Bazar ertəsi, 21 Yanvar 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

“Şəkillər çəkilməmişdən öncə öz ölümümə imza atmışdım”

ARB Ulduz-un “Virtual həyat” proqramının növbəti qonağı müğənni Elvin Abdullayev olub


Axşam.az-ın məlumatına görə, sənətçi modellə çəkdirdiyi səmimi fotolarının çox qınanılmasından danışıb:

“Hamı mənə yazır ki, Elvin, evdə-eşikdə salamatçılıqdır? Boşanma söhbəti filan yoxdur ki? Deyirəm ki, niyə? Doğrudan da, mən indiyə kimi xanımlarla klip çəkdirmişəm, ancaq bu cür isti münasibətdə, romantik, erotik fotosessiya etdirməmişəm. Düzdür, burda erotikadan söhbət gedə bilməz. Ancaq romantik şəkillər var. Bu şəkillər çəkilməmişdən öncə öz ölümümə imza atmışdım”.

Müğənni iş gördüyü insanlarla heç vaxt münasibət yaşamayacağını diqqətə çatdırıb:

“Mənim xarakterimdə yoxdur ki, iş gördüyüm insanla nələrsə yaşayım. Mən ailəmə bağlı bir insanam. Bunu mənim tamaşaçılarım da, ətrafımda olan insanlar da bilir. Mən nə qədər incəsənət nümayəndəsi olsam da, mənim bir ailəm var, mənim bir övladım var. Mən onlarla çox xoşbəxtəm. Elvin sabah lüt xanımlarla da şəkil çəkdirə bilər. Hər şey edə bilər, ancaq mənim ailəm ailədir”.

pia.az
Etiket:
loading...