Xəbər xətti

22 MAY

0:59 Azərbaycan Premyer Liqasının medalçıları mükafatlandırılıb

0:46 Hacı Qamət: “Bu addım qadınları qorumaq üçün atılmışdı”

0:31 Yeni dövlət yaradılır

0:28 “Samsung Galaxy S8”in sadə versiyası buraxıldı

0:14 Nazirlik iş adamını cərimələyib

0:04 Bu gün bürcünüz nələr vəd edir?

21 MAY

23:55 Hitler nə vaxt və necə ölüb? - Araşdırma

23:48 Ruhani: “Tramp mənə Corc Buşu xatırladır”

23:36 “Qarabağ” mövsümü qələbə ilə başa vurdu

23:27 Ermənistanlı bankir ölkədən 10 milyard dollar çıxarıb

23:12 Səidə: “Məni aldadıb çiynimə tatu etdilər”

23:08 Türkiyəli müğənni efirdə “Sarı gəlin”i erməni dilində oxudu

23:02 Dedektiv janrda yeni serial gəlir - “Keçmişin İzində”

22:57 “Ebola”dan ölənlərin sayı durmadan artır

22:41 “Qəbiristanlıq oğrular”ı yaxalandı

22:38 16 saat tox qalmaq üçün sahurda bu qidaları yeyin - Siyahı

22:25 Türkiyənin müxalifət partiyası parlament seçkilərində iştirakdan imtina edib

22:12 Saabiq nazir 50, aparatının rəhbəri 36 milyon ödəyib

22:06 Avropa Birliyi-Azərbaycan əlaqələri: Şərtlər ədalətlidir?

21:57 Serbiya prezidentinin şərəfinə ziyafət verildi

21:44 Baxçalı: “Bu, bizə qarşı şərəfsizlikdir”

21:38 “BakuBus” avtobuslarında kondisionerlər işə salındı

21:25 Putin Paşinyanla Qarabağı müzakirə etdi

21:17 Qurban Qurbanov millinin yeni heyətini açıqladı

21:03 Azərbaycana avtomobil idxalı sürətlə artır

20:56 Polşa prezidenti ABŞ-ı tərk edə bilmədi

20:48 Türkiyədə baş məşqçi istefa verdi

20:35 Qüdsün işğalına daha bir ölkədən dəstək

20:27 Ailənin tək oğlu cəbhəyə getməlidir?

20:14 Ermənistan Rusiyadan 170 milyon dollarlıq silah aldı

20:02 ABŞ-dan Gürcüstana dəstək

19:57 Paşinyan: “Ermənistanda bütün qubernatorlar dəyişdiriləcək”

19:51 Gizem və Çağatayın evindən narkotik vasitələr tapıldı

19:46 Şabranda oğurluq edən dəstə üzvləri saxlanılıb

19:42 Türkiyədə 104 hərbçi ömürlük həbs olundu

19:37 Azercell XXV “TİBO-2018” sərgisində ölkəmizi təmsil edib

19:32 Baş həkim: “Partlayışda yaralananların bədəni 95-100 faiz yanıb”

19:29 “Taliban” Əfqanıstanda 86 kəndi ələ keçirdi

19:24 Niderland mediası Azərbaycan Xalq Cümhuriyyətindən yazdı

19:17 Argentina millisinin heyəti açıqlandı

19:13 Etibar Məmmədovun oğlu ABŞ-a köçdü

19:09 “ABŞ bütün dünyada İranın hərbi serverlərini çökdürəcək”

19:06 AKP 149 deputatdan imtina etdi

19:01 Təhsil naziri yeni direktor təyin etdi

18:55 Alpinistlərin meyiti ilə bağlı ilkin ekspertiza rəyi açıqlandı

18:50 Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv etdi

18:46 Azərbaycan vətəndaşı İstanbulda intihar edib

18:42 Donbassda BMT sülhməramlıları yerləşdirilə bilər

18:37 Mingəçevirdə sərnişin avtobusu aşdı: 5 yaralı

18:33 Türkiyədə dolların məzənnəsi 4,6 lirəyə yaxınlaşdı

18:28 Fələstin ərəb ölkələrinə çağırış etdi

18:25 Anna Netrebko “Dostluq” ordeni ilə təltif edildi

18:22 “Meksika Azərbaycanla ticarət əlaqələrini fəallaşdırır”

18:19 ABŞ İrana qarşı “B Planı”nı açıqladı

18:15 “Şahdəniz-2” layihəsi yaxın günlərdə başa çatacaq

18:11 Bakcell “Ulduzum”dan xaricə səyahət

18:07 Yusif Eyvazov Xalq artisti oldu

18:04 Ətraf mühiti çirkləndirən şəxs cərimələnib

18:00 İraqda koalisiya hökuməti qurulacaq

17:55 Bakı-Qazax yolunda 39 yaşlı mikroavtobus sürücüsü qəflətən ölüb

17:49 “Anam xəyanətə görə bizi atıb getdi”

17:44 Yüksəksürətli sərnişin qatarı alışıb - Hindistanda

17:38 Aleksandr Vuçiç: “Serbiya Azərbaycan üçün dost ölkədir”

17:33 Bakıda evdən 30000 dollar və 100000 manatlıq qızıl-zinət əşyaları oğurlanıb

17:28 Sumqayıtda narkoloji xəstələrin sayı açıqlandı

17:23 “Regionumuzda enerji sahəsində əməkdaşlıq yeni səviyyəyə qalxır”

17:18 “Dərin dövlət” Həsən Ruhanini devirmək istəyir

17:13 Gədəbəy sakini keçmiş məhkum yoldaşı tərəfindən bıçaqlanıb

17:08 “Məni aldadıb çiynimə tatu etdilər” - Səidə

17:03 Elmar Məmmədyarov Beynəlxalq Əmək Təşkilatının baş direktorunu qəbul edib

16:58 “Azəriqaz”: Binəqədidə partlayış olan kafedə qaz xətti yoxdur

16:53 Nazir kollecə yeni direktor təyin etdi

16:47 FHN Bakıda baş verən partlayış barədə məlumat yayıb

16:43 Novruz Məmmədov Serbiya prezidenti ilə işçi nahar edib

16:36 Gəncədə seyfi sındırıb 30 minlik qızıl oğurladılar

16:31 Artıq ödəmə terminalları pulun qalığını qaytaracaq

16:25 “Ermənistan mətbuatının yaydığı xəbər şişirdilib” - XİN

16:20 Tağıyevin daha bir evi sökülür

16:15 “Qurd qapısı” qəbiristanlığını talayanlar ələ keçdi - Foto

15:58 Şəhid əsgərin adından nişanlısıyla danışan komandir

15:53 Azərbaycanın 2018-ci il üzrə dövlət büdcəsinə yenidən baxılacaq

15:46 Cavan Zeynallının ailəsində ağır itki

15:41 Mədəniyyət nazirinə birinci müavin təyin olunub

15:36 Bakıda güclü partlayış: 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb - Yenilənib

15:31 DÇ-2018: Belçika yığmasına Premyer Liqadan 11 futbolçu çağırılıb

15:25 Rusiya öz smartfonunu satışa çıxarmağa hazırlaşır

15:15 Milli Məclis növbədənkənar toplanacaq

15:10 Azərbaycnda müəllimlər sertifikasiyadan keçəcəklər

15:05 İran XİN rəsmisi ölkəsinin Suriyadan çıxmasının şərtlərini açıqlayıb

15:01 Paraqvay Qüdsdə səfirlik açdı

14:56 Çay idxalının həcmi 4 dəfə azaldılıb

14:50 Homsda terrorçuların silah anbarı tapılıb

14:48 Barmağı əzildi və hər şeyini itirdi...

14:45 Fransa xarici işlər nazirinin Azərbaycana səfərinin tarixi açıqlanıb

14:40 Alpinistlərin meyiti ilə bağlı ilkin ekspertiza rəyi açıqlandı

14:35 Azərbaycan və Serbiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

14:30 31 il əvvəl ölmüş azərbaycanlı aktrisanın sirli Facebook profili

14:25 Ermənistanda insanlar yenidən küçələrə axışdı

14:20 BP neftin ucuzlaşacağı tarixi açıqlayıb

14:20 “Məmur uşaqları xaricdə oxuyur, kasıb balaları səngərdə qırılır”

14:16 Elza Seyidcahan Samir Bağırovu tanımadı

14:11 İnzibati tənbeh zamanı ictimai işlər iş günləri 2 saatdan çox olmayacaq

14:07 Dünən şəhid olan əsgərimiz Ağstafada dəfn edildi

14:03 “Bank of Baku” və Bakcell “Ulduzum”dan xaricə səyahət!

13:58 Manat bahalaşarsa, bu bank sektorunun sağlamlaşması üçün zəmin ola bilər?

13:50 Hesablama Palatası metroda 8 milyonluq maxinasiya ortaya çıxardı

13:25 Şəkidə 23 yaşlı qadın itkin düşüb

13:21 90 günlük müvəqqəti qeydiyyat “ASAN xidmət”də aparılacaq

13:17 Beynəlxalq ekspert: “Dollar çökür...”

13:13 Sabah hava necə olacaq?

13:08 Azərbaycan və Serbiya prezidentlərinin təkbətək görüşü keçirilib

13:04 Paytaxtı su basdı, Türkmənistanın müdafiə nazirinə şiddətli töhmət verildi

13:00 “Bolşeviklər Cümhuriyyətin işğalından sonra ruhaniləri güllələdilər”

12:56 Azərbaycan qazı Bolqarıstana 2020-ci ildə çatdırılacaq

12:51 Nazir islahatlara başladı: Əlillik yeni üsullarla təyin olunacaq

12:51 Prezidentə yalan danışan sahibkarla bağlı yeni faktlar

12:50 “Oğlum “mən bayrağa bükülüb gələcəyəm” deyirdi”

12:46 Bakının iki yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılır

12:37 Ərdoğanın Sarayevo mitinqi fərqli rəylər doğurub

12:33 Hitlerin ölüm səbəbi tapıldı



CƏMİYYƏT

...

“Qayınatası oğluma vəzifə verdi, gəlin məni evdən qovdu...”

Tarix 06.12.17, 22:42

Font ölçüsü : - / +
bitmap-img6


“Qayınatası oğluma vəzifə verdi, gəlin məni evdən qovdu...” – Kimsəsiz ölən nənələrin nağılı


...Ağ çərçivəli pəncərə şüşələri arxasından iki göz məlul, məhzun şəkildə yağış damlalarının gölməçədə yaranıb yoxa çıxan çevrələrini izləyir. Hərdən gözlərini qaldıraraq intizarla həyətin o biri başına, girəcəyə zilləyir, nəyisə axtarırmış kimi ətrafa nəzər salır və ruhdan düşərək yenidən başını aşağı dikir. Deyəsən, kimisə gözləyir. Özü də deyəsən, lap çoxdandır gözü yoldadır. Bəlkə də bir neçə həftədir, aydır, ya elə ildir?! 

Qulağında qeyri-ixtiyari uşaq gülüşləri, səs-küyü eşidilir.
 
- Nənə, məni həyətdə gəzdir də, nə olar?
 
- Ay nənə, mən bişirdiyin kökədən doymadım ey, yenə istəyirəm...
 
Həcər nənə bəxtəvər günlərini xatırlayır. Budur, sübh tezdən yoğurub bişirdiyi isti və ətirli yuxalardan sevimli nəvəsi üçün dürmək düzəldib, onun toppuş 
və yumşaq əllərinə verərək, ləzzətlə yeməsinə tamaşa edir. Yenə balaca Tural ağzını büzərək ağlayır: "Qonşunun uşaqları dedi ki, sən onların nənəsi kimi çoxlu nağıl bilmirsən. Düzdür, ay nənə?" Həcər nənə gülümsəyir və Turalın başını sığallaya-sığallaya deyir, “yox, onlar düz demir. İndi mən sənə elə bir nağıl danışacam ki, onu sənin nənəndən başqa heç bir nənə bilmir. Deməli, bir dəfə keçəl, padşahı belə aldadır...”
 
...Arxadan kiminsə səsi onu bu şirin fikir və xəyallardan ayırır. Nahar vaxtı idi və onu səsləyən də nəzarətçi idi. “Ay bala, məni soruşan olmayıb ki? Axı Akif demişdi, bu gün mütləq gələcək” Nəzarətçi qadın başını yelləyərək həmişəki sözləri təkrarlayır: "Gəl sən xörəyini ye. Yəqin işi çıxıb ona görə yubanır..." Bu şirin yalan hər gün beləcə təkrar olunur. Həcər nənə də ürəyində bir ümid, toxtaqlıq hiss edərək, həmişə pəncərə qarşısında tutduğu bu mövqeni yalnız yemək üçün tərk edir.
 
***
 
Biz Bilgəhdəki qocalar evinə daxil olanda, hələ pəncərədən ağsaçlı bir qadının ümidlə bizə tərəf baxdığını görmüşdük. Sanki kimisə gözləyirdi...
 
Ordakı sakinlərin dediyinə görə, Həcər nənə 6 ildir, burada yaşayır. Təzə-təzə oğlu Akif bir-iki dəfə onun yanına gəlsə də, sonradan bu ara-sıra ziyarətlərə də birdəfəlik son qoyulub. Səbəbi isə heç kəsə bəlli olmasa da, Həcər nənəyə gün kimi aydındır...
Bu 70 yaşlı nurani qadının yanında otururuq və ehtiyatla, onun qəlbinə dəymədən həmsöhbət olmağa çalışırıq. Çünki bizi xəbərdar etdilər ki, Həcər nənə çox dəymədüşərdir və hər bir sözdən tez inciyir, kövrəlir. Əvvəlcə bizimlə danışmağa həvəs göstərməsə də, ötən xoş günlərdən söz düşərkən özünü saxlaya bilmədi. Dərhal solğun üzü gülməyə, gözlərindəki sönük işıq parlamağa başladı. Daha Həcər nənə bizim yanımızda deyildi. Fikri ömrünün keşməkeşli günlərində dolaşırdı.
 
- Akif hələ balaca idi. Yoldaşım o vaxt Rusiyaya getdi ki, orada işləsin, sonra bizi də özü ilə aparsın. Təzə vaxtlar pul da göndərirdi, amma sonra ondan heç bir səs-soraq çıxmadı. Biz hələ də bilmirik ki, ona nə oldu... Elə o vaxtdan balama həm ata oldum, həm ana. Heç vaxt qoymadım ki, onun nədənsə korluğu olsun. Həmişə çalışdım ki, başqa uşaqlardan geri qalmasın. Biz rayonda olurduq, becərdiyim bağ-bostan sayəsində dolanırdıq. Qonşunun atalı-analı uşaqları ayağına rezin çəkmə geyinəndə, mən Akifə dəridən çarıq tikdirirdim. Beləcə, onu böyüdüb-boya başa çatdırdım. Akif instituta girdi və mühəndis oldu. Sonra rayondakı evimizi sataraq Bakıda iki otaqlı bir evə köçdük. Bir gün oğlum gəldi ki, Solmaz adlı bakılı bir qızla tanış olub və evlənmək istəyirlər. Mən də bir söz demədim, razılığımı verdim. Qızın ailəsi varlı olduğu üçün toyun bir çox xərclərini onlar çəkdilər. Gəlin gəldi evimizə...
 
Həcər nənə bu zaman nəsə demək istəyirdi, amma bir az duruxduqdan sonra əlavə etdi ki, “nə olar, bir gün onun da qarşısına gəlin çıxar”. Bir qədər fasilədən sonra yenə danışmağa başladı.    
 
- Əvvəl-əvvəl hər şey qaydasındaydı. Bir müddət sonra nəvəm oldu, adını Tural qoyduq. Sevincim birə-beş artmışdı. Bütün mehrimi ona salmışdım. Gəlin günlərlə gedib atasıgildə qalır, gününü ad günlərində, məclislərdə keçirirdi. Turalı isə mən saxlayırdım. Ayağım möhkəm ağrısa da, ev işlərini görür, xörəkləri özüm bişirirdim. Bu, bir tərəfdən mənim ürəyimcə idi, çünki mətbəxdə başqa adam işləyəndə özümü narahat hiss edirəm. Beləcə, günlər keçirdi və Tural da böyüyürdü. Artıq onun 5 yaşı vardı. Bir vaxt gəldi, ayağımdakı ağrılar şiddətləndi, daha yataqdan qalxıb yeriyə bilmirdim. Acı günlərim də ondan sonra başladı. Gəlinin mənimlə rəftarı pisləşdi. Amma Akif mənim tərəfimi saxladığı üçün elə ciddi bir söz deyə bilmirdi. Bir az sonra isə gəlinin atası Akifi daha yaxşı bir işə düzəltdi. Bundan sonra Solmazın dili ikiqat çıxdı və oğlumun beynini necə doldurdusa, o da məni qocalar evinə qoymağa razılıq verdi. Mənə dedilər ki, bura sağlamlıq müəssisəsidir və bir neçə müddətdən sonra gəlib məni aparacaqlar. Mən də inandım. Əvvəl-əvvəl bir-iki dəfə Akif məni yoluxmağa gəlsə də, sonra bir daha onu görmədim. Arada zəng edir. Hər dəfə gələndə deyirdim ki, bir dəfə heç olmasa Turalı gətir görüm. O isə hər dəfə söz versə də... İndi yəqin Tural yekə oğlan olub. Görəsən dərslərini necə oxuyur? Heç olmasa yadına düşürəm?
 
O birdən dikəldi və sanki dərin yuxudan oyanmış adam kimi üzümüzə təəccüblə baxdı. Cəld yanındakı əsanı götürərək, pəncərəyə tərəf getməyə başladı. Gedə-gedə də yüksək səslə dedi:
 
- Daha Akifi gözləmirəm! Bilirəm ki, nəvəm bir gün gəlib məni öz yanına aparacaq... Mən ona nağıl danışacam, şirin qoğallar bişirəcəm... Sonra? Sonra da onun çiynində məzara yollanacam. Axı mən kimsəsiz ölmək istəmirəm...
 
***
 
Bəs görəsən ata və analarını saxlamaqdan imtina edərək qocalar evinə təhvil verən övladları buna nə vadar edir? Bu düşüncə tərzini formalaşdıran psixoloji amillər nələrdir? Bu cür addım atan övladları qanunla məsuliyyətə cəlb etmək olarmı? Ailem.az bu suallara aydınlıq gətirməyə çalışıb.
 
Qocalar evində məskunlaşanlardan əksəriyyətinin övladı var
 
Bil­gəh Mü­ha­ri­bə və Əmək Əlil­lə­ri üçün Pan­sio­natın rəhbəri Qətibə Əsədova Ailem.az-a bildirdi ki, hazırda orada 216 yaşlı var. Onlardan 114-ü qadın, 102-si isə kişidir: “Adətən qadınlar üstünlük təşkil edir. Qocalardan demək olar ki, 70 faizi azərbaycanlıdır. Yerdə qalan 30 faizin isə əksəriyyəti ruslar, çox az bir qismi ləzgilər və tatarlardan ibarətdir. Buranın ən yaşlı sakininin 85 yaşı var. Bir müddət əvvəl isə burada yaşayan 90 yaşlı qadın rəhmətə gedib”.
 
Oğul gəlib, atasını öz yanına apardı
 
Q.Əsədova məlumat verdi ki, pansionatda evlənərək ailə kimi yaşayan 4 cütlük var: “Bura yerləşdirilən qocalar üçün hər cür şərait yaradılıb. Bəzən olur ki, onlar üçün konsertlər təşkil olunur. Hansısa tədbirlərə çağırırlar, sərgilərə gedirlər. İstirahət vaxtlarında kitab oxuyanlar var, qonşusuna söhbət etməyə gedənlər var, domino oynayanlar var. Qoca da var ki, yaşlı adamdır, huşu pozulub, heç nə etmək istəmir, qapılır özünə. Hansısa qoca burada rəhmətə gedəndə, adamına zəng edirik. O gəlib aparmırsa, Bilgəh Qocalar Evinin Bilgəh qəbiristanlığında öz yeri var, orada dəfn edirik. Onun üçün 3 mərasimi təşkil edir, halva da çalırıq. Həftədə bir dəfə bazar günləri kim istəsə, gəlib yaxınını ziyarət edir. O zaman görürsən kiminsə oğlu, qızı, gəlini, nəvəsi gəlir. Elə hallar da olub ki, gəlib öz valideynini götürüblər. Deyək ki, oğlu ölkə xaricində olub, bilməyib. Xəbər tutanda gəlib götürüb. Bir ay olar ki, Ağa dayının oğlu Rusiyadan gəldi və ev tutaraq onu apardı”.
 
...Valideynlər onlara darlıq edir
 
Cəmiyyətdə yaşlılara qarşı bu cür davranışı yaradan psixoloji məqamlara aydınlıq gətirən psixoloq Vəfa Rəşidova söyləyir ki, bu gün insanlar çox aqressivləşib, hər şeyə maddi tərəfdən baxırlar: “Dəyərlər və dəyərlər sistemi dar bir çərçivənin içərisinə soxulub. Gün keçdikcə insanlar bir-birinə qarşı daha da soyuqlaşırlar, daha da eqoistləşməyə doğru gedirlər. Ən dəhşətlisi isə budur ki, valideynə belə münasibət bəzən maddiyyatla ölçülür. Əgər valideynin maddi vəziyyəti yaxşıdırsa, ona münasibət də hörmətli olur, yox, əgər maddi vəziyyət bir az aşağıdırsa, artıq o valideynlər onlara darlıq edir və başlayırlar qocalar evinə yönləndirməyə”.
 
Oğul övladının sözü keçərsiz olursa...
 
Psixoloq bildirir ki, bəzi hallarda oğul övladının sözü keçərsiz, o, öz xanımının yanında ikinci kəlməni danışa bilmir, öz fikri olmur, ata-ana və həyat yoldaşı arasındakı balansı qoruya bilmir. Məhz bu cür insanlar ata-anasını qocalar evinə qoyur: “Onlar özlərini belə ifadə edir ki, sanki buna məcbur qalırlar. Xeyr, bu məcburiyyət deyil, xaraktersizlikdir. Ona görə də uşaqları elə böyütmək lazımdır ki, onlar idarə olunan olmasınlar, xarakterli olsunlar. Əks halda sonu bu cür dəhşətli hala çevrilir. Yəqin ki, diqqət etmisiniz, hansı zamanlarda ana və atalar qocalar evinə gedir. Oğul övladı evləndikdən bir neçə il sonra bu proses baş verir. Yəni belə bir fakt yoxdur ki, subay oğlan ata və anasını qocalar evinə qoysun.
 
Ümumiyyətlə, bir neçə tip ailə modeli var. Avtoritar, mühafizəkar, xaotik. Bax, dediyimiz bu kimi hallar xaotik ailələrdə baş verir. Xaotik ailə o deməkdir ki, ağız deyəni qulaq eşitmir. Orada kimin kimə hörmət edib-etməməsi o qədər də əhəmiyyətli deyil.
Bir də görürsən valideynləri qoyurlar qocalar evinə, oğul gəlindən gizlin gedib onları ziyarət edir. Belə hallar çox olur. O sanki ailəsini qoruyur, amma əlində olan ən dəyərli varlığı, valideynini itirir”.
 
Övladlar bunu qisas məqsədi ilə edirlər
 
V.Rəşidova vurğulayır ki, bəzi hallarda övlad valideyndən qisas almaq üçün bunu edir. Bu isə uşaqlıqda aldığı psixoloji travmalarla bağlıdır: “O, uşaqlıqdan qalma travmalarla qəribə bir şəkildə böyüdükcə “qisas alacam”, “cəza verəcəm” düşüncəsi ilə böyüyür. Məsələn, ailədə çox şiddət olub, uşaq atası və anası tərəfindən çox döyülüb. O da özünə söz verib ki, böyüyəndə mütləq sizi cəzalandıracam. Belə ailələrdə də valideynlərini saxlamaq istəmirlər, qocalar evinə qoyurlar. Öz aləmlərində valideynlərini cəzalandırırlar. Bax, bu, ən dəhşətlisidir. Bu, artıq psixoloji və psixoterapevtik bir haldır. Onlar belə bir sualı valideynlərinə çox verirlər: Siz mənə az əziyyət vermisiniz ki? Bunun bir tərəfi də şüuraltı cəzadır. Yoxsa ki, “pulum yoxdur”, “saxlaya bilmirəm” - hamısı bəhanədir. Bu, bir-iki ilin məsələsi deyil, illərin yığılmış nəticəsidir”.
 
Müqəddəs olmayan bir şey yoxdursa, hər şey heçdir
 
“Bir pasiyentim vardı, psixoloji baxımdan bir az narahat idi, sarsıntıları vardı. Mən sonradan bildim ki, o, anası ilə danışmır, küsülüdür, onlara getmir. Ona dedim əgər sağalmaq, həqiqətən də xoşbəxt olmaq istəyirsənsə, birinci növbədə, ananla halallaş, barış, o zaman görəcəksən, həyatın necə yaxşı olacaq. Təəssüf ki, get-gedə insanlar üçün müqəddəs olan heç nə qalmır. Müqəddəs olmayan bir şey yoxdursa, hər şey heçdir. İnsana Allahdan, atadan, anadan başqa əziz nə ola bilər ki? İnsanlar arasında hörmət, izzət, səmimiyyət qalmır. İnsanlar bir-birindən daha da uzaqlaşmağa, təkliyə meylli olurlar”, - deyə V.Rəşidova diqqətə çatdırır.     
 
Adətlər öz əvvəlki funksiyasını itirir 
 
Sosioloq Əhməd Qəşəmoğlu deyir ki, bütün ölkələrdə, o cümlədən, Azərbaycanda qloballaşma nəticəsində cəmiyyətdə mürəkkəbləşmə prosesi gedir: “Bu mürəkkəbləşən cəmiyyətdə köhnə adət-ənənələr, xalqın özünün həyat tərzi sanki bir yandan öz əvvəlki funksiyasını itirir. Bu məsələdə də belədir. Uzun əsrlər qəbul olunub ki, ailədə insanlar qocalanda, xəstələnəndə ailənin gənc üzvləri onlara yardım edir. Bu, bizim tarix boyu formalaşan adət-ənənəmiz idi. Amma cəmiyyət bu cür sürətlə mürəkkəbləşdi və həmin bu adət-ənənəyə münasibət dəyişdi. Bəziləri elə bilir ki, burada iqtisadi amillər güclü təsir edir, amma belə deyil. Çünki ölkədə əhalinin imkanının qat-qat ağır olduğu bir halda da hər zaman yaşlı üzvlərə qayğı, diqqət çox olub. Bu da onun hesabına idi ki, bizim xalqda mənəvi dəyərlər həmişə ön planda olurdu. Ailədə, cəmiyyətdə mənəvi dəyərlər ön planda olanda bunu özlərinə mənəvi borc bilib yaşlılara kömək edirdilər”.
 
Maddi dəyərlər daha ön plana keçib
 
Sosioloqun sözlərinə görə, təəssüf ki, hazırda bütün yer üzündə, o cümlədən bizdə maddi dəyərlər daha ön plana keçməyə başlayır. Bu zaman mənəvi dəyərlər arxa planda qalaraq aradan çıxır: “İndi bizim cəmiyyətdə də o müşahidə olunmaqdadır ki, mənəvi dəyərlər maddi və digər dəyərlərin təsiri altında öz əvvəlki qüdrətini, əvvəlki gücünü itirməkdədir. Hansı ailədə ki, bu baş verir, həmin ailələrdə yaşlılara bir yük kimi baxılır. Ondan tez yaxa qurtarmaq üçün yollar axtarılır. Bəziləri deyə bilər ki, Qərbdə də bu məsələ var. Yaşlıları aparıb qocalar evinə təhvil verirlər, onlar orada yaşayır və sair. Təəssüf ki, bizdə həmin o Qərb ölkələrindəki kimi yaşlılar üçün olan evlər yoxdur. Olanların da keyfiyyəti çox aşağıdır. Yəni bizdə qocalar evinə təhvil verilən qoca öz həyatının faciəsini yaşayır. Burada paralel iş aparılmalıdır. Həmin o qocalar evinin yaxşılaşdırılması istiqamətində işlər görülməlidir. Həm də ailə məsələləri ilə bağlı maarifləndirmə işi aparılmalıdır. Eyni zamanda.ş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, sosial müdafiə fondları, başqa strukturlar, ictimai təşkilatlar bu məsələlərə diqqəti daha da artırmalıdır. Bu, həyəcan təbili çalınası bir məsələdir. Gərək ortada ciddi təhlillər əsasında qurulmuş bir fəaliyyət planı hazırlansın, dövlət proqramı da kompleks şəklində həyata keçirilsin”.
 
İndi nənə-babaya əvvəlki hörmət yoxdur
 
Ə. Qəşəmoğlunun fikrincə, evdə normal münasibət olanda, ailədə nənənin, babanın normal nüfuzu olanda bu, nəvələrin də daha yaxşı yetişməsinə stimul yaradır: “Amma indi ailədə elə gərginlik yaranıb ki, baba və nənəyə əvvəlki hörmət yoxdur. Bu hörmət yoxdursa, o baba ilə nəvə arasında əvvəlki kimi arzuolunan əlaqə yaranmır. Çox nadir ailələrdə ola bilər ki, bu ünsiyyət qalsın. Qalan ailələrdə gərginlik var”.  
 
Bunu hüquqa köçürsək, insan azadlıqlarına zidd olar
 
Qeyd edək ki, bir müddət əvvəl parlamentdə valideynlərini Qocalar evinə verən övladların hüquqi məsuliyyətini müəyyən edən qanunun qəbul edilməsi ilə bağlı təklif irəli sürülmüşdü. Təklifdə bildirilirdi ki, ahıl şəxslərin, tərk edilmiş yaşlıların hüquqlarının qorunması üçün ən azı onları bu vəziyyətə çatdırmış övladların cəzalandırılması, qınanması, düzgün yola gətirilməsi üçün hüquqi və maddi məsuliyyət müəyyən edən qanun qəbul edilsin.
 
Bu kimi halların qanuni yolla tənzimlənməsinin nə dərəcədə real olduğu ilə bağlı suala aydınlıq gətirən millət vəkili Fazil Mustafa deyir ki, bizdə ümumi adət-ənənəyə görə, insanlar ata-anaya sona qədər sədaqətini nümayiş etdirməlidirlər: “Bu, “Qurani Kərim”də də var. Amma indiki müasir hüquq baxımından hansısa bir məsuliyyət müəyyən etmək yanlışdır. Çünki hər bir şəxs həyatını özü yaşamaq hüququna malikdir. Kiməsə mənəvi kateqoriya olaraq baxılmır. Hüquqi kateqoriya olaraq baxılanda kimsə qardaşına, bacısına hansısa köməyi etməyə borclu deyil. Amma mənəvi baxımdan, milli adət baxımından bunu etməməsi cəmiyyət tərəfindən pis qarşılanır. Bunun çoxmənalı kateqoriya olaraq qalması daha məqsədəuyğundur. Ona görə də bunu hüquqa köçürsək, insan hüquq və azadlıqlarına zidd olar”.
 
F.Mustafanın sözlərinə görə, elə ailələr var ki, orada valideynlərin özləri sərbəst mühitdə yaşamaq istəyir: “Elələri var ki, övladlar daha böyük qayğı göstərirlər və ata-ana da onların himayəsində qalmağa razı olur. Elə hallar olur ki, gəlinlə yola getmirlər. Ona görə də bu məsələyə fərdi qaydada yanaşmaq lazımdır. Kimsə harınlıqdan, kimsə deyək ki, səviyyəsizlikdən ata-anasına əziyyət versə, bu, başqa məsələ. Amma kimsə özünün istəyi ilə qocalar evində qalıb, daha yaxşı həmsöhbətlərlə, öz yaşıdları ilə vaxtını daha rahat keçirmək istəyirsə, buna da mane olmaq doğru deyil məncə. Ona görə də burada hər hansı hüquqi məsuliyyətdən söz gedə bilməz. Sadəcə biz qocalar evi sistemini elə vəziyyətə gətirməliyik ki, orada insanlar özlərinin rahatlığını tapsınlar və əlavə əziyyətə düçar olmasınlar”.
 
Cəmiyyət sürətlə irəlilədikcə mənəvi dəyərlərimiz bizdən uzaqlaşır, əlçatmaz olur. Araşdırmadan da göründüyü kimi, bu dəyərləri hansısa qanunlarla, qaydalarla bərpa etmək mümkün deyil. Bu elə bir məsələdir ki, əsas rolu insan mənəviyyatı, vicdanı oynayır.
 
İnsan sosial varlıqdır. Amma o, təkləşməyə, fərdiləşməyə can atır. Bunun sonunun yaxşı, ya pis olacağını bilmirik. Bircə şeyi dəqiq bilirik ki, daha nağılların nənəsi yoxdur...

pia.az









Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


CƏMİYYƏT

design-img

Vernisaj

Bakıda evdən 30000 dollar və 100000 manatlıq qızıl-zinət əşyaları oğurlanıb

bitmap-img3

Rakurs

“Avtomatla gəlib, bahalı atlarımı apardı” - Polis rəisinə ittihamlar, Video

bitmap-img3

Seçmələr

Heydər Əsədovun milyonluq villaları üzə çıxdı - Fotolar

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru