rezonans

Xəbər xətti

23 İYUN

19:33 Zakir Həsənov Mənzil İstismar İdarəsinin yeni inzibati binasının açılışında iştirak edib

19:27 Sabah Bakıda 34 dərəcə isti olacaq

19:22 DÇ-2018: Belçika Tunisə 5:2 hesabı ilə qalib gəlib

19:17 Müdafiə sənayesi naziri Yavər Camalov vəfat edib

18:58 İran ordusunun generalı Suriyada öldürülüb

18:47 Elçibəy: Zaamanüstü insan

18:40 Putin gələn həftə ABŞ milli təhlükəsizlik müşaviri ilə görüşə bilər

18:20 Rusiyada azarkeşləri daşıyan təyyarədə yanğın – Video

18:09 İlqar Mikayıloğlunun xanımı xəstəxanada

18:05 Bayram tədbirlərində iştirak edəcək Türkiyə təyyarələri Azərbaycana gəlib

17:50 Şakirinin futbol ayaqqabısı siyasi qalmaqal yaradıb

17:25 “Cəbhə xəttindəki əməliyyat şəraiti qoşunlarımızın tam nəzarəti altındadır"

17:13 “Rusiyalılar Putinin xarici avantüralarına görə çox bədəl ödəyəcəklər”

17:09 Yardımlıda 27 yaşlı oğlan baltalanıb

17:05 Sabirabad rayonunda zəhərlənmə hadisəsi baş verməyib - Açıqlama

16:44 Magistraturaya qəbul üçün keçirilmiş müsabiqənin nəticələri elan olunub

16:33 OPEC və qeyri-OPEC ölkələrinin Nazirlər Şurasının növbəti iclasının Bakıda keçirilməsi təklif edilib

16:25 Xızı sakinindən silah-sursat götürülüb

16:09 DİN-in Ali Hərbi Məktəbinin təntənəli açılışı olub

16:05 Dəniz nəqliyyatı işçiləri təltif edilib

15:59 4 yaşlı uşağın üzərinə qaynar su töküldü

15:52 Prezident Sloveniya, Xorvatiya və Mozambik prezidentlərini təbrik edib

15:47 Ermənilər Qarabağda Azərbaycan ordusunun zərbəsini dəf etməyə hazırlaşırlar

15:40 Putin, Maduro, Orteqa, Bəşər Əsəd... separatçı bölgəyə dəvət aldı

15:32 10 nəfər narkoman edam olundu

15:25 DİN 17 tona yaxın narkotik vasitəni məhv etdi

15:13 Tovuzda 33 yaşlı qadın intihara cəhd edib

15:06 Mehdi Hüseynzadənin 100 illiyi keçiriləcək

14:57 Şərqi Avropa əhalisinin sayı kəskin şəkildə azalır

14:51 Azyaşlının xəsarət aldığı uşaq bağçasında iki nəfər işdən çıxarıldı

14:46 Kürdəmirdə maşın aşdı, 3 nəfər xəsarət aldı

14:40 Prezident bir qrup səhiyyə işçisini “Tərəqqi” medalı ilə təltif edib

14:32 Akif Əlizadə AMEA-nın prezidenti vəzifəsinə təsdiq edildi

14:23 Ötən il Azərbaycanda 1000 universitet məzunu diplom ala bilməyib

14:14 Pambıqçıların daha bir kütləvi zəhərlənməsi baş verdi - Sabirabadda

14:06 Qəssab: “Bakıda ətin kilosu 15 manata qalxacaq”

14:00 DİN: “Ötən gün ərzində 103 cinayət faktı qeydə alınıb”

13:52 Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Şanxayda olub

13:40 2 yaşlı körpə üçüncü mərtəbədən yıxıldı

13:32 Bəzi yerlərdə yağış yağacaq, leysan olacaq, dolu düşəcək

13:05 Yeni gömrük-keçid məntəqəsi inşa olunacaq

12:58 Neymar niyə ağladığını açıqladı

12:50 Sabah Türkiyədə prezident və parlament seçkiləridir

12:44 “Greencard” udan azərbaycanlı reper ABŞ-a köçdü

12:37 Paşinyanın müşaviri: “Sarkisyan Qarabağ üzrə danışıqlarda iştirak edəcək”

12:30 Salah Çeçenistanın fəxri vətəndaşı oldu

12:19 Övladlığa uşaq götürən xarici məşhurlar

12:11 Bakıda sakini evində öldürülüb

12:06 Neft bazarında yeni valyuta - Yuan

11:55 Bakıda yaşayış binasında yanğın başlayıb

11:44 Oğuzda zəlzələ olub - 3 bal gücündə

11:35 Şirvanda 22 yaşlı oğlan itkin düşüb

11:27 Elmlər Akademiyası yaxınlığında yeni Azercell Eksklüziv!

11:20 İlham Əliyev Tayeb Louhunu qəbul edib

11:08 Rusiyada təyyarə qəzaya düşüb

11:02 Bu gün Bakının bir hissəsində su olmayacaq

10:53 Çeçen “vorlar” yığışıb belə qərar verdi: “Şeyx Həmzət” heç kimdir

10:47 Londonda güclü yanğın - Foto

10:36 ATƏT-in daimi nümayəndələr qrupu məlumat yayıb

10:30 Türkiyədə zəlzələ olub - 5 bala yaxın

10:23 “Azərbaycan və Əfqanıstan arasında əlaqələr ən yüksək səviyyədədir”

10:15 DÇ-2018: Daha 3 oyuna hakim təyinatları bəlli oldu

10:10 Neft bahalaşıb

10:05 Hüseyn Abdullayevlə Eldar Mahmudovun əlaqələri təsbit olunub - iddia

10:00 Atəşkəs 87 dəfə pozulub

0:59 Əməliyyatla kişi olan Rüzgarın yarıçılpaq fotosu təəccübləndirdi

0:47 Mbappe Fransanın tarixinə düşdü

0:34 Dəhşətli istilər gəlir: minlərlə insan təhlükədə - Alimlərdən xəbərdarlıq

0:21 Bu yoldan istifadə təhlükəlidir - Video

0:13 “Çelsi” müdafiəçini transfer etməyə çalışır

0:02 Bu gün bürcünüz nələr vəd edir?

22 İYUN

23:59 Bəşər Əsəd: “Trampla danışıqlar aparmaq vaxt itkisidir”

23:54 Azərbaycanda daha bir bağçada uşağa qarşı zorakılıq - Fotolar

23:48 Beyləqanda 2 hektar biçilmiş taxıl sahəsi yandı

23:42 BMT Rusiyanı qoşunlarını Dnestryanıdan çıxartmağa çağırıb

23:36 Xəzər necə bölüşdürülür... - Açıqlandı

23:36 ETSN “Azərkosmos”la memorandum imzaladı

23:30 Sumqayıt sakini qapısına gələn “su pulu yığan”ı bıçaqlayıb

23:24 Tatarıstanda yaşayış binasında qaz partlayıb, ölən və xəsarət alanlar var

23:18 Ermənistanın müdafiə naziri Azərbaycanla sərhəddə - Foto

23:12 Bakıda məşhur klinikada inanılmaz hadisə

23:06 Azərbaycanda yenilik: dini kadrları bu institut hazırlayacaq - Foto

23:00 Ukraynada Azərbaycan Ticarət Evi açıldı - Fotolar

22:55 Türkiyəli məşhurların Azərbaycandakı milyonluq biznesləri

22:49 46 yaşlı kişi damdan yıxılaraq ağır xəsarət alıb

22:43 Qüdsi Osmanov haradadır?

22:37 Gün eynəklərindən istifadə edənlərə xəbərdarlıq – Video

22:31 İranda 36 polis əməkdaşının qətlində təqsirləndirilən terrorçu həbs edilib

22:25 Hafiz Hacıyev: “Araşdırsınlar o qız hansı partiyanın üzvüdür....”

22:19 “Proqres” – “Qəbələ” matçının başlama saatı açıqlandı

22:13 Nazir: “Təhsilə qoyulan investisiya ən yaxşı investisiyadır”

22:07 DÇ-2018: Nigeriya millisi islandlara heç bir şans vermədi

22:01 Eldar Baxışın oğlu: “Evimizi satıb, atamın qəbrinin üstünü götürdük”

21:56 “Bu kimi sözləri yalnız İran və Azərbaycan düşmənlərini sevindir” - Səfirlik

21:50 Tramp Avropanı hədələdi

21:44 Maliyyə naziri: “Spirtli içki və tütünə aksizlərin alınması üçün...”

21:38 Məhərrəm İncə prezident seçilsə, onları həbs edəcək

21:32 Argentinalı fanatlar oyun zamanı xorvatiyalı azarkeşi döyüblər - Video

21:26 “Azərbaycanın ölkəyə investisiyaları 20 mlrd. dolları keçəcək”

21:20 Bakıda avtomatika sahəsində beynəlxalq konfrans keçiriləcək

21:14 Mehmet Şimşək: “Türkiyədə fövqəladə vəziyyət ləğv ediləcək”

21:08 AİB İdarə Heyəti Şurasının üzvləri prezidentin qəbulunda - Foto

21:02 MDB-nin ən kasıb ölkələrinin adları açıqlandı

20:57 Sabiq nazirin qohumuna bəraət istənildi

20:51 Tramp Şimali Koreyaya qarşı sanksiyaları daha bir il müddətinə uzadıb

20:45 32 yaşlı Goranboy sakini intihar edib

20:39 Bu il Türkiyəyə nə qədər azərbaycanlı turist gedib?

20:33 Həbsdə olan şəxsə heroin ötürülməsinin qarşısı alınıb

20:27 Səməd Seyidov AŞPA-nın yay sessiyasında iştirak edəcək

20:21 Almanların 40 faizdən çoxu Merkelin kansler postundan getməsini istəyir

20:15 Şirvan sakini qətlə yetirildi

20:09 Əli Həsənov: “Azərbaycanda azad media formalaşıb”

20:03 Çavuşoğlu PKK terrorçularının gizləndiyi yeri açıqladı

19:58 Azərbaycan Premyer Liqasında növbəti mövsümün başlama vaxtı açıqlandı

19:52 Ağdamda kollec direktoru qəzaya düşdü

19:46 Bakıda yol polisləri sürücünü döyüb? - Rəsmi açıqlama+ Video

19:40 Kosta-Rika da mundialla qrupda vidalaşdı

19:34 Xəzəryanı ölkələr sualtı boru kəmərləri çəkə biləcək

19:28 Narkotacirlərin qənimi olan qəhrəman köpəklər... - Kinoloji Mərkəzdən Fotolar

19:22 Azərbaycanda tülküyə işgəncə verən şəxs cərimələndi



MÜSAHİBƏ

...

“Rəsulzadəyə də abidə qoyulmalıdır, Elçibəyə də” - Arif Rəhimzadə

Tarix 08.06.18, 9:50

Font ölçüsü : - / +
bitmap-img6


“Mən həmişə hesab etmişəm ki, rus imperiyası da, sovet dövrü də bizi sıxıntıda saxlasa da, bizə pislik etsə də, onun müsbət cəhətləri olub”


Deputat, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadənin fikirləri növbəti dəfə geniş müzakirələrə səbəb olub. Onun sovet hökuməti ilə bağlı səsləndirdiyi fikirlər mətbuatda və sosial şəbəkələrdə sərt təpkilərlə qarşılanıb

Qeyd edək ki, bir neçə ay əvvəl də A.Rəhimzadə səsləndirdiyi fikirlərə görə tənqidlərə məruz qalmışdı. “Yeni Müsavat”a müsahibəsində komitə sədri fikirlərinin kontekstdən çıxarıldığını bildirib. Həmin müsahibəni təqdim edirik:

- Arif bəy, Milli Məclisin komitə iclasında dedikləriniz birmənalı qarşılanmadı, yəqin bunun fərqindəsiniz… Doğrudanmı siz hesab edirsiniz Azərbaycan dövlətini sovet hökuməti qurub?

– Mən çox yaxşı bilirəm ki, Azərbaycan Demokratik Respublikası  təkcə müsəlman aləmində yox, bütün Şərq aləmində ilk dəfə ölkəmizdə yaranıb. Ancaq sonra bu respublika sovet hakimiyyətinin qəddar münasibətinin qurbanı olub. Eyni zamanda sovet hökuməti bizim respublikanı formalaşdırıb. Bizim təhsilimizi, səhiyyəmizi, elmimizi yaradıb. Ən əsası, biz özümüz-özümüzü azərbaycanlı kimi tanımırdıq, bizə onu tanıtdı. Bir vaxtlar deyirdik müsəlmanıq, sonra dedik türkük. Ancaq bütün dünyada yerin adına görə də xalqın adı formalaşır. Azərbaycanda yaşayan insanların hamısı azərbaycanlıdır, etnik mənsubiyyətindən asılı olmayaraq. Bax, bu, bizim dövlət siyasətimizdir.

- Yeri gəlmişkən, keçən dəfə bizim türk olmamağımızla bağlı fikirləriniz də mübahisə yaratmışdı…

– Mən deməmişdim ki, biz türk deyilik. Mən demişdim kökümüz türkdür, amma biz azərbaycanlıyıq.

- Amma bu da var ki, sovet hökuməti heç də bizi çox istədiyindən türklüyümüzü unutdurub, azərbaycanlı olmağımızı önə çəkmədi. Sovetlərin verdiklərinə gəldikdə, Cümhuriyyətimiz qurulanda hətta xarici ölkələrə tələbələr göndərilmişdi. Ancaq o gəncləri məhv edən də sovetlər oldu…

– Aydındır. Mən də o fikirdəyəm ki, sovetlər bizimlə qəddarcasına rəftar etdilər. Mən soveti ideallaşdırmıram. Həqiqətən də Azərbaycan xalqına çox böyük mənfi təsiri olub, qəddarlıq ediblər.

- Repressiyalar olub, bunlar unudula bilməz…

– Bəli, repressiyalar olub, nə qədər azərbaycanlı həlak olub, sürgün olunub, ən savadlı adamlar məhv edilib.

- Cümhuriyyət qurucularının birinin belə məzarının Azərbaycanda olmaması hər şeyi deyir.

– O söhbət bilirsiniz nəyə görə yarandı? Bizim qəzetçilər həmişə bir sitatı götürüb onun əsasında oynamağa başlayırlar. Adların dəyişməsi ilə bağlı müzakirələr gedirdi. Çıxış edənlər başladılar ki, biz çox gecikmişik. Bunu gərək çoxdan edəydik. Sovet dövründə verilən adların hamısını dəyişək. Düzgün olmayıb, nə bilim nə olub… Mən də dedim ki, sovet dövrünün qəddarlığına baxmayaraq, müsbət cəhətləri də olub axı… Gəlin onda Nəriman Nərimanovun adı ilə bağlı olan yerlərin də adlarını dəyişək, o da sovet dövründə olub. O adam ki, həqiqətən Azərbaycan xalqına qarşı qəddar münasibət bəsləyib, onun adını dəyişdirmək olar. Amma məsələn, Ağamalıoğlu Azərbaycan xalqına nə edib, nə ziyan vurub? Biz onun adını niyə dəyişək? İkinci məsələ bu oldu ki, mən Mixaylovka kəndi haqqında danışdım. Göygöl rayonunun Mixaylovka kəndi 1845-ci ildə yaradılıb, özü də ona qədər orada yaşayış olmayıb. Rusların xristianlıqdan bir az fərqlənən nümayəndələri var, onlara “malakan” deyirlər. Çar hakimiyyəti də həmişə onları sıxışdırırdı və mərkəzdən uzaqlaşdırmaq istəyirdi. Misal üçün, Rusiyada Morozov var idi, milyonçu idi, onun kimi zənginləri də sıxışdırırdılar. Digər məqsəd ondan ibarət idi ki, imperiyanın sərhədində xristianları yerləşdirsinlər. Yəni özlərinə çox xoş gəlməyənlər də olsa, məhz xristianları yerləşdirmək istəyirdilər. Elə erməniləri də o səbəbdən gətirib orada yerləşdirdilər, ona görə yox ki, ermənilərə bənd olmuşdular. Mövqe bu idi ki, necə xristian olur-olsun, qeyri-müsəlmandan xristian yaxşıdır. Elə bir kəndin adının dəyişdirilməsi, məncə, düzgün deyil. Ona görə ki, biz bu kəndin adını deyəndə istər-istəməz həmin tarixi yadımıza salırıq. Niyə bu Mixaylovkadır? Hə, deməli, keçmişdə belə bir imperiyanın tərkibində olmuşuq, Azərbaycanı sıxışdırıblar, bura başqa xalqları köçürüblər. Bundan sonra oranın Günəşli, ya Çəmənli adlandırılması orda yaşayan, yaxud yaşayacaq insanlara nə deyəcək? Dedim, əlbəttə, daha iş-işdən keçib, bunlar qərar qəbul ediblər, özü də təkid edirlər. Amma biz gərək onlara izah edək, camaata başa salaq ki, bu tarixi bir addır, bunu dəyişdirmək düzgün deyil, çünki bizim xeyrimizə deyil, ziyanımızadır. Bu, istər-istəməz bizim camaatı tarixə qaytarır. Məsələn, bilirsiniz Qusar necə yaranıb? Orada Qusar alayı olub, Lermantov da o alayda xidmət edib. O ev də bu saat durur. Həmin evdə bizim bir nazir yaşayırdı, Şair Nəcməddin oğlu Həsənov. Həmin şəxsin şərəfinə rayonun adını Şair qoyublar. Onda gəlin Qusarın da adını dəyişək də. Yaxud Novxanı, Zağulba adlarını da dəyişək də. Zağulba nədir? Ərəb sözüdür. Demək, hansısa əsrdə bura ərəblər gəlib, yaxud iranlılar burada olub. Bunun özü tarixdir, bunu dəyişmək olmaz. Tarix xoşumuza gəlsə də, gəlməsə də, onu inkar etmək tamamilə səhvdir.

- Deputat həmkarlarınız Fazil Mustafa ilə Tahir Kərimli də sizin fikirlərinizə etiraz edib. Onlar da bu fikirdədirlər ki, ilk növbədə Azərbaycan Xalq Cümhuriyyətinin memarlarının adları əbədiləşdirilməli, Rəsulzadəyə, Nuru Paşaya abidə qoyulmalıdır. Siz bu haqda nə deyə bilərsiniz?

– Mən bu fikirlərlə tamamilə razıyam. Azərbaycan xalqına xidmət edən, Azərbaycan xalqı qarşısında nailiyyətləri olanların hamısının adı əbədiləşdirilməlidir.

- Amma bu da var ki, hətta müstəqilliyimizin 27-ci ilində belə, xalqımıza qarşı düşmənçilik edənlərin də adlarını daşıyan küçələrə rast gəlirik. Bunlar da tarix üçün saxlanılmalıdır?

– Misal üçün, bizim abidələr var idi. Sənət əsəri idi də. Bunların hamısını söküb apardılar, “metallom”a verdilər, məhv etdilər. Məndən olsaydı, bir yer ayırardım, həmin abidələrin hamısını ora düzərdim. Qabağına da yazardım ki, bax, Şaumyan xalqımıza qarşı belə qəddarlıq edib, terrorçu təşkilatların başında dayanıb, Azərbaycana qarşı zülmlər edib, bizə qarşı soyqırımlar törədib və s.

- Amma illərdir təklif səslənsə də, nə soyqırım muzey-kompleksi, nə Cümhuriyyət qurucuları ilə bağlı eyni mərkəzin yaradılması reallaşmayıb. Bəlkə əvvəlcə bundan başlanılsın.

– Lazımdır. Mütləq lazımdır. Bütün bunları etmək lazımdır.

- Bəs niyə bunu işləmirik. Hətta “sovet adamı” kateqoriyasına daxil olan Arif Rəhimzadə də bu təkliflərlə razıdırsa, niyə bu vacib addımlar atılmır?

– Addımlar atılmır, yəqin hələ imkan yoxdur. Amma mən əminəm ki, bu istiqamətdə addımlar atılacaq. Biz gərək olanlarımızı məhv etməyək, heç olmasa olanları qoruyub saxlayaq.

- Məhəmməd Əmin Rəsulzadəyə abidə qoyulması barədə təklifləri də müdafiə edirsiniz?

– Mütləq qoyulmalıdır. Mən hesab edirəm Elçibəyə də abidə qoyulmalıdır. Düzdür, qəbirüstü abidə qoyulub, amma başqa bir yerdə də qoyulmalıdır. Çünki bu, tarixdir.

- Elə söhbətimiz Elçibəyin prezident seçilməsinin növbəti ildönümünə təsadüf edir…

– Bəli. Hesab edirəm ki, gərək ona da abidə qoyulsun. Düzdür, abidələrin hamısını eyni vaxtda qoymaq mümkün deyil. Amma Əlimərdan bəy Topçubaşovn abidəsi Sankt Peterburqda qoyulub, mən abidənin açılış mərasimində iştirak və çıxış etmişəm, onun silinməz ideyalarından danışmışam. Vaxtilə o, Sankt-Peterburqdan qovulmuşdu. Amma zaman gəldi, bu şəhərdə ona abidə qoyuldu. Bu, çox əlamətdar hadisədir.

- Əbülfəz Elçibəyin 80 illik yubileyinə hazırlıq görülür. Dəvət alsanız, iştirak edərsinizmi?

– Nə vaxtdır?

- İyunun sonlarında olmalıdır.

– Yox, mən burada olmayacağam. Dəqiq deyə bilmərəm. Ancaq burada olsam, əlbəttə, gələrəm.

- Bakıda Nəriman Nərimanovun nəhəng abidəsi var. Bu barədə nə deyə bilərsiniz?

– Nərimanov sovet dövrünün xadimi olub, Azərbaycan xalqına xidmət edib və müəmmalı şəraitdə dünyasını dəyişib. Elə o xidmətinə, Azərbaycanın mövqeyini müdafiə etdiyinə görə sovetlər dövründə “qara siyahı”ya düşüb.

- Arif bəy, sizin Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı tədbirlər barədə fikriniz necədir? Yubiley ilində əlavə təklifləriniz varmı?

– Mən hesab edirəm ki, bu tədbirlər daim keçirilməlidir. Məncə, yubileyi təmtəraqlı keçirməkdən daha çox, insanların biliyini artırmasına çalışmaq və onlara düzgün istiqamət vermək əsasdır. Biz bir dəfə yubiley tədbiri keçirməklə kifayətlənməməliyik. Bu məsələlər gərək dərsliklərdə olsun, müsbət və mənfi cəhətləri deyilsin. Tarixi hadisə baş verən məsələdir. Bunun üzərindən xətt çəkmək, ona göz yummaq düzgün deyil. O cümlədən Elçibəyin də. Müsbət cəhəti varsa, demək lazımdır, mənfi cəhətləri varsa, onlar da deyilməlidir.

- Yəqin Bakı Dövlət Universitetinin qarşısında üzərində Rəsulzadəyə abidə qoyulacağı yazılmış daş lövhəni görmüsünüz…

– Yəqin hələ abidəni qoymağa imkanları yoxdur. Yazıblarsa, qoyacaqlar.

- Yəni abidə qoyulmalıdır?

– Əlbəttə.

- Cümhuriyyət qurucularının məzarlarının Azərbaycana gətirilməsinə necə baxırsınız?

– Vallah mən bilmirəm, onların məzarları orada necədir, hansı şəraitdədir? Yaxşı şəraitdə deyilsə, əlbəttə, gətirilməlidir. Hüseyn Cavidin məzarı gətirildi də. İndi o məzarlar niyə gətirilməsin? Amma digər məsələ də var. O məzarların xaricdə olmasının özü də təbliğatdır, Azərbaycan tarixinə dair əyani faktlardır.

- Söhbətimizdən belə qənaətə gəldim ki, siz də Azərbaycan dövlətinin əsasının sovetlərdən gəldiyini güman etmirsiniz…

– Yox, mən heç vaxt belə hesab etməmişəm. Ancaq mən həmişə hesab etmişəm ki, rus imperiyası da, sovet dövrü də bizə nə qədər mənfi təsir göstərsə də, nə qədər bizi sıxıntıda saxlasa da, bizi xristianlardan seçib, bizə pislik etsə də, onun müsbət cəhətləri də olub. İndi biz deyirik birinci demokratik respublikamız. İranda bu respublika niyə yaranmadı? Demək istəyirəm ki, bunların hamısının müsbət cəhətləri ilə yanaşı, mənfi cəhətləri də olub. Bizim ilk Demokratik Respublikanı yaradanlar təhsillərini harada almışdılar? Əsasən Rusiyada. Mən bunu demək istəyirəm.

- Amma Xalq Cümhuriyyəti yaşasaydı və 1920-ci ildə işğalçı ordu gəlməsəydi, bəlkə biz indi Avropa ölkələrini də geridə qoya bilərdik. Deməli, bizə ən böyük zərbəni sovetlər vurub, deyilmi?

– Ola bilər. Amma deyir tarix belə şeyləri sevmir, olsaydı, gəlsəydi… Fakt budur ki, Cümhuriyyət məhv edildi, 20-ci illərdə əksəriyyəti Azərbaycana qəlbən yaxın olmayan insanlar rəhbərliyə gəldi, Azərbaycanın bütün vacib orqanlarında əcnəbilər, bizə düşmən mövqeyində dayanan insanlar oldu. Ancaq eyni zamanda müsbət cəhətləri də olub. Yəni bir boya ilə çəkmək düzgün deyil. Yəni bu, tarixdir, inkar etmək düzgün deyil. Pisi də demək lazımdır, yaxşını da.

pia.az









Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


MÜSAHİBƏ

design-img

Vernisaj

Ermənilər Qarabağda Azərbaycan ordusunun zərbəsini dəf etməyə hazırlaşırlar

bitmap-img3

Rakurs

Vergilər Nazirliyi Yanında Lokal Gəlirlər Departamentində nə baş verir?

bitmap-img3

Seçmələr

Pambıq tarlalarında insanları zəhərləyən iki inhisarçı

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru