Xəbər xətti

21 FEVRAL

11:00 Vaşinqtondan Bakıya da sanksiya xəbərdarlığı gəlib

10:55 Pxençxan-2018: Almaniya Norveçə çatdı - Medal siyahısı

10:51 “Fransa Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə sadiq olaraq qalır”

10:47 Bakıda əhali sıxlığı: Paytaxt ağır “yük” altında

10:43 Bədənə yapışa bilən displey yaradıldı

10:38 Çingiz müəllimin reaksiyasının doğurduğu məyusluq

10:29 Almaniya yığması Olimpiadaya 3,5 min litr pivə gətirib

10:25 Netanyahu Mahmud Abbası “terrorçuların sponsoru” adlandırdı

10:21 Bakının iki magistralında sürət həddi endirildi

10:17 Keçmiş polis intihar etdi - Ağdamda

10:13 Azərbaycan-Makedoniya matçının vaxtı dəqiqləşdi

10:08 Bakının iki rayonunda qaz təchizatı məhdudlaşdırılır

10:04 Sabiq deputatlara pensiya veriləcək

10:00 Bu gün Avropa Liqasında ilk 1/8 finalçı müəyyənləşəcək

9:58 Azərbaycandan Avropaya daha bir qaz dəhlizi - Təhlil

9:53 Neft ucuzlaşdı

9:49 Suriyada barışdırılma üzrə Rusiya mərkəzi atəşə tutulub

9:46 Bayılda gərginlik artır

9:42 Atəşkəs 135 dəfə pozulub

9:37 Fəxriyə Xələfova: “Dəb olmasaydı, həyat dayanardı”

9:33 Tələbə kreditləri haqda yeni təklif

9:29 Polkovnik: “Ermənilər hücuma keçə bilər”

9:25 “Alpinistlərin tapılmaması qeyri-peşəkarlıqdır”

9:21 ATƏT məşhur təşkilatını Azərbaycana göndərir

9:17 Bakıda gənc qadın intihara cəhd edib

9:14 Mərkəzi Bank notlarını hərraca çıxarır

9:10 Elşən Musayev: “Əli Kərimlinin cəsarəti çatıb bu gün də debata gəlsə...“

9:06 Bakıda fəhlə özünü öldürüb

9:03 İranın müdafiə nazirinin Bakı səfərinin mümkün səbəbləri

9:00 Əli İnsanov azadlığa çıxır və ölkədən gedir - Təfsilat

0:57 ABŞ kriptovalyutalara nəzarəti gücləndirəcək

0:49 Üz cizgilərinin formalaşmasını təmin edən genlər müəyyən edilib

0:36 Göygöldə yoxa çıxan gəlin tapıldı

0:28 17 türk məmur Yunanıstana qaçdı

0:14 Hava vasitəsilə enerji toplayan batareya yaradılıb

0:03 Bu gün bürcünüz nələr vəd edir?

20 FEVRAL

23:58 “Türkiyəni itirmək ABŞ-ın bölgəni itirməsi mənasına gələr”

23:44 Ramil Usubov kral Salmanla görüşdü

23:37 Ötən il Rusiya əhalisinin sayı 0,05% artıb

23:25 ABŞ-da orta məktəb atışma ilə əlaqədar təxliyyə edilib

23:11 Olimpiadada səyyar məscidlər xidmət göstərəcək

23:06 Ərdoğandan Əsəd ordusunun həmləsinə ilk reaksiya

22:58 İki dərmanın satışı qadağan edildi

22:42 Tehrandakı iğtişaşda 300 nəfər saxlanılıb

22:36 Maldiv adaları uğrunda Çin-Hindistan rəqabəti - Təhlil

22:29 Çexiyanın “Tatra” yük maşınları Azərbaycanda yığılacaq

22:16 Vahid Əhmədov: “Kənd təsərrüfatı sahəsində ikinci mərhələ başlayır”

22:03 Azərbaycanda işsizlərin sayı açıqlandı

21:55 YPG qüvvələri Afrindən geri çəkilib

21:42 Vəzifəli şəxslərin cəriməsi müəyyənləşdi

21:37 Poroşenko Donbasda ordudan istifadəni qanuniləşdirdi

21:24 İranda təyyarə qəzasında ölənlərin cəsədləri tapılıb

21:19 Komitə sədri Cocuq Mərcanlı məscidində

21:07 Bakının iki rayonunda qaz olmayacaq

20:55 Adnan Oktar: “Biz Ermənistanla sərhədləri açacağıq”

20:41 “Seçkiləri kifayət qədər beynəlxalq təşkilat müşahidə edəcək”

20:39 “ABŞ Suriyada öz regional maraqlarından əl çəkməyəcək”

20:27 Sabahdan Bakı-Sumqayıt elektrik qatarının hərəkət qrafiki dəyişir

20:14 “Erməni və Azərbaycan icmaları arasında dialoqun qurulması vacibdir”

20:03 Bakıda şirkət və mağazadan oğurluq edildi

19:58 Özbəkistan Prezidenti Azərbaycana rəsmi səfər edə bilər

19:55 “AzerGold” QSC-nin mütəxəssisləri İsveçrəyə işgüzar səfər ediblər

19:51 Bu sürücülər 50 manatadək cərimələnəcək

19:46 Xarici ölkələrdə Xocalıya aid tədbirlər keçiriləcək

19:42 Reks Tillerson: “Kim məni əsəbiləşdirir”

19:37 Böyük Vətən Müharibəsi veteranlarının prezident təqaüdü artırıldı

19:31 Sərdar Cəlaloğlu prezidentliyə namizəd oldu

19:26 Əhalinin su sayğacları ilə təmin edilməsinə 15 milyon pul ayrıldı

19:23 Əsəd ordusu Afrinə daxil oldu

19:19 AKP-MHP ittifaqı seçkiyə bu adla girəcək

19:14 Tehranda polislə dərvişlərin toqquşdu: 6 ölü

19:10 Kılıçdaroğlu: “Qardaş Azərbaycanın kədəri Türkiyənin kədəridir”

19:06 Əfv Komissiyasının növbəti iclası keçirilib

19:02 İranda böhran dərinləşir

18:57 Azərbaycan - Makedoniya matçının vaxtı və stadionu dəqiqləşib

18:53 STP Tacikistana kabel ixrac edəcək

18:48 Saxta diplomla 8 il həkimlik edən fırıldaqçı tutuldu

18:41 “Cəzalandırmasaq, sabah fəlakətlər qarşısında aciz qalacağıq”

18:36 Azərbaycan XİN Serj Sarkisyanın təbrikini şərh edib

18:34 Vətəndaşın qeydiyyat vəsiqəsi itib

18:31 Azərbaycanda 21 xarici vətəndaş saxlanılıb

18:29 FHN: “Penitensiar Xidmətin binasındakı yanğın söndürüldü”

18:27 Tanınmış rejissorda ağır xəstəlik tapıldı

18:23 İlham Əliyev sərəncam imzaladı

18:19 Sabahın məzənnəsi

18:15 Bayıl sakinlərinə kirayə haqları niyə ödənilmədi?

18:11 SOCAR-ın trest müdiri ittihamlara cavab verdi

18:09 “The Daily Caller”: Azərbaycan Amerikanın mühüm müttəfiqidir

18:05 “Kağıza “ayda 100 min” yazıb qabağıma qoydu, dedi...”

18:02 Bakıda dövlət qurumunun binası yanır

18:00 Avropa Bankı TAP-ın maliyyəsini artıracaq

17:55 ABŞ-a məxsus F-16 qırıcısının havada mühərriki alışıb

17:49 “Oğullarım ikinci ərimi, o da övladlarımı qəbul etmədi”

17:44 Fevral ayının iqlim xarakteristikası açıqlanıb

17:39 “Bayılda sürüşmə prosesi aktiv fazadadır…” – Nazirlik rəsmisi

17:34 Qvardiola baş məşqçiyə hücum etdi

17:29 Türkmənbaşı öz zirehli “Mercedes”lərini satır

17:24 Ziyafət Əsgərov MDB İcraiyyə Komitəsi sədrinin birinci müavini ilə görüşdü

17:20 Rusiya mediası: “FTX “Qazprom”da genişmiqyaslı yoxlama aparır

17:15 Rusiyada azərbaycanlılar çinli turisti qarət etdi

17:10 İş adamı Şirzad Abdullayevə verdiyi 10 milyonu tələb edir

17:05 Dubayda 3D texnologiyası ilə villalar tikiləcək

17:00 Ermənistandan Avropaya şikayətlər artır

16:55 Şəhriyar del Gerani: “Dediyim bütün fikirlərin arxasındayam”

16:50 Moskva polisi məşhur azərbaycanlı bloqeri saxladı

16:44 Göygöldə itkin düşən gənc qadın tapılıb

16:39 Ziya Məmmədov evinin yanması xəbərindən danışdı

16:34 Direktor: “Hər ay şir 400, piton ilanı 20 manatlıq yem yeyir”

16:28 Azərbaycanda seçkiləri izləyəcək MDB müşahidə missiyasının rəhbəri bəlli oldu

16:23 Peterburqda öldürülmüş azərbaycanlının meyiti tapıldı

16:16 Lənkəranskinin qatili bilindi

16:10 Boksçumuz turnirə qələbə ilə başladı

16:03 Putin Suriyadakı qoşun qruplaşmasının komandanını dəyişir

15:58 Livanlı general Tel-Əvivi hədələdi

15:53 Ərdoğan Afrinin mühasirəyə alınacağının anonsunu verdi

15:48 Sosial sığorta üzrə borclu şəxslərin sayı və tənzimlənəcək borcun məbləği açıqlanıb

15:43 Bayılın ardınca bu ərazilərdə sürüşmə aktivləşdi

15:35 Arif Əsgərovun oğlu məhkəməyə çağırılıb

15:30 “Messi və Səddam”

15:23 Beyləqanda avtomobil piyadanı vuraraq öldürüb



MÜSAHİBƏ

...

“Qıza o dərmanı versəydilər, öləcəkdi” – Baş kardioloq

Tarix 26.01.18, 22:32

Font ölçüsü : - / +
bitmap-img6


Respublikanın baş kardioloqu Faiq Quliyevin Ailem.az-a müsahibəsini təqdim edirik


- Faiq həkim, son zamanlar ürək tutmasından vəfat edən insanların sayı artıb. Xüsusilə də cavanlar arasında buna daha çox rast gəlinir.

- Bəzən məndən soruşurlar, niyə Azərbaycanda ürək ağrıları ilə bağlı ölümlər artıb? Reallıq isə belədir ki, sadəcə kardioloji ürək xəstəlikləri artıb, kardioloji ölüm yox. Bunun səbəblərindən biri yaxşı aşkarlanmadır. Əvvəlki illərə nisbətən kardioloji xəstələr, ürək qüsurları, üərk-damar xəstəlikləri daha yaxşı aşkar olunur. Səhiyyə Nazirliyi tərəfindən həm xəstəxanaların, həm poliklinikaların, həm təcili yardımların təchizatı yaxşılaşdırılıb. Demək olar ki, hər poliklinikada aparatura var. Hazırda xəstələr exokardioqramma,  elektrokardioqramma etmək üçün heç bir növbə gözləmirlər. Amma əvvəllər xəstələr bunun üçün növbəyə dururdular. Hazırda belə bir problem yoxdur. İkincisi, diaqnostikanın yaxşılaşdırılmasıdır. Həkimlərin ümumi hazırlıq səviyyəsi əvvəlki illərdən dəfələrlə artıb. Əvvəllər həkimlər yalnız 6 il oxuyurdular, bunun bir ili internatura idi, indi isə təhsil müddəti Avropada olduğu kimi, 10 ildir. 4 il də rezidentura. Hər həkim təhsilini bitirəndən sonra sertifikasion imtahan verir və lisenziya alır. Bu lisenziyanın da 5 il təsir müddəti var. Bunlar hamısı həkimləri kitab oxuyub hazırlaşmağa stimullaşdırır.

- Hazırda vətəndaşlar ürək xəstəlikləri ilə bağlı daha çox dövlət, yoxsa özəl xəstəxanalara müraciət edirlər? 

- Bilirsiniz, bir hökumət sistemi var, bir də şəxsi klinikalar. Onlar ikisi də fəaliyyət göstərir və kimin hara imkanı olsa, ora müraciət edir. Amma Səhiyyə Nazirliyi çalışır ki, hökumət sistemində olan xəstəxanaların təchizatı, dərmanları özəl klinikalardan fərqlənməsin ki, əhali əziyyət çəkməsin. Onu da qeyd edim ki, dövlət xəstəxanalarında həm müayinə, həm dərmanlar, həm yeməklər pulsuzdur.

- Amma məsələn, angioqrafiya müayinəsi olduqca baha - 350 manatdır.

- Siz deyirsiniz, müayinə 350 manatdır. Amma dövlət xəstəxanalarında bu pulsuzdur. Şəxsi klinikalarda kimisi 350 manata, kimisi 250 manata edir. Onların da arasında rəqabət başlayanda qiyməti azaltmağa başlayacaqlar. Təzə-təzə qiymətlər daha baha idi, hətta 450 manat. İndi get-gedə nisbətən azalır. 1 saylı Klinik Tibbi Mərkəzdə və Eksperimental Cərrahiyyə İnstitutunda bu müayinə pulsuzdur. Amma bu müayinə hər dövlət xəstəxanasında da yoxdur. Çünki həmin aparatlar çox bahalıdır. Hələlik yoxdur, amma güman edirik ki, bu yaxınlarda böyük klinikalarda da angioqrafiya etdirmək olacaq.

- Bəs adıçəkilən müayinədən hər kəs keçə bilərmi?

- Bu müayinə zamanı konkret olaraq ürək damarının içinə invaziv yolla, katetrlə kontrast daxil edirlər. Bu isə ən optimal yoxlama sayılır. Tutaq ki, elektrokardioqrafik yoxlama aparılır. Orada heç nə aşkarlanmır, amma xəstənin şikayəti var, klinik əlamətləri olur. Exokardioqrafik yoxlamalar da əlavə olunur və orada da heç nə aşkarlanmır. Üstəgəl stress testlər edirlər, o da konkret bir şey göstərmir. Bu zaman daha dəqiq yoxlama əlbəttə ki, angioqrafiyadır. Bu müayinə təkcə həkim göstərişi ilə ola bilər. Ona görə ki, bunun yoxlama metodikası pulsuz da olsa, bahalı yoxlamadır. Orada birdəfəlik kateterlardan istifadə olunur, kontrast özü çox bahalıdır. Azərbaycanda onun istehsalı yoxdur və xaricdən gəlir. Hətta stendlər var ki, bir-birindən bahadır. Stend var ki, birinin qiyməti 1800 manata başa gəlir. Təsəvvür edin, hökumət bunları alsın və pulsuz şəkildə hər kəsə tətbiq etsin, o zaman səhiyyəyə ayrılan pulların çoxu bu stendlərə gedər. Nəticədə nə vaksinasiya aparmaq olar, nə də başqa işləri çatdıra bilərik.

- Əvvəllər ürək tutmalarına 50 yaşdan yuxarı insanlarda daha çox rast gəlinirdi. Hazırda isə bu yaş 20-30-40-a enib. Səbəb nədir?

- Bu tendensiya bütün dünyada gedir. Biirinci səbəb kimi bütün dünyada olan ekoloji faktorlardır. Bu faktorlar get-gedə pisləşir və tək ürək-damar xəstəlikləri yox, ağciyər, onkoloji və sair xəstəlikləri artırır. Kardiologiyaya aid olan faktorlar isə bunlardır - əhali arasında erkən piylənmə, metabolik sindrom yaranması, lipid mübadiləsinin pozulması, qarının böyüməsi və sair. Fikir verirsinizsə, cavan uşaqlardır, amma qarınları sallanıb. Əvvəllər belə şeylər yox idi. Avan qızın, oğlanın fizioloji quruluşu, adətən, tamamilə normal olurdu. İndi isə baxıb görürük ki, əksəriyyət köklükdən əziyyət çəkir. Bununla yanaşı metabolik sindromun, ikinci tipli şəkərli diabetin artması da ürək-damar xəstəliklərini həm artırır, həm də cavanlaşdırır.

- Düzgün qidalanmamaq, normal yaşayış tərzinin olmaması da bu xəstəliyin yaranmasına stimul verir?

- Hazırda yaşayış intensiv olub. Daha intensiv yaşayış tərzi keçirən cavanlar isə ayaqüstü yeməklərdən çox istifadə edirlər. Dönər, müxtəlif buterbrodlar, üzərindən də şirin kolalar. Bunlar hamısı karbohidrat mübadiləsinin pozulmasına, erkən şəkərli diabetə, erkən metabolik sindromun əmələ gəlməsinə gətirib çıxarır. Yəni stress vəziyyətində qaça-qaça ayaqüstü yemək, düzgün qidalanmamaq, kifayət qədər vitamin, meyvə, tərəvəz qəbul etməmək nəticədə problemlərin yaranmasına gətirib çıxarır.

- Bəs tütün, alkoqollu içkilər?

- Sizə deyim ki, bu, ölkələrə görə dəyişir. Bizdə gənclər arasında alkoqollu içkiyə aludəçilik çox deyil. Müqayisəli götürsək, Almaniya, İngiltərə və digər ölkələrdə pivə, çaxır, araq kimi içkilərin cavanlar arasında istifadəsi dəfələrlə çoxdur. Amma bunu siqaret çəkməklə kompensasiya edirlər. Alkoqol içmirlər, amma siqaret çox çəkirlər. Bu da çox təhlükəlidir. Bildirim ki, ağciyərlər 20 yaşına qədər artır. Ondan sonra ağciyərin artması dayanır. Və tutaq ki, yeniyetmə siqaret çəkməyə başlayır, bu zaman ağciyəri inkişafdan qoyur. Bütün orqanizmdə oksigenasiya pozulur. Nə beyinə, nə ürəyə, nə də daxili orqanlara oksigen gedib çatmır. Oksigen orqanizmə çatmadığı üçün qidalanmadan asılı olmayaraq, uşaqlar zəif olur. Beyin inkişafı pozulur.

Gənclər siqaret çəkən zaman hər şeydən daha çox xərçəngə tutulmaqdan qorxurlar. Bu, əlbəttə ki, olur. Amma onun xərçəngə çevrilməsi üçün xeyli zaman lazımdır. Həmin zamana qədər şəxsdə ürək-damar sisteminin zədələnməsi, beyin inkişafının geri qalması problemləri ortaya çıxır. Bu cür uşaqlar informasiyanı kifayət qədər qavraya bilmirlər. Biri var, 70 yaşlı adam siqaret çəkir, o, dövrünü artıq yaşayıb, əlbəttə ki, siqaret çəkməsə daha yaxşıdır. Amma 70 yaşdan sonra onun ciyəri inkişaf etməyəcək, burada yalnız onkoloji riski artırır. Lakin siqaret çəkən cavan oğlanlarda endokrin pozulmalar, cavan qızlarda endokrin qadın pozulmaları erkən başlayır. Bununla bərabər, karbohidrat pozulmaları, erkən şəkərli diabet və bir çox başqa problemlərə səbəb olur.

- El arasında belə bir deyim var ki, qadınlar əsəbiləşəndə, stress anlarında ağlayaraq rahatlayırlar. Kişilər isə əksinə, ürəklərinə salırlar və ona görə də onlarda infarktdan ölüm faizi daha çoxdur. Bu, nə dərəcədə həqiqətə uyğundur?

- Kişi, ya qadın fərqi yoxdur - emosiyaları daxildə gizlətmək qan-damar sisteminə daha pis təsir edir. Emosiyaları bayıra töküb, hirslənib qışqıranda, ağlayanda hirslənmə həmin emosiyalarla sonlanır. Daxildə saxlayanda isə daha da çox uzanır. Amma stressi içində gizlətməsi, yaxud bayıra vurması hər bir insanın öz xüsusiyyətindən, uşaqlıqda necə ailədə böyüməsindən asılıdır. Tutaq ki, uşaq görür, anası hirslənən kimi başlayır ağlamağa, uşaq da ondan bu cür öyrənir. Yaxud görür, atası hansısa işi düz gətirməyəndə qışqırır, vurur, sındırır, dağıdır. Bu uşaq da böyüyəndə eyni hərəkətləri edir. Konkret olaraq aqressiv ailələrdə böyüyən uşaqlar isə utancaq olur. Çünki onlar başını qaldırıb nəsə deməyə qorxurlar. Buna görə də bütün fikirlərini daxilə ötürürlər. Əlbəttə ki, onlarda ürək-damar xəstəlikləri, şəkərli diabet daha erkən əmələ gələcək. Stressin ürək-damar sisteminə təsiri xarici ölkələrdə də öyrənilib. Bizdə də ürək-damar sisteminin profilaktikasına dair protokolda stress böyük bir risk amili kimi göstərilib.

- Genetik ürək tutmasının əlamətlərini əvvəlcədən bilmək mümkündürmü?

- Ürək tutmalarında əsasən irsi faktor var. Əgər ana, ya ata tərəfdə bu xəstəliklər varsa, burada əsas təhlükəli hal qəfləti ölümdür. Biz də xəstəni yoxlayarkən soruşuruq ki, ailədə cavan yaşında ölən olub, yoxsa yox. Qəfləti ölümlər çox zaman ürək ritminin pozulmaları ilə əlaqədardır. Gecə yuxu zamanı ürək ritmi pozulur, xəstənin heç xəbəri olmur və səhər həyatını itirir. Bax, bu irsi faktor uşaqlara keçir. İkinci tip şəkərli diabet də irsən keçicidir. Metabolik sindromun əmələ gəlməsində də irsi meyllik var. Bildirim ki, bu genlər xaricdə aşkarlanıb və adları da var. Amma hələlik o genlərə təsir göstərə bilmirik. İndi tendensiya onadır ki, genetik fiziologiya inkişaf edəndən sonra biz bu ürək-damar xəstəliklərinin tam erkən diaqnostikasını qoyaq. Tutaq ki, uşaq yeni doğulub və onun ürək sağlamlığı ilə şübhəmiz var. O zaman məsələn, atası tərəfdə hansısa ritm pozuqluqları olub-olmadığını öyrənirik. Uşaqda da bu halın olub-olmayacağını yoxlayırıq. Biz bunu genetik yoxlamalarla dəqiqləşdirə bilirik. Belə olduqda uşağın qəflətən ölümlə üzləşməsini qoymuruq.

- Bəzən ürəyimiz möhkəm döyünür, ya sancılar, ağrılar olur. Bu zaman mütləq ürək xəstəliyindən şübhələnməliyik, yoxsa...?

- Ürək döyüntüsü, uzun müddət çəkən hansısa ağrılar bir o qədər qorxulu deyil. Bunlar nevrotik ağrılardır. Amma nevrotik ağrılar zamanında yoxlanılmasa, bu ağrıların nəticəsində arterial hipertenziya, yəni arterial təzyiqin erkən əmələ gəlməsinə, ritmin pozulmasına səbəb olur. Nevrozlu xəstələr var ki, yoxlanılmır. Onları sakitləşdirirlər ki, səndə heç nə yoxdur, nevrozdur. Amma Yaponiyada aparılan bir araşdırmada məlum olub ki, onlarda qəflətən ölüm 4,5 dəfə daha çoxdur, nəinki adi adamlarda.

- Ürəyi ağrıyan şəxslərə tövsiyələriniz nədir?

- Əgər ürək tərəfinizdə narahatçılıq varsa, mütləq mütəxəssisə müraciət edin. O, sizə dəqiq bir söz deyə bilər. Qonşudan, qohumdan nəsə soruşmaq düz deyil. Mütəxəssis baxacaq, ən azı elektrokardioqrafiya edəcək. Heç olmasa, sizinlə əyani maraqlanacaq, təzyiqinizi ölçəcək, yəni primitiv də olsa yoxlayacaq. Heç zaman ürək ağrıları ilə bağlı həkimsiz aptekdən dərman almayın. Aptekdə işləyən əczaçılar həkim deyil və həkim kimi işləməyə lisenziyası yoxdur.

- Ürək tutması olan adama ilkin tibbi yardım necə edilməlidir? Belə fikirlər var ki, ürək tutması olan adamı yerindən tərpətmək düzgün deyil.

- Bütün ürək xəstələrini tərpətmək olar. Hətta kəskin miokard infarktı keçirən xəstə  hansısa ucqar rayondadırsa, Səhiyyə Nazirliyi tərəfindən tibbi vertolyot gedir, xəstəni götürüb, şəhərə gətirir. Sadəcə onu daşıma məsələsi həkim nəzarəti altında olmalıdır. Bildirim ki, küçədə, metroda, evdə və sair huşunu itirən bütün adamlar ürək xəstəsi deyil. Mən özüm də belə hallarla rastlaşmışam. Bir dəfə metroda cavan bir qız huşunu itirmişdi. Deməli, səhər yeməyini yeməyib, ac qarına minib metroya və durduğu yerdə huşunu itirib. Təzyiqi düşüb aşağı. O, yıxılan kimi isə nitroqliserin axtarırdılar ki, birini tapıb qoysunlar dilinin altına. Bu, qəti düzgün deyil. Yaxşı ki, biz onun yanında idik və nitroqliserin verməyə qoymadıq. Versəydilər, təzyiqi sıfıra düşəcəkdi və xəstəni itirə bilərdik.

- Bəs düzgün qaydası necədir?

- Bayılan şəxsi birinci növbədə uzatmaq, ayaqlarını yuxarı qaldırmaq lazımdır ki, qan başa getsin. İkincisi isə, ürək dayananda ya süni tənəffüs vermək lazımdır, ya da ürək masajı etmək. Buna görə də əhali bunlarla bağlı maarifli olmalıdır. Xarici ölkələrdə bütün polis işçiləri bu ilkin tibbi yardımı bacarır. Hətta metrostansiyalarda defimilyatorlar var, ürək dayananda vibrasiya edirlər, tok buraxırlar ki, ürəyi təzədən işə salsınlar. Əhalinin bununla bağlı ümumi hazırlanmasına paramedik deyirlər. Yəni yarım tibb işçiləri. Yanğınsöndürənlər, polislər  bunların hamısını bacarmalıdır. Nəzəri olaraq hər yerdə bu cür seminarlar keçirilib, amma praktikada nə qədər həyata keçirilir bilmirəm. 

pia.az










Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


MÜSAHİBƏ

design-img

Vernisaj

İki dərmanın satışı qadağan edildi

bitmap-img3

Rakurs

Bir villanın izi ilə … “Kristal CF” şefi haqda şok məlumatlar

bitmap-img3

Seçmələr

Xaləddin İsgəndərovdan “qardaşoğlu” əməliyatı - Biri qovuldu, digəri...

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru