Şənbə, 16 Fevral 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

“Seçkidə iştirakla bağlı həftəsonu mövqeyimizi açıqlayacağıq”

“Biz partiyada seçkilərlə bağlı məsələni müzakirə etmişik. Hazırda bir neçə rayon təşkilatının təkliflərini gözləyirik. Həftə sonuna seçkilərlə bağlı dəqiq mövqeyimizi açıqlayacağıq”


Bu fikirləri  Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa deyib.

O, seçkilərlə bağlı öz şəxsi mövqeyini də açıqlayıb:

“Hesab edirəm ki, seçkilərdə namizəd qismində iştirak etmək lazımdır, bu mümkün olmasa belə, aktiv olmaq vacibdir. Partiya olaraq seçkilərdə iştirakın tərəfdarıyıq. Hətta seçilmək şansımız olmasa belə. Nə qədər şansımız olduğu, elektoral bazaya müraciət edərək daha çox dəstək almağın mümkünlüyü və s. məsələlər ölçülüb-biçilməlidir. Mən seçkiyə sadəcə görüntü xatrinə qatılmağı mənasız hesab edirəm. Hansı uğur qazanmaq imkanımız var məsələsini nəzərə almaq lazımdır. Təbii ki, hakimiyyətin həm maddi, həm də siyasi rezervləri böyükdür. Bizim bu mənada hakimiyyətlə rəqabət aparmaq imkanımız minimum səviyyədədir. Hakimiyyət namizədinin şansı böyükdür. Amma buna baxmayaraq, seçkidə iştirak etmək tendensiyası güclüdür”.

F.Mustafa deyib ki, hazırda siyasi partiyalar arasında seçkilərdə iştirak etmək və etməmək tendensiyası müşahidə edilir: “Bu, hər partiyanın öz seçimidir. Çünki hər bir partiya öz resurslarını nəzərə alır. Xüsusilə maddi resurslarını. Nəzərə alın ki, seçkidə iştirak edən partiyaya dövlət büdcəsindən maliyyə ayrılması nəzərdə tutulmur. Yəni maliyyə baxımından müəyyən çətinliklər də var. Odur ki, bu məsələləri kompleks nəzərə alaraq, addım atmaq lazım gəlir”.Teleqraf.com

pia.az
Etiket:
loading...
-->