Xəbər xətti

21 FEVRAL

11:20 Şimali Koreya liderinin bacısı ABŞ vitse-prezidenti ilə görüşdən imtina etdi

11:16 İranın müdafiə naziri Azərbaycana gəlib

11:12 Sumqayıtda çoxmərtəbəli binanın lifti qırıldı: 3 nəfər ağır xəsarət aldı

11:08 Azərbaycan və Türkiyə “Qaz savaşı”nın tən ortasında

11:04 Azərbaycan məmurları xaricdəki milyardlarını itirə bilərlər - “ABLV Bank” qalmaqalı

11:00 Vaşinqtondan Bakıya da sanksiya xəbərdarlığı gəlib

10:55 Pxençxan-2018: Almaniya Norveçə çatdı - Medal siyahısı

10:51 “Fransa Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə sadiq olaraq qalır”

10:47 Bakıda əhali sıxlığı: Paytaxt ağır “yük” altında

10:43 Bədənə yapışa bilən displey yaradıldı

10:38 Çingiz müəllimin reaksiyasının doğurduğu məyusluq

10:29 Almaniya yığması Olimpiadaya 3,5 min litr pivə gətirib

10:25 Netanyahu Mahmud Abbası “terrorçuların sponsoru” adlandırdı

10:21 Bakının iki magistralında sürət həddi endirildi

10:17 Keçmiş polis intihar etdi - Ağdamda

10:13 Azərbaycan-Makedoniya matçının vaxtı dəqiqləşdi

10:08 Bakının iki rayonunda qaz təchizatı məhdudlaşdırılır

10:04 Sabiq deputatlara pensiya veriləcək

10:00 Bu gün Avropa Liqasında ilk 1/8 finalçı müəyyənləşəcək

9:58 Azərbaycandan Avropaya daha bir qaz dəhlizi - Təhlil

9:53 Neft ucuzlaşdı

9:49 Suriyada barışdırılma üzrə Rusiya mərkəzi atəşə tutulub

9:46 Bayılda gərginlik artır

9:42 Atəşkəs 135 dəfə pozulub

9:37 Fəxriyə Xələfova: “Dəb olmasaydı, həyat dayanardı”

9:33 Tələbə kreditləri haqda yeni təklif

9:29 Polkovnik: “Ermənilər hücuma keçə bilər”

9:25 “Alpinistlərin tapılmaması qeyri-peşəkarlıqdır”

9:21 ATƏT məşhur təşkilatını Azərbaycana göndərir

9:17 Bakıda gənc qadın intihara cəhd edib

9:14 Mərkəzi Bank notlarını hərraca çıxarır

9:10 Elşən Musayev: “Əli Kərimlinin cəsarəti çatıb bu gün də debata gəlsə...“

9:06 Bakıda fəhlə özünü öldürüb

9:03 İranın müdafiə nazirinin Bakı səfərinin mümkün səbəbləri

9:00 Əli İnsanov azadlığa çıxır və ölkədən gedir - Təfsilat

0:57 ABŞ kriptovalyutalara nəzarəti gücləndirəcək

0:49 Üz cizgilərinin formalaşmasını təmin edən genlər müəyyən edilib

0:36 Göygöldə yoxa çıxan gəlin tapıldı

0:28 17 türk məmur Yunanıstana qaçdı

0:14 Hava vasitəsilə enerji toplayan batareya yaradılıb

0:03 Bu gün bürcünüz nələr vəd edir?

20 FEVRAL

23:58 “Türkiyəni itirmək ABŞ-ın bölgəni itirməsi mənasına gələr”

23:44 Ramil Usubov kral Salmanla görüşdü

23:37 Ötən il Rusiya əhalisinin sayı 0,05% artıb

23:25 ABŞ-da orta məktəb atışma ilə əlaqədar təxliyyə edilib

23:11 Olimpiadada səyyar məscidlər xidmət göstərəcək

23:06 Ərdoğandan Əsəd ordusunun həmləsinə ilk reaksiya

22:58 İki dərmanın satışı qadağan edildi

22:42 Tehrandakı iğtişaşda 300 nəfər saxlanılıb

22:36 Maldiv adaları uğrunda Çin-Hindistan rəqabəti - Təhlil

22:29 Çexiyanın “Tatra” yük maşınları Azərbaycanda yığılacaq

22:16 Vahid Əhmədov: “Kənd təsərrüfatı sahəsində ikinci mərhələ başlayır”

22:03 Azərbaycanda işsizlərin sayı açıqlandı

21:55 YPG qüvvələri Afrindən geri çəkilib

21:42 Vəzifəli şəxslərin cəriməsi müəyyənləşdi

21:37 Poroşenko Donbasda ordudan istifadəni qanuniləşdirdi

21:24 İranda təyyarə qəzasında ölənlərin cəsədləri tapılıb

21:19 Komitə sədri Cocuq Mərcanlı məscidində

21:07 Bakının iki rayonunda qaz olmayacaq

20:55 Adnan Oktar: “Biz Ermənistanla sərhədləri açacağıq”

20:41 “Seçkiləri kifayət qədər beynəlxalq təşkilat müşahidə edəcək”

20:39 “ABŞ Suriyada öz regional maraqlarından əl çəkməyəcək”

20:27 Sabahdan Bakı-Sumqayıt elektrik qatarının hərəkət qrafiki dəyişir

20:14 “Erməni və Azərbaycan icmaları arasında dialoqun qurulması vacibdir”

20:03 Bakıda şirkət və mağazadan oğurluq edildi

19:58 Özbəkistan Prezidenti Azərbaycana rəsmi səfər edə bilər

19:55 “AzerGold” QSC-nin mütəxəssisləri İsveçrəyə işgüzar səfər ediblər

19:51 Bu sürücülər 50 manatadək cərimələnəcək

19:46 Xarici ölkələrdə Xocalıya aid tədbirlər keçiriləcək

19:42 Reks Tillerson: “Kim məni əsəbiləşdirir”

19:37 Böyük Vətən Müharibəsi veteranlarının prezident təqaüdü artırıldı

19:31 Sərdar Cəlaloğlu prezidentliyə namizəd oldu

19:26 Əhalinin su sayğacları ilə təmin edilməsinə 15 milyon pul ayrıldı

19:23 Əsəd ordusu Afrinə daxil oldu

19:19 AKP-MHP ittifaqı seçkiyə bu adla girəcək

19:14 Tehranda polislə dərvişlərin toqquşdu: 6 ölü

19:10 Kılıçdaroğlu: “Qardaş Azərbaycanın kədəri Türkiyənin kədəridir”

19:06 Əfv Komissiyasının növbəti iclası keçirilib

19:02 İranda böhran dərinləşir

18:57 Azərbaycan - Makedoniya matçının vaxtı və stadionu dəqiqləşib

18:53 STP Tacikistana kabel ixrac edəcək

18:48 Saxta diplomla 8 il həkimlik edən fırıldaqçı tutuldu

18:41 “Cəzalandırmasaq, sabah fəlakətlər qarşısında aciz qalacağıq”

18:36 Azərbaycan XİN Serj Sarkisyanın təbrikini şərh edib

18:34 Vətəndaşın qeydiyyat vəsiqəsi itib

18:31 Azərbaycanda 21 xarici vətəndaş saxlanılıb

18:29 FHN: “Penitensiar Xidmətin binasındakı yanğın söndürüldü”

18:27 Tanınmış rejissorda ağır xəstəlik tapıldı

18:23 İlham Əliyev sərəncam imzaladı

18:19 Sabahın məzənnəsi

18:15 Bayıl sakinlərinə kirayə haqları niyə ödənilmədi?

18:11 SOCAR-ın trest müdiri ittihamlara cavab verdi

18:09 “The Daily Caller”: Azərbaycan Amerikanın mühüm müttəfiqidir

18:05 “Kağıza “ayda 100 min” yazıb qabağıma qoydu, dedi...”

18:02 Bakıda dövlət qurumunun binası yanır

18:00 Avropa Bankı TAP-ın maliyyəsini artıracaq

17:55 ABŞ-a məxsus F-16 qırıcısının havada mühərriki alışıb

17:49 “Oğullarım ikinci ərimi, o da övladlarımı qəbul etmədi”

17:44 Fevral ayının iqlim xarakteristikası açıqlanıb

17:39 “Bayılda sürüşmə prosesi aktiv fazadadır…” – Nazirlik rəsmisi

17:34 Qvardiola baş məşqçiyə hücum etdi

17:29 Türkmənbaşı öz zirehli “Mercedes”lərini satır

17:24 Ziyafət Əsgərov MDB İcraiyyə Komitəsi sədrinin birinci müavini ilə görüşdü

17:20 Rusiya mediası: “FTX “Qazprom”da genişmiqyaslı yoxlama aparır

17:15 Rusiyada azərbaycanlılar çinli turisti qarət etdi

17:10 İş adamı Şirzad Abdullayevə verdiyi 10 milyonu tələb edir

17:05 Dubayda 3D texnologiyası ilə villalar tikiləcək

17:00 Ermənistandan Avropaya şikayətlər artır

16:55 Şəhriyar del Gerani: “Dediyim bütün fikirlərin arxasındayam”

16:50 Moskva polisi məşhur azərbaycanlı bloqeri saxladı

16:44 Göygöldə itkin düşən gənc qadın tapılıb

16:39 Ziya Məmmədov evinin yanması xəbərindən danışdı

16:34 Direktor: “Hər ay şir 400, piton ilanı 20 manatlıq yem yeyir”

16:28 Azərbaycanda seçkiləri izləyəcək MDB müşahidə missiyasının rəhbəri bəlli oldu

16:23 Peterburqda öldürülmüş azərbaycanlının meyiti tapıldı

16:16 Lənkəranskinin qatili bilindi

16:10 Boksçumuz turnirə qələbə ilə başladı

16:03 Putin Suriyadakı qoşun qruplaşmasının komandanını dəyişir

15:58 Livanlı general Tel-Əvivi hədələdi

15:53 Ərdoğan Afrinin mühasirəyə alınacağının anonsunu verdi



MÜSAHİBƏ

...

“Sabiq menecment özəlləşdirmədə maraqlı olmayıb”

Tarix 02.02.18, 15:05

Font ölçüsü : - / +
bitmap-img6

Azərbaycan Beynəlxalq Bankı (ABB) ətrafında baş verən proseslər, məhkəmə mübahisəsi, bankın özəlləşdirilməsi və bankın daxilində aparılan işlərlə bağlı suallarına ABB-nin İdarə Heyətinin sədri Xalid Əhədov müsahibə verib


PİA.AZ müsahibəni oxucularına təqdim edir:

– Xalid müəllim, əvvəlcə sonuncu məhkəmə prosesi ilə bağlı ABB-nin mövqeyini açıqlayardınız. London məhkəməsi ABB-nin xeyrinə olmayan qərar çıxarıb. Bu qərarı necə şərh edirsiniz?

 –  Gəlin, əvvəlcə dəqiqləşdirək: Azərbaycan Beynəlxalq Bankının restrukturizasiya olunan öhdəliklərinin həcmi 3,3 milyard dollardır. Bunu dəfələrlə elan etmişik ki, kreditorların 94%-i restrukturizasiya planının leyhinə səs verib.  Kreditorların yalnız 6%-i planın əleyhinə səs verib və ya səsvermədə ümumiyyətlə iştirak etməyib. Plana qarşı etiraz bildirən kreditorlar öhdəliklərin ümumi məbləği nisbətində 4 – 5% təşkil edir. Gözlənilən idi ki, bu kreditorlar hər hansı qaydada öz maraqlarını qorumağa çalışacaqlar. Və çox normal bir haldır ki, onlar bunu etdilər.

– Haqqında danışdığınız 4 – 5% -dək həmin öhdəlik nə qədər məbləğ edir? Bəzi media orqanlarında 500 milyon dollarlıq məbləğdən söhbət gedirdi.

– Xeyr, bu məbləğ 500 milyon dollar deyil. Sadəcə bankın 2014-cü ildə buraxılmış və ümumi məbləği 500 milyon ABŞ dolları olan avrobondlarından bir qismi “Franklin Tempelton” fondu tərəfindən idarə olunur. Bu məbləg 500 milyon dolların 25-30%-i civarındadır. Qiymətli kağızların sahibləri ilə bağlı identifikasiya prosesinin xüsusiyyətini  nəzərə alaraq dəqiq məbləğ barədə danışmaq olmur. 4 – 5% -dək dedikdə isə söhbət 3,3 milyard dolların 4 – 5%-dən gedir. Bunlar iki təşkilatdır: biri Rusiya “Sberbank”ı, digəri “Franklin Templeton” fondudur.

– Bu iddiaların bankın fəaliyyətinə bir təsiri olacaqmı?

– Həmin öhdəliklərin arxasında Azərbaycan dövlətinin buraxdığı qiymətli kağızlar durur. Yəni, bu məhkəmə prosesi və qərarı ABB üçün, bankın balansı üçün elə ciddi nəticələr doğura bilən hal deyil. Nəticə etibarilə məhkəmə qərarından asılı olaraq bu iki kreditor ya qeyd olunan qiymətli kağızları, ya da onların satışından əldə olunan vəsaiti alacaqlar. Yəqin bilirsiniz, biz 2017-ci ilin nəticələrini açıqlamışıq – 806 milyon manat mənfəət əldə olunub.  Bu da dövlətin dəstəyi, bankın əməliyyat modeli və digər faktorların ümumi nəticəsidir. Bu məbləğ müqabilində narazı kreditorların bizdən almaq istədikləri məbləğ bankın maliyyə vəziyyətinə təsir göstərə bilməz.

– ABB bu qərardan apellyasiya verəcəkmi?

-Bəli, təbii ki, biz də məhkəməyə müraciət edəcəyik. Bu müqavilələrin hamısı İngiltərə yuridiksiyasına aid olduğuna görə, onların məhkəmələri hansı qərar çıxaracaqsa, tərəflər ona riayət edəcək.

– Xalid müəllim, qərardan apellyasiyanı nəyə görə verəcəksiniz? Əlinizdə əsaslı arqumentləriniz var, yoxsa, sadəcə geri çəkilmək istəmirsiniz?

– Əlbəttə, əsaslarımız, bu məsələlərlə bağlı öz mövqeyimiz var. Açığı, ixtisasca hüquqşünas olmadığıma görə İngiltərə qanunvericiliyinin detallarına varmaq istəməzdim. Amma UNCITRAL çərçivə qanunu var, ölkələrarası restrukturizasiya məsələləri ilə məşğuldur. İngiltərə qanunvericiliyi də “UNCITRAL”-ın bu çərçivə qanununu tanıyaraq tətbiq edir. (Bu qanun 30 may 1997-ci il tarixində UNCITRAL- komissiyası tərəfindən bir çox dövlətlərdə aktiv və borc verən şirkətləri əhatə edən korporativ itaətsizlik və maliyyə çətinliyinin tənzimlənməsi ilə bağlı dövlətlərə kömək etmək üçün bir model qanundur – FED.az). “Banklar haqqında” Azərbaycan Respublikası Qanununa aprel ayında edilmiş dəyişikliklər də həmin qaydalar çərçivəsindədir.

Bütün dünyada bu, belə işləyir: təsəvvür edin ki, İngiltərənin kapital bazarında 200-ə yaxın ölkədən olan milyonlarla təşkilatlar borc müqavilələri bağlayır. Bu  ölkələrarası restrukturizasiya qaydalarına əsasən, ölkələrə digər ölkədə aparılan restrukturizasiya və ya iflas prosedurlarını tanınması  və universalizm prinsipinin qorunması məsləhət görülür. Ona görə də müəyyən bir qanunvericilik çərçivəsi var ki, hər şey onun əsasında həll edilir. Hər bir öhdəlik müqaviləsi üzrə onu tənzimləyən hüquq tətbiq olunsa, bu kimi proseslərdə universalizm prinsipini pozmuş olacaq. Bizim də, onların da mövqeyi var, amma nəticəsindən asılı olmayaraq bu məhkəmə prosesi nə ABB-nin  restrukturizasiyasına, nə də ki, bankımızın hər hansı maliyyə göstəricilərinə güclü bir təsiri ola biləcək məsələ deyil.

– Özünüzün də dediyiniz kimi, 2017-ci ili yaxşı göstəricilərlə, böyük mənfəətlə başa vurmusunuz. Bu mənfəətin bir hissəsini də səhmdarlarla bölüşəcəksinizmi? Yəni dividend olacaqmı?

– Bir məsələni aydınlaşdırım: bizim hesabatımızda göstərdiyimiz mənfəətimiz, əslində, yerli standartlar əsasında formalaşıb. İndi beynəlxalq standartlar əsasında hesabatımızın hazırlanmasına başlanıb. Ola bilsin ki, beynəlxalq hesabatda mənfəətin bir hissəsi gəlir və xərc vasitəsilə deyil, əlavə olunmuş kapital kimi qəbul ediləcək.

– Belə çıxır ki, beynəlxalq standartlarla hesablananda mənfəət olmaya bilər?

– Xeyr, mənfəət istənilən halda olacaq, amma ola bilər ki, onun bir hissəsi mənfəət kimi deyil, əlavə  edilmiş kapital kimi tanınsın. Yəni, bizim daxili hesabatlılıq standartları əsasında elan etdiyimiz mənfəət, əslində, bankın kapitallaşdırılması üçün nəzərdə tutulan hərəkətlərin: dövlət tərəfindən dəstəyin (toksik aktivlərin ötürülməsinin, xarici öhdəliklərin restrukturizasiyasının), bankın əməliyyat fəaliyyətinin – çünki bankın kifayət qədər yaxşı, sağlam biznesi də var ki, müəyyən gəlirlər gətirir – bankın kapitallaşması üçün edilən addımların nəticəsidir.

Bankımızın builki mənfəəti bankın tələb olunan kapitala malik olması, özəlləşdirməyə hazırlığı üçün atılan addımlar əsasında formalaşıb. Bildiyiniz kimi, özəlləşdirmə zamanı investorları cəlb edən amillərdən biri də özəlləşdirmə obyekti olan bankın nə dərəcədə güclü kapital mövqeyinin olmasıdır. Çünki təzə investor gələndə nələrə fikir verir? Fikirləşir ki, müəyyən oturuşmuş, rəqabətli bazardır, mən burada hansısa hərəkətlər etməliyəm. Daha çox risk götürməliyəmmi, yaxud şəbəkəni genişləndirməliyəmmi və ya investisiyalar etməliyəm?! Ona görə də, özəlləşdirməyə gedən bankın kapital  mövqeyi güclü olmalıdır ki, investorları cəlb eləsin. Hökumətin apardığı tədbirlər çərçivəsində bankın güclü kapital mövqeyi həm bir növ özəlləşdirmə ərəfəsindəki məsələlər üçündür, həm də əvvəlki illərdə bankın külli-miqdarda itirdiyi kapital mövqeyinin bərpasına xidmət edir.

– Xalid müəllim, siz özəlləşdirmə mövzusuna toxundunuz, ümumiyyətlə bu sahədə vəziyyət necədir? Gəzən məlumatlara görə, ABB-nin özəlləşdirilməsi ilə bir neçə böyük investor maraqlanır.

– Bildiyiniz kimi, ABB Azərbaycan dövlətinin mülkiyyətidir və qanunvericiliyə görə, bankın özəlləşdirilməsi prosesinə cavabdeh olan dövlət orqanı – Əmlak Məsələləri Dövlət Komitəsidir. Dövlətin adından bankın idarə edilməsinə və fəaliyyətinə nəzarəti həyata keçirən orqan isə Maliyyə Nazirliyidir. Siz dövlət rəsmilərimizin bankın özəlləşdirilməsinə hazırlıq barədə açıqlamaları ilə tanış olmusunuz. Özəlləşdirilmədən əvvəl isə bizim “home work”umuz,  “ev tapşırıqlarımız” var.  Bu tapşırıqlardan biri bankın balansının gücləndirilməsi, yəni maliyyə sağlamlaşdırılması idi.

– Bəs, ikinci “ev tapşırığı” nədir?

– Təsəvvür edin, siz investorsunuz, hər hansı aktivi alanda təkcə onun bu gün hansı vəziyyətdə sağlam olması deyil, həm də gələcəkdə hansı iqtisadi faydaları gətirəcəyi barədə təsəvvürlərə malik olmalısınız. Özəlləşdirmə, daha çox, gələcəyə baxışdır. İndiyədək gördüyümüz işlər isə keçmişin problemləri idi. Biz keçmişin prolemlərini aradan qaldırmışıq.

Gələcək üçün əsas məsələ, bankın uzunmüddətli, davamlı biznes modelinin qurulmasıdır. Hazırda onun üzərində çalışırıq. İkinci “ev tapşırığımız” da budur. Yaxın üç il üzrə bankın biznes strategiyası üzərində işləyirik.

İnvestorlar bankın özəlləşdirilməsi məsələsini investisiya komitəsində müzakirə edəndə, onların içərisində həm bu aktivi almaqda maraqlı olan, həm də riskləri nəzərə alaraq buna qarşı çıxanlar olur. Almağın tərəfdarı olan qruplar bildirir ki, bankın güclü biznes strategiyası var, bu strategiyanı dünyada tanınan şirkət yazıb, təsdiqləyib, makroiqtisadi durumla bağlı proqnozlar belədir, Beynəlxalq Valyuta Fondu və digər qurumlar vəziyyəti belə görür və s. Bu durumda biz də bankın menecmenti olaraq öz “ev tapşırıqlarımızı” yerinə yetirməklə məşğuluq.

– Xalid müəllim, ABB-nin özəlləşdirilməsində hökmən strateji investor olmalıdır, yoxsa, başqa variant, məsələn İPO (səhmlərin ictimai yerləşdirilməsi) da ola bilər?

– İPO özü böyük mövzudur, iki siyahılı variant ola bilər, səhmlər yerli və ya xarici birjalarda buraxıla bilər və s. Amma bunun üçün kapital bazarlarındakı durum da əlverişli olmalıdır. Bir də müəyyən “institusional yaddaş” məsələsi də var. Baxın, bank yenicə restrukturizasiya mərhələsindən keçib. Bu proses kapital bazarlarının, xüsusən də xarici kapital bazarlarının münasibətinə müəyyən təsir göstərməmiş deyil. Bu baxımdan, xarici kapital bazarlarının ABB ilə bağlı “institutsional yaddaşı” da özəlləşmə prosesinə hazır olmalıdır.

– Demək istəyirsiniz ki, hazırda ABB ilə bağlı “institusional yaddaş” mənfidir?

-Deməzdim ki, mənfidir. Bilirsiniz, xarici investorlar bizneslə məşğuldurlar. Haradasa qazanırlar, haradasa itirirlər, sonra yenə həmin bazara qayıdırlar və s. Azərbaycan Beynəlxalq Bankı da tarixən xarici kapital bazarları üçün maraqlı təsisat olub. Amma indi bizim üçün, xarici kapital bazarlarına çıxışdan da vacib məsələ xaricdən cəlb etdiyimiz vəsaitlərin yerləşdirilməsi üçün ölkə daxilində yaxşı layihələrimizin olmasıdır. Ona görə də hazırda borc götürməyə o qədər də maraqlı deyilik.

 –  Yəni, bütün banklarda olan izafi likvidlik sizdə də var.

– Var, bəli, sözsüz ki var.

 – Bu likvidliyi reallaşdırmaq üçün nə etmək niyyətindəsiniz? Məsələn, 2018-ci ildə bazara yeni məhsullar çıxaracaqsınızmı? Yanaşmanız necə olacaq, korporativ sektora üz tutacaqsınız, yoxsa, istehlakda güclənəcəksiniz?

– Sözsüz ki, yeni məhsullarımız olacaq. ABB kimi iri təşkilatlar iqtisadi konyukturanın dəyişməsi ilə paralel irəliləyir. Biznes strategiyası ümumi iqtisadi vəziyyətlə eyni səmtdə qurulur. Özünüz də müşahidə etdiyiniz kimi, ölkəmizdə bir çox sektorlar üzrə canlanmalar var. Həmin sektorlardakı layihələrin maliyyələşdirilməsində biz də maraqlıyıq. Bu da daxildə yenidən təşkilatlanmağımızı zəruri edir. Məsələn, bankda artıq portfelin strukturu dəyişir. Böyük kreditlərlə və ya orta kreditlərlə məşğul olan əməkdaşların təcrübələri fərqlidir. Bu təcrübələrdən məqsədyönlü şəkildə istifadə olunmalıdır. Buna görə indi bizim daxilimizdə də müəyyən işlər gedir, buna infrastruktur işləri deyirəm. Bizim əsas “ev tapşırıqlarımız”, yəni özəlləşdirməyə hazırlıqlarımız bitdikcə, xarici hədəflərə yönəlik işlərimiz də genişlənməyə başlayacaq.

– Dediyiniz reallıqları nəzərə almaqla bankın filial şəbəkəsinə, ümumiyyətlə, infrastrukturuna dəyişikliklər etmək niyyətindəsinizmi?

– İndi bütün dünyada baş verən trenddir ki, istifadəçilər, daha çox, rəqəmsallığa, elektron bankçılığa meyl göstərirlər. Təbii ki, bu məsələ şəbəkəyə də təsir edir və edəcək. Amma sizə bir şey deyim, hətta Qərbdə, baxmayaraq ki, orada texnologiyalara bağlılıq daha böyükdür, filial şəbəkəsi hələ də bank sektorunda kifayət qədər önəmli satış kanalı olaraq qalır. Məsələn, İspaniyanı nümunə gətirim. Bu ölkədə, bank sektoru kifayət qədər inkişaf edib. Bank filiallarının sayına görə isə İspaniya indi də dünyada ilk yerlərdən birini tutur. Burada yetkin yaşlı əhalinin hər yüz min nəfərinə, təxminən, 61 bank filialı düşür. Bizsə filial şəbəkəsində dəyişiklik edə bilərik, bu, biznes strategiyamızdan asılıdır.

– Bankın özəlləşməsi prosesi nə vaxt başlanacaq?

– Dediyim kimi, bu, menecmentin səlahiyyətindən kənar məsələdir. Biz öz “ev tapşırıqlarımıza” cavabdehik. İndi bankın audit hesabatı hazırlanır, doğrudur, ötən il üzrə göstəricilərimizi və mənfəətimizi elan etmişik. Amma indi bunu auditorlar təsdiqləməlidirlər, ötən ilin auditi bitməlidir. Bundan başqa, hazırda xarici məsləhətçi seçimi üzrə işlər gedir. Xarici məsləhətçi bank üçün özəlləşdirmə strategiyası hazırlayacaq, sonra bu strategiyanın təqdimatları keçiriləcək. Bu zaman hökumət müəyyən edəcək ki, o hansı növ investorların cəlbində maraqlıdır, biz də biləcəyik ki, kimə hədəflənməliyik və s. Təqdimatlarda bankın performansları, strategiyası, komandası, aktivləri və s. – yəni, “sərmayə hekayəsi” barədə ətraflı məlumatlar əksini tapacaq. Ondan sonra isə özəlləşdirməyə cavabdeh orqan məsləhətçi seçəcək, məsləhətçi bankı qiymətləndirəcək, sonra danışıqlar aparılacaq.

– Xalid müəllim, ABB-nin özəlləşdirilməsi sizcə, mümkün olacaqmı? Çünki bununla bağlı qabaqlar da bir neçə dəfə cəhdlər olub. Hələ mərhum Prezident Heydər Əliyev bununla bağlı fərman vermişdi. Həmin fərmanda strateji investorun adı da çəkilirdi. Amma son nəticədə bu məsələ alınmadı. Sizcə bu dəfə bu işi başa çatdırmaq mümkün olacaqmı?

– Bildiyim qədər, o vaxt məsələ bir qədər fərqli olub. Bankın sabiq menecmenti özəlləşdirmədə maraqlı olmayıb və s. Amma indi tamam başqa reallıqlardır. Hökumətin özəlləşdirməyə cavabdeh orqanının qərarları əsasında müvafiq addımları görəcəyik. Bizsə öz “ev tapşırıqlarımızı” əla qiymətlə yerinə yetirmək niyyətindəyik!(FED.az)

 pia.az










Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


MÜSAHİBƏ

design-img

Vernisaj

“Türkiyəni itirmək ABŞ-ın bölgəni itirməsi mənasına gələr”

bitmap-img3

Rakurs

Bir villanın izi ilə … “Kristal CF” şefi haqda şok məlumatlar

bitmap-img3

Seçmələr

Xaləddin İsgəndərovdan “qardaşoğlu” əməliyatı - Biri qovuldu, digəri...

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru