Çərşənbə, 16 Yanvar 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

“Qəbələ”nin hazırlıq proqramı müəyyənləşib


"Qəbələ" komandasının mövsümlərarası fasilədəki hazırlıq proqramı müəyyənləşib


Milli.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 2017/2018 mövsümü başa çatdıqdan sonra istirahətə buraxılan "qırmızı-qaralar" iyunun 12-də hazırlıqlara start verəcək.

Qəbələdə bir araya gələcək komanda üzvləri bir həftə ərzində məşqlərini doğma arenada gerçəkləşdirəcək. Milli komandaların düşərgəsindən qayıdan futbolçular xüsusi proqramla hazırlaşacaqlar.

"Qəbələ" iyunun 20-də Sloveniyaya yollanacaq. "Qırmızı-qaralar" iyulun 7-dək 4 yoxlama oyunu keçirəcəklər. Bu matçlardakı rəqiblər dəqiqləşməsə də, qarşılaşmalar iyunun 23-də, 28-də, iyulun 1-də və 5-də baş tutacaq.

pia.az
Etiket:
loading...