Bazar, 24 Mart 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

“Qəbul üçün 500, yemək pulu üçün 20 manat verməlisiniz” - Bağça müdirəsinin şərtləri

Sumqayıt şəhərində yerləşən 44 saylı bağçanın müdirəsi Lamiyyə Məmmədova bağçaya qəbul üçün rüşvət smetasını çəkinmədən valideylərin önünə qoyur


“Beynəlxalq İnformasiya və Regional Araşdırmalar” ictimai birliyinin sədri, Reaksiya.az informasiya portalının baş redaktoru Zaur Qəriboğlu rəsmi “facebook” səhifəsində Sumqayıt şəhərində yerləşən 44 saylı bağçada baş verən özbaşınalıq və rüşvət faktı ilə bağlı şikayətini yazıb

PİA.AZ həmin yazını təqdim edir:

“Sumqayıt şəhərində 44 saylı bağça var. Bu gün səhər saat 09:00-da əməkdaşımız övladını bağçaya qoymaq üçün yaxınlaşıb. Bağça müdiri Lamiyyə Məmmədova bildirib ki,  “Qəbul üçün 500 manat, sonra da aylıq yemək pulu üçün 20 manat verməlisiniz. Əks halda hara deyirsiniz, deyin, yer yoxdur, qəbul etmirik. Mən bu bağçanı öz cibimdən təmir edirəm, aylıq yeməyi də özümdən alıram”. 

Səhər saat 10:00-dan düz indiyə qədər bağça müdiri ilə dəfələrlə danışmağa cəhd göstərsək də, telefonlara cavab vermir. Sumqayıt Şəhər İcra Hakimiyyətinə də müraciətlərimizə baxmayaraq, Lamiyyə Məmmədova kimin adamıdırsa, heç kim onunla bacarmır. 

Anlamıram, bu dövlətin Sumqayıt şəhərinə ayırdığı pullar hara gedir ki, Lamiyyə Məmmədova dövlətin bağçasını özünün şəxsi əmlakı hesab edir?!”.

pia.az
Etiket:
loading...