rezonans

Xəbər xətti

23 İYUN

19:33 Zakir Həsənov Mənzil İstismar İdarəsinin yeni inzibati binasının açılışında iştirak edib

19:27 Sabah Bakıda 34 dərəcə isti olacaq

19:22 DÇ-2018: Belçika Tunisə 5:2 hesabı ilə qalib gəlib

19:17 Müdafiə sənayesi naziri Yavər Camalov vəfat edib

18:58 İran ordusunun generalı Suriyada öldürülüb

18:47 Elçibəy: Zaamanüstü insan

18:40 Putin gələn həftə ABŞ milli təhlükəsizlik müşaviri ilə görüşə bilər

18:20 Rusiyada azarkeşləri daşıyan təyyarədə yanğın – Video

18:09 İlqar Mikayıloğlunun xanımı xəstəxanada

18:05 Bayram tədbirlərində iştirak edəcək Türkiyə təyyarələri Azərbaycana gəlib

17:50 Şakirinin futbol ayaqqabısı siyasi qalmaqal yaradıb

17:25 “Cəbhə xəttindəki əməliyyat şəraiti qoşunlarımızın tam nəzarəti altındadır"

17:13 “Rusiyalılar Putinin xarici avantüralarına görə çox bədəl ödəyəcəklər”

17:09 Yardımlıda 27 yaşlı oğlan baltalanıb

17:05 Sabirabad rayonunda zəhərlənmə hadisəsi baş verməyib - Açıqlama

16:44 Magistraturaya qəbul üçün keçirilmiş müsabiqənin nəticələri elan olunub

16:33 OPEC və qeyri-OPEC ölkələrinin Nazirlər Şurasının növbəti iclasının Bakıda keçirilməsi təklif edilib

16:25 Xızı sakinindən silah-sursat götürülüb

16:09 DİN-in Ali Hərbi Məktəbinin təntənəli açılışı olub

16:05 Dəniz nəqliyyatı işçiləri təltif edilib

15:59 4 yaşlı uşağın üzərinə qaynar su töküldü

15:52 Prezident Sloveniya, Xorvatiya və Mozambik prezidentlərini təbrik edib

15:47 Ermənilər Qarabağda Azərbaycan ordusunun zərbəsini dəf etməyə hazırlaşırlar

15:40 Putin, Maduro, Orteqa, Bəşər Əsəd... separatçı bölgəyə dəvət aldı

15:32 10 nəfər narkoman edam olundu

15:25 DİN 17 tona yaxın narkotik vasitəni məhv etdi

15:13 Tovuzda 33 yaşlı qadın intihara cəhd edib

15:06 Mehdi Hüseynzadənin 100 illiyi keçiriləcək

14:57 Şərqi Avropa əhalisinin sayı kəskin şəkildə azalır

14:51 Azyaşlının xəsarət aldığı uşaq bağçasında iki nəfər işdən çıxarıldı

14:46 Kürdəmirdə maşın aşdı, 3 nəfər xəsarət aldı

14:40 Prezident bir qrup səhiyyə işçisini “Tərəqqi” medalı ilə təltif edib

14:32 Akif Əlizadə AMEA-nın prezidenti vəzifəsinə təsdiq edildi

14:23 Ötən il Azərbaycanda 1000 universitet məzunu diplom ala bilməyib

14:14 Pambıqçıların daha bir kütləvi zəhərlənməsi baş verdi - Sabirabadda

14:06 Qəssab: “Bakıda ətin kilosu 15 manata qalxacaq”

14:00 DİN: “Ötən gün ərzində 103 cinayət faktı qeydə alınıb”

13:52 Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Şanxayda olub

13:40 2 yaşlı körpə üçüncü mərtəbədən yıxıldı

13:32 Bəzi yerlərdə yağış yağacaq, leysan olacaq, dolu düşəcək

13:05 Yeni gömrük-keçid məntəqəsi inşa olunacaq

12:58 Neymar niyə ağladığını açıqladı

12:50 Sabah Türkiyədə prezident və parlament seçkiləridir

12:44 “Greencard” udan azərbaycanlı reper ABŞ-a köçdü

12:37 Paşinyanın müşaviri: “Sarkisyan Qarabağ üzrə danışıqlarda iştirak edəcək”

12:30 Salah Çeçenistanın fəxri vətəndaşı oldu

12:19 Övladlığa uşaq götürən xarici məşhurlar

12:11 Bakıda sakini evində öldürülüb

12:06 Neft bazarında yeni valyuta - Yuan

11:55 Bakıda yaşayış binasında yanğın başlayıb

11:44 Oğuzda zəlzələ olub - 3 bal gücündə

11:35 Şirvanda 22 yaşlı oğlan itkin düşüb

11:27 Elmlər Akademiyası yaxınlığında yeni Azercell Eksklüziv!

11:20 İlham Əliyev Tayeb Louhunu qəbul edib

11:08 Rusiyada təyyarə qəzaya düşüb

11:02 Bu gün Bakının bir hissəsində su olmayacaq

10:53 Çeçen “vorlar” yığışıb belə qərar verdi: “Şeyx Həmzət” heç kimdir

10:47 Londonda güclü yanğın - Foto

10:36 ATƏT-in daimi nümayəndələr qrupu məlumat yayıb

10:30 Türkiyədə zəlzələ olub - 5 bala yaxın

10:23 “Azərbaycan və Əfqanıstan arasında əlaqələr ən yüksək səviyyədədir”

10:15 DÇ-2018: Daha 3 oyuna hakim təyinatları bəlli oldu

10:10 Neft bahalaşıb

10:05 Hüseyn Abdullayevlə Eldar Mahmudovun əlaqələri təsbit olunub - iddia

10:00 Atəşkəs 87 dəfə pozulub

0:59 Əməliyyatla kişi olan Rüzgarın yarıçılpaq fotosu təəccübləndirdi

0:47 Mbappe Fransanın tarixinə düşdü

0:34 Dəhşətli istilər gəlir: minlərlə insan təhlükədə - Alimlərdən xəbərdarlıq

0:21 Bu yoldan istifadə təhlükəlidir - Video

0:13 “Çelsi” müdafiəçini transfer etməyə çalışır

0:02 Bu gün bürcünüz nələr vəd edir?

22 İYUN

23:59 Bəşər Əsəd: “Trampla danışıqlar aparmaq vaxt itkisidir”

23:54 Azərbaycanda daha bir bağçada uşağa qarşı zorakılıq - Fotolar

23:48 Beyləqanda 2 hektar biçilmiş taxıl sahəsi yandı

23:42 BMT Rusiyanı qoşunlarını Dnestryanıdan çıxartmağa çağırıb

23:36 Xəzər necə bölüşdürülür... - Açıqlandı

23:36 ETSN “Azərkosmos”la memorandum imzaladı

23:30 Sumqayıt sakini qapısına gələn “su pulu yığan”ı bıçaqlayıb

23:24 Tatarıstanda yaşayış binasında qaz partlayıb, ölən və xəsarət alanlar var

23:18 Ermənistanın müdafiə naziri Azərbaycanla sərhəddə - Foto

23:12 Bakıda məşhur klinikada inanılmaz hadisə

23:06 Azərbaycanda yenilik: dini kadrları bu institut hazırlayacaq - Foto

23:00 Ukraynada Azərbaycan Ticarət Evi açıldı - Fotolar

22:55 Türkiyəli məşhurların Azərbaycandakı milyonluq biznesləri

22:49 46 yaşlı kişi damdan yıxılaraq ağır xəsarət alıb

22:43 Qüdsi Osmanov haradadır?

22:37 Gün eynəklərindən istifadə edənlərə xəbərdarlıq – Video

22:31 İranda 36 polis əməkdaşının qətlində təqsirləndirilən terrorçu həbs edilib

22:25 Hafiz Hacıyev: “Araşdırsınlar o qız hansı partiyanın üzvüdür....”

22:19 “Proqres” – “Qəbələ” matçının başlama saatı açıqlandı

22:13 Nazir: “Təhsilə qoyulan investisiya ən yaxşı investisiyadır”

22:07 DÇ-2018: Nigeriya millisi islandlara heç bir şans vermədi

22:01 Eldar Baxışın oğlu: “Evimizi satıb, atamın qəbrinin üstünü götürdük”

21:56 “Bu kimi sözləri yalnız İran və Azərbaycan düşmənlərini sevindir” - Səfirlik

21:50 Tramp Avropanı hədələdi

21:44 Maliyyə naziri: “Spirtli içki və tütünə aksizlərin alınması üçün...”

21:38 Məhərrəm İncə prezident seçilsə, onları həbs edəcək

21:32 Argentinalı fanatlar oyun zamanı xorvatiyalı azarkeşi döyüblər - Video

21:26 “Azərbaycanın ölkəyə investisiyaları 20 mlrd. dolları keçəcək”

21:20 Bakıda avtomatika sahəsində beynəlxalq konfrans keçiriləcək

21:14 Mehmet Şimşək: “Türkiyədə fövqəladə vəziyyət ləğv ediləcək”

21:08 AİB İdarə Heyəti Şurasının üzvləri prezidentin qəbulunda - Foto

21:02 MDB-nin ən kasıb ölkələrinin adları açıqlandı

20:57 Sabiq nazirin qohumuna bəraət istənildi

20:51 Tramp Şimali Koreyaya qarşı sanksiyaları daha bir il müddətinə uzadıb

20:45 32 yaşlı Goranboy sakini intihar edib

20:39 Bu il Türkiyəyə nə qədər azərbaycanlı turist gedib?

20:33 Həbsdə olan şəxsə heroin ötürülməsinin qarşısı alınıb

20:27 Səməd Seyidov AŞPA-nın yay sessiyasında iştirak edəcək

20:21 Almanların 40 faizdən çoxu Merkelin kansler postundan getməsini istəyir

20:15 Şirvan sakini qətlə yetirildi

20:09 Əli Həsənov: “Azərbaycanda azad media formalaşıb”

20:03 Çavuşoğlu PKK terrorçularının gizləndiyi yeri açıqladı

19:58 Azərbaycan Premyer Liqasında növbəti mövsümün başlama vaxtı açıqlandı

19:52 Ağdamda kollec direktoru qəzaya düşdü

19:46 Bakıda yol polisləri sürücünü döyüb? - Rəsmi açıqlama+ Video

19:40 Kosta-Rika da mundialla qrupda vidalaşdı

19:34 Xəzəryanı ölkələr sualtı boru kəmərləri çəkə biləcək

19:28 Narkotacirlərin qənimi olan qəhrəman köpəklər... - Kinoloji Mərkəzdən Fotolar

19:22 Azərbaycanda tülküyə işgəncə verən şəxs cərimələndi



MÜSAHİBƏ

...

“SSRİ səfiri 1958-ci ildə keçirdiyimiz toplantıya qatılmışdı”

Tarix 03.06.18, 11:35

Font ölçüsü : - / +
bitmap-img6


Müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 ili tamam olur


Cümhuriyyətin qurucusu, görkəmli dövlət xadimi Məhəmməd Əmin Rəsulzadə milli dövlətin süqutundan sonra Azərbaycan milli istiqlal hərəkatının rəhbəri kimi fəaliyyətini Türkiyədə davam etdirib.

Onun təşəbbüsü ilə 1949-cu ilin fevralında Ankara şəhərində Azərbaycan Kültür Dərnəyi qurulub. Bu təşkilatın yaranması dünyada Azərbaycan diasporunun təşkilatlanması sahəsində çox mühüm addım olub.

Rəsulzadənin Ankaradakı həyatı, Azərbaycan Kültür Dərnəyinin onun vəfatından sonrakı fəaliyyəti haqqında hazırda dərnəyə rəhbərlik edən Cəmil Ünalla həmsöhbət olduq.

– Cəmil bəy, sovet işğalından sonra M.Ə.Rəsulzadənin mühacirət dövrü başlayır. O, öncə Finlandiya, sonra Qərbi Avropaya və oradan Türkiyəyə gəlmişdi. Azərbaycan Kültür Dərnəyi mühacirətdə Azərbaycan adına yaradılan ilk qurum idi?

– M.Ə.Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra müxtəlif xarici ölkələrə mühacirətə getməyə məcbur olan azərbaycanlıların istiqlal mübarizəsini vahid mərkəzdən idarə etmək məqsədilə hələ 1924-cü ildə İstanbulda Azərbaycan Milli Mərkəzini (AMM) qurmuşdu. Mərkəz Azərbaycan milli davasına xidmət edən demək olar ki, hər kəsi ətrafına toplamışdı. Amma onun rəsmi qeydiyyatı, daimi məkanı yox idi. Ona görə də Azərbaycanla bağlı konfranslar, toplantılar keçirən, özünün yeri, rəsmi qeydiyyatı olan təşkilata ehtiyac vardı və 1949-cu ildə Türkiyə qanunlarına uyğun şəkildə Azərbaycan Kültür Dərnəyi quruldu. Azərbaycan Milli Mərkəzi də bu günə qədər bizim dərnəyin tərkibindədir. Dərnəyin təşkilatçılığı ilə ilk toplantılar 1949-50-ci illərdə xalq evlərində keçirildi. Bundan sonra bir yayın orqanına ehtiyac duyulduğu üçün 1952-ci ildən etibarən dərnəyin dərgisi nəşrə başladı.

 – Dərnəyin ilk toplantılarında nələr önə çəkilmişdi, müzakirə edilmişdi? Rəsulzadənin vəfatından sonra dərnək fəaliyyətini necə davam etdirdi?

– Azərbaycan Kültür Dərnəyi öz keçmişi və bu günü ilə Azərbaycan tarixində, istiqlal mübarizəmiz tarixində önəmli yeri olan bir qurum, milli ocaqdır. Dərnək əvvəla, mədəniyyət fəaliyyətləri ilə işə başlamışdı. Eyni zamanda Azərbaycan milli davasını, Cümhuriyyət tarixini tanıdan müxtəlif tədbirlər keçirilirdi. Rəsulzadənin vəfatından sonra da bu fəaliyyət davam etdi. Hər il 28 Mayı – milli bayramımızı qeyd edərdik. 27 apreldə isə Azərbaycanın istiqlalına son qoyan sovet işğalını lənətləmişik. Bu tədbirlər Ankarada əsasən iki böyük yerdə keçirilirdi. Onun biri Sihiyyedəki Ordu evi idi. O salonu hər kəsə verməzdilər, amma bizim dərnəyə hər zaman verilirdi. Digər məkan “Ankara Palas” idi. Hələ 1920-ci illərdə xarici missiyaların olduğu tarixi bir binadır. O zaman Türkiyənin rəhbər şəxsləri, nazirlər, millət vəkilləri bizim tədbirlərdə iştirak edirdi.
Azərbaycan gecələri bir növ Azərbaycanın, milli davamızın səsi olurdu. Proqramda Azərbaycanın bütün mədəniyyəti əks olunurdu: mahnılar, şeirlər, rəqslər, folklor nümunələri. Orda Azərbaycan davası yaşadılırdı. Hətta 1958-ci ildə keçirdiyimiz bir toplantıda Rusiya səfiri də iştirak etmişdi. Amma mənim nitqimdən sonra tədbiri tərk etdi. Çünki mən dedim ki, bizim gerçək vətənimizin sərhədləri Qarsda başlayıb Ədirnədə bitməz. Qafqazlardan, Altaylardan, Xəzərdən başlar… Hətta səfir bu sözlərimlə bağlı nota da vermişdi. (Bu arada Cəmil bəy həmin dövrə aid bir fotoşəkil göstərir). Bu şəkil 1958-ci ildə çəkilib. “Türk Ocaqları”nda Azərbaycanın İstiqlal gününü qeyd edirik. Çıxış edən də mənəm. O zaman mən də Azərbaycan Kültür Dərnəyinin üzvü idim. Ankarada qarslı tələbələrdən ibarət “Qars Yüksək Təhsil Tələbə Cəmiyyəti”ni qurduq. Lətif Akyüzüm onun başçısı idi. Onun qardaşlarının da dərnəkdə böyük əməyi olmuşdu. Cəmiyyət 500 tələbəni birləşdirirdi. Hamısı Azərbaycan davasına və Azərbaycan Kültür Dərnəyinin fəaliyyətlərinə sahib çıxanlar idi. Azərbaycan mədəniyyətinin Türkiyədə yaşadılmasında da bu cəmiyyət böyük fəaliyyət göstərmişdi. Bir düşünün, bundan 60 il əvvəl Qarsda “Məşədi İbad” daxil olmaqla, digər Azərbaycan tamaşaları səhnəyə qoyulurdu. Azərbaycanın milli rəqsləri ifa olunur, musiqilər səslənirdi. Məsələn, “Qubanın ağ alması” “İqdırın ağ alması” kimi ifa edilirdi. Bunun kimi yüzlərcə Azərbaycan mədəniyyəti, sənət nümunəsi yaşadılıb burda. Gələn il Azərbaycan Kültür Dərnəyi 70 yaşını qeyd edəcək. Türkiyədə 70 il mövcud olan belə qurumlar azdır. Bura Türk dünyasının önəmli bir ocağıdır.

– Cəmil bəy, Rəsulzadəni şəxsən görən adamlardan birisiniz. Onu necə xatırlayırsınız?

– Türklərin bir sözü var: adam kimi adam. Hər şeyini doğma vətənində qoyub gəlmişdi. Vətənsiz yaşamaq asan deyildi. Amma buna rəğmən duyğularını büruzə vermirdi. Hər zaman milli davanın arxasında dağ kimi dayanan, cəsarətini və ümidini heç vaxt itirməyən bir dövlət adamı idi. Bu baxımdan onu daha yaxşı tanımağımız lazımdır.

– Ölümündən sonra şəxsi əşyalarının aqibəti necə oldu?

– Onun çox əşyası yox idi ki. Azərbaycandan yalnız üçrəngli bayrağı gətirmişdi. Son nəfəsinə qədər Azərbaycan istiqlal mücadiləsi üçün əlindən gələni etdi. 1920-ci ildə qoynunda apardığı Azərbaycan bayrağını ömrü boyu qorudu. 1955-ci ildə dəfni zamanı tabutu üçrəngli Azərbaycan bayrağına bükülmüşdü. Bayraq onun vəfatından sonra da burada, dərnəkdə idi. 1992-ci ildə Ankarada Azərbaycanın səfirliyi açılanda həmin bayrağı Azərbaycan rəsmilərinə təqdim etdik.

– Dərnəyin Rəsulzadədən sonrakı rəhbərləri ilə bağlı nə deyə bilərsiniz? Onlar necə qalıb yaddaşınızda?

– Dərnəkdə olan dostların hamısı milli duyğulara sahib idilər. Dərnəyə rəhbərlik edənlər də milli davaya inanan, ona heç bir zaman xələl gətirməyən, bütün çətinliklərə rəğmən Azərbaycan milli davasını başlarının üzərində daşıyan insanlardı. Onların böyük əməyi var. Yoxsa bu qurum 70 ildən bəri ayaqda durmazdı. Onlar bu cəmiyyətin içində yetişən insanlardı. Azərbaycanın istiqlalı üçün böyük səylər göstərdilər. Amma təəssüf ki, onların çoxu Azərbaycanın bugünkü istiqlalını görə bilmədilər. Lakin onlardan bayrağı təhvil alan, onların davamçıları olan gənc dostlarımız bu şəxsiyyətlərin əvəzinə milli bayrağı, istiqlal bayramını gördülər. Bu da əlbəttə ki, önəmli tarixi bir hadisədir.

 (Ankara,“Mədəniyyət” qəzeti)


pia.az









Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


MÜSAHİBƏ

design-img

Vernisaj

Ermənilər Qarabağda Azərbaycan ordusunun zərbəsini dəf etməyə hazırlaşırlar

bitmap-img3

Rakurs

Vergilər Nazirliyi Yanında Lokal Gəlirlər Departamentində nə baş verir?

bitmap-img3

Seçmələr

Pambıq tarlalarında insanları zəhərləyən iki inhisarçı

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru