Xəbər xətti

24 YANVAR

15:15 “Elektron hökumət” üzrə müraciətlərin sayı 40 milyonu keçib

15:11 Azərbaycanda 13 yaşlı qız qaçırılıb

15:07 Rəhbər vəzifə tutmaq istəyənlərin diqqətinə - İmtahana qeydiyyat bitir

15:06 Pompeo “Rusiyanı yerində oturtmaq lazımdır”, deyir - ABŞ və Rusiya arasında “dəmir pərdə” asılır?

15:03 “Deyirlər ki, heç nəsillərində “işverən” yoxdur…” - Əflatun Amaşov

14:59 Ərdoğan 3 milyondan çox suriyalı qaçqını qaytarır

14:56 “Bizim rəqəmlər doğrudur” - Palata

14:52 Xüsusi prokuror Trampı dindirməyə hazırlaşır

14:48 Azərbaycanda bəzi hərbi vəzifəlilərin qeydiyyata alındığı orqan dəyişdirildi

14:44 “ABŞ Putini devirmək istəyir” - Davosda qalmaqallı çıxış

14:40 Əlilliyi müəyyən etmək tələbləri - Yeni qanun layihəsinin detalları bilindi

14:36 Putinə yaxın bankir: “Bu, bizə müharibə elan etməyə bərabərdir...”

14:32 İnsan bədənindəki bu hissələr yox olacaq - Siyahı

14:28 Şeyxülislam ABŞ səfirini qəbul edib

14:24 “Bağ evi tikdirirəm” - Sevinc

14:20 28 yaşlı oğlan intihar edib

14:16 “Qəbələ” klubunun prezidenti 15 milyona baza alır - Video

14:12 Türkiyə ilə Rusiya arasında buğda satışında “bitcoin”dən istifadə edilib

14:08 MTN-in tutduğu şəxs həbsdə ölüb

14:04 “Qarabağ”ın oyunlarının saatı müəyyənləşdi

14:03 Məşğulluq və İqtisadi artım paradoksu

14:00 Türkiyədə terroru təbliğ edən 11 nəfər həbs olunub

13:47 Həştərxan polisi azərbaycanlı jurnalistin ölümü ilə bağlı açıqlama yaydı

13:43 Daha bir ağır atletimizdə dopinq aşkarlanıb

13:39 1053 müəllim imtahan verəcək

13:35 Azərbaycan yollarında nə qədər radar və kamera quraşdırılıb?

13:31 “Məzarlıqlar və dəfn mərasiminə dair qaydalar hazırdır” - Komitə sədri

13:29 Sürüşmə ilə bağlı Səbail RİH-də Xüsusı Qərargah yaradıldı

13:27 Jurnalist Nicat Məlikov Ağsu rayonunda dəfn ediləcək

13:23 Xəbərdarlıq: Hava kəskin pisləşəcək, qar yağacaq

13:19 İlham Əliyev Şevçoviçlə TANAP-ı müzakirə edib

13:15 Əbüdfəz Məlikov xaricdəki pullarını qarantiya altına alıb?

13:11 2017-ci ilin dəhşətli yol qəzası statistikası: 750 ölü, 1719 yaralı

13:07 Varisin yeni kitabı çıxdı

13:03 Kobra yolu kəsdi, tıxac yarandı - Video

12:59 Təhsil Nazirliyi yeni təklif hazırladı - Summativlərin ləğvi ilə bağlı

12:56 Bakıda taksi sürücülərinin qənimləri ələ keçdi

12:52 Rusiyada yol qəzasında həlak olan azərbaycanlı jurnalist şəhid qızı idi

12:48 Avropa Birliyi 8 vergi cənnətini “qara siyahı”dan çıxardı

12:44 Gəncədə kütləvi dava-dalaş: 3 nəfər bıçaqlandı, 5 nəfər tutuldu

12:42 Bir ton xəstə at əti tutuldu - Bakıda satılacaqdı

12:40 Elvin Məmişzadə: “Mənə qarşı edilənləri açıqlasam, aləm bir-birinə dəyər”

12:36 “Sürücülərlə mübahisə etməyin” - Nazirdən yol polislərinə xəbərdarlıq

12:32 “Roma” heyətinə 3-cü türk futbolçunu qatmaq istəyir

12:30 Azərbaycandakı Rusiya dövlət bankı kapitalını rekord həcmdə artırır

12:28 Fazil Məmmədovun yaxınları istintaqa cəlb olunub - Həbs oluna bilərlər

12:24 Ötən il Azərbaycanda 3424 uşaq zorakılıqla üzləşib

12:22 İlham Əliyev Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb

12:18 Əməkdar artistin boşanan oğlu: “5 dəfə evlənə bilərəm”

12:17 “Bugünkü gənclik kommunikasiyadan asılıdır” - Psixoloq

12:14 Kərəm Həsənovun çörək sexi bağlandı - Rəsmi

12:10 İlin ilk Ay tutulması baş verəcək

12:06 İddialı serialın gələn həftə son bölümü yayımlanacaq

12:02 Səudiyyə Ərəbistanı neftdən imtina edir

11:58 11 min nəfərin sürücülük hüququ məhdudlaşdırılıb - Ramiz Zeynalov

11:55 NASA-dan gözlənilməz qərar

11:51 Qırğızıstana anomal soyuqlar gəlir - Temperatur -45-ə düşəcək

11:47 Azərbaycandan böyük pullar aparan əcnəbi müğənnilər vergiyə cəlb olunurmu?

11:43 Kriptovalyuta bazarında yeni qiymətlər

11:39 İllərin küsülülüyü bitdi? - Aygünlə Natavan yan-yana

11:35 Rusiyada azərbaycanlı jurnalist yol qəzasında vəfat edib

11:31 “Belə şeyləri qabartmaq qeyri-peşəkarlıqdır” -Rəşad Sadıqov

11:27 İlham Əliyev Davosda “IBM” şirkətinin baş icraçı direktoru ilə görüşüb

11:23 Polis bakıda əməliyyat keçirdi - Külli miqdarda narkotik ələ keçirildi

11:19 Jurnalist niyə vəfat edib? - Polisdən fərqli səbəb

11:15 Keçmiş arvadını boğaraq öldürdü - Bakıda

11:11 Səməd Seyidov: “AŞPA-nın yeni Prezidentindən gözləntilərimiz...”

11:08 Dövlətin problemli kreditləri ödəməsi mümkündür?

11:07 Sarkisyan Fransada İranın Qarabağ mövqeyindən danışdı

11:03 ATƏT təmas xəttində monitorinq keçirəcək

10:59 “Oskar”ın nominantları bəlli oldu

10:56 Qış tətili başlayır, şagirdlər necə istirahət etməlidir?

10:52 Nəhəng şirkətlərin qatıldığı Davos Forumu haqda bilmədiklərimiz

10:50 Prezidentin köməkçisi müdafiə naziri ilə birlikdə cəbhə bölgəsində - Fotolar

10:48 Daha 4 şirkət Azərbaycandan gedir

10:44 Azərbaycanlı professor yazıçıların beynəlxalq forumunda

10:43 “Bu siyasi gedişat Serj Sarkisyana sərf edir” - Politoloq

10:40 Fransa prezidenti Azərbaycanı və Ermənistanı güzəştlərə çağırdı

10:36 Amerikalı yazıçı öldü

10:32 Bakının bu rayonunda su olmayacaq

10:28 Türkiyə ordusu Afrində 260 terrorçunu məhv edib

10:24 “Hiss edirdim ki, Qurbanov mənimlə yeni müqavilə istəmir” - Ndlovu

10:22 ​İrəvan teatrının ilk tamaşası anşlaqla keçib

10:20 “Bakı Ekspo 2025” Davosda təqdim edildi - Fotolar

10:16 Azərbaycan nefti bahalaşdı

10:12 Bakıda iki məktəbin ətrafında piyadaların təhlükəsizliyi araşdırılıb

10:08 İranda “daxildə satqın” axtarışı başladı - ilginc gəlişmələr

10:06 Putin və Ərdoğan arasında telefon danışığı olub

10:04 AŞ PA-nın yeni prezidenti siyasətçiləri “qaraladı” - Bakıdan reaksiyalar

10:00 Dollar və manatın bugünkü məzənnəsi

9:57 Məşhur İvonna nənə vəfat etdi

9:54 Qənirə Paşayeva: “O fikirdən məni anam daşındırdı”

9:50 Neft ucuzlaşıb

9:47 Seçki ərəfəsi sabitlik, yoxsa qarışıqlıq olacaq?

9:43 Cəbhədən yeni xəbər

9:40 Bakıda sexdə partlayış: işçilərdən biri ayağını itirib

9:37 ““Qara bazar” elə sürətlə inkişaf edib ki...” - Vahid Əhmədov

9:34 Moskvadan İrəvana seçki “sürpriz”i, Bakıya yeni silahlar...

9:30 “Alpinistlərdən heç bir iz yoxdur” - Ziya Qasımlı

9:27 ATƏT, AŞ PA rəhbərliyi italyanlara, BMT TŞ sədrliyi qazaxlara keçdi - Qarabağı nə gözləyir?

9:23 Senat FES-in yeni rəhbərini təsdiqlədi

9:20 İsrailin baş naziri Davosda Azərbaycan Prezidenti ilə görüşəcək

9:17 Alpinistlərin itkin düşməsindən 1 ay ötdü

9:14 Polad Bülbüloğlunun ermənilərlə bağlı mövqeyi kəskin etiraz doğurdu

9:10 Baş nazir qaydalara dəyişiklik etdi

9:07 Prezident Davos Forumunda nələrdən danışdı? - Tam mətn

9:03 “Şapka Mamed”in örtülü bazarı - Təfərrüatlar

9:00 İşıqpulu ödəməkdə problem yaranıb

0:59 Obamanın qızı sevgilisi ilə belə görüntüləndi - Fotolar

0:47 İngiltərə millisinin 2017-ci ildə ən yaxşısı müəyyənləşib

0:23 Van Dammdan Tolqahana film təklifi

0:11 “Bitcoin” 5 səbəbdən “çökə” bilər

0:02 Bu gün bürcünüz nələr vəd edir?

23 YANVAR

23:59 Prezidentin Davosda görüşləri davam edir

23:53 Azərbaycan neftinin bareli 71 dollara satılır

23:47 Bakı-İstanbul aviareysində texniki problem yaranıb

23:41 Fransa prezidenti: “Qarabağ münaqişəsinin həlli vacibdir”

23:35 AŞPA-da Dilqəmlə Şahbazın azadlığa buraxılması məsələsi qaldırıldı

23:29 “Suriyanın şimalında təhlükəsizlik zonası yaradaq” - ABŞ-dan Türkiyəyə təklif

23:22 Tanınmış jurnalist vəfat etdi - yenə ürəktutma...



MÜSAHİBƏ

...

“Qurban Qurbanov hələ Çerçesova çatmayıb”

Tarix 18.12.17, 14:54

Font ölçüsü : - / +
bitmap-img6

"Qarabağ"ın polşalı müdafiəçisi Yakub Jezniçak ölkəsinin mətbuatına geniş müsahibə verib


PİA.AZ apasport.az-a istinadən xəbər verir ki, 31 yaşlı futbolçu müxtəlif məqamlara toxunub, maraqlı fikirlər səsləndirib.

- Təxminən yarım ildi Bakıda yaşayırsız. Azərbaycanın paytaxtındakı həyat necədi?

- Klubumu və yaşayış yerimi dəyişmək əla qərar idi. Məhz bunun sayəsində Çempionlar Liqasının qrupunda oynadım. Amma idman tərəfindən baxmayanda da bu qərar xeyrimə oldu. Çünki yeni insanlar, ölkə və mədəniyyətlə qarşılaşdım. Burda xoş həyat hökm sürür.

- Polşada hələ də çoxu Azərbaycanı "üçüncü dünya" kimi qəbul edir...

- Buraya gələnə qədər mən də pis fikirdə idim. Bəlkə də bu, gənclik illərimdə, konkret olaraq 2003-cü ildə Bakıda olmağımla bağlı idi və həmin vaxt hər şey tam fərqli görünürdü. Şəhər bu qədər inkişaf etməmişdi. İllər sonra gəlib, bu qədər dəyişikliyi görəndə təəccübləndim. Təbii ki, bu qədər dəyişiklik ilk növbədə neftin hesabına olub. Azərbaycanlılar xaricilərə qarşı dostcanlıdılar. İngilis dilində də danışa bilərsiz, amma burda əcnəbi dillər arasında rus dili dominantlıq edir. Buna görə də yeni ildən bu dili öyrənməyə başlayacam. Azərbaycanın özəlliklərini öyrənmək istərdim. Buranın havası əladı. Bakıya iyulda gəlmişdim, ilk yağışı isə sentyabrın sonunda gördüm. Hazırda temperaturu +10 dərəcənin ətrafında dəyişir. Qar yağmır və mən əsl Polşa qışını burda yaşamıram. Digər əcnəbilər kimi, mən də yeməklərdən narazı deyiləm. Bakıda çoxlu Avropa restoranları var və hər kəs istədiyi yeməyi tapa bilər.

- Bakının mərkəzində, Xəzər dənizinə baxan mənzərəli yerdə yaşayırsız. "Yagelloniya" və "Visla"nın sabiq futbolçuları Dani Kintana ilə Vild-Donald Gerrye isə qonşularınızdı...

- Komandamızın əcnəbi futbolçularının 90 faizi burda yaşayır.

 Qonşularımın sırasında "Qəbələ" və "Neftçi" klublarının legionerləri də var. Qaldığım binada restoranlar, mağazalar var. Bir sözlə, başqa harasa getməyə ehtiyac qalmır.

- Apreldə "Formula-1" pilotları pəncərənizin altında yarışacaqlar...

- Son vaxtlar Azərbaycanda voleybol üzrə Avropa çempionatı da təşkil edilib. Bakı, həmçinin 2019-cu ildə Avropa Liqasının finalına ev sahibliyi edəcək. Ondan 1 il sonra isə AVRO-2020-nin bir qrupunun oyunları burda keçiriləcək. Bəlkə həmin vaxt mən hələ də "Qarabağ"da oynayacam. Klubla il yarımlıq müqaviləm qalıb. Hələ hamı xoşbəxtdi və "Qarabağ"da daha bir neçə il qalacağımı istisna etmirəm.

- Bakıda kim sizə bələdçilik edir?

- İlk günlərdə Dani Kintana və onun polşalı həyat yoldaşına etibar edirdim. Onlar mənə ev tapmağa kömək etdilər, şəhəri gəzdirdilər. İbrahim Şehiç və Mahir Mədətovla da dostluq edirəm. Onlar həyat yoldaşım gələnə qədər məni tək buraxmadılar.

- Bakıda zənginlik olduğu kimi, kasıblıq da var...

- Mərkəzdə kasıblığı görmək olmur. Amma kənarlara gedəndə bununla rastlaşmaq mümkündü.

- Sizin kimi, həyat yoldaşınız da özünü xoşbəxt hiss edir?

- Mən "Qarabağ"a keçməklə bağlı qərar verəndə onunla məsləhətləşdim. Həyat yoldaşım
"Legiya"da məni lazımınca qiymətləndirmədiklərini və özümü yeni yerdə sınamalı olduğumu düşünürdü. Buna görə ona təşəkkür edirəm. Düzü, mən bir qədər tərəddüd edirdim. 13 il "Legiya"da oynadıqdan sonra belə bir qərar qəbul etmək mənə çətin idi. Edita modeldi və onun üçün Varşavada, yoxsa Bakıda yaşamağımızın fərqi yoxdu. O, burdan Türkiyə və ya Dubaya da gedə bilər. Həyat yoldaşım yanıma bir qədər gec gəldi. Buna görə də, ona Bakının gözəl yerlərini hələ göstərmək imkanım olmayıb.

- İşğal altında olan Ağdama səfər etmisizmi?

- Ermənistanla müharibəyə qədər "Qarabağ"ın orda öz bazası var idi. Amma dostlarım deyir ki, indi həmin yerlərə ziyan vurulub və oraya getmək təhlükəsiz deyil.

- Klub ədalətsizlik abidəsinə çevrilib. Dağlıq Qarabağ ətrafında gedən müharibə nəticəsində Ağdam işğal olunub, minlərlə insan ermənilər tərəfindən öldürülüb, təxminən 1 milyon adam isə qaçqın düşüb...

- Klubun yarandığı tarix hər imkanda vurğulanır. Bu, qürur mənbəyinə çevrilib. Sponsorumuz "Azərsun Holdinq"di və azarkeşlərimiz daha çox ağdamlılardı. Həmin regiondan olan komandanın hazırda Azərbaycanda ən yaxşı olması və ölkəni beynəlxalq arenada təmsil etməsi xoşdu.

- Azərbaycanın mədəniyyəti və adət-ənənəsini daha yaxşı öyrənməyə cəhd edirsizmi?

- İslam dini ilə maraqlanmağa başladım. Çünki bu bizim planımıza təsir edir. Bütün məşqlərimiz günorta və ya axşam keçirilir. Çünki müsəlmanlar gündə 5 dəfə, həmçinin gecə saat 3-4 radələrində də namaz qılırlar.

- Bu ritual sizi narahat etmir? Çünki komandanın müsəlman futbolçularından olan İbrahim Şehiçlə bazada eyni otaqda qalırsız...

- Xoşbəxtlikdən, mən çox ağır yatıram. İbrahim səhər saat 4-ə qədər yatmır, ya "PlayStation", yada kompüter oynayır. O, namaz qılıb, dua etdikdən sonra yatır. Günorta isə təxminən saat 1-də yuxudan oynayır. Buna görə də, Azərbaycanda oyun günü fərqlidi. Polşada bu, səhər yeməyindən start götürür. Azərbaycanda isə məşqdən və ya brifinqdən başlayır.

- Komanda yoldaşlarınızın sırasında 20 yaşında Azərbaycan yığmasında debüt edən Mahir Mədətov da var...

- Azərbaycan çempionatında tətbiq olunan limitə əsasən, hər komandanın start heyətində 5 yerli oyunçu yer almalı və onlardan biri 21 yaşadək futbolçu olmalıdı. Bizdə bu limitə düşən Mahir Mədətovdu. Amma onun üstünlüyü təkcə gənc olmasında deyil. Mahir çox perspektivli futbolçudu. Əgər kimsə ölkə xaricinə çıxmalıdısa, bu, o olmalıdı.

- Paltardəyişmə otağında yerli və əcnəbi futbolçular arasında fikir ayrılığı olurmu?

- Xeyr, əksinə əla atmosfer olur. Baş məşqçi Qurban Qurbanov hansısa konfliktə imkan verməz. O, ən vacib adamdı və klubda böyük avtoriteti var.

- Qurban Qurbanov bu baxımdan Stanislav Çerçesovu xatırladır?

- O, çox tələbkardı, nadir hallarda gülür. Qurbanov üçün intizam birinci yerdədi. Amma hələ Çerçesova çatmayıb. Məşqlərimiz elə də intensiv deyil. Yanvarda təlim-məşq toplanışını keçəndən sonra fikrimi dəyişib-dəyişməyəcəyimi görəcəyik (gülür). Maraqlıdı ki, Polşada toplanış 10 günlük olur. Biz isə yanvarın 9-dan fevralın 4-nə qədər hazırlıq keçəcəyik. Ümid edirəm ki, buna dözəcəm.

- Oyundan 2 gün əvvəl yığışırsız və matçdan dərhal sonra evə yox, bazaya qayıdırsız...

- Bütün bunlara baş məşqçi qərar verir. Polşada biz hazırlıq haqda 1 həftə öncədən bilirdik. Burda isə hər günün öz planı var. Avrokubok oyunları zamanı isə 2 gün əvvəldən toplaşırıq. Məşqlərdən sonra bizə sərhəd qoyulmur. Məşqdən sonra hamı istədiyini edə - kofe içə, "Playstation" oynaya və ya matça baxa bilər.

- Komanda yoldaşlarınızla birlikdə Azərbaycanın təbiətini seyr edə və ya hansısa başqa yerə gedə bilmisiz?

- Hələ yox. Çünki son yarım il çox intensiv keçib. Amma ailəmlə birlikdə Sevastopol dağlarına getmək istərdim. Yazda buna vaxt olacaq. Çünki təqvimdə qış fasiləsindən sonra çempionatda cəmi 14 oyunumuz olacaq.

- Çempionlar Liqasının qrupunda "Atletiko" ilə hər iki oyunda heç-heçə etdikdən sonra şampan partlatdınızmı?

- Baş məşqçimiz alkoqol sevmir. Buna görə də elə şeydən söhbət gedə bilməz. Çempionlar Liqasının qrupuna düşdükdən sonra "Legiya"dakından 2-3 dəfə az mükafat aldıq. Müqaviləmə əsasən, əlavə "premiya" aldım. Maliyyə şərtlərində razılaşa bilmirdik. Sonra əlavə mükafatla bağlı razılıq əldə etdik.

- Çempionlar Liqasındakı qrup oyunlarınızı Bakı Olimpiya Stadionunda keçirdiniz və hər 3 görüşdə yaxşı azarkeş dəstəyi gördünüz. Futbol Azərbaycanda, doğrudan da, populyardı, yoxsa bu, biletlərin ucuz olması ilə əlaqədar idi?

- Fanatlar bu cür böyük komandaları öz gözləri ilə görmək istəyirdilər. Elə auditoriya qarşısında oynamaq xoş idi. Çempionat oyunlarımızı isə bazamızda yerləşən və böyük olmayan stadionda keçiririk. Adətən liqa matçlarımıza 2-3 min azarkeş gəlir. Çempionlar Liqasının təsnifat mərhələsinin görüşlərini isə Tofiq Bəhramov adına Respublika stadionunda oynadıq.

- Küçədə gəzərkən fanatlar sizi tanıyırlarmı? Onlar adınızı deməyi öyrəniblər?

- Onlar tez-tez şəkil çəkdirməyi xahiş edirlər. Çoxu mənə formamda yazıldığı kimi, Kuba deyirlər.

- Azərbaycanda hakimlərlə münasibətiniz necədi?

- Sirr deyil ki, mən hakimlərin qərarına ani reaksiya verənəm. Əksər belə hallar mənə baha başa gəlib. Özümü nəzarətdə saxlamağa çalışıram. Çünki baş məşqçimiz belə məsələlərə həssas yanaşır. Bəzi oyunlardan sonra buna görə hətta cəzalanmışam.

- "Qarabağ" Polşa çempionatında oynasaydı, hansı nəticəyə imza atardı?

- Bu yaxınlarda fanatlarımızdan biri məndən bunu soruşdu. Dedim ki, "Qarabağ" indiki məqamda Polşa çempionatının lideri olar. Amma 1 il əvvəl komanda "Legiya"ya uduzmuşdu.

- Yeni ili harada qəbul edəcəksiz?

- Ölkəmdə. Bayramı ailəmlə birlikdə, qohumlarımın əhatəsində keçirmək istəyirəm. 6 ay idi ki, Polşadan kənarda idim.

pia.az











Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


MÜSAHİBƏ

design-img

Vernisaj

“Məzarlıqlar və dəfn mərasiminə dair qaydalar hazırdır” - Komitə sədri

bitmap-img3

Rakurs

Deputat Ağalar Vəliyevin biznes imperiyası

bitmap-img3

Seçmələr

ABŞ Suriya sərhədində ordu yaratmaqdan niyə vaz keçdi? - Ərdoğanın ultimatumuna görəmi...

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru