Bazar ertəsi, 21 Yanvar 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

“Rusiya Italiyanın Qarabağ münaqişəsinin nizamlanmasında səylərini dəstəkləyəcək”

Rusiya ATƏT-in İtaliya sədrliyinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində səylərini dəstəkləyəcək


Bunu ATƏT-in Daimi Şurasının Vyanada keçirilən xüsusi iclasında Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç təşkilata sədrlik edən İtaliyanın xarici işlər naziri Angelino Alfanonun çıxışına cavab olaraq bəyanatında bildirib.

"Bərabərhüquqlu əməkdaşlıq əvəzinə "ikili standartlar" görürük və ayrı-ayrı millətlərin və ölkələrin "müstəsnalığı" barədə bəyanatlar eşidirik. Bütün bunlar problemləri və münaqişələri həll etməyə kömək etmir, əksinə onları yaradır", - deyə Lukaşeviç bildirib.

O həmçinin qeyd edib ki, Moskva sədrliyin regional münaqişələrin həlli üzrə səylərinin davam etdirilməsini dəstəkləyir.(trend)

pia.az
Etiket:
loading...