqqında qərarı təsdiqlədi

23:12 Tanınmış cərrahdan tibb sektorunu silkələyəcək açıqlamalar

23:06 “Qarabağ”ın oyununun vaxtı dəyişdirildi

23:00 Ermənistan müxalifəti məmurları aksiyalara cağırdı

22:55 İraq Suriyanı bombaladı

22:49 Azərbaycanlı milyarder Özbəkistanda zavod açdı

22:46 “RAHAT” marketdən oğurluq: Oğru cinayət başında yaxalandı - Video

22:43 Yaponiya Rusiyadan 4 adanı tələb edir

22:37 Dünyanın ilk ticarət “hyperloop” xətti çəkilir

22:31 Rusiya milyarderi arasında azərbaycanlılar da var

22:25 Xəstə özünü 6-cı mərtəbədən atdı - Video

22:19 ATƏT-in Daimi Şurasında DTİHB-nin hesabatına etiraz edildi

22:13 İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir

22:07 Mafioz həbsdən buraxılmağa görə restoranda ziyafət verdi və həbs olundu

22:01 Türkiyədə iki deputatın mandatı əlindən alındı

21:56 “Koroğlu”nun qarşısını kəsən əjdahanın sonu çatır - Fotolar

21:50 Kann festivalı bu filmlə bağlanacaq

21:44 Çaylarda biogen maddələr normadan artıqdır

21:38 Sumqayıtda mənzildə yaşlı qadın meyiti aşkar olunub

21:32 “Zəngəzur” sənədli filmi sosial şəbəkələrdə də paylaşıldı

21:26 Rusiya ABŞ-dan təzminat istəyir

21:20 Almaniya Prezidenti Azərbaycan Prezidentini təbrik edib

21:14 NASA “planet ovçusu“ peykini yola saldı

21:08 Armen Sarkisyan aksiya iştirakçılarını dialoqa çağırıb

21:02 Avropa Parlamenti Mark Sukerberqi dinləmək istəyir

20:57 “Barselona”nın Umtiti planı - 250 milyon avro

20:51 Çində böyük kriptovalyuta dələduzluğunun üstü açılıb

20:45 Tovuzda 2-ci qrup əlil özünü asdı

20:39 “Səfərə getməyə razılıq verdik” - Qurban Qurbanov

20:33 Avropa Komissiyasının prezidenti İlham Əliyevi təbrik edib

20:27 “Ərim deyirdi ki, hicab bağla, mən də ayrıldım” - Leyla

20:21 Ermənistanda həbs edilən müxalifətçilərin sayı 100-ə çatıb - Canlı

20:15 Əkrəm Həsənov: “Problemli kreditlər BOKT-larda da var”

20:09 “Ali Baş Komandan əmr verəcəyi halda…” - Şair Ramaldanov

20:03 Ermənistanda nümayişçilərlə polislər arasında toqquşma - Saxlanılanlar var

19:58 Samir Şərifov “Expo 2025”in ev sahibliyinin xərci barədə

19:54 “Müstəntiq mənə pul, ev təklif edir…” - “Alışanov işi”ndə ilginc bəyanat

19:52 Koreya lideri Əliyevi təbrik etdi

19:46 Kubokun finalına cəzalı duruma düşənlər

19:40 Bakıda tozun miqdarı 26 faizə düşüb

19:34 Derbidə bomba partladı

19:28 Kubanın yeni rəhbərinin adı məlum oldu

19:22 Cəlilabadda 16 yaşlı məktəbli qız intihar edib

19:16 XİN: Rusiya və Azərbaycanı strateji tərəfdaşlıq münasibətləri bağlayır

19:10 Stepan Danielyan: “Məmurlar da Sərkisyana inamını itirib”

19:04 Raket və artilleriya bölmələrinin taktiki təlimləri keçirilib - Video

18:59 Hakim generalla polkovnikə güzəşt etmədi

18:57 “Media Klub” yaradılıb

18:53 Üç əsrin insanı öldü: heç bir qohumu həyatda deyil

18:47 Prezident İlham Əliyev ilk rəsmi səfərini Türkiyəyə edəcək

18:41 Ermənistanda polis xalq tərəfə keçir

18:35 400 minlik toy edən lift müdirinin qızı məhkəmədə dindiriləcək

18:29 NATO generalların Bakı görüşü barədə məlumat yayıb

18:23 Qonşusunun evini talayan şəxs tutuldu

18:17 Prezident Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinə sədr təyin edib

18:11 “Prezidentin fərmanı 8800 ailəyə şamil ediləcək” - Nazir

18:05 General oğlunun məhkəməsində şahid 200 manat cərimələnib

18:00 AZAL Səudiyyə və Monteneqro istiqamətində yeni reyslər açır

17:55 Daha 18 qanun dəyişəcək – Siyahı

17:49 Bakı və Abşeronda tozun miqdarı nisbətən aşağı düşüb

17:44 Nazim məhkəmənin qərarına etiraz etdi

17:38 Leyla Əliyevanın kitabı Tehranda nəşr olunub

17:33 Günəş sistemindən kənar planetlərin axtarışı üçün fəzaya teleskop göndərildi

17:29 “Həbsim qurama idi…” – Gülər Əhmədova keçmişin sirrini açır

17:24 Dollar sabah neçəyə olacaq?

17:20 Polşa prezidenti İlham Əliyevə təbrik məktubu göndərib

17:15 Azərbaycanın AÇG və Şahdəniz üzrə gəlirləri açıqlanıb

17:10 “İndi də məmurların “saxladıqları” qadınlar özbaşınalıq edir” - Deputat

17:05 İsrail səfirliyində Eynulla Fətullayevlə təhlükəsizlik əməkdaşları arasında qarşıdurma

17:00 “Mənzil bazarındakı qiymətlər aztəminatlı ailələrin imkanlarına uyğun deyil”

16:55 “Əsgərə məktub” layihəsi Tərtərdə

16:50 Gerasimovla Skaparotti Bakıda görüşdü

16:43 Yunanıstan və Türkiyə müharibəyə doğru gedir

16:35 Şamaxı rayonunda hesabat yığıncağı keçirilib

16:30 “Çelsi”nin futbolçusuna sərt cəza

16:25 Türkiyədə sorğu keçirilib: Ərdoğan 55.6 faizlə liderdir… – AKP açıqladı

16:20 “Aliment fondunun yaradılması qaçılmaz zərurətdir”

16:15 Respublika Narkoloji Mərkəzin direktoru vəzifəsindən azad edildi

16:10 Bakıda 3 azyaşlı yanğından xilas edildi - Yenilənib

16:05 Tovuz sakini özünü asıb

16:00 “Sosial şəbəkələrdən istifadənin hüquqi tənzimlənməsinə ehtiyac var”

15:56 Gülüstan Əliyeva əsəbiləşdi

15:52 İsrail ABŞ-ın Suriyada müharibəyə cəlb olunmasında niyə maraqlıdır?

15:47 Rusiya ABŞ-a qarşı hərəkətə keçdi – Kompensasiya tələbi qaldırıldı

15:44 “Apple” iki SİM-kartlı “iPhone” buraxacaq

15:41 Ermənistanda kütləvi həbslər davam edir – Daha 100 nəfər saxlanıldı

15:30 Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu vətənə qayıdıb

15:25 “Koroğlu” stansiyasının giriş-çıxışlarından biri müvəqqəti bağlanacaq

15:20 DİM Azərbaycan dili fənnindən test imtahanı keçirəcək

15:07 Hollivud ulduzu İlham Əliyevi təbrik etdi

15:03 Prezident İlham Əliyev Corc Buşa başsağlığı verib

14:57 Ağ evdə müzakirə: Suriyadan çəkilməli, yoxsa qalmalı?

14:53 “İqtidar komandasında yeniliklər olacaq” – Deputat

14:46 “Suriyada 1 ay öncə ruslarla çox amansız döyüşümüz oldu” – Tramp

14:40 Salyanda 5 kiloqram narkotiklə tutulan narkobaron necə azad olunub?

14:35 Ötən il Azərbaycanda 37 618 abort icra edilib

14:30 Bakıda yaşayış binası yanır

14:25 Yerevanda etirazçılar ABŞ səfirliyinə doğru hərəkət edir

14:20 Azərbaycan” Nəşriyyatı “Azərsu” ASC-ni məhkəməyə verdi

14:18 Səhiyyə Nazirliyi bu il baş vermiş ana ölümlərinin sayını açıqlayıb

14:13 “Prezidentin milli birlik mesajı bütün xalqları birləşdirir” - Niyaz Niftiyev

14:08 “Hüquq müdafiəçisi üç polis əməkdaşına xəsarət yetirib” - DİN

14:04 Prezident NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı ilə görüşüb

13:32 “Faytonçu Nazim” məhkəməni uduzdu

13:27 Şəmkir-Gədəbəy yolunda ağır qəza: Yaralılar var

13:25 “Erkən nikah milli ailə dəyərlərimizə ziddir!”



MÜSAHİBƏ

...

“Sülhməramlıların yerləşdirilməsində Moskvanın şərti var”

Tarix 10.11.17, 13:36

Font ölçüsü : - / +
bitmap-img6

Bugünlərdə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu özünün etibarlı mənbəyinə istinadən, maraqlı bir məlumat paylaşdı


Politoloqa görə, Türkiyə və Rusiya liderlərinin növbəti görüşü ərəfəsində prezident Vladimir Putinin Dağlıq Qarabağ ətrafında 5 rayonun qaytarılması qarşılığında Bakıya qarşı 3 şərti var: Azərbaycanın Avrasiya İqtisadi Birliyinə (AİB) qoşulması, Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olması və Dağlıq Qarabağda Rusiya sülhməramlılarının yerləşdirilməsi.

Lakin bu məlumatın həqiqət yükü bəlli deyil. Qalır, bircə ehtimal eləmək ki, mənbə nə dərəcədə mötəbər olub?

Professor, hüquq elmləri doktoru İlham Rəhimov "Yeni Müsavat"ın müxbiriylə söhbətində məhz bu mövzudakı sualları cavablandırıb.

PİA.AZ azərbaycanlılar arasında daha çox "Putinin tələbə yoldaşı və dostu" kimi populyar olan İlham Rəhimovun həmin müsahibəsini oxuculara da təqdim edir:


– Mən politoloq Şahinoğlunun Qarabağ məsələsi ilə bağlı düşüncələri və mövqeyi ilə çox yaxşı tanışam. Onun bizim şimal qonşumuz haqda fikirlərini də oxumuşam və açıq sizə deyim ki, bir çox siyasətçilərdən fərqli olaraq o, kifayət qədər düşüncəli insandır. Və onun mövqeyində mən həmişə dərin məna hiss edirəm. Bildiyim qədər, o, hətta qeyd edib ki, mənbə yetərincə etibarlıdır, yəni, mənbə belə görünür, məhz səhih məlumata malikdir.

Ancaq, birincisi, sual ortaya çıxır: bu, ona haradan məlum ola bilərdi? Çünki bir qayda olaraq, bu səviyyədəki görüşlərdə müzakirə ediləcək mövzuların dairəsi az adama bəlli olur – o ki ola, Dağlıq Qarabağla bağlı həssas bir məsələ və onun sonrakı taleyi. Bu mənada məndə E.Şahinoğlunun dediyi mənbənin mötəbərliyinə müəyyən şübhələr yaranır.

İkincisi, Türkiyə prezidenti Ərdoğan billdirib ki, Putinlə görüşdə Qarabağ məsələsini müzakirə edəcək. Üç şərtə gəlincə, az ehtimallıdır ki, iki prezident arasında Dağlıq Qarabağ mövzusunun müzakirəsi zamanı Putin belə şərtlər qoya bilər. Bu, reallıqdan çox uzaqdır. İlk növbədə ona görə ki, Putin kimi çox yüksək səviyyəli bir siyasətçi indiyədək heç kimə, xüsusən də Dağlıq Qarabağla bağlı heç bir şərt qoymayıb. Mən şübhə edirəm ki, onun Qarabağ probleminin həlli qarşılığında hansısa şərti olsun. Putinin şəxsində Rusiyanın bircə şərti var: siz özünüz öz aranızda anlaşın, özünüz məsələni həll edin, biz, yəni Rusiya isə qəbul edilən anlaşmanın qarantı olacağıq.

Düzdür, Ərdoğanla Putin görüşəcək, müzakirə aparacaqlar, danışacaqlar. Hərçənd, Türkiyə lideri Dağlıq Qarabağ probleminin ədalətli həllində çox maraqlıdır, çünki Azərbaycana ürəyi yanır. Bununla belə, yenə düşünmürəm ki, tərəflər hansısa qərarı qəbul eləsinlər. Vəziyyət adi müzakirədən uzağa getməyəcək və ölü nöqtədən tərpənməyəcək. Hərə öz fikrini deyəcək. Ərdoğanı Qarabağ məsələsi ilə bağlı Putinin mövqeyi maraqlandıracaqsa, Putini də müvafiq olaraq Ərdoğanın problemə baxışı maraqlandıracaq. Ona görə də Elxan Şahinoğlunun işarə vurduğu heç bir şərt səslənməyəcək. Bunu gözləməyə dəyməz. 

Sonra: Rusiya və Putin Avrasiya İqtisadi Birliyinin üzvü olan heç bir suveren dövlətə hələ heç vaxt, heç bir şərt irəli sürməyib. Rusiyanın prinsipi belədir: əgər sizə sərfəlidirsə – birliyə qoşulun; sərfəli deyilsə – imtina edin. Birliyə ən son olaraq üzv olan Qırğızıstanın nümunəsində baxaq. İllərlə bu məsələ götür-qoy edildi, Rusiya isə Qırğızıstan qarşısında hansısa şərt qoymadı.

Azərbaycanla bağlı da mən həmişə demişəm və bir daha təkrar edirəm: Rusiya heç vaxt şərt qoymayacaq. O, yalnız müşahidə eləməyi təklif edə bilər Azərbaycana – əlverişli sayarsa, qoy təşkilata daxil olsun, saymazsa – üzv olmamağa tam haqqı çatır. Ancaq nəyinsə qarşılığında şərt qoymaq – bu, sadəcə, absurddur.

İndi isə KTMT-yə daxil olma şərti barədə. Bu qəbildən şərti, üstəlik Ərdoğan qarşısında qoymaq, ümumiyyətlə, sağlam məntiqdən uzaqdır. Sülhməramlı qüvvələrin yerləşdirilməsinə gəlincə, bax, burda bəli, Moskvanın şərti ola bilər. Ancaq yalnız yuxarıda qeyd etdiyim anlamda: münaqişə tərəfləri öz aralarında razılığa gəlir, Rusiya isə qarant kimi çıxış edir. 

Qarant nədir? Bu, o tərəfdir ki, konflikti istisna edən şərtlər formalaşdırır. Bəsit desək, ondan ötrü ki, tərəflər bir-birini qırıb çatmasın. Nədən ki, əgər Allahın izni ilə, məsələ həll olunsa, o zaman istəsək də, istəməsək də, bizim xalqlarımız birgə, yanaşı olmalıdır. Siz təsəvvür edirsinizmi ki, əgər vaxtında təhlükəsizlik təmin edilməsə, nələr baş verə bilər?

Ona görə də aydın məsələdir ki, bu halda Rusiya qarant qismində öz xidmətlərini təklif edə bilər. Bu normaldır. Və tamamilə təbiidir ki, Rusiya heç vaxt imkan verməyəcək ki, hansısa başqa ölkələr qarant qismində çıxış eləsin. Onun özü qarant olmaq istəyəcək. Və bunu da onunla əsaslandıracaq ki, Moskva bir-biri ilə düşmənçilik edən tərəfləri daha yaxşı tanıyır, çünki onlar nə vaxtsa SSRİ-nin tərkibində olub, Rusiya problemin kökünü daha yaxşı bilir, o üzdən də Moskva daha effektli qarant olacaq və ərazidə təhlükəsizliyi daha yaxşı təmin edəcək. 

Dil faktoru da az önəm kəsb eləmir. Təsəvvür edin ki, bu məsələdə BMT-nin hansısa ölkələri qarantdır. Hansı dildə onlar ünsiyyət yaradacaq? Bu da müəyyən qəbildən problemlər ortaya çıxara bilər. Onu demək istəyirəm ki, Rusiya bu bölgədə məhz münaqişə tərəfləri arasında təhlükəsizliyi təmin eləmək məsələsində özünün mövcudluğunun faydalılığını isbat edəcək – əgər gerçəkdən də hansısa sülh anlaşması əldə olunarsa.

Bundan əlavə, mən yanaşmalarda konkret bir qeyri-uzlaşma görürəm. Özü də təkcə E.Şahinoğluda yox. Baxın, biz deyirik ki, müstəqil dövlətik və heç kim bizə diktə edə, təsir göstərə bilməz. Bəli, Türkiyə bizə qardaş ölkədir, bunu kimsə inkar eləmir. Rusiya bizim böyük şimal qonşumuzdur, hansı ki, əla münasibətlərimiz var. İndi belə çıxır ki, bizim problemlərimizi nədənsə bu iki lider-ölkə həll edir. Əgər kürəyimizin arxasında bizim taleyimizi həll edirlərsə, o zaman biz necə müstəqil dövlətik – üstəlik də bizim maraqlarımıza toxunan hansısa şərtlərlə? Bu, necə olur? Bizsiz, hələ üstəlik, hansısa şərtlərlə?

Əlbəttə, baxmayaraq ki, türklər bizə qardaş xalqdır və biz onlara sayğı bəsləyirik, biz Rusiyaya da hörmət bəsləyirik. Lakin hansısa məsələni bizsiz həll eləmək caiz deyil. Odur ki, əgər bu iki dövlət Qarabağ probleminin həllində bizə kömək eləmək istəyirsə, o zaman fikrimcə, bunu belə bir formatda eləməyə dəyməz. Burada hökmən dördlü format olmalıdır. Yəni, Azərbaycan və Ermənistan liderləri də prosesdə iştirak eləməlidir. Bax, dördlü həll – tamam ayrı formatdır. Bu, artıq reallıqdır.

Və əgər ki, E.Şahinoğlunun versiyasına görə, müzakirə etdiyimiz şərtlər işğal altındakı 5 rayon qarşılığında yerinə yetirilsə, o zaman mənə deyin: azad edilən bu 5 rayon nə verəcək bizə? Yalnız bu rayonların yerli əhalisinin öz tarixi-qanuni ərazilərinə qayıtmaq imkanı. O zaman illərdir niyə müharibə aparırıq? Bütövlükdə Qarabağın statusunun tanınması uğrunda! Lap 5 rayonu qaytardıq. Ondan sonra proseslər necə cərəyan edəcək? Lap sülhməramlı qüvvələr də bölgəyə daxil oldu. Orada onlar nə qədər qalacaq? Heç kimə məlum deyil.

Lakin 5 rayonun qaytarılması xüsusunda münaqişənin sonrakı taleyini tamamilə təxmin eləmək olar: bunun ardınca bütün dünya fikirləşəcək ki, Dağlıq Qarabağ məsələsi artıq yoluna qoyulub, daha o, mövcud deyil və daha heç kim onunla məşğul olmayacaq. Harda bu məsələni qaldırsaq, bizə yalnız belə deyəcəklər: sizə deyəsən axı, işğal altındakı ərazilərinizi qaytarıblar. Bu isə Dağlıq Qarabağdakı ermənilərə imkan verəcək ki, məsələni nə qədər özlərinə sərfdir, uzatsınlar – 10 il, 15 il, daha çox. O vaxta qədər ki, hamı onu unudacaq. Və de-fakto hamı əvvəlki vəziyyətdə qalacaq. Bizə bu lazımdır?

– Necə bilirsiniz, Türkiyənin Dağlıq Qarabağ konfliktinin həllində aktivləşməsinə Kremlin reaksiyası necə olacaq? Axı, az öncə Rusiya Ermənistana silah almaq üçün yeni kredit ayırıb. Rusiya və Türkiyə birgə səylərlə İrəvana təzyiq edib onu münaqişənin tezliklə həllinə vadar edə bilərmi? 

– Əvvəla, Rusiya hamıya, o cümlədən Azərbaycana da silah satır. Həmçinin, Türkiyəyə lap yaxınlarda S-400 zenit-raket kompleksləri satıb. Bu, beynəlxalq hüquq normalarına uyğun gələn biznesdir. Rusiya silah satışından nəhəng pullar qazanır. Bu, dövlətin büdcəsi üçün gəlirdir. Biznes məsələsini də siyasətə bağlamağa dəyməz. Yaxud onunla bağlamaq ki, Moskva Ermənistana silah satmaqla Azərbaycana zərər vurmaq istəyir – bu da doğru deyil. 

– Çoxları məhz belə bir qənaətdədir ki, iki münaqişə tərəfi və onların arasında hər ikisinə silah satan Rusiya var. Ona görə də ictimaiyyət hesab edir ki, özünü dost sayan ölkə bir-biri ilə konfliktdə olan tərəflərə silah verməz. 

– Bilirsinizmi, bu, primitiv mühakimədir ki, əgər Rusiya bizimlə dostluq edirsə, Ermənistanla etməməlidir və ya əksinə. Yeri gəlmişkən, ermənilər də eyni şeyi deyirlər: yəni ki, biz Rusiya ilə bütün ittifaqlarda, cəmiyyətlərdə bir yerdəyik, ona görə də Rusiya Azərbaycanla dostluq eləməməlidir. Ancaq Rusiya bu şərtlərə getmir və heç vaxt da getməyəcək. 

– Son vaxtlar Türkiyə Dağlıq Qarabağ məsələsində fəallaşıb. Sizcə, bu, nə ilə bağlıdır?

– Türkiyə yalnız qardaşlıq hissləri əsasında, bizə görə narahatlıq keçirdiyini göstərmək üçün fəallaşıb ki, bizə kömək eləsin. Ancaq Dağlıq Qarabağ ixtilafı dolayısıyla türk-erməni münasibətlərinə də toxunur. Çünki məsələ sərhədlərin açılması, qondarma “genosd”lə bağlıdır. Odur ki, Ankaranın Qarabağ konfliktinin həlli məsələsinə müdaxilə cəhdi mənim üçün tamamilə anlaşılandır. 

pia.az










Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


MÜSAHİBƏ

design-img

Vernisaj

“Koroğlu”nun qarşısını kəsən əjdahanın sonu çatır - Fotolar

bitmap-img3

Rakurs

“Lider” şirkətindən mal əti salosu fırıldağı - Foto

bitmap-img3

Seçmələr

Ramiz Mehdiyev kadr siyasətindən yazdı

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru