Xəbər xətti

19 NOYABR

21:55 ABŞ generalı Trampın nüvə zərbəsi barədə əmrini yerinə yetirməyəcəyini bəyan edib

21:45 İranda Şəhriyarın büstünü dağıtdılar

21:40 Handenin yataq otağında onun şəkli var

21:33 Türkiyənin məşhur ağır atleti Naim Süleymanoğlu dəfn edilib

21:22 Qadını döyərək öldürüb, sonra onunla cinsi əlaqədə olub

21:05 "Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında maraqlıdır"

20:50 Sabunçuda kütləvi dava: iki nəfər bıçaqlandı

20:33 Jirinovski Putini “Ali hökmdar” adlandırmağa çağırdı

20:20 Saakaşvilinin sürücüsünü amansızcasına döydülər

20:10 İtaliyada zəlzələ olub- 4,4 bal gücündə

19:50 Bakıda universitetin qarşısından tələbə qız qaçırıldı

19:40 Əfqanıstan xüsusi təyinatlıları “Talibanın” əsir saxladığı30 nəfəri azad edib

19:20 “Qəbələ” səfərdə “Neftçi”ni məğlub etdi

19:12 Rusiyanın xarici işlər nazirinin Azərbaycana səfəri başlayıb

19:05 Saakaşvili: Ukraynanın baş naziri olmağa hazıram

18:33 Şamaxıda qəzada 3-ü bir ailənin üzvü olmaqla, 4 nəfər ağır xəsarət alıb

18:20 Qaxda çətin keçilən dağlıq ərazidəki yanğın söndürüldü

18:05 Siyəzəndə “Mercedes” işıq dirəyinə çırpılıb- Ölən və yaralanan var

17:50 Çin 2030-cu ildə futbol üzrə dünya çempionatınaev sahibliyi etməyi planlaşdırmır

17:40 Tatlıses yeni sevgilisi ilə sarmaş-dolaş

17:33 Suriyada terrorçular dəyirmanı raket atəşinə tutublar:12 ölü, 27 yaralı

17:23 Brüsseldə Qarabağ forumu: Bakının daha bir diplomatik həmləsi

17:17 Zimbabve prezidenti aclıq aksiyasına başlayıb

17:12 “Quska“ Hacı İbrahimin kabinetini necə gülləboran etdirib

17:05 Ağstafada avtomobilin vurduğu 8 yaşlı uşaq ölüb

16:50 Bütün dövrlərin və xalqların ən varlı adamı Mali imperatoru mansa Musa

16:45 Prezident İlham Əliyev icra başçısını təltif edib

16:40 Ermənistanda çavuş və əsgər hərbi hissədən qaçdı

16:23 Azərbaycan məhsullarının Rusiyaya ixracı ilə bağlı yeni razılıq əldə edilib

16:18 Türkiyə 2026-cı il Qış Olimpiya Oyunlarınaev sahibliyi edə bilər

16:12 "NATO-nun Türkiyəyə qarşı bu hərəkəti təəssüf doğurur"

16:05 Fransada polis 3 nəfəri qətlə yetirib

15:49 Rusiya Xəzərdə geniş miqyaslı hərbi təlim keçirir

15:37 Türkiyə sahillərində zəlzələ olub - 4,2 bal gücündə

15:30 Bakıda universitetin qarşısından tələbə qızı qaçırdılar

15:21 Azərbaycanlı qadın hərbçi partlayış zamanı şəhid oldu

15:10 Lavrov İrəvanda Qarabağ məsələsini müzakirə edəcək

14:59 Şimali İraq Kürd Muxtariyyəti müstəqillik referendumunun nəticələrini ləğv edəcək

14:48 Bakıda yeni doğulan körpəni küçəyə atdılar

14:40 Qazaxda faciəvi hadisə: 24 yaşlı oğlan öldü, xeyli yaralı var

14:33 Antalyada Türkiyə, Rusiya və İran xarici işlər nazirlərinin görüşü keçirilir

14:25 Yeni Kaledoniya sahillərində 6,7 maqnitudalı zəlzələ olub

13:54 Dünyanı dəyişəcək 5 texnologiya

13:43 “Əli Mirəliyevin acığına...” - Səməd Səmədov

13:35 Bakıda gənc qız gecə klubunda döyüldü

13:23 Azərbaycan dördüncü peykini nə vaxt buraxacaq?

13:17 İmişlidə ağır qəzada ölən və yaralananların şəxsiyyəti məlum olub

13:11 Suriya kürdləri ümidlərini Rusiyaya bağlayıblar

13:05 Almaniyada “ermənilərin soyqırımı” abidəsi açıldı

12:58 General Trampa qarşı çıxdı: “Onun əmrini yerinə yetirməyəcəm”

12:53 Oğuzda təbiətə ziyan vuran 51 nəfərə qarşı protokol tərtib olunub

12:45 NATO Rusiyanın zərbələrini dəf edə biləcəkmi?

12:33 Naxçıvanda hərbi təlimlər davam edir - Video

12:27 Sabah hava küləkli, çiskin olacaq

12:18 İmişlidə ağır qəza - 1 ölü, 2 yaralı

12:10 “Uçan” piyada zolağı istifadəyə verildi

12:03 Təcavüz qalmaqalı filmi təxirə saldı

11:56 Şirkət maşını dirəyə çırpıldı: Ölən və yaralanan var

11:49 Avropa İttifaqı Türkiyəyə maliyyə yardımını azaldacaq

11:38 Rusiyalı oliqarxın yaxtası Floridaya yan aldı: Tramp ailəsi ilə ziyafət?

11:30 Polis ailəsini güllələdi, intihar etdi - İtaliyada

11:23 Lazarevı qısqandığını etiraf etdi

11:18 Konte: ““Qarabağ”la oyun ən vacib qarşılaşmadır”

11:11 Cocuq Mərcanlıya çəkiləcək kanal ərazisi minalardan təmizlənir

11:07 Erməni diasporasının Trampa təsir gücü və Dağlıq Qarabağ

11:01 Parisdə Makrona qarşı aksiya keçirilib

10:56 Qaxda yanan meşə ərazisi deyil, otlaq sahəsidir - Yenilənib

10:51 Pekində yanğın nəticəsində 19 nəfər ölüb

10:45 Teymur Rəcəbov liderlər qrupunda

10:38 Türkiyədə ABŞ prokurorlarına qarşı cinayət işi başlandı

10:33 Son nəfəsində yanında ola bilmədim...

10:27 Üç milyon dollara nömrə aldı

10:21 “NATO-ya etibar ciddi suallar doğurur”

10:16 Bu gün Türkiyə, Rusiya və İran xarici işlər nazirlərinin görüşü keçiriləcək

10:10 Volqoqradda 30 nəfərin qalıqları aşkarlandı

10:05 Bu gün bürcünüz nələr vəd edir?

10:00 Atəşkəs 135 dəfə pozulub

18 NOYABR

22:00 Dünyanın ən bahalı 10 yeməyi

21:51 Aİ üzvü olan ölkələrin vətəndaşlarının sosial hüquqlarına dair bəyannamə imzalanıb

21:44 Qobustanda yol qəzası baş verib, xəsarət alanlar var

21:30 Bir gündə iki dəfə cekpot qazandı

21:23 Rusiyanın bombardmançı təyyarələri İŞİD-in mövqelərinə zərbə endirib

21:15 Elif Şafak nüfuzlu mükafata layiq görülüb

21:03 “VAZ” radar dirəyinə çırpıldı - Ölən var

20:49 Ərdoğan NATO-nun üzrxahlığını qəbul etməyib

20:40 Bakıda yanğın: Sakinlər təxliyə edilib

20:27 Mütəxəssislər laboratoriya şəraitində kiçik beyin yetişdiriblər

20:20 KXDR-in raket hücumu əleyhinə plan hazırlanıb - ABŞ-da

20:08 Zimbabve prezidenti postunu tərk etmək niyyətində deyil

19:59 Dünyanın ən böyük hava gəmisi Britaniyada qəzaya uğrayıb

19:48 Azərbaycanda ayaqqabı istehsalı 35% azalıb

19:37 Rusiya yeni “İskəndər-M” raketini sınaqdan keçirib - Video

19:29 Abdolbari Goozal döyüldü, seyfindən 180 min dollar aparıldı...

19:21 Zakir Həsənov dəniz poliqonunda təlimləri izlədi - Video

19:05 Azərbaycanda pilotsuz uçan aparatlar elektron formada qeydiyyatdan keçiriləcək

18:53 Premyer Liqa klubu ən bahalı stadiona sahib olacaq

18:40 “Eurovision 2018”ə biletlərin satış tarixi açıqlandı

18:26 “Mehdiyev dedi, ağa mənəm, uzağı cibimdən 10 min verə bilərəm...”

18:10 Türkiyə, Rusiya və İran XİN başçılarının üçtərəfli görüşü keçiriləcək - Antalyada

18:08 Mətbuat Şurası “reket” KİV-lərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət ünvanlayıb

18:00 “Kəpəz”in baş məşqçisi istefa verib

17:49 Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Bakıya səfər edəcək

17:35 Evlərdən qızıl və pul oğurlayan şəxs saxlanıldı

17:28 Məşhur türkiyəli atlet Naim Süleymanoğlu vəfat edib

17:20 Telman İsmayılovu Daşkənddə görüblər

17:09 Azərbaycanda növbəti zəlzələ oldu

17:00 Bakıda 19 yaşlı qız itkin düşüb

16:52 Alla Puqaçova ilə Maksim Qalkinin toyu oldu - Fotolar

16:43 Braziliyanın futbol yığması dünyada ən bahalı heyətdir

16:30 Tovuzda 12 yaşlı uşaq ağacdan yıxıldı

16:23 “ABŞ ermənilərin 50 faizdən çoxuna viza verməkdən imtina edir”

16:16 DÇ-2018-in ən varlısı açıqlandı

16:10 İki nəfərə “Əməkdar jurnalist” fəxri adı verilib

16:05 Prezident Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edən şəxsləri təltif edib - Siyahı

15:55 Yeni ili keçirmək üçün ən çox arzulanan şəhərlər- Siyahıda Bakı da var

15:45 Avropa azərbaycanlılarının Qarabağ forumu keçiriləcək

15:40 Tovuzda 29 yaşlı gənc bıçaqlanıb

15:33 Rusiya millətçi vətənpərvərləri Qarabağ münaqişəsi barədə

15:20 “Elşad və Dəryaya görə bizi narkoman kimi tanıyırlar“ - Anar Nağılbaz

15:12 Zimbabvedə nümayişlər başladı - Muqabenin istefası tələb olunur


MÜSAHİBƏ

...

“Soyuq müharibədən sonra bir Koreya birləşə bilmədi, bir də Azərbaycan”

Tarix 13.11.17, 9:13

Font ölçüsü : - / +
bitmap-img6

“Səudiyyədə yeni siyasət vəhhabi dayağının zəifləməsini şərtləndirir”


Test üsulu ilə qəbulun ilk yetirmələri olan bizləri Bakı Dövlət Universitetində sevməyən müəllimlər çox idi. Böyük bir qazanc imkanından məhrum olmuş xeyli sayda müəllim bizi xüsusi sərtliklə incidirdilər. Elə ona görə də o illərdə müdafiəmizə qalxan hər kəs yaddaşımızda silinməz izlər buraxırdı. Belə insanlardan biri də Aida xanım idi - 1994-cü ildə müəllim həmkarlarının ziddinə gedərək seminar apardığı qrupa mexaniki “məqbul” yazmaqla hamımızın sevimlisinə çevrilmişdi. Ona görə də Rauf bəy planlaşmada Aida Qəmbərlə müsahibə təklif edəndə dərhal “mən” dedim.

Ötən illər ərzində onunla birbaşa təmasım olmamışdı. Bu üzdən müsahibəni razılaşdırıb, iş yerində görüşəndə ilk olaraq məndən nə zaman təhsil aldığımı soruşdu. Bizim üçün etdiklərini söylədim, bir daha təşəkkür etdim. O isə gülümsəyərək, “deməli, ona görə sizin uşaqların hamısı mənə ”müəllimim" deyirmiş..." dedi.

Söhbətimiz isə Yaxın Şərqdən başlayıb, Azərbaycanda, Bakıda və Qəmbər ailəsinin yeni üzvündə bitdi.

- Aida xanım, sizcə, indiyədək Avropa və ABŞ-dan dəstək alan İraq Kürdüstanındakı referendumun nəticələri niyə tanınmadı? Kürd dövlətinin yaradılmasının qarşısını hansı səbəblər aldı?

- Buna qədər həm Avropada, həm ABŞ-da kürdlərə münasibət xoş idi: həm iqtisadi, həm siyasi, həm humanitar sahədə dəstək verilirdi. Bundan başqa, kürdlər bəzi region dövlətlərinin dəstəyinə malik idilər. Amma kürdlərin öz aralarında birlik yox idi. Ən azından 2 böyük klanın nüfuzu vardı. Həm Tələbani, həm də Bərzani ailəsinin bir növ öz nüfuz ərazisi formalaşmışdı. 90-cı illərdə müxtəlif yönümlü digər təşkilatlar da formalaşdı. Düzdür, onların böyük nüfuzu yox idi, amma 3-cü qüvvə kimi meydana çıxmışdılar. İkinci Körfəz müharibəsindən sonra İraqın kürd regionunda dövlət strukturları yaranmağa başladı. Artıq bütün analitiklər yekun nəticəyə gəldilər ki, bu regionda müstəqil Kürdüstanın  işartıları meydana gəlir: parlament, hökumət formalaşdırıldı. Tezliklə bu ərazidə Qərbin böyük dəstəyi ilə təhlükəsizlik zonası deyilən ərazi yaradıldı. Hətta Səddam Hüseynin dövründə belə bu əraziyə İraqın mərkəzi hökumətinin heç bir strukturu müdaxilə edə bilmirdi. 2003-cü il müharibəsindən sonra kürdlər ABŞ-ın formalaşdırdığı Koalisiyanın əsas müttəfiqinə çevrildilər. Koalisiya ilə münasibətlər 2 tərəfli idi: hər tərəf öz məqsədini güdürdü. Kürdlər bu münasibətlərdən istifadə edərək bütün ərazini öz nəzarətlərinə götürdülər. Bölgənin ərəb və türkman əhalisinin böyük bir qismi əraziləri tərk etmək məcburiyyətində qaldı. Demoqrafik üstünlük kürdlərə bölgənin Mosul, Kərkük kimi iri şəhərlərini, neftlə zəngin böyük əraziləri tam nəzarətə götürməyə imkan yaratdı. Konstitusiyada da İraq unitar dövlətdən federal dövlətə çevrildi: kürdlərin burada hüquqları çox geniş idi. Adı muxtariyyət olsa da, kürdlər bundan daha artıq səlahiyyətlərə malik idilər. Öz ordusu - peşmərgə qüvvələri vardı və hətta bu ordunun saxlanması üçün mərkəzi hökumətdən vəsait ayrılmasına belə nail olmuşdular. Yəni demək olar ki, tam müstəqil fəaliyyət göstərirdilər və bundan sonra kürdlər iqtisadi müstəqilliyi təmin etməyə başladılar: neft üzərində bütün nəzarəti ələ aldılar. Bu sahədə rəsmi Bağdadın rolu minimuma endirilmişdi. Mərkəzi hökumətin etirazlarına rəğmən, onun başı üzərindən Almaniya, Rusiya, Türkiyə və digər dövlətlərlə neft kontraktları imzaladılar. Beləliklə, neftdən gələn böyük gəlirlər Bağdada deyil, paytaxtı Ərbil olan Kürd Muxtariyyətinə çatırdı. Bölgədə siyasi və iqtisadi üstünlük əldə edildikdən sonra kürdlər dövlət müstəqilliyini təmin etmək mərhələsinə keçmək qərarına gəldilər. Bunun üçün də referendum məsələsi ortaya çıxdı.

 “Livan Yaxın Şərqdə yeni münaqişə ocağıdır”

- Bu olaylarda İŞİD amili nə dərəcədə ciddi rola malikdi?

- Bu məsələlərdən danışarkən İŞİD-in fəaliyyəti və onun nəticələrini qeyd etməmək mümkün deyil. “Ərəb baharı”ndan sonra İraqın şimal ərazilərində meydana çıxan İŞİD-in sayəsində Mərkəzi hökumət bu bölgədə də böyük bir əraziyə nəzarəti itirmiş oldu. Bu zaman kürdlərdə belə təsəvvür yarandı ki, 1918-ci ildə - Birinci Dünya Müharibəsinin nəticəsi kimi bu regionda müəyyənləşmiş dövlət sərhədlərini dəyişmək üçün əlverişli şərait yetişib. Bu təsəvvürlə də kürdlər münasib məqam seçərək referenduma getdilər. Amma məlum oldu ki, nə Avropa, nə də ABŞ regionda yeni bir dövlətin yaranmasına hazır deyillər. Referendumda əhalinin əksəriyyəti müstəqilliyə səs vermişdi, müstəqil Kürdüstan dövlətinin yaranması üçün hüquqi əsas yarandı. Lakin kürdlərin arxasında dayanan Qərb dövlətləri bu hadisənin ardınca başlayacaq proseslərə hazır olmadıqları üçün referendumun nəticələrini tanımadılar. Çünki kürdlər təkcə İraq ərazisində deyil, bölgədə bir neçə dövlətin - İranın, Türkiyənin, Suriyanın ərazisində kompakt yaşayırlar. İraqda əldə olunan nəticə tanınsaydı, bu, digər dövlətlərdə separatizmin alovlanması, çox ciddi qarşıdurmaların yaranması ilə nəticələnəcəkdi. Qərb bu prosesləri idarə etmək, nəzarətdə saxlamaq imkanında olmayacaqdı. Onsuz da bölgədə ciddi qarışıdurmalar, müharibələr gedir. Yeni bir və ya bir neçə münaqişə ocağının formalaşması bütöv regionda nəzarətin tam itirilməsinə gətirib çıxara bilərdi.

- Axı ilk vaxtlar hər kəsdə belə təsəvvür vardı ki, Qərb bu refendumu dəstəkləyir və bölgədə kürd dövlətinin yaranmasında maraqlıdı...

- Düşünürəm ki, Qərb referendumun baş tutmasını istəyirdi, əks halda, onun, ümumiyyətlə, keçirilməsinin qarşısını ala bilərdilər. Buna imkanları vardı, lakin gözləmə mövqeyi tutaraq referendumun yekunlaşmasını istədilər. Burada incə bir məqam var: formal olaraq kürdlərin əlində xalqın iradəsini əks etdirən sənəd var.

- Yaxınmüddətli dövrdə kürdlərin müstəqillik məsələsinin yenidən gündəmə gətirilməsi mümkündürmü? Artıq onların əlində referendumun nəticələri də var

- Xeyr. Yaxın dövrdə bu məsələnin yenidən müzakirələrə daşınacağını gözləmirəm. Çünki bölgədə kürdlərə ən böyük dəstəyi verən İsrail belə bu məsələyə tam dəstəyini ifadə etmədi, İraqın parçalanması ilə razılaşmadı.

- İraqdakı bu prosesin Suriya kürdlərinin fəaliyyətinə hansı təsirləri ola bilər?

- Düşünürəm ki, Suriyada da kürdlər İraqdakı ssenari ilə hərəkət edə bilərlər: əvvəlcə siyasi, sonra iqtisadi müstəqilliyi təmin etməyə çalışacaqlar. Böyük ehtimal var ki, Suriya da federal dövlətə çevrilsin. Bildiyiniz kimi, Suriyada hazırda 4 böyük qüvvə - Qərb, Rusiya, İran, Türkiyə və bəzi Ərəb dövlətləri - proseslərə nəzarət edir, hərənin, elə demək mümkünsə, öz zonası var. Yaxın dövrdə həmin qüvvələrin heç birinin geri çəkiləcəyi, Suriyada mərkəzi hakimiyyətin güclənəcəyi gözlənilən deyil. Hətta İŞİD tam sıradan çıxarılsa belə, bunu yaxın zamanda mümkün görmürəm. Elə buna görə də İran və Türkiyə kürdlərin İraqdakı müstəqillik fəaliyyətlərinə qarşı çox aktiv hərəkətə keçdilər. Çünki bunun ardınca öz ərazilərindəki kürdlərin müstəqillik arzusu üçün hərəkətə keçəcəklərini bilirlər.

- Qərbin və ABŞ-ın hətta indiki halında belə İraqın parçalanmasına imkan verməməsi Cənubi Azərbaycandakı proseslərlə bağlı pessimizm yaradır. Bu gedişlə İranın parçalanması, Güney Azərbaycanın müstəqillik qazanması ehtimalı çox azalır...

- Bilirsiniz, kürdlər mərhələ-mərhələ çox şey əldə ediblər: siyasi-iqtisadi müstəqillikləri, muxtar da olsa dövlət strukturları var. Güney Azərbaycanda isə nəinki bunlardan hər hansı biri, heç mübarizəni aparan vahid qüvvə, hansısa partiya belə yaranmayıb. Heç bir istiqamətdə strukturlaşma getmir. Bu baxımdan, orada hansısa ciddi proseslərin getməsini, yaxud İranın hansısa formada parçalanmasını görmürəm. Bir tarixi fürsət dünyada soyuq müharibənin bitdiyi vaxtlarda yaranmışdı. Onda əksər parçalanmış xalqlar birləşdilər: Almaniya, Vyetnam, Yəmən. Bir Koreya qaldı - orada situasiya fərqliydi. Bir də biz birləşə bilmədik. İndiki dövrdə böyük dövlətlər regionun hər hansı dövlətində sərhədlərin dəyişməsini istəmirlər. Amma bu, tamam fəaliyyətsiz qalmağın lazım olduğu demək deyil. Müəyyən strukturlaşmalar başlamalıdır, hazırlıqlı olmaq lazımdır.

- Regionda Livan problemi də yaranmaqdadır. Sizcə, orada nə baş verir?

- Livanda ciddi bir münaqişə ocağı yaranmaqdadır. Bu yaxınlarda Livanın baş naziri Saad Hariri Səudiyyə Ərəbistanına gedərək istefa verdiyini bəyan etdi. Uzun müddət idi ki, onunla Livan prezidenti Mişel Aun arasında ziddiyyətlər mövcud idi. Livan konstitusiyasına görə, ölkə konfessional idarəçilik var: prezident xristian - maroni, baş nazir sünni, parlament sədri şiə müsəlman olmalıdır. Bu qüvvələrin arasında tarazlıq olanda dövlət stabil inkişaf edir. Qüvvələrarası tarazlıq pozulduqda isə sabitlik də pozulur. Livanın baş naziri sünni Səudiyyəyə sıx bağlıdır, prezident isə Hizbullaha. Hazırkı ziddiyyətlərin səbəbi kimi Hizbullahın ölkənin daxili işlərinə çox qarışması göstərilir. Hizbullah Qərb tərəfindən terrorçu təşkilat kimi tanınır. Suriyanın Livan üzərində təsiri həmişə böyük olub, hətta indiki zəif halında belə bu təsiri saxlamağa çalışır. İndi Livanda vəziyyət belədir ki, Hizbullahın burada zəifləməsi Suriyanın, onun vasitəsilə də İranın təsirinin zəifləməsi demək olacaq. Buna isə bu 2 dövlət yol verməməyə çalışır. Mənzərə belədir: İraqda şiələr hakimiyyətdədir, İran şiə dövlətidir. İran həm də Bəşər Əsəd hakimiyyətinin əsas dayaqlarından biridir, Tehran onun vasitəsilə Hizbullah və Livana nəzarət imkanı əldə edir. Yəni çox mürəkkəb proseslər gedir və düşünürəm ki, bu proseslər Livandakı sabitliyin uzunmüddətli pozulması istiqamətində ola bilər.

- Regionun daha bir dövlətində - Səudiyyə Ərəbistanında da maraqlı proseslər baş verir - 300-dək həbs olunan var. Hakimiyyət bunu korrupsiyaya qarşı mübarizə adlandırır. Doğrudanmı, baş verənlər, sadəcə, korrupsiyaya qarşı mübarizədir?

- Səudiyyədə baş verənlər, adının nə qoyulmasından asılı olmayaraq, hakimiyyət uğrunda mübarizədir. Bu hadisələrdən əvvəl vəliəhd bəyan etmişdi ki, biz daha mötədil islama - yəni radikal cərəyanlardan ilkin islama qayıdacağıq. Bu, bir ziddiyyətdir. Bu, daha çox sünni elitalarının İranın dəstəklədiyi şiələrə rəqabətdə uduzmasından yaranır.

Digər tərəfdən, hazırda dünyada postneft dövrü başlayır. Bu isə bütün dünyada müşahidə olunan yeni çağırışlara reaksiya vermək, siyasətdə müəyyən dəyişikliklər etmək zərurəti yaradır. Səudiyyə də nə əldə edibsə, neftin hesabına əldə edib. Ona görə də bu ölkə də postneft dövrünün çağırışlarına hazır olmalıdır. İkinci bir ziddiyyət bundan qaynaqlanır. Postneft dövründə ölkəni əvvəlki qaydalarla idarə etmək mümkün olmayacaq. Bütövlükdə Yaxın və Orta Şərqin dövlətləri bütün dünyada gedən geopolitik dəyişikliklərə, yeni çağırışlara, proseslərə hazır olmalıdır. Vəliəhd də bunu görür və müəyyən dəyişikliklər etmək istəyir. Bu zaman həm də çalışır ki, yeniliklərə müqavimət göstərəcək qüvvələri zərərsizləşdirsin. Çünki onun çoxlu rəqibi var - həm ölkə daxilində, həm də kənarda.

Səudiyyədə dövlət iki mühüm qüvvənin ittifaqı sayəsində qurulub: Məhəmməd ibn Əbdülvahab ailəsi və Səud ailəsinin ittifaqı. Yeni siyasət vahabi dayağının zəifləməsini şərtləndirir. Bu da daha bir ziddiyyətdir. Üstəlik, vəliəhdin atası xəstədir, buna görə də vəliəhd güclənməlidir, özü də atası sağ olduğu dövrdə. Güclənmək üçün də radikal addımlar atılması lazımdır.

- ABŞ-ın bu proseslərdə rolu nə qədərdir sizcə?

- Əvvəla, baş verənlərin hamısını kənar qüvvələrlə bağlayıb, ölkədaxili və regional vəziyyəti gözardı etmək mümkün deyil. Səudiyyə ABŞ-ın regiondakı ən böyük müttəfiqlərindən biridir. Ehtimal ola bilər ki, Amerika Səudiyyəyə müəyyən dəyişikliklərin olmasının zəruriliyini deyir. Yaxın və Orta Şərqdə demək olar ki, bütün hakim elitalar dəyişib. Burada da dəyişikliklər getməlidir və gedəcək də.

Digər tərəfdən, bu da mümkündür ki, Qərb dövlətləri regionda mərkəzi hakimiyyətin güclü olduğu dövlətin qalmasını istəmirlər. Yəni bu da ehtimallardan biridir. Amma Səudiyyə elə də güclü bir dövlət deyil. Yəmən ərəb dünyasının ən zəif dövlətlərindən biridir, Səudiyyənin orada istədiyini həyata keçirməyə gücü çatmadı.(musavat.com)

pia.az










Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


MÜSAHİBƏ

design-img

Vernisaj

Almaniyada “ermənilərin soyqırımı” abidəsi açıldı

bitmap-img3

Rakurs

BDU-nun dosentindən nazirə və DİM sədrinə açıq məktub

bitmap-img3

Seçmələr

Hacıbala Abutalıbov Kərəm Həsənovu məhkəməyə verdi - İddia

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru